Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” 3 cildliyinin III cildinin təqdimatı keçirilib .....                     Krım üçün 100 il sonra gələn təhlükə... .....                     İcra başçısının səyyar görüşündə gərgin anlar .....                     Turist yoxdur, amma turizm inkişaf edir... .....                     Qəbələ icra hakimiyyəti XALQA QARŞI .....                     Bakıda su qıtlığı: Sakinlər ADSEA-nı kütləvi məhkəməyə verə bilər .....                     “Pilgrim Education”un QURBANLAR SİYAHISI .....                     Xalq artistində ağır xəstəlik aşkarlandı .....                     Hər şey yenicə başlayır və ən maraqlı hadisələr qabaqdadır .....                     "Fidan Baby" dövlətə BORCLANDI .....                     "Qoy mahnılarımı hamı oxusun, mən buna qarşı deyiləm" .....                     “Putin NATO-su”ndan Zəngəzur .....                     “Yeməkləri evlərinə aparırlar” .....                     YAP-çı deputatlardan Elçibəylə bağlı maraqlı .....                     “Həmin vaxt o dünyanı görüb gəldim” .....                     Uğurlu olacağını görsək, küçə mübarizəsinə başlayacağıq .....                     Bakını susuz qoyanlar .....                     Əsas mübarizə artıq döyüş meydanında deyil, danışıqlar masasında gedir .....                     Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub .....                     Son 10 ildə Türkiyəyə 100 minə yaxın azərbaycanlı qadın köçüb .....                     Beynəlxalq axtarışda olan şəxs Bakıda həbs edildi .....                     Sənədsiz evlərlə bağlı təklif: .....                     Moskva, Pekin və Tehranın susqunluğu təsadüfi deyil .....                     Bakının bu ərazilərində torpaq qiymətləri .....                     9 ildir aliment ödəməyən kişi .....                     Rəşad müəllimin bu işçilərindən XƏBƏRİ VARMI? .....                     Ermənistan və Aİ Azərbaycanla yeni yol layihələri hazırlayır .....                     Lavrov Ukrayna böhranının diplomatik həllindən danışıb: .....                     Moskva İrəvanı indi də belə hədələdi .....                     Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisi külli miqdarda mənimsəmədə ittiham olunur, məhkəməsi başlayır .....                     Bakı–Naxçıvan aviareysləri ildırımlı hava şəraiti səbəbindən ləğv edilib .....                     Qalibaf Bakıda açıqladı .....                     XARİCDƏ TƏHSİLİN ƏSAS PROBLEMİ... .....                     Taxta materialları bahalaşdı .....                     Dilqəm Əhmədliyə Qarabağ Universitetində vəzifə verildi .....                     Azərbaycanlılar Tiflis vağzalında qalıb .....                     Bakı-Tiflis-Bakı qatarına bilet niyə tapılmır? .....                     Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı .....                     Ermənistan seçkilərinin təhrif edilmiş sədaları... .....                     Dondurmanın kiloqramını Ukrayndan 3,2, Fransadan 48,8 dollara alırıq .....                 

“Əslində müharibənin taleyinin necə olacağı əvvəlcədən məlum idi” - Sərdar Cəlaloğlu
Tarix: 27-11-2020, 09:04 | Çap et
“Əslində müharibənin taleyinin necə olacağı əvvəlcədən məlum idi”
44 günlük müharibədən sonra Qarabağın azad olunması istiqamətindəki diplomatik gedişlər diqqətlə izlənir. Hazırda regionda sabitliyin təminatçısı kimi çıxış edən rus sülhməramlılarının Avropa və Qərbin “qızışan maraqları” fonunda bu missiyanın öz işini nə dərəcədə ədalətli davam etdirə biləcəyi barədə yeni müzakirələrə səbəb olub. Bütövlükdə isə II Qarabağ savaşının təhlili Azərbaycanın dəyişməz üstünlükləri fonunda necə realizə olunur?

Bu və ya digər məqamlarla bağlı hafta.az-a müsahibə verən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu, bu fonda Azərbaycanın qalibiyyətinin əsasları və onu qorumağın yolları ilə bağlı bir sıra nüanslara toxunub.

-Sərdar müəllim, II Qarabağ müharibəsinin siyasi təhlilini aparsaq hansı nüansın üzərində dayana bilərik?

- Əslində müharibənin taleyinin necə olacağı əvvəlcədən məlum idi. Birincisi, Azərbaycanı müdafiə edən cəbhəni daha hörmətli, daha təsirli güclər təşkil edirdi. Azərbaycan öz təbii müttəfiqi olan Türkiyə ilə birləşib əlaqələr qura bildi. Baxmayarq ki, ermənilərlə də ruslar hərbi təlimlərdə iştirak etdilər, amma müharibənin nəticəsində biz qalib gəldik. Bu, onu göstərdi ki, müasir texnologiyaya yiyələnmək, müasir müharibə taktikasına üstünlük vermək bizim bu döyüşdəki üstünlüyümüzü təmin etdi.

Nəhayət, bu müharibədə Azərbaycan xalqının birliyi meydana çıxdı. Bu vaxt ərzində Azərbaycanda müharibə əleyhinə heç bir çıxışlar edilmədi, hakimiyyətin siyasəti tənqid olunmadan baş verənlərin hamısı ümumi şəkildə qəbul olundu. Yəni bu müharibədə həm xarici, həm də daxili faktorlar əvvəlki müharibələrdən kəskin fərqlənməklə, Azərbaycanın qalibiyyəti ilə nəticələndi.

- Şuşanın azad olunmasından sonra diplomatik müharibədə sülhməramlıların aparıcı olması, son nəticənin bizim üçün əlverişli ola biləcəyini necə isbat edir?

-Əvvəla onu deyim ki, bütün müharibələrin sonu belə olur. Cəbhədə hansı nailiyyət əldə edilirsə, həmin nailiyyət üzərində problemin qalan hissəsini sonra döyüşsüz həll edirsən. Bu təcrübə birinci dünya müharibəsində, ikinci dünya müharibəsində özünü göstərdi. Ümumiyyətlə, bu hal müharibənin təbiəti ilə bağlıdır. Əslinə baxsan burda sülhməramlılara ehtiyac da yox idi. Ermənistan kapitulyasiyaya məcbur ediləndən sonra sülh müqaviləsini imzalasaydı, sülhməramlıların həyata keçirəcəyi əməliyyatları biz özümüz təklikdə həyata keçirəcəkdik. İndi Rusiya, sülhməramlı qüvvələri adı altında burda öz maraqlarını qorumağa cəhdlər elədi. Faktiki olaraq bu bizim üçün bir qədər gözlənilməz olsa da, hər halda çox da pis nəticə olmadı. Burda bizə Türkiyə-Azərbaycan hərbi ittifaqının Rusiya tərəfindən real geosiyasi güc kimi qəbul edilməsi vəd olundu. Putin çıxışında, “Türkiyə-Azərbaycan ordusu kifayət qədər güclüdür” ifadəsini işlətdi. Adımızın Türkiyə ilə birlikdə çəkilməsi, artıq Rusiyanın bizi bir güc kimi görməsini göstərdi. Artıq Azərbaycanla Türkiyənin bir Konfederativ Birliyi təsəvvürü ortaya gəlir. Bu çox ciddi bir məsələdir. Nəhayət, Türkiyənin regionun müxtəlif bölgələrində gedən hadisələrdə söz sahibi olduğu və hadisələri istənilən istiqamətə çevirmə potensialına, nüfuzuna sahib olması üzə çıxdı ki, bu da bizim üçün çox şərəflidir. Çünki Türkiyə bizim təbii müttəfiqimizdir, qardaşımıdır. Türkiyə Azərbaycan, Azərbaycan, Türkiyə deməkdir. Bu baxımdan, Türkiyənin regionun super güc olması bir daha etiraf olundu.

-Qarabağın-Xankəndinin mənəvi olaraq, faktiki Azərbaycana qayıdışı növbəti gedişdə hansı siyasi proseslərin, əməyin sərf olunmasını tələb edir?

-Birincisi, Azərbaycan dünya ictimaiyyətini inandırmalıdır ki, ermənilərdən fərqli olaraq Azərbaycan çoxmillətli respublikadır və burda Azərbaycan xalqına düşmənçilik etməyən, cinayətlərdə iştirak etməyən istənilən vətəndaş yaşaya bilər. Ağdamda əsgərlərimizin nəzarəti altında bir erməni ailəsinin öz mallarını yığıb sağ-salamat aparması da sübut elədi ki, biz ermənilərdən fərqli olaraq yenə onların nazı ilə oynayırıq. Biz bunu dünyaya inandırmalıyıq.

İkincisi, Prezident İlham Əliyev böyük cəsarətlə Xankəndinə, Xocalıya və digər rayonlara icra başçıları, prokurorlar, hakimlər təyin eləməlidir. Qarabağın erməni icmasına bizim üçün məqbul olan vəzifəli şəxsi müəyyən etməli və onlarla əlaqələr qurulmalıdır. Beləliklə də Qarabağda Azərbaycanın suveren hüquqları bərpa olunmalıdır. Təbii ki, Azərbaycan Xankəndində beynəlxalq hüquqda nəzərdə tutulmuş azlıqlar haqqında konvensiyanın şərtlərinə uyğun olaraq onların hüquqlarının qorunmasını öhdəlik kimi götürməlidir.

-Sərdar müəllim, Qarabağda yenə də ATƏT-in Minsk qrupunu canlandırmaq cəhdləri var və bir çox siyasilər bu istiqamətdə “diplomatik mühəndislik” aparırlar. Fransa, Amerika Minsk Qrupunu bərpa etməklə, yenidən “status kvo”nu ortaya atır və Xankəndində erməniyə status vermək üçün çabalayır. İndiki vəziyyətdə bu prosesi əngəlləmək üçün hansı strateji üstünlüyümüz var?

-Bu proses Minsk qrupu ilə bağlı deyil. Bu Minsk qrupunda olan ölkələrin Rusiyanın Qafqazın problemini Türkiyə ilə bir yerdə həll etməsinə etirazıdır. Minsk qrupu 20 ildən artıq müddət ərzində bu bölgədə heç nəyə nail olmadı. Amma Türkiyə, Rusiya ilə birlikdə 44 günün içində bu problemi həll elədi. Bu baxımdan onlar Rusiyanın, Türkiyənin bölgədəki nüfuzuna kölgə salmaq üçün yenidən Minsk Qrupu, status-kvo məsələsini qaldırırlar. Statis-kvo Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğal olunması və beynəlxalq ictimaiyyətin beynəlxalq hüquqa zidd olaraq Azərbaycan tərəfinə təzyiq edib ermənilərin şərtlərini qəbul elətdirməsi ilə bağlı idi. Bu gün də Minsk Qrupunun davranışları göstərir ki, onlar bizim torpaqları qoparıb Ermənistana verilməsinə vasitəçilik edirdilər. Yəni artıq bu mümkün deyil, artıq necə deyərlər, “ qatar gedib”. Münaqişə Türkiyə və Rusiya tərəfindən birdəfəlik həll olunacaq. Buna hamı əmin ola bilər. Azərbaycan bilavasitə Türkiyə, Ermənistan isə Rusiya ilə birlikdə bu məsələdə barışığa gələcəklər. Burda başqa qüvvələrin müdaxiləsinə heç bir ehtiyac yoxdur. Ona görə də hesab edirəm ki, hamısı boş çabalardır. Minsk Qrupu özünü buraxmalıdır. Üstünlüyümüz onda oldu ki, Türkiyə Minsk Qrupunda olmasa da, bu gün problemin həllində söz sahibidir. Azərbaycan dövlətinin beynəlxalq hüquqlarını müdafiə edən bir dövlət Minsk Qrupunda yox idisə, bu problem heç vaxt ədalətli həll oluna bilməzdi. Türkiyənin proseslərə müdaxiləsi bu məsələni öz yoluna qoydu və ən böyük nailiyyət də budur. Dünya tərəfindən mübahisəsiz qəbul olunan üstünlük əldə eləmişik. Bu çox vacib bir məsələdir. Türkiyə bu məsələdə bizim yanımızdadır və artlq biz bu döyüşdə, İlham Əliyevin dediyi kimi tək deyilik. Əksinə, yanımızda çox böyük və bizimlə eyni strateji maraqları olan qardaş bir ölkə var.

-Türkiyə Qarabağa yönəlik geosiyasi maraqlar fonunda hansı əsas strateji yeri tutur və Türkiyə-Azərbaycan hərbi Birliyinin yaranması üçün hansı zəminlər yaranıb?

-Artıq Türkiyə-Azərbaycan Hərbi Birliyi de-fakto yaranıb. Qeyd etdiyimiz kimi, biz türklərlə təlim keçirdik və bu təlimin üstünlükləri müharibədə sübut elədi ki, bizim təlimlər ermənilərlə rusların keçirdiyi təlimlərdən üstündür. İkincisi, artıq Azərbaycan Türkiyə silahları ilə silahlanıb, Türkiyənin hərbi texnikasını qəbul edib. Çox güman ki, bundan sonra da Azərbaycanla Türkiyə arasında hərbi müttəfiqlik, konfederativ əlaqələr yaradacaq. Vahid bir ordumuz olacaq. Bu da bizim strateji hədəflərimizdir.

-Türkiyə hərbiçiləri niyə gəlib çıxmır?

- Əvvəla onu deyim ki, Türkiyə ciddi işlərlə məşğuldur. Ruslar sülhməramlı kimi tez-tələsik gəlib ora girdisə, o demək deyil ki, elə rusların dediyi olacaq. Türklər müharibədə Ermənistan tərəfə böyük bir qoşun yeritdilər və bəyan elədilər ki, biz Ermənistana girə bilərik. Bu Rusiyanın Qarabağda ermənilərlə hər hansı oyun oynamaq imkanlarını sıfırladı. Yəni bizim üçün Türkiyənin Ermənistan sərhəddinə gəlməsi Qarabağa gəlməsindən min dəfə vacib idi. Türkiyə bu addımı atdı, artıq Rusiya da bilir ki, əgər ermənilərin mənafeyinə uyğun adım atacaqsa, dərhal Türkiyə sərhəddən gedəcək Ermənistana. Bu da Rusiyanın strateji maraqlarına uyğun deyil və Rusiyanın burda öz missiyasından kənara çıxan oyunlar oynamasının imkanını azaldır.

Yəqin ki, türk sülhməramlıların gəlişi Ərdoğanın bu yaxınlarda Rusiyaya nəzərdə tutulan səfərindən sonra bəlli olacaq. Orada bu məsələlər qarşılıqlı olaraq razılaşdırılacaq.

-Sizcə hazırda Xankəndidə erməni köçürülmələri nə dərəcədə əsaslı narahatlıqlardan xəbər verir?

-Bizim məqsədimiz azsaylı erməniləri bu bölgədən çıxarmaq, bu bölgədən qovmaq deyil. Məqsədimiz Azərbaycan dövlətinə qarşı üsyan qaldırmış erməni millətçilərini cəzalandırmaq və digər ermənilərlə sülh şəraitində birgə yaşamaqdr. Bizim məqsədimiz budur və bu məqsədimiz bir dəfə də olsun şübhə yaranmayıb.

-Araik Harutunyan cinayətkardır, beynəlxalq axtarışa verilib. Niyə onun həbs edilib təhvil verilməsi ilə bağlı qərar verilmir?

-Əslində orda bizim ürəyimizcə olmayan, bizi narahat edən həddən artıq nüanslar var. Bunlardan da biri sülhməramlı qüvvələrin nəzarətsiz şəkildə fəaliyyət göstərməsi, eləcə də Azərbaycanın Xankəndində hərbi və rəsmi təmsilçilərinin olmamasıdır və s. Amma bunlar böyük bir narahatçılıqlar deyil. Dekabrın 1-ə qədər gözləməliyik. Dekabrda bizim Qarabağla bağlı hansı yolu tutacağımız müəyyən olunacaq. Çünki dekabrın 1-də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinə başlanacaq. Orda artıq bizi, cəmiyyətimizi narahat edən məsələlər müzakirə olunacaq. Amma Rusiya prezidentinin, həm Fransa prezidentinin Dağlq Qarabağın Azərbaycanın tərkib hissəsi olması ilə bağlı bəyanatları o deməkdir ki, bu məsələnin bizim üçün önəmli olan hissəsi həll olunub. Lakin bu formal tanınmadır. Faktiki tanınma o zaman olacaq ki, biz Xankəndində özümüzün dövlət orqanlarını bərpa edəcəyik. Bu isə dekabrda baş tutacaq danışıqlar prosesində müəyən olunacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” 3 cildliyinin III cildinin təqdimatı keçirilib - FOTO
Bu gün, 07:10
Krım üçün 100 il sonra gələn təhlükə... - TƏFƏRRÜAT
Bu gün, 07:03
İcra başçısının səyyar görüşündə gərgin anlar - “Bu, narkomandır”
Bu gün, 07:01
Turist yoxdur, amma turizm inkişaf edir... - Fuad Nağıyev dediyinə özü inanırmı?
Bu gün, 06:56
Qəbələ icra hakimiyyəti XALQA QARŞI - NARAZILIQ VAR...
Bu gün, 06:47
Bakıda su qıtlığı: Sakinlər ADSEA-nı kütləvi məhkəməyə verə bilər - AKTUAL
Bu gün, 06:35
“Pilgrim Education”un QURBANLAR SİYAHISI - bunu bir araşdıran olsa...
Bu gün, 06:33
Xalq artistində ağır xəstəlik aşkarlandı - “Müalicə olunmasam daha da pisləşə bilər”
Bu gün, 06:28
Hər şey yenicə başlayır və ən maraqlı hadisələr qabaqdadır - GƏLİŞMƏ
Bu gün, 06:26
"Fidan Baby" dövlətə BORCLANDI - Sahibini "QAÇQINKOM" ilə nə bağlayır?
Bu gün, 06:24
"Qoy mahnılarımı hamı oxusun, mən buna qarşı deyiləm" - Əməkdar artist
Bu gün, 06:20
“Putin NATO-su”ndan Zəngəzur XƏBƏRDARLIĞI
Dünən, 17:58
“Yeməkləri evlərinə aparırlar” - İTTİHAM VAR...
Dünən, 17:56
YAP-çı deputatlardan Elçibəylə bağlı maraqlı AÇIQLAMALAR
Dünən, 17:49
“Həmin vaxt o dünyanı görüb gəldim” - Xalq artisti
Dünən, 17:42
Uğurlu olacağını görsək, küçə mübarizəsinə başlayacağıq - Köçəryan
Dünən, 17:40
Bakını susuz qoyanlar CƏZALANDIRILACAQ?
Dünən, 17:38
Əsas mübarizə artıq döyüş meydanında deyil, danışıqlar masasında gedir - Siyasi şərhçi
Dünən, 17:32
Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub - BUNDAN SONRA...
Dünən, 17:29
Son 10 ildə Türkiyəyə 100 minə yaxın azərbaycanlı qadın köçüb - SİYAHI
Dünən, 17:26
Beynəlxalq axtarışda olan şəxs Bakıda həbs edildi - Ölkəsinə təhvil verildi
Dünən, 17:16
Sənədsiz evlərlə bağlı təklif: - Evin qiymətinin 3 faizini ödə, “kupça” al
Dünən, 17:12
Moskva, Pekin və Tehranın susqunluğu təsadüfi deyil - Matevosyan
Dünən, 17:10
Bakının bu ərazilərində torpaq qiymətləri kəskin bahalaşacaq
Dünən, 15:21
9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
Dünən, 15:18
Rəşad müəllimin bu işçilərindən XƏBƏRİ VARMI? - DƏLİXANADIR, VALLAH...
Dünən, 14:45
Ermənistan və Aİ Azərbaycanla yeni yol layihələri hazırlayır - KİV
Dünən, 14:32
Lavrov Ukrayna böhranının diplomatik həllindən danışıb: - Top Rusiyada deyil..
Dünən, 14:30
Moskva İrəvanı indi də belə hədələdi – Simonyan elə şey TƏKLİF etdi ki...
Dünən, 13:19
Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisi külli miqdarda mənimsəmədə ittiham olunur, məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 13:16
Bakı–Naxçıvan aviareysləri ildırımlı hava şəraiti səbəbindən ləğv edilib - DİQQƏT
Dünən, 13:05
Qalibaf Bakıda açıqladı - “İran buna hazırdır”
Dünən, 12:10
XARİCDƏ TƏHSİLİN ƏSAS PROBLEMİ... - Diplomlar hansı səbəblərdən tanınmaya bilər?
Dünən, 12:05
Taxta materialları bahalaşdı – YENİ QİYMƏTLƏR
Dünən, 12:03
Dilqəm Əhmədliyə Qarabağ Universitetində vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 12:00
Azərbaycanlılar Tiflis vağzalında qalıb – Bilet tapılmır
Dünən, 11:49
Bakı-Tiflis-Bakı qatarına bilet niyə tapılmır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:44
Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı - FOTO
Dünən, 11:40
Ermənistan seçkilərinin təhrif edilmiş sədaları... - AKTUAL
Dünən, 11:34
Dondurmanın kiloqramını Ukrayndan 3,2, Fransadan 48,8 dollara alırıq - SİYAHI
Dünən, 11:31
Bu icra başçıları yola salına bilər, yerinə isə... - AÇIQLAMA
Dünən, 11:28
Bakı-Tehran xəttində MÜHÜM irəliləyiş – Qalibafın səfərinin PƏRDƏARXASI
Dünən, 11:25
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır - MƏQALƏ
Dünən, 11:12
"Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb" - İLGİNC İDDİA
Dünən, 11:10
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb - DİQQƏT!
Dünən, 11:02
CERT göstərişlərinə əməl etməyən “.az” saytları bağlana bilər
Dünən, 11:00
"Azərbaycan İstehlakçılar Şurası" yaradılıb
Dünən, 10:59
“Jurnalist-bloger” həbs edildi - 10-dan çox şikayətçi var
Dünən, 10:54
ABŞ Konqresində Azərbaycanla bağlı “xüsusi düzəliş” nədir? - Bred Şerman yenə yalanları sıralayıb
Dünən, 10:18
Barelyefi baxımsız vəziyyətdə qalan Səməd Vurğun – Onu Quba ilə nə bağlayırdı?
Dünən, 10:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru