Avropa bu erməninin ƏL-QOLUNU BAĞLADI .....                     Kərim məhkəmədən narazıdır .....                     Azərbaycanın imtina etdiyi MDB iclasında “çəyirtkə” müzakirəsi .....                     Məktəbdə dərnək adına büdcə soyğunçuluğu... .....                     AZAL Gürcüstan aviasiya bazarında ilk beşlikdə yer alıb .....                     Mehdiyevlərin bankının zərəri yenə Banklar Assosiasiyasının hesabatında yoxdur .....                     BAHALAŞMA GÖZLƏNİLİR... .....                     Buna görə Gürcüstandan GERİDƏYİK... .....                     "Elçin mənim mükafatımdır" .....                     Xəstəxanada çəkilən video haqda detallar məlum oldu .....                     SOCAR-da VƏZİFƏ STANDARTI MÜƏMMASI... .....                     Rusiyaya qarşı yeni "Antanta" yaradıldı: .....                     "UNIKAL-MTK" vergi qanunvericiliyini pozub .....                     Azərbaycan öz məhsulunu baha qiymətə reallaşdırmaq imkanı qazanar .....                     Rusiya və İran Azərbaycanla Ermənistanın sülh sazişi bağlamasını istəmirlər .....                     “Dərsinə girmirdim, necə tələbəsi olmuşamsa heç özüm bilmirəm” .....                     Milli Məclis Belçikanın Azərbaycana qarşı əsassız iddiaları .....                     “Moskva bizə müttəfiq olmadığını sübut edib” .....                     Görkəmli memar Arif Əzizov vəfat edib .....                     SOCAR-da rəhbərlik: `Burda mənəm... Bağdadda KOR XƏLİFƏ...` .....                     Tehrandan İrəvana qəfil zəng: Zəngəzur “sancısı” .....                     "`Kontakt Home`a dəfələrlə şikayət etmişik, amma NƏ OLSUN Kİ..." .....                     Ermənistan “Putin NATO-su”ndan bu tarixdə çıxır .....                     Azərbaycan və Ermənistan sülh razılaşmasına yaxındır .....                     İşçilərin əmək hüququ bu hallarda da pozulur... .....                     “Daşkəsən Dəmir Filiz”in 4 milyon manatlıq tenderini Çin şirkəti uddu .....                     ŞƏHİD ATASINA QARŞI ŞOK DƏLƏDUZLUQ .....                     Burda işçinin qara qəpik qədərində DƏYƏRİ YOXDUR .....                     Aİ Azərbaycan, Hindistan, Çind, BƏƏ və Sinqapurdan olan 18 şirkətə sanksiya tətbiq edib .....                     Həm işçinin pulunu vermir, həm də hədələyir... .....                     Cəbrayılov: yerində olmayan başçı... .....                     Aİ Belarusa qarşı sanksiyaları genişləndirib .....                     "Nazirlik imtina cavabı verir" .....                     “Bolton planı” addım-addım həyata keçir .....                     Ağdamda kəndlinin HARAYI ƏRŞƏ QALXIR .....                     Rusiyanın “Tərk et, ya da döyüşə get” DİLEMMASI: .....                     Kəmalə Nəhmətovanın KRATON klinikasının dövlətə yenidən vergi borcu üzə çıxdı .....                     "Ali məktəblərə qəbul zamanı təxminən 3 min yer boş qalacaq" .....                     Zəngəzur dəhlizi barədə gurultulu təklif: İrəvan oyununu davam etdirir .....                     Kreditlə bağlı narahatlıq yaradan məsələ: minlərlə insan… .....                 

“Bu problemlərin həlli üçün xüsusi proqramlar hazırlanmalıdır” - Partiya sədri
Tarix: 14-04-2022, 09:42 | Çap et
“Bu problemlərin həlli üçün xüsusi proqramlar hazırlanmalıdır”
Aprelin 12-də ABŞ Dövlət Departamenti 2021-ci il üçün dünya ölkələrində insan haqlarının durumuna dair illik hesabatını açıqlayıb. Dövlət katibi Antoni Blinken Dövlət Departamentinə hesabat təqdim edib və jurnalistlərin suallarını cavablandırıb.

İllik hesabatın Azərbaycanla bağlı hissəsində ölkədə ciddi insan haqları pozuntularının olduğu qeyd edilib. Hesabatda qanunsuz və ya özbaşına qətllər, işgəncə, güc strukturları tərəfindən qəddar rəftar, qanunsuz və ya özbaşına həbslər, siyasi məhbuslar, ölkədən xaricdə olan fərdlərə qarşı siyasi repressiyalar, cinsi oriyentasiyaya görə fərdlərə qarşı polis zorakılığı, ağır həbsxana şəraiti kimi pozuntular yer alır.

Əlavə olaraq, ABŞ Dövlət Departamentinin dünyada insan haqlarının durumuna dair hesabatının Azərbaycan hissəsində məhkəmə sisteminin müstəqilliyi ilə bağlı geniş yayılmış problemlərin olduğu, jurnalistlərə qarşı zorakılıq, o cümlədən bəzi jurnalistlərin təqib edilməsi və şübhəli ittihamlarla həbsi, internet azadlığının məhdudiyyəti, bəzi vebsəhifələrin bloklanması, toplaşma və birləşmə azadlığının de-fakto qadağan edilməsi, siyasi iştiraka ciddi məhdudiyyətlər, hökumət korrupsiyası, o cümlədən uşaq əməyinin mövcudluğu kimi pozuntular daxil edilib.

AĞ Partiya başqanı Tural Abbaslı hakimiyyəti bu problemləri aradan qaldırmağa çağırdı: “Təəssüflə qeyd etməliyik ki, təkcə Amerikanın Dövlət Departamentində deyil, bir sıra beynəlxalq təşkilatların hesabatlarında Azərbaycan neqativ anlamda ən yüksək pillələrdə olur. İnsan haqlarının pozulması, siyasi azadlıqlar, azad məhkəmə, azad iqtisadi mühitin olmaması kimi faktlar ölkəmizi bütün siyahılarda geriyə salır. Azərbaycan Ermənistanla mübarizədə beynəlxalq aləmdə bunun əziyyətini çəkir. Nəzərə alsaq ki, bu kimi faktlar Azərbaycana dost olmayan ölkələr tərəfindən bizə qarşı təzyiq vasitəsi kimi istifadə olunur, o zaman hökumət bu hesabatı qəbul etməməklə yanaşı, bu hesabatda göstərilənləri aradan qaldırmaq üçün addımlar atmalıdır. Biz dəfələrlə müxalifət olaraq qeyd etmişik ki, ölkədə siyasi mühitin daha da demokratikləşməsi, məhkəmə sistemində olan problemlərin aradan qaldırılması və digər problemlərin həlli üçün addımlar atılmalıdır. Bu məsələdə iqtidarla müxalifətin birgə dialoqunu təklif etmişəm. Təəssüf ki, hakimiyyət ancaq özlərinin doğru olduğunu qeyd edir. Nəticədə belə neqativ hallar baş verir. Amma söhbət burada heç də ondan getmir ki, hesabatda göstərilən hər bir fakt doğrudur. Lakin deyilən məsələlərlə bağlı ölkəmizdə problemlərin olduğu bir faktdır. Bunu inkar etmək yersiz olardı. Bu problemlərin həlli üçün xüsusi proqramlar hazırlanmalıdır. ”Hər şey yaxşıdır, hər şey normaldır, şikayətlər yoxdur, insanlar küçələrə tökülmürsə, heç bir problem yoxdur" kimi düşüncələrlə hələ belə neqativ hallara çox rast gələcəyik. Qarabağ danışıqlarında bunların problemini az çəkmirik. Ümid edək ki, gələcəkdə belə problemləri beynəlxalq arenada yaşamarıq".

YAP-çı deputat Ceyhun Məmmədov təəssüfləndiyini dilə gətirdi: “Təəssüflə qeyd etmək lazımdır ki, bu cür qərarlar artıq davamlı xarakter alır. Hesabatda çox ciddi ittihamlar və eləcə də qərəzli fikirlər var. Çox təəssüflər olsun ki, Amerika kimi bir dövlətin Dövlət Departamenti dəqiqləşdirməmiş belə məlumatlar yayıb. Azərbaycan hər zaman əməkdaşlıq mübadiləsinə hazırdır. Dəfələrlə beynəlxalq qurumlarla görüşlərdə bu məsələni qaldırmışıq və demişik ki, bu kimi hesabatlar Azərbaycanla məsləhətləşdirilməlidir. Hansısa məsələlər varsa, onunla bağlı fikir mübadiləsi aparıla bilər. Ölkəmizdə son illərdə atılan addımların heç birini görməmək, bu formada ittihamlar irəli sürmək yalnız qərəzin və ikili standartların təzahürüdür. Son illərdə Azərbaycanda bir çox sahələr üzrə ciddi islahatlar aparılıb. Məsələn, siyasi partiyalarla bağlı Prezident Aparatında hörmətli Ədalət müəllimin rəhbərlik etdiyi xüsusi şöbə yaradılıb. Bu gün şöbə siyasi partiyalarla çox sıx işləyir. Bir çox partiyalar yenidən qeydiyyatdan keçib, yeni partiyalar yaradılıb. Azərbaycanda normal siyasi mühitin yaradılması üçün dövlət addımlarını atır. Bu gün ölkəmizdəki siyasi partiyalar arasında dialoqun inkişaf etməsi üçün işlər görülür. Siyasi partiyalar ofislərlə təmin olunub. Bu cür görülən işləri görməməzlikdən gəlmək olmaz. Məhkəmə-hüquq sistemində də çox ciddi işlər aparılır. İslahatlar bu istiqamətdə də davam edir. Hüquq-mühafizə orqanlarında da bu islahatlar keçirilir. Bütün bunlardan çıxış edərək deyə bilərik ki, bu hesabat sanki əvvəlki hesabatların eynisidir. Eyni fikirlər oradan götürülüb. Azərbaycan hər zaman Amerika ilə əlaqələrin inkişafında maraqlı olub. Bunun üçün də üzərinə düşən bütün addımları atır. Əks tərəf bu mövqeyimizi nəzərə almalıdır. Azərbaycan regionda təhlükəsizliyin təminatı üçün, eləcə də Əfqanıstan və bir sıra yerlərdə gedən proseslərdə öz üzərinə düşənləri hər zaman həyata keçirib. Azərbaycanın bu səyləri yüksək qiymətləndirilməlidir. Mətbuat sahəsində də ölkəmizdə son illərdə çox ciddi işlər görülüb. Vebsəhifələrin bloklanması Azərbaycanda mövcud deyil. Belə bir təcrübə var, amma ölkəmizdə heç zaman geniş tətbiq olunmayıb. Bu gün ölkəmizdə mətbuat azadlığı var. Media burada sərbəst şəkildə fəaliyyət göstərir. Heç bir məhdudiyyət yoxdur. Tənqidi fikirlər daxili mediada kifayət qədərdir. Bu da onu göstərir ki, hesabatda yer alan fikirlər əsassızdır. Azərbaycanda korrupsiyaya qarşı mübarizədə də çox ciddi addımlar atılır. Son illərdə onlarla belə faktlar aşkarlanaraq, bununla bağlı ciddi qərarlar verilib. Dəfələrlə cənab Prezident mətbuata müsahibəsində, məmurlarla görüşdə bu barədə ciddi xəbərdarlıqlarını edib. Belə qərəzli yanaşmalara, hesabatların hazırlanmasına son qoyulmalıdır. Əks halda, belə davranışlar, qərəzli mövqelər ikitərəfli əlaqələrə xələl gətirir”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu bu hesabatda Azərbaycana qarşı qərəzli davranış sərgiləndiyini söylədi: “Bu insanlar başa düşmürlər ki, müharibədən yeni çıxmış bir ölkəyik. İnsan haqları pozulur, bunun əksini deyən var ki? Bütün dövlətlərdə insan haqları necə pozulursa, postsovet məkanında da belədir. Avropa ölkələrinin özündə belə bu haqların pozulduğunu tez-tez görürük. Amma hər dəfə Azərbaycanı vurmaq ədalətli deyil. Onları ölkəmizə dəvət edirəm, gəlib vəziyyəti görsünlər. İnternetdən bundan artıq necə istifadə olunmalıdır? Kim nə istəyirsə, yazır. Media öz tənqidini edə bilir. Elə sizin qəzetin özündə az tənqid olur ki? Sadəcə, buradan bəziləri reallıq hisslərini itirərək, bir sıra məlumatları beynəlxalq təşkilatlara göndərirlər, onlar da araşdırma aparmadan qərəzli mövqe ifadə edirlər. Hesabatı hazırlayanlar işğaldan azad olunmuş yerlərə getsinlər, görsünlər ki, məcburi köçkünlərimizin haqları necə pozulub. Minalara görə hələ də o insanları doğma torpaqlarına köçürə bilmirik. Guya bunları bilmirlər? Sadəcə, qərəzlidirlər. Düzdür, jurnalistlər, blogerlər, siyasi fəallar ara-sıra həbs olunurlar. Bunları daim ifadə edirik. Onların hər birini əfv, amnistiya və digər hüquqi yollarla azad etdirəcəyik”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Avropa bu erməninin ƏL-QOLUNU BAĞLADI - FOTO
Bu gün, 13:00
Kərim məhkəmədən narazıdır
Bu gün, 12:51
Azərbaycanın imtina etdiyi MDB iclasında “çəyirtkə” müzakirəsi
Bu gün, 12:44
Məktəbdə dərnək adına büdcə soyğunçuluğu... - Direktor ailəsi ilə “pul dərnəyi” qurub
Bu gün, 12:37
AZAL Gürcüstan aviasiya bazarında ilk beşlikdə yer alıb - TƏFƏRRÜAT
Bu gün, 12:31
Mehdiyevlərin bankının zərəri yenə Banklar Assosiasiyasının hesabatında yoxdur - İLGİNC
Bu gün, 12:28
BAHALAŞMA GÖZLƏNİLİR... - DİQQƏT!
Bu gün, 12:26
Buna görə Gürcüstandan GERİDƏYİK... - AXI NİYƏ?
Bu gün, 12:24
"Elçin mənim mükafatımdır"
Bu gün, 11:19
Xəstəxanada çəkilən video haqda detallar məlum oldu - 3 nəfərə cinayət işi açıldı
Bu gün, 11:17
SOCAR-da VƏZİFƏ STANDARTI MÜƏMMASI... - BU NƏDİ BELƏ?
Bu gün, 10:25
Rusiyaya qarşı yeni "Antanta" yaradıldı: - İlk sazişlər imzalandı
Bu gün, 10:19
"UNIKAL-MTK" vergi qanunvericiliyini pozub - Borcu da var
Bu gün, 10:03
Azərbaycan öz məhsulunu baha qiymətə reallaşdırmaq imkanı qazanar - Neft qiymətləri 200 dollar olacaqsa...
Bu gün, 09:45
Rusiya və İran Azərbaycanla Ermənistanın sülh sazişi bağlamasını istəmirlər - FAKT BUDUR...
Bu gün, 09:43
“Dərsinə girmirdim, necə tələbəsi olmuşamsa heç özüm bilmirəm” - Alim Qasımovdan CAVAB
Bu gün, 09:36
Milli Məclis Belçikanın Azərbaycana qarşı əsassız iddiaları RƏDD ETDİ
Bu gün, 09:25
“Moskva bizə müttəfiq olmadığını sübut edib” - ONA GÖRƏ DƏ...
Bu gün, 09:15
Görkəmli memar Arif Əzizov vəfat edib
Bu gün, 09:13
SOCAR-da rəhbərlik: `Burda mənəm... Bağdadda KOR XƏLİFƏ...` - "Telefonda deyiləni birtəhər uduruq, amma..."
Bu gün, 09:07
Tehrandan İrəvana qəfil zəng: Zəngəzur “sancısı” - NƏ BAŞ VERİR?
Bu gün, 09:00
"`Kontakt Home`a dəfələrlə şikayət etmişik, amma NƏ OLSUN Kİ..." - NARAZILIQ VAR...
Bu gün, 08:57
Ermənistan “Putin NATO-su”ndan bu tarixdə çıxır - Azərbaycana təsiri
Bu gün, 08:41
Azərbaycan və Ermənistan sülh razılaşmasına yaxındır - Tramp
Bu gün, 08:38
İşçilərin əmək hüququ bu hallarda da pozulur... - Ekspert danışır...
Bu gün, 08:36
“Daşkəsən Dəmir Filiz”in 4 milyon manatlıq tenderini Çin şirkəti uddu - DETALLAR
Bu gün, 07:41
ŞƏHİD ATASINA QARŞI ŞOK DƏLƏDUZLUQ – MİDA-dan “güzəştli şərtlərlə” ev almaq adı ilə 67 min manatı ələ keçirildi
Bu gün, 07:38
Burda işçinin qara qəpik qədərində DƏYƏRİ YOXDUR - dövlətin bahalı TENDERYEYƏNİ
Bu gün, 07:28
Aİ Azərbaycan, Hindistan, Çind, BƏƏ və Sinqapurdan olan 18 şirkətə sanksiya tətbiq edib - SİYAHI
Bu gün, 07:11
Həm işçinin pulunu vermir, həm də hədələyir... - BU NƏDİ BELƏ?
Bu gün, 07:09
Cəbrayılov: yerində olmayan başçı... Sakinlər problem içində, başçı para peşində...
Bu gün, 07:03
Aİ Belarusa qarşı sanksiyaları genişləndirib
Bu gün, 07:00
"Nazirlik imtina cavabı verir" - GİLEY
Bu gün, 06:58
“Bolton planı” addım-addım həyata keçir - GƏLİŞMƏ
Bu gün, 06:55
Ağdamda kəndlinin HARAYI ƏRŞƏ QALXIR - icra başçısına desə də...
Bu gün, 06:52
Rusiyanın “Tərk et, ya da döyüşə get” DİLEMMASI: - Miqrantların aqibəti NECƏ OLACAQ?
Bu gün, 06:27
Kəmalə Nəhmətovanın KRATON klinikasının dövlətə yenidən vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:16
"Ali məktəblərə qəbul zamanı təxminən 3 min yer boş qalacaq" - Ekspert həll yolu GÖSTƏRDİ
Bu gün, 06:13
Zəngəzur dəhlizi barədə gurultulu təklif: İrəvan oyununu davam etdirir - GƏLİŞMƏ
Bu gün, 06:09
Kreditlə bağlı narahatlıq yaradan məsələ: minlərlə insan… – “Bunu etməyin!”
Bu gün, 06:06
“Çin üçün Zəngəzur dəhlizinin kimin nəzarətində olması prinsipial əhəmiyyət daşımır...” - Etibar Məmmədov
Bu gün, 06:01
Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları bir Azərbaycan vətəndaşına da şamil edildi - BUNDAN SONRA...
Bu gün, 05:59
Məktəblərdə şagirdlərin hüquqları belə pozulur - AKTUAL
Bu gün, 05:57
İran-Azərbaycan arasında kütləvi informasiya savaşı gedir - İranın keçmiş səfirindən ilginc açıqlamalar
Bu gün, 05:54
"Yeganə müğənnidir ki, üz-üzə gələndə salamlaşmırıq"
Bu gün, 05:51
İsrail və Suriya Vaşinqtonun dəstəyi ilə atəşkəs barədə razılığa gəliblər
Bu gün, 05:47
Aİ-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə minib - Rusiya nefti BAHA SATILA BİLMƏZ
Bu gün, 05:43
Ramin İsayevin əmlakı müsadirə edilə bilər - 15 il həbsi istənilir
Dünən, 23:43
İrandan Zəngəzurla bağlı növbəti AÇIQLAMA - “Dəhlizin yaradılması…”
Dünən, 23:41
Xadimələrə maşınını yudurdan Esmira Məmmədova işdən ÇIXARILDI
Dünən, 23:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru