Vətəndaş bu quruma qarşı iddia qaldırdı .....                     Demokratiya bax belə işləyir! .....                     Azərbaycanda çay istehsalı niyə azalıb? .....                     Türkiyənin Azərbaycandan keçən TÜRKÜSTAN YOLU... .....                     "Bəzi şəxslər bunu inkar edib, boyunlarına almırlar" .....                     ABŞ-İran danışıqlarının ilk mərhələsi başa çatıb .....                     Fuad Nəcəfli haqda sensasiya: “Bu məsələ ortaya çıxsa…” .....                     Ukrayna Rusiyaya 3000 kilometrdən uzaq məsafədə zərbələr endirəcək .....                     Sarayda camaatın dil-dodağı quruyub... .....                     Siyasi ekspert suya görə icra başçısına SƏSLƏNDİ .....                     Krım tam böhran şəraitində... .....                     "Bloger, qey və fahişələri dövlət tədbirlərinə dəvət etməyin" .....                     "Bayırşəhərdə tarixi abidələr siyahıdan çıxarılıb məhv edilir..." .....                     Aqil Abbas DÜZMÜ BUYURUR?.. .....                     Kir Starmer bazar ertəsi istefaya gedə bilər .....                     Bu təfəkkürlə TƏHSİLİMİZİ HARA APARIRSINIZ? .....                     Bir şair yaşadı Mingəçevirdə... .....                     AYNA 29 milyon manatlıq tenderə cəmi 7 gün vaxt verdi .....                     Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından .....                     Təhsil Tələbə Krediti Fondu auditor tapa bilmədi .....                     "Zaur Mikayılova deyin, Yeni Günəşliyə məhsul göndərsin, tükənib" .....                     "İstedadlı adam nə yazır yazsın, onu istedadla yazır" .....                     "Yaxşı, deyək ki, tələbələri apardınız müftə fəhləliyə..." .....                     DİQQƏT: pul yalnız bank köçürməsi yolu ilə verilə bilər... .....                     SEPAH-ın əl-qolu açılır... .....                     "Onlar əsl apokalipsis təlxəkləridir..." .....                     Təhsildə Keyfiyyət Təminatı Agentliyinın KEYFİYYƏTSİZLİYİ... .....                     Bir dövlət qurumunda verilən şiddətli töhmət digərində KEÇƏRSİZDİR? .....                     "Təsəvvür eləyin, göydən od yağır, avtobus beş saata gəlir..." .....                     General Həzi Aslanovun şəxsi sənədlərində nə yazılırdı ? .....                     "Yəqin ki, daha “World-Telecom” şirkətindən məhsul alan olmyacaq..." .....                     Saatlı uzaqdır, yoxsa MARS? .....                     Rusiyaya qarşı BİR OLSALAR DA... .....                     "Burdan nəsə alanda İKİ DƏFƏ fikirləşin" .....                     Xırdalan sakinlərinə SU ÇİLƏSİ .....                     Zərgərlinin absurd və təhlükəli KADIROV SEVDASI... .....                     "Əgər neftçinin maaşı 5 ildir artırılmırsa..." .....                     Xaqani Bəşirliin nə qanunlardan və nə də ki qaydalardan xəbəri yoxdur... .....                     Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib .....                     Binəqədidə “makler istilası”: “Qurbanlar” arasında icra başçısı da var... .....                 

"Ona hakimiyyətini qorumaq üçün güc işlətməli olduğunu desəm də, sözümə məhəl qoymadı" - Partiya sədri
Tarix: 30-03-2022, 08:05 | Çap et
"Ona hakimiyyətini qorumaq üçün güc işlətməli olduğunu desəm də, sözümə məhəl qoymadı"
Martın 27-də vəfat etmiş, sovet Azərbaycanın sonuncu kommunist rəhbəri, müstəqil Azərbaycanın ilk prezidenti 84 yaşlı Ayaz Mütəllibov Birinci Fəxri Xiyabanda dəfn olundu. O, Azərbaycanın müstəqilliyinin ilk illərində, 1991-1992-ci illərdə əvvəlcə parlament tərəfindən, sonra ümumxalq seçkiləri vasitəsilə prezident seçilmişdi. Xocalı faciəsindən bir neçə gün sonra istefa vermişdi.

Ayaz Mütəllibovla işləmiş və ya onun hakimiyyətdə olduğu dövrü yaxından izləmiş siyasətçilər Mütəllibovun qısa çəkmiş prezidentlik müddətini Azərbaycanın çətin dövrü kimi xarakterizə edirlər. Əksəriyyət Mütəllibovu Xocalı faciəsinin qarşısını ala bilməməkdə, lazımi addımlar atmamaqda, fəaliyyətsizlikdə ittiham edirlər. Ancaq bəziləri hesab edirlər ki, Ayaz Mütəllibov xalq hərəkatını boğmayıb. Əksinə, onu tənqid edənlərlə işləməyə çalışıb, onun vaxtında müstəqil televiziya yaranıb və s. Məlumat üçün deyək ki, Ayaz Mütəllibov 1938-ci ildə Bakıda anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunda ali təhsil alıb. Əmək fəaliyyətinə 1958-ci ildə Azərbaycan Elmi Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunda başlayıb. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (MK) birinci katibi vəzifəsinə qədər irəliləyib. 1991-ci il sentyabrın 8-də keçirilən seçkilərdə Azərbaycanın ilk prezidenti seçilib. 1992-cı il martın 6-da istefa verib. diaaz.space-ın məlumatına görə, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə “Şərq”ə açıqlamasında bildirib ki, Ayaz Mütəllibov Azərbaycan tarixində demokratik ruhlu, savadlı bir siyasətçi kimi qalacaq. 1990-cı illərin əvvəllərində Ali Sovetin deputatı və Respublika Müdafiə Şurasının üzvü olmuş Araz Əlizadə bildirib ki, həmin vaxt o, Mütəllibova qanuni yollarla öz hakimiyyətini qoruyub güc işlətməli olduğunu desə də, keçmiş prezident onun sözlərinə məhəl qoymayıb:

“O, xalqa lazımlı adam idi. Əfsuslar olsun ki, qaragüruh onu devirdi”. A.Əlizadənin sözlərinə görə, Mütəllibovun tam imkanı vardı ki, güc yoluyla onun istefasını istəyənləri ram eləsin, amma bunu eləmədi: “O dedi ki, mən hakimiyyətə görə bir nəfərin də burnunun qanamasını istəmirəm. Bu cür hakimiyyət mənə lazım deyil və hakimiyyətdən getdi. Uzun müddət qürbətdə yaşadı, ürəyi Vətən həsrəti ilə döyündü. Həsrət illərindən sonra Azərbaycana qayıtmaq nəsib oldu. Ən böyük arzusu Qarabağın işğaldan azad olunması idi. Onu da gördü”. A.Əlizadə Mütəllibovun Birinci Fəxri Xiyabanda dəfn olunmasını da müsbət qərar adlandırıb.

Tanınmış jurnalist Xəqani Səfəroğlu isə feysbuk səhifəsində sabiq prezident Ayaz Mütəllibov haqqında bunları yazıb: “Ayaz Mütəllibovdan 3-4 dəfə müsahibə almışdım. Uzaq Moskvada yaşayanda, yaxında, Bakıda olanda. Sonuncu müsahibə isə qismət olmadı. Əvvəl pandemiya imkan vermədi, sonra eks-prezidentin səhhəti. Sualları göndərməyi xahiş etmişdi. Göndərmişdim. Amma cavabı olmadı.

Suallarım isə çox idi. Cavabsız qaldı. Qanlı və ağır ildə, 1990-cı ildə Azərbaycana rəhbər təyin olunan Ayaz Mütəllibov məktəbli yaddaşımda şıq geyimi və parlaq sifəti ilə qalmışdı. Vəzirov qaçandan sonra gələn yeni başçı sovet ordusunun qırğınından qapqara qaralmış, güllələnmiş, işləməkdən imtina edən azərbaycanlılara “həyat davam edir” şüarı ilə təsəlli verməyə çalışırdı.

Həyat isə tam dəyişmişdi. SSRİ-nin suqutu başlanmışdı. O isə sanki bunu görmür, qəbul etmək istəmirdi. Müstəqillik uğrunda başlanmış mübarizə Ayaz Mütəllibov üçün anlaşılmaz idi. O, Qarabağ uğrunda gedən etiraz hərəkatının nə üçün azadlıq mücadiləsinə keçməsini anlaya bilmirdi.

Qorbaçova xitabən “Qarabağ həll olunmasa nəticəsi pis olacaq” desə də dünyanın altıda birini tutan dövlətin karton ayaqlı nəhəng kimi yıxılacağını heç cür təsəvvür edə bilmirdi. A.Mütəllibov təsərrüfatçı partiya elitasının nümayəndəsiydi. Siyasi qərarlar qəbul etmək onun üçün həddən artıq ağır məsələ idi. Kuluarlarda siyasi intiraqlardan bəlkə də baş çıxara bilirdi, amma publik və siyasi rıçaqların açıq meydanında bu alınmırdı”.

X.Səfəroğlu vurğulayıb ki, Ayaz Mütəllibov Moskvanın bu davanın qarşısını ala biləcəyinə sona qədər inanan adam oldu:

“Ona görə Azərbaycanda Milli ordu qurulmasının əleyhinə idi. Radikal, SSRİ-nin, Rusiyanın xoşuna gəlməyəcək siyasi demarşlardan qorxurdu. ABŞ dövlət katibi Ceyms Beyker 1992-ci ilin fevralında Bakıya gələndə onu qarşılamaq üçün hava limanına belə getmək istəməmişdi.

Vəfa Quluzadənin ciddi israrlarından sonra gedib onu qarşılamışdı. Ayaz Mütəllibova SSRİ-nin demokratik hərəkatının yetişdirdyi ciddi müxalifət miras qalmışdı. O, həmin qüvvələrlə necə davranacağını bilmirdi. Gah AXC lideri Elçibəyi döydürürdü, gah müxalifəti hədələyirdi, gah da birgə işləməyə çağırırdı.

Amma bu nəhəng protest elektoratının nə üçün yarandığını və günü-gündən gücləndiyinin siyasi kodlarını görmürdü, ya da görmək istəmirdi. 2011-ci ildə həmişəlik vətənə qayıtmağa icazə veriləndə Ayaz Mütəllibov sakit və gözə çarpmadan yaşamağa üstünlük verdi. Qayıtdığı ölkədə tam yeni insanlar yaşayırdı.

Onlar ötən tarixi pis xatırlayır, şahidi olanlar bunu yada salmamağa çalışırdılar. O, hərdən şəhərə, bulvara çıxır, şəhər sakinlərinin dinməz baxışları altında tam dəyişmiş, yeni forma almış Bakını seyr edirdi. Sabiq prezidentin dövranı bitmişdi, indi o, yalnız xatirələri ilə baş-başa qalmışdı”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vətəndaş bu quruma qarşı iddia qaldırdı - "Belə bir ağır vəziyyətdə.."
Bu gün, 06:23
Demokratiya bax belə işləyir! - REPLİKA
Bu gün, 06:17
Azərbaycanda çay istehsalı niyə azalıb? - ARAŞDIRMA
Bu gün, 06:13
Türkiyənin Azərbaycandan keçən TÜRKÜSTAN YOLU... HAMAR OLACAQMI?
Bu gün, 06:10
"Bəzi şəxslər bunu inkar edib, boyunlarına almırlar"
Bu gün, 06:06
ABŞ-İran danışıqlarının ilk mərhələsi başa çatıb - TASS
Bu gün, 06:04
Fuad Nəcəfli haqda sensasiya: “Bu məsələ ortaya çıxsa…” - İLGİNC İDDİA
Bu gün, 06:02
Ukrayna Rusiyaya 3000 kilometrdən uzaq məsafədə zərbələr endirəcək - Zelenski
Bu gün, 06:00
Sarayda camaatın dil-dodağı quruyub... - MÜRACİƏT
Dünən, 20:08
Siyasi ekspert suya görə icra başçısına SƏSLƏNDİ - "Bu insanlara yazığın gəlsin!"
Dünən, 20:00
Krım tam böhran şəraitində... - "Krım Realiyi"
Dünən, 16:23
"Bloger, qey və fahişələri dövlət tədbirlərinə dəvət etməyin" - ÇAĞIRIŞ
Dünən, 15:06
"Bayırşəhərdə tarixi abidələr siyahıdan çıxarılıb məhv edilir..." - NARAZILIQ VAR...
Dünən, 14:42
Aqil Abbas DÜZMÜ BUYURUR?.. - AKTUAL
Dünən, 14:24
Kir Starmer bazar ertəsi istefaya gedə bilər - "Observer"
Dünən, 12:44
Bu təfəkkürlə TƏHSİLİMİZİ HARA APARIRSINIZ? - ETİRAZ VAR!
Dünən, 12:17
Bir şair yaşadı Mingəçevirdə... - VİDA SÖZÜ...
Dünən, 11:44
AYNA 29 milyon manatlıq tenderə cəmi 7 gün vaxt verdi - QALİB ŞİRKƏT BÖYÜK SİFARİŞ ALDI
Dünən, 11:39
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 25 il ötür...
Dünən, 11:36
Təhsil Tələbə Krediti Fondu auditor tapa bilmədi – TENDER LƏĞV EDİLDİ
Dünən, 11:33
"Zaur Mikayılova deyin, Yeni Günəşliyə məhsul göndərsin, tükənib" - MÜRACİƏT
Dünən, 11:31
"İstedadlı adam nə yazır yazsın, onu istedadla yazır" - Elxan Zal
Dünən, 09:48
"Yaxşı, deyək ki, tələbələri apardınız müftə fəhləliyə..." - ŞƏRH
Dünən, 09:26
DİQQƏT: pul yalnız bank köçürməsi yolu ilə verilə bilər... - ƏKS HALDA...
Dünən, 09:19
SEPAH-ın əl-qolu açılır... - "Reuter"
Dünən, 09:13
"Onlar əsl apokalipsis təlxəkləridir..." - Yuri Şevçuk
Dünən, 08:46
Təhsildə Keyfiyyət Təminatı Agentliyinın KEYFİYYƏTSİZLİYİ... - "Bu qurum elə hesab edir ki..."
Dünən, 08:37
Bir dövlət qurumunda verilən şiddətli töhmət digərində KEÇƏRSİZDİR? - DƏLİXANADIR, VALLAH...
Dünən, 08:24
"Təsəvvür eləyin, göydən od yağır, avtobus beş saata gəlir..." - AXI NİYƏ?..
Dünən, 08:17
General Həzi Aslanovun şəxsi sənədlərində nə yazılırdı ? - FOTOFAKT
Dünən, 08:07
"Yəqin ki, daha “World-Telecom” şirkətindən məhsul alan olmyacaq..." - ÇÜNKİ...
Dünən, 08:00
Saatlı uzaqdır, yoxsa MARS? - NARAZILIQ VAR...
Dünən, 07:50
Rusiyaya qarşı BİR OLSALAR DA... - aradakı uçurum ÇOX TARİXİDİR...
Dünən, 07:35
"Burdan nəsə alanda İKİ DƏFƏ fikirləşin" - ÇAĞIRIŞ
Dünən, 07:23
Xırdalan sakinlərinə SU ÇİLƏSİ - GİLEY
Dünən, 07:16
Zərgərlinin absurd və təhlükəli KADIROV SEVDASI... - BU NƏDİ BELƏ?
Dünən, 07:07
"Əgər neftçinin maaşı 5 ildir artırılmırsa..." - ETİRAZ VAR!
Dünən, 06:58
Xaqani Bəşirliin nə qanunlardan və nə də ki qaydalardan xəbəri yoxdur... - BU DA FAKT...
Dünən, 06:48
Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib - FOTO
Dünən, 06:31
Binəqədidə “makler istilası”: “Qurbanlar” arasında icra başçısı da var... - GÖRÜN, NƏ EDİRLƏR...
Dünən, 06:26
DİM bu gün ümumi orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar keçirəcək
Dünən, 06:19
Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək
Dünən, 06:18
ABŞ-İran danışıqları yenidən başlaya bilər? - ŞƏRH
20-06-2026, 13:30
“Rossotrudniçestvo”nun “Troya atı” - Mədəniyyət mərkəzi, yoxsa casus yuvası?
20-06-2026, 13:23
“Sonuna qədər gedəcəyəm, Mədəniyyət Nazirliyindəkilər özlərini eşitməməzliyə vururlar” - Məlik Dadaşovun qızı
20-06-2026, 13:14
Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi - BUNDAN SONRA...
20-06-2026, 13:07
Köçəryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi
20-06-2026, 13:05
Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq? - AÇIQLAMA
20-06-2026, 11:11
Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı - Zaqataladakı qətlin TƏFƏRRÜATI
20-06-2026, 11:08
Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradılır - “Hraparak”
20-06-2026, 11:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru