Demokratiya bax belə işləyir! .....                     Azərbaycanda çay istehsalı niyə azalıb? .....                     Türkiyənin Azərbaycandan keçən TÜRKÜSTAN YOLU... .....                     "Bəzi şəxslər bunu inkar edib, boyunlarına almırlar" .....                     ABŞ-İran danışıqlarının ilk mərhələsi başa çatıb .....                     Fuad Nəcəfli haqda sensasiya: “Bu məsələ ortaya çıxsa…” .....                     Ukrayna Rusiyaya 3000 kilometrdən uzaq məsafədə zərbələr endirəcək .....                     Sarayda camaatın dil-dodağı quruyub... .....                     Siyasi ekspert suya görə icra başçısına SƏSLƏNDİ .....                     Krım tam böhran şəraitində... .....                     "Bloger, qey və fahişələri dövlət tədbirlərinə dəvət etməyin" .....                     "Bayırşəhərdə tarixi abidələr siyahıdan çıxarılıb məhv edilir..." .....                     Aqil Abbas DÜZMÜ BUYURUR?.. .....                     Kir Starmer bazar ertəsi istefaya gedə bilər .....                     Bu təfəkkürlə TƏHSİLİMİZİ HARA APARIRSINIZ? .....                     Bir şair yaşadı Mingəçevirdə... .....                     AYNA 29 milyon manatlıq tenderə cəmi 7 gün vaxt verdi .....                     Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından .....                     Təhsil Tələbə Krediti Fondu auditor tapa bilmədi .....                     "Zaur Mikayılova deyin, Yeni Günəşliyə məhsul göndərsin, tükənib" .....                     "İstedadlı adam nə yazır yazsın, onu istedadla yazır" .....                     "Yaxşı, deyək ki, tələbələri apardınız müftə fəhləliyə..." .....                     DİQQƏT: pul yalnız bank köçürməsi yolu ilə verilə bilər... .....                     SEPAH-ın əl-qolu açılır... .....                     "Onlar əsl apokalipsis təlxəkləridir..." .....                     Təhsildə Keyfiyyət Təminatı Agentliyinın KEYFİYYƏTSİZLİYİ... .....                     Bir dövlət qurumunda verilən şiddətli töhmət digərində KEÇƏRSİZDİR? .....                     "Təsəvvür eləyin, göydən od yağır, avtobus beş saata gəlir..." .....                     General Həzi Aslanovun şəxsi sənədlərində nə yazılırdı ? .....                     "Yəqin ki, daha “World-Telecom” şirkətindən məhsul alan olmyacaq..." .....                     Saatlı uzaqdır, yoxsa MARS? .....                     Rusiyaya qarşı BİR OLSALAR DA... .....                     "Burdan nəsə alanda İKİ DƏFƏ fikirləşin" .....                     Xırdalan sakinlərinə SU ÇİLƏSİ .....                     Zərgərlinin absurd və təhlükəli KADIROV SEVDASI... .....                     "Əgər neftçinin maaşı 5 ildir artırılmırsa..." .....                     Xaqani Bəşirliin nə qanunlardan və nə də ki qaydalardan xəbəri yoxdur... .....                     Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib .....                     Binəqədidə “makler istilası”: “Qurbanlar” arasında icra başçısı da var... .....                     DİM bu gün ümumi orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar keçirəcək .....                 

"Heç kim öz xoşuna geri çəkilmir" - HƏQİQƏTƏN DƏ...
Tarix: 31-03-2022, 08:30 | Çap et
"Heç kim öz xoşuna geri çəkilmir"
Azərbaycan və Türkiyəni hədələyən, təhqir edən Rusiya Dövlət Dumasının üzvü Mixail Delyagin səsləndirdiyi ifadələrə görə üzr istəyib. Rus deputat verilişin formatına uyğun olaraq belə bir davranış sərgilədiyini bildirib: “Mənim sözlərimdən qorxan, inciyən və yaxud özünü təhqir olunmuş hesab edən hər kəsdən üzr istəyirəm”. Xatırladaq ki, Delyagin “Rossiya 1” telekanalında yayımlanan “60 dəqiqə” verilişində Azərbaycanı Türkiyənin “əlaltısı” adlandırmış, ölkəmizin cəzalandırılmasını tələb edərək, Bakının bombalanmasını istəmişdi.

Delyaginin Rusiya televiziyasında səsləndirdiyi sərsəm və təxribat xarakterli çıxışı Azərbaycan ictimaiyyətinin ciddi narazılığına səbəb olmuşdu. Ölkə ictimaiyyətinin sərt reaksiyasından sonra Rusiyanın rəsmi dairələri məsələyə müdaxilə edərək, Delyaginin çıxışının şəxsi mülahizə olduğunu, Kremlin mövqeyini əks etdirmədiyini bildirmişdi. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Mixail Delyaginin fikirlərini şərh edərkən, onu emosiyalarını cilovlamağa və Azərbaycana münasibətdə dost olmayan bəyanatlardan çəkinməyə çağırmışdı.
Qeyd etmişdi ki, məlum açıqlama Rusiyanın rəsmi mövqeyinə heç bir halda cavab vermir. Həmçinin, Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu kimi bəyanatların qəbuledilməz və məsuliyyətsiz olduğunu diqqətə çatdırmışdı. Bundan əlavə, Delyaginin təmsil olunduğu “Spravedlivaya Rossiya” partiyasının rəyasət heyətinin katibi Oleq Şein tərəfindən səfir Polad Bülbüloğluna məktub ünvanlanıb. Məktubda Oleq Şein Rusiya vətəndaşları adından həmpartiyalısının fikirlərinə görə üzr istəyib. Məhz bundan sonra Delyagin səsləndirdiyi ifadələrə görə peşman olduğunu bildirib və şou naminə o cür davrandığını söyləyib. Əlavə olaraq onu da bildirək ki, Respublika Baş Prokurorluğunda Delyaginlə bağlı cinayət işi açılıb və İnterpol vasitəsilə beynəlxalq axtarışa verilib. diaaz.space-ın məlumatına görə, AĞ Partiya sədrinin müavini Əhəd Məmmədli “Şərq”ə bildirib ki, Rusiya təmsilçilərinin Azərbaycan və Türkiyə əleyhinə fikirlərinə hər zaman çox ciddi təpki olmalıdır.

Partiya funksioneri bəyan edib ki, rus təxribatçılarına qarşı sadəcə ictimaiyyət səviyyəsində deyil, dövlət qurumları və rəsmi şəxslər müstəvisində də sərt cavab verilməlidir: “Rusiya nümayəndələrinin, Duma üzvlərinin Azərbaycana, türklərə qarşı düşmən münasibətinə dəfələrlə şahidlik etmişik. Dövlət kanallarında belə dövlətimizə, rəhbərliyə qarşı hədyanlar səsləndiriblər. Özü də bunu edənlər təkcə müxalif qüvvələr yox, hökumətdə təmsil olunan şəxslər olurlar. Onlar bizə hədə-qorxu gəlir, təhdid edirlər. Hətta daha irəli gedərək Azərbaycan və Türkiyə rəhbərliyinin ünvanına təhqiramiz ifadələr səsləndirirlər. Son günlər yenidən post-sovet ölkələrinə ərazi iddiası ilə çıxış edirlər. Bunların hamısı Rusiyanın yırtıcı siyasətindən xəbər verir. Ona görə də rusların cavabı rəsmi orqanlar tərəfindən dərhal verilməlidir.

Çünki rəsmi reaksiya daha effektli olur. Görürsüz, qısa zaman sonra Rusiya prezidentinin sözçüsü açıqlama verdi, digər dövlət qurumları bəyanat yaydı. Sonda Delyagin özü də üzr istəmək məcburiyyətində qaldı.

Bir neçə gün əvvəl də Azərbaycan Müdafiə Nazirliyinin sərt mövqeyindən sonra Rusiya XİN geri addım atdı və dərc etdiyi uydurma xəbəri saytından sildi.

Nəzərə alaq ki, hazırda Rusiya dünyada təklənib, Ukrayna ərazilərinin işğalına görə Qərbin ciddi sanksiyaları ilə üz-üzə qalıb. Təbii ki, Azərbaycan da 44 günlük müharibədən sonra xeyli güc və nüfuz qazanıb. Yanımızda Türkiyə kimi qüdrətli müttəfiq ölkə var. Bunların hamısı Kremlin yanaşmasına təsir göstərir və güzəştə getməsinə təsir göstərir.

Heç kim öz xoşuna geri çəkilmir, qarşısındakını güclü gördüyü üçün geri addım atır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Demokratiya bax belə işləyir! - REPLİKA
Bu gün, 06:17
Azərbaycanda çay istehsalı niyə azalıb? - ARAŞDIRMA
Bu gün, 06:13
Türkiyənin Azərbaycandan keçən TÜRKÜSTAN YOLU... HAMAR OLACAQMI?
Bu gün, 06:10
"Bəzi şəxslər bunu inkar edib, boyunlarına almırlar"
Bu gün, 06:06
ABŞ-İran danışıqlarının ilk mərhələsi başa çatıb - TASS
Bu gün, 06:04
Fuad Nəcəfli haqda sensasiya: “Bu məsələ ortaya çıxsa…” - İLGİNC İDDİA
Bu gün, 06:02
Ukrayna Rusiyaya 3000 kilometrdən uzaq məsafədə zərbələr endirəcək - Zelenski
Bu gün, 06:00
Sarayda camaatın dil-dodağı quruyub... - MÜRACİƏT
Dünən, 20:08
Siyasi ekspert suya görə icra başçısına SƏSLƏNDİ - "Bu insanlara yazığın gəlsin!"
Dünən, 20:00
Krım tam böhran şəraitində... - "Krım Realiyi"
Dünən, 16:23
"Bloger, qey və fahişələri dövlət tədbirlərinə dəvət etməyin" - ÇAĞIRIŞ
Dünən, 15:06
"Bayırşəhərdə tarixi abidələr siyahıdan çıxarılıb məhv edilir..." - NARAZILIQ VAR...
Dünən, 14:42
Aqil Abbas DÜZMÜ BUYURUR?.. - AKTUAL
Dünən, 14:24
Kir Starmer bazar ertəsi istefaya gedə bilər - "Observer"
Dünən, 12:44
Bu təfəkkürlə TƏHSİLİMİZİ HARA APARIRSINIZ? - ETİRAZ VAR!
Dünən, 12:17
Bir şair yaşadı Mingəçevirdə... - VİDA SÖZÜ...
Dünən, 11:44
AYNA 29 milyon manatlıq tenderə cəmi 7 gün vaxt verdi - QALİB ŞİRKƏT BÖYÜK SİFARİŞ ALDI
Dünən, 11:39
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 25 il ötür...
Dünən, 11:36
Təhsil Tələbə Krediti Fondu auditor tapa bilmədi – TENDER LƏĞV EDİLDİ
Dünən, 11:33
"Zaur Mikayılova deyin, Yeni Günəşliyə məhsul göndərsin, tükənib" - MÜRACİƏT
Dünən, 11:31
"İstedadlı adam nə yazır yazsın, onu istedadla yazır" - Elxan Zal
Dünən, 09:48
"Yaxşı, deyək ki, tələbələri apardınız müftə fəhləliyə..." - ŞƏRH
Dünən, 09:26
DİQQƏT: pul yalnız bank köçürməsi yolu ilə verilə bilər... - ƏKS HALDA...
Dünən, 09:19
SEPAH-ın əl-qolu açılır... - "Reuter"
Dünən, 09:13
"Onlar əsl apokalipsis təlxəkləridir..." - Yuri Şevçuk
Dünən, 08:46
Təhsildə Keyfiyyət Təminatı Agentliyinın KEYFİYYƏTSİZLİYİ... - "Bu qurum elə hesab edir ki..."
Dünən, 08:37
Bir dövlət qurumunda verilən şiddətli töhmət digərində KEÇƏRSİZDİR? - DƏLİXANADIR, VALLAH...
Dünən, 08:24
"Təsəvvür eləyin, göydən od yağır, avtobus beş saata gəlir..." - AXI NİYƏ?..
Dünən, 08:17
General Həzi Aslanovun şəxsi sənədlərində nə yazılırdı ? - FOTOFAKT
Dünən, 08:07
"Yəqin ki, daha “World-Telecom” şirkətindən məhsul alan olmyacaq..." - ÇÜNKİ...
Dünən, 08:00
Saatlı uzaqdır, yoxsa MARS? - NARAZILIQ VAR...
Dünən, 07:50
Rusiyaya qarşı BİR OLSALAR DA... - aradakı uçurum ÇOX TARİXİDİR...
Dünən, 07:35
"Burdan nəsə alanda İKİ DƏFƏ fikirləşin" - ÇAĞIRIŞ
Dünən, 07:23
Xırdalan sakinlərinə SU ÇİLƏSİ - GİLEY
Dünən, 07:16
Zərgərlinin absurd və təhlükəli KADIROV SEVDASI... - BU NƏDİ BELƏ?
Dünən, 07:07
"Əgər neftçinin maaşı 5 ildir artırılmırsa..." - ETİRAZ VAR!
Dünən, 06:58
Xaqani Bəşirliin nə qanunlardan və nə də ki qaydalardan xəbəri yoxdur... - BU DA FAKT...
Dünən, 06:48
Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib - FOTO
Dünən, 06:31
Binəqədidə “makler istilası”: “Qurbanlar” arasında icra başçısı da var... - GÖRÜN, NƏ EDİRLƏR...
Dünən, 06:26
DİM bu gün ümumi orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar keçirəcək
Dünən, 06:19
Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək
Dünən, 06:18
ABŞ-İran danışıqları yenidən başlaya bilər? - ŞƏRH
20-06-2026, 13:30
“Rossotrudniçestvo”nun “Troya atı” - Mədəniyyət mərkəzi, yoxsa casus yuvası?
20-06-2026, 13:23
“Sonuna qədər gedəcəyəm, Mədəniyyət Nazirliyindəkilər özlərini eşitməməzliyə vururlar” - Məlik Dadaşovun qızı
20-06-2026, 13:14
Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi - BUNDAN SONRA...
20-06-2026, 13:07
Köçəryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi
20-06-2026, 13:05
Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq? - AÇIQLAMA
20-06-2026, 11:11
Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı - Zaqataladakı qətlin TƏFƏRRÜATI
20-06-2026, 11:08
Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradılır - “Hraparak”
20-06-2026, 11:03
Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib - TƏFƏRRÜAT
20-06-2026, 11:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru