AMEA GERÇƏKLİYİ: Su üzərində sabun köpüyü... .....                     Duda Naxçıvanda nəyi görmək İSTƏYİRDİ? .....                     Fransa artıq bütün körpüləri yandırıb... .....                     Məhkəmə Ukraynada qətl törədən Azərbaycan çempionu ilə bağlı qərar çıxardı .....                     Zəngəzur dəhlizi... NƏDƏN VACİBDİR... .....                     “Endirim” saxtakarlığı: bu halda alıcı nə etməlidir? .....                     Sərdar Əsədova ağır itki üz verib .....                     Məktəblərin qapısına ASILACAQ QIFIL... .....                     Tarix İnstitutunda daha bir QALMAQAL .....                     Heç bir sosial platformada təmsil olunmayan iki partiya... .....                     “Kredit Servis BOKT”-nin rəhbərliyində DƏYİŞİKLİK .....                     “Anadolu Event” ölkədən külli miqdarda PUL ÇIXARIB .....                     Bakıda möhtəkirliyin 1001 `KOLORİT`i... .....                     Nəcəflinin xalqla GİZLİ GÖRÜŞLƏRİ... .....                     KTMT Rusiya-Belarus və Tacikistanı əhatə edən bir təşkilat səviyyəsindədir .....                     Rusiyaya yeni cəbhə açıldı: Kreml nə edəcək? .....                     DSX-nın əsgərinin müəmmalı ölümü: Baş leytenant həbs edildi .....                     Bakıdan Makrona göndəriləsi “hədiyyə” .....                     Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? .....                     Tovuzun kəndlərində məktəblər niyə boşalır? .....                     "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" .....                     Benzinin qiymətini kimə həvalə etməli? .....                     Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? .....                     Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə .....                     Yeni lizinq şirkəti təsis edilib .....                     Azərbaycan Ukraynaya soğan göndərə bilər? .....                     Tiflis məhkəməsi qərar verdi: .....                     Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib .....                     Suriyada müxalif qüvvələr Hələbə daxil oldu .....                     Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib .....                     Qərbin “erməni sevgisi”: .....                     "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı .....                     Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır .....                     Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü .....                     Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər .....                     “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? .....                     Ülvi Quliyev vətəndaşları qəbul etdi .....                     “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” .....                     "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." .....                     Azərbaycanda əsas seysmik zonalar: .....                 

"Azərbaycan hökuməti gedib başını bir din xadiminə qoşmalıdır? "
Tarix: 29-01-2020, 08:56 | Çap et
"Azərbaycan hökuməti gedib başını bir din xadiminə qoşmalıdır? "
Ərdəbilin bir imam cüməsi var – Ayətullah Seyyid Həsən Amili. Adam yaxşı Azərbaycan türkçəsi ilə danışır. Amma nə illah edirik, onu inandıra bilmirik ki, İranla Azərbaycan arasındakı sərhədlər 31 dekabr 1989-cu ildə dağıdılıb. Cənab Amili iki ayağını bir başmağa dirəyib iddia edir ki, hadisə 19 Yanvar 1990-cı ildə baş verib. Biz də belə olmadığını sübuta yetirmək üçün həmin dövrdə çəkilmiş videoları yayımladıq. Düşündük ki, yəqin, ayətullah həzrətləri inkar mümkün olmayan kadrlara baxıb səhvini düzəldər. Di gəl ki, o, tarixi saxtalaşdırmaq şakərindən əl çəkmək istəmir. Biz də hadisənin aktiv iştirakçılarından olan ADP sədri Sərdar Cəlaloğluya üz tutduq.

- Sərdar bəy, Ərdəbilin imam-cümə israr edir ki, sərhəd hərəkatı 19 yanvar 1990-cı ildə baş verib və həmin gün Dünya Müsəlman Azərbaycanlılarının Həmrəylik günü elan olunmalıdır. O tarixi hadisənin iştirakçısı kimi, ayətullah həzrətlərinə nə deyərdiniz?

- Əvvəla, 31 dekabr 1989-cu ildə baş verən sərhəd hərəkatı yalnız Azərbaycanla bağlı hadisə deyil. O vaxt dünyada parçalanmış xalqların birləşməsi prosesi gedirdi. Xüsusilə Berlin divarlarının sökülməsi parçalanmış xalqların bütövlük idealı üçün örnək təşkil edirdi və Azərbaycan xalqı da 31 dekabr 1989-cu ildə bu prosesə qoşularaq ölkəsinin şimalı ilə cənubu arasındakı sərhədləri sökmüşdülər.

İkincisi, ayətullah tarixi təhrif edib müsəlman xalqlar arasında süni ixtilaflar yaratmaqdansa, islami vəhdət məsələlərindən danışsa, daha doğru hərəkət etmiş olar. Bilirsiniz ki, Qüds günü Ümumdünya Müsəlmanlarının Həmrəylik günü elan edilib. Milliyyətindən asılı olmayaraq bütün müsəlmanlar bu günü islami vəhdət ideyası ətrafında birləşib dünya imperializminə qarşı mövqe ortaya qoyurlar. Ayətullah Amilinin bir din xadimi kimi daşıdığı missiyaya bu cür hər kəs tərəfindən mənimsənilən ideyalar irəli sürmək yaraşar. Tarixi saxtalaşdırmaq, hər kəsin gözü qarşısında baş verən hadisələri təhrif etmək, dolayısıyla həqiqətdən uzaq fikirlər səsləndirmək ilk növbədə onun dini statusuna uyğun gəlmir...

- Ayətullahın irəli sürdüyü təklifdə ən çox diqqətimi çəkən məqam “müsəlman azərbaycanlılar” ifadəsidir. Biz bilirik ki, Azərbaycan türklərinin böyük əksəriyyəti müsəlmandır. Elədirsə, insanlarımızı bu cür fərqləndirmək nə dərəcədə doğrudur və nəyə xidmət edir? Amili bununla İrana bağlı olmayan azərbaycanlıları təkfir etmirmi? Edirsə, onun təkfirçi İŞİD-çilərdən nə fərqi var?

- Az miqdarda azərbaycanlı var ki, başqa dinlərə dinlərə qulluq edir. Hər bir millət kimi, azərbaycanlılar arasında da ateist var. Dini əqidəsindən asılı olmayaraq, onların hamısı azərbaycanlıdır və buna görə milləti bir neçə yerə ayırmaq olmaz. Görünür, Amilinin Rum surəsinin 31-32-ci ayəsindən xəbəri yoxdur. Həmin ayədə Allah buyurur ki, dindarları parçalayanlar, araya təfriqə salanlar müşrikdirlər (Sərdar bəyin istinad etdiyi ayədə deyilir: “Tövbə edərək Ona tərəf qayıdın, Ondan qorxun, namaz qılın və müşriklərdən olmayın. O kəslərdən ki, öz dinlərini parçaladılar, bölük-bölük oldular və hər bir dəstə özündə olana sevinər” (“Rum” 31-32) – Ovqat.com). Ümumiyyətlə, İran ayətullahlarının dinlə, milli münasibətlərlə bağlı bəyanatları nə dini ehkamlara, nə də dünyəvi prinsiplərə sığır. Onların fitvalarında həddindən artıq İslama zidd fikirlərə rast gəlmək mümkündür. Ən məşhurlarının belə əsərlərinə baxırsan, dinə zidd çox ciddi məqamlarla rastlaşırsan. Bu da İranda dinin siyasiləşməsi ilə bağlıdır. Özünüz də bilirsiniz ki, İranda dinlə siyasət iç-içədir. Ona görə də bəzən dinlə siyasət toqquşanda dini liderlər belə, siyasətə üstünlük verirlər. Amilinin “müsəlman azərbaycanlılar” kəşfində də siyasi çalar daha ağır basır. Əgər söhbət azərbaycanlıların birləşməsindən gedirsə, dini görüşündən asılı olmayaraq, bütün Azərbaycan xalqı vəhdət halında olmalıdır...

- Məsələ burasındadır ki, ayətullah Amiliyə görə, sərhəd hərəkatının qayəsi Azərbaycanı birləşdirmək olmayıb. Guya, biz ona görə sərhədləri sökmüşük ki, tarixi torpaqlarımız olan İrana birləşək.

- Amili düz deyir. İran bizim tarixi torpaqlarımızdır. Azərbaycan türkləri 1000 ildən artıq İran ərazisində öz böyük imperiyalarını qurub, nəinki farslara, həm də dünyaya ağalıq edib. Nə Səfəvilərin, nə Əfşarların, nə də Qacarların farslara aidiyyəti olmayıb. Farslar bizim tərkibimizdə kiçik bir əyalətimiz, azsaylı etnik qrupumuz olub, mərkəzi şəhərləri də Şiraz idi. Biz həqiqətən də o zaman sərhədləri sökəndə tarixi torpaqlarımızı bərpa etmək məqsədi qarşıya qoymuşduq. Qayəmiz İran adlanan coğrafiyada öz bütöv dövlətimizi qurmaq idi və o gün mütləq gələcək. Farslar o zaman yenə də bizim tərkibimizdə özlərini xoşbəxt hiss edəcəklərsə, nə gözəl. Amili də yəqin bunu nəzərdə tutub elə danışıb. Çünki o boyda ayətullah bilməmiş olmaz ki, İran coğrafi addır və indiki adını 1925-ci ildə alıb. O dövrə qədər isə həmin ərazidə Qacariyə dövləti hökm sürüb. Tarixin heç bir anında bu coğrafiyada qurulan dövlətlərə İran deyilməyib. Türk hakimiyyətlərindən əvvəl də bu ölkə İran yox, ya Sasani, ya da Əhmənilər adlanıb. Bu mənada İran sözünün özü qondarmadır. Millər adı yox, coğrafiya adı daşıyıb. Bu coğrafiyanın bir hissəsində əfqanlar, bir hissəsində farslar, bir hissəsində isə türklər yaşayıb. Ərəblər də, kürdlər də, peştunlar da bu tarixi ərazimizin etnik qruplarından sayılıblar. Azərbaycan da İran kimi ərazinin adıdır. Bu baxımdan coğrafi anlayışı siyasi anlayış kimi təqdim etmək siyasi savadsızlıqdır. Biz o vaxt Azərbaycanın bütövlüyü hədəfində birləşmək istəyirdik. Bizim fikrimizə görə, Tehran da daxil olmaqla indiki İranın şimal hissəsi Azərbaycan türklərinin torpağıdır və vahid bir dövlət kimi birləşməlidir.

- Deyirsiniz, yəni Tehran da Azərbaycana aiddir?

- Əlbəttə. Tehran da Azərbaycan ərazisinə daxildir.

- Bayaq bir söz dediniz: Farslar Azərbaycan türkünün minillik tarixi torpaqlarında yaşayan etnik qrup olub və yenidən bizə birləşmək istəsələr, etiraz etmərik...

- Təbii. Kim buna etiraz edər? Biz tarixən fars qardaşlarımıza özümüzün bir parçası kimi baxmışıq. Tarixən farslar da, əfqanlar da, kürdlər də və s. kimi xalqlar da bizim tarixi dövlətimizdə özlərinin ən xoşbəxt dövlərini yaşayıblar. Nə zaman ki, dünya imperializmi Azərbaycan türklərinin Ana Vətənlərini paramparça etdi, hamımız kimi, indiki İran ərazisində yaşayan xalqların da bədbəxtlikləri məhz o dövrdən başladı. Əfqanistanda indiyədək müharibə gedir, İranda farsların özü də islam niqabına bürünmüş fars şovinizmindən əziyyət çəkirlər, qlobal imperailizmin qurbanlarına çevriliblər. Tarix sübut edir ki, bu ölkələrin insanlarını yalnız türklər bir arada tuta bilər. Çünki biz başqa xalqlara yuxarıdan aşağı baxmamışıq. Hamısını özümüzdən bilib, milli kimliklərini qorumuşuq. Fars mədəniyyətini dünyaya yaymışıq. İndi İran rejimi nə edir? Yaxın Şərqə siyasiləşmiş şiə ideologiyası yayaraq insanları üz-üzə qoyur. Məzhəb müharibələrini qızışdırır. Nəticədə İran xalqının sərvətləri dindaşlarının qanını tökən ideoloji müharibələrə sərf olunur. İraqda, Suriyada, Yəməndə günahsız insanların qanı tökülür. Tarixi ərazilərimizdə öz hakimiyyətimizi bərpa edəndən sonra bütün bu insanlığa yaraşmaqyan halların da qarşısı kəsiləcək. Orta Asiyadan Avropaya qədər geniş ərazilərdə böyük iqtisadi və hərbi güc ortaya çıxacaq. O zaman ABŞ da indiki kimi İranı müharibə, iqtisadi sanksiyalarla təhdid edə bilməyəcək. Ona görə də, bu ərazilərdə yaşayan xalqlar – farslar, peştunlar, kürdlər azad olmaq istəyirlərsə, yenidən Azərbaycan-türk hakimiyyətini qəbul etməlidirlər.

- Məni bir məsələ maraqlandırır. Niyə İran ayətullahlarının Azərbaycan tarixini saxtalaşdırmaq cəhdlərinə rəsmilərimiz cavab vermirlər? Axı söhbət burada Azərbaycanın rəsmi günlərini və tarixini saxtalaşdırmaqdan gedir. Bilirsiniz ki, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü olması barədə fərmanı Heydər Əliyev imzalayıb. Özgə vaxt hamısı Heydər Əliyevin siyasi irsinə sədaqətdən dəm vururlar. Belə götürəndə, onun ən böyük siyasi irsi elə Həmrəylik Günüdür. İranın bir ayətullahı çıxıb bu irsə dil uzadır. Bizim XİN isə susur. İranın Bakıdakı səfirini çağırıb hesabat tələb etmir.

- Amili kimdir ki, ona XİN cavab versin? Hansısa bir imam cüməyə Xarici İşlər naziri cavab verməlidir?

- O, tək imam cümə deyil axı, həm də İranın dini lideri Xameneinin nümayəndəsidir.

- Deməli, dini xadimdir də. Azərbaycan hökuməti gedib başını bir dini xadiminə qoşmalıdır?

- Razılaşmıram. Xamenei təkcə dini xadim deyil. İran teokratik dövlət olduğundan o, həm də bir nömrəli siyasi rəhbərdir.

- Hər bir dövlət başqa dövlətin siyasi xarakterinə görə yox, öz siyasi xarakterinə görə ritorikasını müəyyənləşdirir. İran teokratik dövlət olsa da, Azərbaycan dünyəvi dövlətdir. Hərəkətlərini də öz siyasi xarakterinə görə tənzimləyir. Bilirsiniz ki, Xamenei İran siyasətini müəyyənləşdirən şəxs olmasına baxmayaraq, dini lider adını daşıyır. Rəsmi status baxımından İranın siyasi rəhbəri prezident Ruhanidir. Ruhani belə bəyanat versəydi, sözsüz ki, Azərbaycan rəsmi dairələri öz dövlətçilik ənənələrinə uyğun olaraq, onun cavabını verərdilər. Amma bunu dini liderin nümayəndəsi dediyi üçün ona bizim rəsmilərimizin cavab verməsi siyasi etiketə uyğun gəlmir.

- Bəs bizim dini liderimiz niyə Amiliyə cavab vermir? O ki özünü bir vaxtlar Heydər Əliyevin şeyxi elan etmişdi.

- Bizim dini liderimiz yoxdur. Azərbaycanda din siyasətdən ayrıdır. Dini dövlət olmadığımıza görə elə bir status daşıyan adamımız da yoxdur.

- Bəs Allahşükür Paşazadə kimdir?

- Şeyxülislam Allahşükür Paşazadə bizim klassik mənada başa düşdüyümüz dini rəhbər deyil. Onun bu cür qabiliyyəti də yoxdur. İrandan gələn basqılara cavab verməməsinin əsas səbəbi də budur. Onun yarıtmaz mövqeyinin nəticəsidir ki, Azərbaycan müsəlmanları özlərini İranın dini təsiri altında hiss edirlər. O gün mənim vəkillərim dindarlarla görüşüb və onları seçkiyə çağırıblar. Dindarlar deyiblər ki, bizim dinimiz seçkilərdə iştirakı qadağan edir. Görün, İran dindarlar arasında nə qədər zərərli təbliğat aparıb ki, onlar seçkidə belə iştirak etmək istəmirlər. Bəs sən cəmiyyəti necə dəyişəcəksən. Belə çıxır ki, bunlar Azərbaycanda siyasi dəyişikliklərin yalnız bir yolunu bilirlər – inqilab, dövlət çevrilişi, üsyan... Dindarları bu cür maarifləndirmək həm Azərbaycan üçün, həm də dinin özü üçün çox təhlükəlidir.

- Bu təhlükəyə qarşı hansı tədbirlərin həyata keçirilməsini vacib sayırsınız?

- Mənə elə gəlir ki, Azərbaycanda bu təhlükədən yayınmaq üçün atılacaq ilk addım düzgün ideoloji işin qurulmasıdır. Bu işdə media orqanlarının, xüsusilə televiziyaların üzərinə çox iş düşür. Bizdə isə bu gün televiziyalarda nə din, nə də siyasət barədə ciddi müzakirələr, polemikalar, təbliğatlar aparılır. Hökumət elə bil dindən, siyasətdən qorxur. İran mollaları ağzına gələni danışırlar, televiziyaları, mətbuat orqanları bizi təhqir etməkdən çəkinmirlər. Gah tarakana, gah dişini tualet fırçası ilə yuyan cahil birinə bənzədirlər. Türklərə açıq-açığına “xər” deyirlər. Dəfələrlə Azərbaycan türklərinin əleyhinə karikaturalar, kitablar çap etdirirlər, şeirlər yazırlar. Bizimkilər isə sanki səsini çıxarmağa çəkinirlər. Halbuki, İran bizdən nə qədər güclü olsa da, haqq tərəfdə olan bizik. Haqq hər şeydən güclüdür. Əksinə, güclünün qarşısında susmaq insanı daha da kiçildir. Bir millət özünü qorumaq istəyirsə, haqsız hücumlara müqavimət göstərməyi bacarmalıdır.

Azərbaycanın ən böyük problemlərindən biri ateizmindən çıxıb yanlış dini inancların, mövhumatın içərisinə düşməyidir. Görün, nə gündəyik ki, XXI əsrdə yaşayırıq, amma hansısa dələduzun qaloş pirinə pənah aparır və ondan mədəd umuruq. Bunun günahı kimdədir? Qafqaz Müsəlmanları İdarəsinin bir nömrəli vəzifəsi dini dəyərləri təbliğ etməkdir. İndiyə qədər QMİ-nin dilindən bu cür cəhalətə, xurafata qarşı bir kəlmə də söz eşitməmişik. Ya siyasi konyukturaya hesablanmış çıxışlar edirlər, ya da özləri xurafat yayırlar...

- Yeri gəlmişkən, İran prezidenti Həsən Ruhani Azərbaycana gələndə İran səfirliyində bizin şeyxülislamı qəbul etmiş və ölkəsinə qayıtdıqdan sonra öz rəsmi səhifəsində bildirmişdi ki, Allahşükür Paşazadə mənə hesabat, mən isə ona təlimat verdim. Biz sayt olaraq bu hadisə ilə bağlı nə qədər məsələ qaldırdıq, şeyxin ofisinə sorğu göndərdiksə də, heç bir cavab ala bilmədik. Özünün aşağılanmasına belə cınqırını çıxara bilməyən şeyxülislamdan daha nə gözləyirsiniz?

- Bizim şeyxülislam cəsarətsiz adamdır. Bir-iki dəfə onunla İran səfirliyinin iftarında iştirak etmişəm. Bizim şeyx faktiki olaraq 3 ölkənin müsəlmanlarının dini lideridir. Amma namaz vaxtı gedib İranın burdakı dini nümayəndəsi Seyid Əliəkbər Ocaqnicadın arxasında dayanıb namaz qılırdı. Düşünə bilirsinizmi, mən bunun bir siyasi anlam daşıdığını, bir partiya sədrinin bir başqa dövlətin din adamına uymasının səhv anlaşıla biləcəyini düşünür, təkbaşına namaz qılmağa üstünlük verirəm. Bizim dini rəhbərimiz isə İran dini liderinin neçənci dərəcəli nümayəndəsinin arxasında dayanmağı özünə rəva bilir. Halbuki, həm siyasi, həm də dini baxımdan Ocaqnicad bizim şeyxin arxasında dayanmalıdır. Yəni bizim şeyxin özü də imkan verir ki, onu üstələsinlər. Görünür, dini savad və əməl baxımından dili o qədər uzun deyil və öz yerini bilir. Qorxur ki, İran ayətullahları dindarları ona qarşı qaldıra bilər. Bildiyimiz kimi, bizdə təqlid mərcii olmadığına görə, şiələrin bir qismi İrana, bir qismi isə İraqa bağlıdır. Halbuki, sovet hakimiyyəti dövründən əvvəl Azərbaycanın elə böyük din adamları var idi ki, İranda onları təqlid edirdilər. İndisə şeyximizin özü kimisə təqlid edir və başqasının arxasında dayanıb namaz qalır. (ovqat.com)









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AMEA GERÇƏKLİYİ: Su üzərində sabun köpüyü... - maləsəf... BU FAKTDIR...
Bu gün, 09:32
Duda Naxçıvanda nəyi görmək İSTƏYİRDİ? - “Binokl şousu”nun növbəti QONAĞI
Bu gün, 09:27
Fransa artıq bütün körpüləri yandırıb... - BU, FAKTDIR...
Bu gün, 09:17
Məhkəmə Ukraynada qətl törədən Azərbaycan çempionu ilə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:09
Zəngəzur dəhlizi... NƏDƏN VACİBDİR... - ŞƏRH
Bu gün, 09:00
“Endirim” saxtakarlığı: bu halda alıcı nə etməlidir? - AKTUAL
Bu gün, 08:52
Sərdar Əsədova ağır itki üz verib
Bu gün, 08:49
Məktəblərin qapısına ASILACAQ QIFIL... - AXI NİYƏ?..
Bu gün, 08:44
Tarix İnstitutunda daha bir QALMAQAL - XANIM ƏMƏKDAŞLA ŞÖBƏ MÜDİRİ QIRĞINA ÇIXDI
Bu gün, 08:37
Heç bir sosial platformada təmsil olunmayan iki partiya... - ARAŞDIRMA
Bu gün, 08:33
“Kredit Servis BOKT”-nin rəhbərliyində DƏYİŞİKLİK - BUNDAN SONRA...
Bu gün, 08:32
“Anadolu Event” ölkədən külli miqdarda PUL ÇIXARIB - BAŞI CƏNCƏLDƏ...
Bu gün, 08:28
Bakıda möhtəkirliyin 1001 `KOLORİT`i... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:20
Nəcəflinin xalqla GİZLİ GÖRÜŞLƏRİ... DAVAM EDİR!
Bu gün, 08:03
KTMT Rusiya-Belarus və Tacikistanı əhatə edən bir təşkilat səviyyəsindədir - FAKT BUDUR!
Bu gün, 07:17
Rusiyaya yeni cəbhə açıldı: Kreml nə edəcək? - GƏLİŞMƏ
Bu gün, 07:15
DSX-nın əsgərinin müəmmalı ölümü: Baş leytenant həbs edildi - DETALLAR
Bu gün, 06:32
Bakıdan Makrona göndəriləsi “hədiyyə” - FOTO
Bu gün, 06:23
Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? - İNCƏLƏMƏ
Bu gün, 00:36
Tovuzun kəndlərində məktəblər niyə boşalır? - NƏ ETMƏLİ?
Bu gün, 00:34
"Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" - ETİRAZ
Bu gün, 00:30
Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28
Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25
Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05
Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02
Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27
Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23
Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38
Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06
Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03
Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58
"Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53
Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42
Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31
Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28
“Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20
Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09
“Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02
"Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00
Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54
Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45
Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36
Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34
VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28
İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24
"Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22
Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19
"Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14
"Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06
Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Dünən, 17:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru