Qazaxda cüdo imtahanı: .....                     Bu klinikanı kimlər himayə edir? .....                     "Azər Məmmədov təyin ediləndən sonra müsbət hal müşahidə etməmişəm" .....                     Nümayəndə heyətimiz Ermənistanda bu kurortda qalır .....                     Azərbaycanda ağartı məhsulları BAHALAŞIR .....                     “Xalq Kapital İnvestisiya Şirkəti”nin direktoru dəyişdirilir .....                     OPEC dağılır: Azərbaycana hansı təhlükələr var? .....                     Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir .....                     AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır .....                     AAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı .....                     Lənkəranskinin yaxın adamı beynəlxalq axtarışa verildi .....                     AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər .....                     Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin vəzifəli şəxslərinin cinayət işi üzrə .....                     “Min manata görə ölkədən çıxışı məhdudlaşdırmağa nə ehtiyac var?” .....                     Azərbaycana qarşı məkrli plan var, Qarabağlı bağlı... .....                     SOCAR bir gecədə 4.6 milyard borca düşdü .....                     Ermənistan seçkiləri ilə bağlı sərt xəbərdarlıq: .....                     30 illik baş həkimin xəstəxanasında reagent yoxdur .....                     Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib .....                     Elşən Xəzərdən qızı haqda iddiaya reaksiya: .....                     Rusiyaya görə Ermənistana yeni missiya göndərilir .....                     Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq .....                     ADY sədri yeni şöbə müdiri təyin etdi .....                     Maduro əməliyyatında iştirak edən əsgərə İTTİHAM: .....                     Sabiq icra başçısı “ağılsızlıqdır”, Bakı Metropoliteni “mümkündür” dedi .....                     Tarixi dönüş nöqtəsi .....                     Məşhur məşqçi və xanımı Madriddə 180 mənzil və 7 bina satın alıb .....                     Tramp İranı təhdid edib: .....                     Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxsdən xəbər var .....                     İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı .....                     Əməkdar artist həmkarlarını hədəf aldı: .....                     “Rus "sektor"unda oxumaq üçün 3000-5000 manat ödənilsin” .....                     “Yelo Bank”ın poblemli kreditləri kəskin artıb .....                     Bakıda gənc oğlanla yeniyetmə qız hamamda zəhərləndi, biri öldü .....                     Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi .....                     Kremldən “qazlı” ZƏRBƏ .....                     AZAL-ın təyyarəsi İrəvanda .....                     Sara Əzimovaya yeni vəzifə verilib .....                     Şahin Mustafayev Ermənistanda səfərdədir .....                     Dənizdə çalışan neftçilərin SAĞLAMLIĞI TƏHLÜKƏ ALTINDA! .....                 

Rusiya 500 minlik ordu toplasa da, buna nail ola bilməyəcək – Etibar Məmmədov
Tarix: 6-04-2022, 09:08 | Çap et
Rusiya 500 minlik ordu toplasa da, buna nail ola bilməyəcək
DİA.AZ AMİP lideri, istiqlalçı deputat Etibar Məmmədovun hafta.az-a müsahibəsini təqdim edir:

-Etibar bəy, siz Rusiya imperiyasının xislətini həm bilavasitə rus-sovet ordusunun törətdiyi 20 Yanvar qətliamı zamanı Bakıda, həm də həmin olaylarla bağlı Moskvada “KQB”-nin Lefortovo həbsxanasında dustaq həyatı sürərkən şahidi olmusuz. Belə çıxmırmı ki, Moskva sovet dövründə Almatı, Bakı, Vilnüs, Tbilisi və s. şəhərlərdə, eləcə də daha sonra Çeçenistan, Qroznıda törətdiklərinin hüquqi cəzasını almadığından yararlanaraq bu gün 20 Yanvar faciəsində işlətdiyi cəza mexanizm və metodlarını Ukraynada daha geniş və hüdudsuz miqyasda tətbiq edir?

-Sözsüz ki, Rusiyanın Ukraynada törətdiyi son amansızlıqlar göz qabağındadır. Yəni imperiyanın xasiyyəti, xüsusiyyəti dəyişməyib və bu dəfə də Kreml qonşu dövləti işğal etmək məqsədini qarşısına qoyub. Və Putin açıq şəkildə elan edir ki, Ukrayna adlı dövlət tanımırıq, ukrayınları millət hesab etmirik. Ona görə də orada özümüzə uyğun qaydalar yaradacaq və “millət” formalaşdıracağıq. Rusiya rəhbərləri bu məqsədləri nəyin bahasına olursa-olsun həyata keçirməyə qərar verdiklərindən Ukraynada hər cür amansız hərbi cinayətlər törədərək bu ölkəni işğal etmək üçün əllərindən gələni edirlər. Ancaq görünən odur ki, Rusiya hakimiyyətinin artıq bu məqsədlərin həyata keçirməyə gücləri çatmır. Məhz bu səbəbdən də əhalinin kütləvi, amansız qırğını vasitəsilə Ukrayna xalqını təslim olmağa məcbur etməyə çalışırlar...

-Putinin Ukraynadakı denasifikasiya siyasətinin mahiyyətini necə açıqlayardınız?

- “Denasifikasiya” dedikdə, öncə qeyd etdiyimiz kimi, Rusiyanın açıq şəkildə ukrayın xalqını və dövlətini yox etmək məqsədi nəzərdə tutulur. Amma əslində Rusiyanın özü denasifikasiya olunmalıdır. Çünki bütün dünya üçün təhlükə yaratması artıq göz qabağındadır. Bu saat əsl nasist, irqçi dövlətə Rusiya özü çevrilib. Hazırda həmin dövlət açıq şəkildə faşist siyasəti aparır. Məsələn, Kremlin baş təbliğatçılarından biri olan Solovyov dünənki çıxışında bəyan etdi ki, Rusiyanın bütün sərhədləri boyu “təhlükəsizlik zolağı” yaradılmalıdır. Buradan anlaşılır ki, Rusiya tarix boyu etdiyini yenə təkrarlamağı qarşısına məqsəd qoyub. Yəni bu ölkənin başında duranlar daim ərazilərini genişlətmək istəyəndə deyiblər ki, yanımızdakı filan dövlət bizim üçün təhlükə yaratdığından təhlükəsizlik zolağı yaratmalıyıq və sonra da həmin əraziləri işğal edib öz dövlətlərinə qatıblar. İndi də “bütün sərhədləri boyu təhlükəsizlik zolağı” o deməkdir ki, Rusiya həmsərhəd olan bütün dövlətləri işğal edərək öz ərazisinə qatmaq və həmin xalqları özünə tabe etmək niyyətindədir. Və bu, artıq bütün dünyaya meydan oxumaqdır, XX əsrin 30-40-cı illərində nasist Almaniyasının apardığı siyasətin XXI əsrdə davamıdır. Ona görə də bütün dünya birləşib əsl denasifikasiya və demilitarizasiyanı, yəni həm də tərksilah olunmağı Rusiyaya qarşı tətbiq etməlidir…

-Əgər beynəlxalq ictimaiyyətin təpkilərinə rəğmən Putinin qarşısını almaq mümkün olmazsa və Rusiya hərbi maşını öz məkrli məqsədlərinə çatmaq üçün sonadək gedərsə, digər keçmiş sovet ölkələri, o cümlədən Azərbaycanı nə gözləyir? Doğrudan da mümkündürmü ki, Putin müvəqqəti də olsa, postsovet məkanını işğal edib “SSRİ-2” layihəsini həyata keçirsin?

-Əvvəla, hesab edirəm ki, Rusiya bu qondarma layihəni həyat keçirə bilməyəcək. Çünki artıq Ukraynada onun buynuzunu da, dişini də sındırıblar. Digər tərəfdən, qarşısına qoyulan məqsədləri həyata keçirmək üçün Rusiyanın resursları, ehtiyatları kifayət etmir. Putin ona ümid edirdi ki, elə ilk genişmiyaslı hücumdan və kütləvi qırğınlardan sonra Ukrayna xalqı və dövləti qorxub özü təslim olacaq. Lakin bu, baş vermədi. Və hazırda Moskvanın əlində olan qüvvələr də kifayət etmir ki, bu işğalı davam etdirib həyata keçirsin. Ukrayna kimi ərazicə də böyük ölkəni ilk mərhələdə işğal etmək üçün ən azı yarım milyonluq ordu, silahlı qüvvə lazım idi. Rusiya isə maksimum 200 minlik qoşun toplaya bilib ki, onun da yarısını, demək olar ki, itirib. Və yeni qoşunlar toplamaq, onları təlimlərdən keçirmək öz daxilində böyük vəlvələ və təlatümlərə səbəb ola bilər. Çünki ilk gündən Ukraynaya təcavüzə müharibə yox, “xüsusi əməliyyat” adı qoyublar. Hətta bundan sonra Kreml müəyyən sayda canlı qüvvə toplaya bilsə belə, onlar üçün pul vəsaiti, ərzaq, silah, texnika və s. lazımdır.

Tutaq ki, Moskva lap 500 minlik ordu topladı və Ukraynanı işğal etdi, amma işğal etdiyi ərazini saxlamaq üçün yenə də bir o qədər əlavə resursu olmalıdır. Yəni hər şəhərdə qarnizonlarını yerləşdirməlidir və onları tabelikdə saxlamaq üçün qüvvələr cəlb etməlidir. İkincisi, vurub dağıtdığı ölkəni bərpa etmək və gələcəkdə idarə etmək üçün yenə də vəsait xərcləməlidir. Bunun üçün isə bugünkü Rusiyanın nə vəsaiti, nə pulu, nə ordusu, nə də texnikası var. Yəni artıq müəyyən mərhələdən sonra bu ölkənin dağılma prosesi başlayacaq. Bu saat əsas təhlükə odur ki, Putin rejimi dünyanı Rusiyanın dağılacağı təqdirdə nüvə silahıyla bütün planeti dağıtmaqla qorxudur. Amma artıq Rusiyanın daxilindəki qüvvələr bunun qarşısını almalı və yaxın zamanda da Putinin özünü neytrallaşdırmalıdırlar...

-Amma tarixdən bilirik ki, I Dünya savaşından sonra həm hərbi-siyasi, həm də iqtisadi baxımdan bərbad durumda olan Rusiyada inqilab etməyə nail olan Lenin və bolşeviklər ölkədə kütləvi yoxsulluq, aclıq hökm sürməsinə, hətta milyonların ölümü ilə nəticələnən vətəndaş savaşına rəğmən bütün imperiya ərazisində öz ideyalarını həyata keçirməyə başladılar və sonda Sovet İttifaqı adlı yeni “qırmızı” imperiya qurmağa nail oldular. Və məlumdur ki, həmin bərbad, ordusu dağılıb-tökülən, əhalisi acından ölən Rusiya 1920-ci ilin aprelində yalnız Azərbaycanın üzərinə 100 minlik ordu ilə gəldi...

-Bilirsiz, bunlar tarixdə olan olaylardır... Amma biz onlardan “nümunə” götürərək bu gün də Rusiyaya təslim olmalı deyilik ki?.. Əksinə, bir daha əsarətə düşmək təhlükəsini hiss edən bütün keçmiş sovet respublikaları, o cümlədən Azərbaycan dövləti, Azərbaycan xalqı bunları nəzərə alaraq qabaqlayıcı tədbirlər görməlidir. Digərləri kimi biz də Ukraynaya mümkün, lazımi köməkləri daha çox etməliyik ki, Rusiyanın işğalçı ordusu orada tamamilə məhv edilsin. Və bununla da artıq növbəti işğalçı iddialar irəli sürməyə gücləri qalmasın...

-Rusiyanın Ukraynaya təcavüzü nəticəsində baş verənlər fonunda Azərbaycanın Qarabağda və Ermənistanla sərhəddəki yarımçıq qalan problemlərinin həllini necə görürsüz?

-Qarabağda və Ermənistanla sərhəddəki qalan problemlərimizin həlli üçün kifayət qədər imkanlar var. Və nə qədər ki, ermənilər təkrar özlərinə gəlib möhkəmlənməyiblər, əsas məsələləri qısa müddətdə həll etməliyik...

-Yəni deyirsiz ki, Rusiyanın Ukraynada bataqlığa düşməsinə rəğmən digər qonşu dövlətlər kimi Azərbaycana qarşı da dolayısıyla hədə və təzyiqləri müqabilində bu işləri görmək mümkündür?

-Rusiya öz hədələri ilə nəyə nail ola bilər ki? Kremlin hazırda Qafqazda nəsə ciddi işlər görməyə imkanı yoxdur. Odur ki, dövlətimiz və ordumuz mümkün olan hər şeyi etməlidir. Və təbii ki, ilk növbədə Ermənistan sülhə məcbur edilməli və bizim şərtlərlə sülh müqaviləsini imzalamalıdır. Sülh müqaviləsi imzalanandan və rəsmiləşəndən sonra artıq Ermənistan Qarabağa rəsmi şəkildə müdaxilə edə bilməyəcək. Çünki oradakı problemlər tam şəkildə Azərbaycanın daxili probleminə çevriləcək...

- Bəs son 30 ildən çox dövrdə daim Azərbaycana ikili standartlarla yanaşmış, bu gün də Qarabağdakı ermənilərə “status” mövzusunu mütəmadi gündəmə gətirən Qərb - ABŞ, Avropanın deyilən işlərimizə ciddi maneələr törətməsi mümkündürmü?

-İstər Amerika, istərsə də Avropa öz maraqları naminə bütün dünya ölkələrinə qarşı daim ikili standartlar tətbiq ediblər və etməkdə davam edəcəklər. Biilirsiz, hər şey gücə bağlıdır. Gücümüz varsa, biz Qarabağdakı problemlərimizi tam həll etməyə qadir olacağıqsa, onlar bu situasiya ilə barışmalı olacaqlar. Gücümüz yoxdursa, Amerika, ya Avropaya xahiş-minnətlə biz heç nəyin həllinə nail ola bilməyəcəyik...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qazaxda cüdo imtahanı: - 7 yaşdan yuxarı hər kəs iştirak edə bilər
Bu gün, 16:27
Bu klinikanı kimlər himayə edir? - İLGİNC İDDİALAR
Bu gün, 16:25
"Azər Məmmədov təyin ediləndən sonra müsbət hal müşahidə etməmişəm" - Mirvari Qəhrəmanlı deyir ki...
Bu gün, 16:07
Nümayəndə heyətimiz Ermənistanda bu kurortda qalır - VİDEO
Bu gün, 16:02
Azərbaycanda ağartı məhsulları BAHALAŞIR - SƏBƏB
Bu gün, 16:00
“Xalq Kapital İnvestisiya Şirkəti”nin direktoru dəyişdirilir - BUNDAN SONRA...
Bu gün, 15:57
OPEC dağılır: Azərbaycana hansı təhlükələr var? - AKTUAL
Bu gün, 15:55
Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir - RƏY
Bu gün, 15:53
AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır
Bu gün, 15:49
AAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 15:47
Lənkəranskinin yaxın adamı beynəlxalq axtarışa verildi - TƏFƏRRÜAT
Bu gün, 15:44
AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər
Bu gün, 15:37
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin vəzifəli şəxslərinin cinayət işi üzrə mühasibatlıq ekspertizası keçiriləcək
Bu gün, 15:34
“Min manata görə ölkədən çıxışı məhdudlaşdırmağa nə ehtiyac var?” - deputat
Bu gün, 15:32
Azərbaycana qarşı məkrli plan var, Qarabağlı bağlı... – Sabiq nazirdən İLGİNC şərh
Bu gün, 15:25
SOCAR bir gecədə 4.6 milyard borca düşdü – 2 faiz pay şirkətə baha başa gəlib
Bu gün, 14:23
Ermənistan seçkiləri ilə bağlı sərt xəbərdarlıq: - Bizdən qorxun
Bu gün, 14:19
30 illik baş həkimin xəstəxanasında reagent yoxdur - NARAZILIQ VAR...
Bu gün, 14:13
Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib - ƏMR
Bu gün, 14:05
Elşən Xəzərdən qızı haqda iddiaya reaksiya: - “Yalandır…”
Bu gün, 13:23
Rusiyaya görə Ermənistana yeni missiya göndərilir - KİV
Bu gün, 13:20
Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq - Müəllimə hökm oxundu
Bu gün, 13:18
ADY sədri yeni şöbə müdiri təyin etdi - FOTO
Bu gün, 13:14
Maduro əməliyyatında iştirak edən əsgərə İTTİHAM: -mərcdən pul udub
Bu gün, 12:56
Sabiq icra başçısı “ağılsızlıqdır”, Bakı Metropoliteni “mümkündür” dedi
Bu gün, 12:54
Tarixi dönüş nöqtəsi - Bakı-İrəvan xəttində yeni mərhələ
Bu gün, 12:50
Məşhur məşqçi və xanımı Madriddə 180 mənzil və 7 bina satın alıb
Bu gün, 12:47
Tramp İranı təhdid edib: - "Yaxşı oğlan olmaq dövrü geridə qaldı"
Bu gün, 12:39
Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxsdən xəbər var
Bu gün, 12:35
İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı - TƏFƏRRÜAT
Bu gün, 12:28
Əməkdar artist həmkarlarını hədəf aldı: - "Bilirlər ki, bunu etsəm..."
Bu gün, 12:26
“Rus "sektor"unda oxumaq üçün 3000-5000 manat ödənilsin” - Azər Həsrətdən TƏKLİF
Bu gün, 12:17
“Yelo Bank”ın poblemli kreditləri kəskin artıb – Müştərilər pullarını geri götürür
Bu gün, 12:04
Bakıda gənc oğlanla yeniyetmə qız hamamda zəhərləndi, biri öldü
Bu gün, 12:01
Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi - TƏFƏRRÜAT
Bu gün, 11:56
Kremldən “qazlı” ZƏRBƏ – “Cermuk”a HÜCUMUN gizlinləri
Bu gün, 11:53
AZAL-ın təyyarəsi İrəvanda - FOTO
Bu gün, 11:45
Sara Əzimovaya yeni vəzifə verilib - BUNDAN SONRA...
Bu gün, 11:42
Şahin Mustafayev Ermənistanda səfərdədir
Bu gün, 11:34
Dənizdə çalışan neftçilərin SAĞLAMLIĞI TƏHLÜKƏ ALTINDA! - BU NƏDİ BELƏ?
Bu gün, 11:32
"Onlar teatra gəlməyimi xahiş etdilər, dostumu, düşmənimi tanıdım" - Mehriban Xanlarova "AZDRAMA"-ya qayıdır?
Bu gün, 11:13
Səfir Niderland parlamentinin Azərbaycana qarşı qərəzli sənədinə aydınlıq gətirib - "Biz onlara təsir göstərə bilmərik"
Bu gün, 11:08
Əlixan Rəcəbov necə uğursuz oldu? - Orxan Saffari yazır…
Bu gün, 11:01
İranda nizam dəyişdi - Hakimiyyət ali rəhbərdən alındı
Bu gün, 10:48
Hərbi xidmət keçməkdən boyun qaçıran gənc qərardan narazıdır
Bu gün, 10:42
“Zəyəm Texnologiyalar Parkı”nda yığıncaq keçiriləcək
Bu gün, 10:40
"Bunları təhlükəsizlik yox, cibləri maraqlandırır" - ETİRAZ VAR...
Bu gün, 10:37
7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin məhkəmə zalında həbsi tələb olunub
Bu gün, 10:33
AQTA-nın tamahkar işçiləri “QILINCLARINI SIYIRIB” - GİLEY
Bu gün, 10:29
Qubadlıda yaşayış məhəlləsini “See Breeze Construction” tikəcək – 34,4 milyonluq tender
Bu gün, 10:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru