Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib .....                     Moskvada yaşayış binalarının üzərinə HHM sistemləri yerləşdirilir .....                     Pensiya yaşı 70-ə çatdırılacaq? .....                     "AŞPA İlham Əliyevdən, Azərbaycan dövlətindən və xalqından üzr istəməlidir" .....                     Azərbaycanlı iştirakçının rəqsi qalmaqala səbəb oldu .....                     “Üzr istəyirəm, sifətləri o qədər sürtülüb ki...” .....                     Ermənistanın yeni prezidenti o olacaq: .....                     Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi .....                     Şvabe kimin “sifarişini” yerinə yetirir? .....                     Paşinyan lazımi sözü dedi, vəziyyət sabitləşəcək .....                     Bakı üçün yeni model: İcra Hakimiyyəti ləğv oluna bilər .....                     Akif Əlizadəyə yeni VƏZİFƏ VERİLDİ .....                     AzTV-nin keçmiş sədrinin qardaşı oğlu ilə bağlı qərar .....                     Ursula fon der Lyayen Bakıdan sonra İrəvana səfər edəcək .....                     "Mən bu sualı məhkəmədə qaldırdım, lakin cavab ala bilmədim" .....                     Tehran Hörmüzdən keçidin İranla koordinasiya olmadan təmin edilə bilməyəcəyini bildirir .....                     "Oyun başladı, xoş seyirlər!" .....                     Emin Əmrullayev Mirzə Mirzəyevi yüksək vəzifəyə təyin etdi .....                     “VLADİMİR, BİZ BUNU EDƏCƏYİK” .....                     Cənubi Qafqazda sülh və sabitlik dövrü başlayıb .....                     Robert Köçəryan məhkəmədə parlament sədrinə .....                     “Nəvəmin vəziyyəti ağırdır, xəstəxana pulunu ödəyə bilmirik” .....                     Dünya bizdən nəyi öyrənir: 5300 dollarlıq maşına 10 000 dollar rüsum almağı? .....                     Bu addım Azərbaycan-İsrail münasibətlərini də .....                     Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək .....                     Ruhani rejim böhran içində: .....                     “Yaltaqlığın başqa yollarını axtarın!” .....                     Köçəryan cəzalandırılmalıdır .....                     “Məzunlar iş tapa bilmirlər, vakansiyalar “Bravo”, “Sədərək” və “Bolt”da olur” .....                     Paşinyandan Simonyana ağır zərbə .....                     İsa Həbibbəylidən Nizaminin əlyazmasına hörmətsizlik .....                     Televiziyada da müzakirə olunan evlilik FIRILDAĞI: .....                     "Cənab nazirə demək istəyirəm ki, məni başqaları ilə qarışdırmasınlar! " .....                     ABŞ-ın SEPAH-la bağlı kiberhücuma görə axtarışa verdiyi İran vətəndaşı .....                     "Bu son olar "Paşa Sığorta" ilə əməkdaşlıq etdiyim..." .....                     Tramp onları İrana göndərmək istədi: .....                     Azərbaycan nefti bahalaşıb .....                     "Körpə uşağımız var, məcbur olub odundan istifadə edirik" .....                     Tramp istəsə də, Türkiyəyə F-35 verməkdə əli-qolu bağlıdır .....                     AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə edib .....                 

“Artıq texniki imkanlar yetərlidir ki, saxta profillər arxasında gizlənən ”qəhrəman"lar ortaya çıxarılsın"
Tarix: 20-02-2020, 08:45 | Çap et
“Artıq texniki imkanlar yetərlidir ki, saxta profillər arxasında gizlənən ”qəhrəman"lar ortaya çıxarılsın"
Sosial şəbəkələrin faydaları ilə yanaşı, burada söyüşcül dəstələrin tüğyan etməsi də ciddi problem olaraq qalır. Sosial media üzərindən şərəf və ləyaqətin alçaldılması, təhqir və böhtan seli də diqqət çəkir. Məsələn, son parlament seçkilərindən sonra sosial şəbəkələr söyüş-qarğış poliqonunu xatırladır. Söyüş, təhqir, böhtan yağdıranlardan ibarət xüsusi trol dəstələri də fəaliyyətdədir. Sosial media üzərindən şərəf və ləyaqətin alçaldılması, təhqir və böhtan hüquqi məsuliyyət yaradırmı?

Media eksperti, professor Qulu Məhərrəmli “Yeni Müsavat”a deyib ki, sosial şəbəkələr seçkilərdən əvvəl də yalan, böhtan, təhqir platforması təsiri bağışlayırdı, seçkidən sonra durum bir qədər də pisləşib: “İnsanlar emosiyasını, qəzəbini, nifrətini burada ifadə edirlər və təəssüf ki, bu da xoş deyil”.

Qulu Məhərrəmlinin sözlərinə görə, bu cür xoşagəlməz halların qarşısının alınmasında dünya təcrübəsindən yararlanmaq olar: “Ən yaxşı qayda facebook istifadəçilərinin müəyyən etik öhdəliklər götürmələri ola bilər. Dünyada belə təcrübə var. Facebooka daxil olanlar söyüşə, təhqirə, ictimai əxlaqı pozan görüntülərə, qadağan olunmuş mövzularda - porno və bu kimi məlumatların yaymayacaqları öhdəliyi götürürlər”.

Q.Məhərrəmli deyir ki, ümumilikdə sosial şəbəkə tənzimlənən platforma deyil. Rusiyada, Çində, başqa ölkələrdə facebookda fəaliyyətdə olan xüsusi trollar ordusu var. Belə trol dəstələri insanların aşağılanması, təhqir edilməsi üçün istifadə edilir: “Ötən ilin yayında mətbuatı tənqid edəndə özüm də trol dəstəsinin təhqirləri ilə üzləşmişəm. Belə əməllərin qarşısının alınması istifadəçilərin müəyyən etik öhdəliklər götürməsi və buna əməl etməsindən keçir”.

Qulu Məhərrəmlinin sözlərinə görə, Azərbaycan Cinayət Məcəlləsində KİV-lə yanaşı internet resurslarında da böhtan və təhqirə görə məsuliyyət nəzərdə tutulur: “Düşünürəm ki, belə hallar zamanla ötəcək. Cəmiyyətdə ümumi harmoniya olmalıdır, insanlar bir-biri ilə normal danışa bilməlidirlər. Sosial şəbəkələr bir növ gərgin münasibətlərin davamıdır. Ümumi dialoq, harmoniya olmayanda, insanlar arasında tolerantlıq, anlaşma olmayanda, bu, sosial şəbəkələrə sıçrayır. Cəmiyyət irəlilədikcə, şüurlarda, düşüncələrdə, əxlaqda cilalanma gedincə belə hallar da aradan qaldırıla bilər. Bu gün Avropada belə hallar yoxdur. İnsanlar sosial şəbəkələrdən təhqir və böhtan atmaq üçün istifadə etmirlər. Sosial şəbəkəni söz demək fürsəti kimi qəbul eləmiş Şərq ölkələrində, keçmiş sovet ölkələrində bu cür formalardan istifadə olunur”.

Hüquqşünas, Bakı “Hüquq” şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a müxtəlif ölkələrdə sosial şəbəkələr üzərindən təhqir və böhtanla bağlı real cəzaların nəzərdə tutulduğunu deyib. Hüquqşünasın sözlərinə görə, Türkiyə Cümhuriyyətində sosial şəbəkələr üzərindən təhqir və böhtana görə cəza nəzərdə tutulur: “Türkiyə Cəza Qanununun 125-ci maddəsinə görə, əməlin səsli, yazılı və ya görüntülü vasitələrdən istifadə etməklə törədilməsi təhqirdir və cinayəti tərkibi yaradır. Rusiya Federasiyasının Cinayət Məcəlləsinə 2011-ci ilə edilən düzəlişlərlə təhqir cinayətin dekriminallaşdırılması faktıdır. 2011-ci ildən etibarən vətəndaşı təhqir etmək inzibati xəta hesab olunur. Vəzifəli şəxslərin, din xadimlərinin və hərbi qulluqçuların təhqir olunması isə müvafiq maddələrə əsasən cinayət məsuliyyətinə səbəb olur”.

Hüquqşünas deyir ki, Avropa Məhkəməsinin qərarlarında vurğulanır ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir: “Beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərində olduğu kimi, Azərbaycan Konstitusiyasında da hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ var, heç bir hal şəxsiyyətin ləyaqətinin alçalmasına əsas verə bilməz. Mülki Məcəllənin 7-ci maddəsinə görə, şərəf və ləyaqəti ləkələyən, həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi məhkəmə yolu ilə tələb edilə bilər. Həmçinin şəxsin buna görə təzminat və ya kompensasiya almaq hüququ var.

Şərəf və ləyaqəti alçaltma şəxsi nüfuzdan salan hərəkətlər kimi dəyərləndirilir. Şəxsiyyətin nalayiq formada alçaldılmasını, təhqiredici hərəkətin nalayiq olub-olmamasını isə cəmiyyətdə ümumilikdə qəbul edilmiş əxlaqi dəyərlərə, birgə yaşayış qaydalarına, ümumi qəbul edilən prinsiplərə uyğun olaraq məhkəmə, amma ilk növbədə zərərçəkmiş şəxs müəyyən edir. Böhtan isə yalan olduğunu bilə-bilə şəxsin şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatların yayılmasıdır".

Hüquqşünas sosial şəbəkələrdə təhqir və böhtana görə Cinayət Məcəlləsinin 147 və 148-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulduğunu deyir: “CM-in 148-1-ci maddəsinə görə - internet informasiya ehtiyatında saxta istifadəçi adları, profil və ya hesablardan istifadə edərək, kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə cinayət hesab edilir. Təhqiredici hərəkətlərin və sözlərin doğru və yalan olması şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə mane olmur. Əməlin cinayət olması üçün təhqir edən şəxs başqa şəxsin şərəf və ləyaqətini alçaltdığını dərk edir və bunu arzu edir. Şəxs təhqir edildiyi anda cinayət əməli başa çatmış hesab edilir. Bu gün sosial mediada əsasən saxta hesab və profillərdən istifadə etməklə təhqir və böhtan atma geniş yayılıb. Adətən məsuliyyətdən və ”şəxsi hesablaşma"dan yayınmaq üçün təhqir və böhtan saxta hesab və profillər üzərindən edilir. Artıq texniki imkanlar yetərlidir ki, saxta profillər arxasında gizlənən “qəhrəman”lar ortaya çıxarılsın.

Cinayət Prosessual Məcəlləsinin 177-ci maddəsində göstərilib ki, cinayət prosesini həyata keçirən orqan istintaqın normal gedişini təmin etmək üçün istintaq hərəkətini məcburi apara bilər. İP və data ünvanının əldə edilməsi üçün “Telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi” istintaq hərəkətlərinin məcburi aparılmasına məhkəmə qərarının alınması tələb olunur. Belə halda, müstəntiqin vəsatəti əsasında prokuror məhkəməyə təqdimatla müraciət edir. Məhkəmə qərarı ilə telefon və digər qurğularla aparılan danışıqlar, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatlar ələ keçirildikdən sonra ekspert və mütəxəssislər cəlb edilməklə trolun, saxta profil arxasında gizlənən şəxsin yeri müəyyən edilə bilər".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib
Bu gün, 16:22
Moskvada yaşayış binalarının üzərinə HHM sistemləri yerləşdirilir - VİDEO
Bu gün, 15:51
Pensiya yaşı 70-ə çatdırılacaq? - Deputatdan VACİB AÇIQLAMA
Bu gün, 15:49
"AŞPA İlham Əliyevdən, Azərbaycan dövlətindən və xalqından üzr istəməlidir" - deputat
Bu gün, 15:46
Azərbaycanlı iştirakçının rəqsi qalmaqala səbəb oldu - VİDEO
Bu gün, 15:40
“Üzr istəyirəm, sifətləri o qədər sürtülüb ki...” - ermənilər Telli Pənahqızının mahnısını oğurladı
Bu gün, 15:28
Ermənistanın yeni prezidenti o olacaq: - Paşinyanın yaxın dostuna yeni vəzifə
Bu gün, 15:16
Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi - "İki-üç gündür ki..."
Bu gün, 15:13
Şvabe kimin “sifarişini” yerinə yetirir? - AÇIQLAMA
Bu gün, 15:02
Paşinyan lazımi sözü dedi, vəziyyət sabitləşəcək - Lebedev
Bu gün, 14:58
Bakı üçün yeni model: İcra Hakimiyyəti ləğv oluna bilər - Paytaxtı bu qurum idarə edəcək
Bu gün, 14:45
Akif Əlizadəyə yeni VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Bu gün, 14:40
AzTV-nin keçmiş sədrinin qardaşı oğlu ilə bağlı qərar - TƏFƏRRÜAT
Bu gün, 14:37
Ursula fon der Lyayen Bakıdan sonra İrəvana səfər edəcək
Bu gün, 14:35
"Mən bu sualı məhkəmədə qaldırdım, lakin cavab ala bilmədim" – sabiq deputatın həyat yoldaşının işi
Bu gün, 14:33
Tehran Hörmüzdən keçidin İranla koordinasiya olmadan təmin edilə bilməyəcəyini bildirir
Bu gün, 14:29
"Oyun başladı, xoş seyirlər!" – Tramp görün nələr dedi...
Bu gün, 13:04
Emin Əmrullayev Mirzə Mirzəyevi yüksək vəzifəyə təyin etdi - BUNDAN SONRA...
Bu gün, 13:03
“VLADİMİR, BİZ BUNU EDƏCƏYİK” - Rutte Putinə xəbərdarlıq etdi
Bu gün, 12:59
Cənubi Qafqazda sülh və sabitlik dövrü başlayıb - Qriqoryan
Bu gün, 12:58
Robert Köçəryan məhkəmədə parlament sədrinə UDUZDU
Bu gün, 12:47
“Nəvəmin vəziyyəti ağırdır, xəstəxana pulunu ödəyə bilmirik” - MÜRACİƏT
Bu gün, 12:45
Dünya bizdən nəyi öyrənir: 5300 dollarlıq maşına 10 000 dollar rüsum almağı? — DGK sədrinə SƏRT ETİRAZ
Bu gün, 12:35
Bu addım Azərbaycan-İsrail münasibətlərini də KORLAYA BİLƏR
Bu gün, 12:30
Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək - KİV
Bu gün, 12:27
Ruhani rejim böhran içində: - mollakratiyanın "İslam nizamı"nın əsl siması
Bu gün, 12:17
“Yaltaqlığın başqa yollarını axtarın!” – Yazıçıdan deputata sərt reaksiya
Bu gün, 11:57
Köçəryan cəzalandırılmalıdır - Manvazyan
Bu gün, 11:54
“Məzunlar iş tapa bilmirlər, vakansiyalar “Bravo”, “Sədərək” və “Bolt”da olur” - MALƏSƏF...
Bu gün, 11:52
Paşinyandan Simonyana ağır zərbə – Yerinə başqasını gətirir…
Bu gün, 11:48
İsa Həbibbəylidən Nizaminin əlyazmasına hörmətsizlik - Vatikan nümayəndələri şoka düşdü
Bu gün, 11:42
Televiziyada da müzakirə olunan evlilik FIRILDAĞI: - azərbaycanlı qadın həbs olundu
Bu gün, 11:36
"Cənab nazirə demək istəyirəm ki, məni başqaları ilə qarışdırmasınlar! " - QALMAQAL!
Bu gün, 11:22
ABŞ-ın SEPAH-la bağlı kiberhücuma görə axtarışa verdiyi İran vətəndaşı Monteneqroda həbs edilib
Bu gün, 11:18
"Bu son olar "Paşa Sığorta" ilə əməkdaşlıq etdiyim..." - ETİRAZ VAR!
Bu gün, 11:16
Tramp onları İrana göndərmək istədi: - Kimsə əl qaldırmadı
Bu gün, 11:00
Azərbaycan nefti bahalaşıb
Bu gün, 10:53
"Körpə uşağımız var, məcbur olub odundan istifadə edirik" - NARAZILIQ VAR...
Bu gün, 10:51
Tramp istəsə də, Türkiyəyə F-35 verməkdə əli-qolu bağlıdır - Hərbi ekspert Hüseyn Fazla
Bu gün, 10:47
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə edib - FOTO
Bu gün, 10:26
Milli Ordumuzun şərəfli inkişaf yolu - MƏQALƏ
Bu gün, 10:20
“Bəzən ayrı-ayrı siyasi qüvvələr tərəfindən İslam dini təhlükə mənbəyi kimi təqdim edilir” - deputat
Bu gün, 10:16
Rusiya üçün çox pis xəbər: - Ukrayna və Almaniya yeni “raket qalxanı” hazırlayır
Bu gün, 10:09
Paşinyanın əsas rəqibinin həbsi üçün düymə basıldı - GƏLİŞMƏ
Bu gün, 10:06
Bu məhsulun ucuz satılması təhlükə yaradır: tezliklə kəskin bahalaşma ola bilər – XƏBƏRDARLIQ
Bu gün, 10:01
İrəvan iki ildir KTMT-yə pul ödəmir - Vasilyev deyir ki...
Bu gün, 09:51
Qalibafın Azərbaycana, Hakan Fidanın Rusiyaya səfəri təsadüfi deyil - Türkiyəli generaldan ŞƏRH
Bu gün, 09:46
Dağıstanlı yeniyetmənin üzv olduğu şəbəkə ABŞ və Avropada yanğın aktları təşkil edib - Rusiya FTX
Bu gün, 09:44
Rusiyadakı benzin qıtlığının Azərbaycana təsiri var? - deputat açıqladı
Bu gün, 09:21
Rusiya Ermənistandan bütün balıq məhsullarının idxalını dayandırıb - TASS
Bu gün, 09:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru