HƏMİN ÜÇ ŞƏRƏFSİZİN CƏZASI KƏSİLDİ .....                     "Çünki Mehriban Ələkbərzadənin vəzifəsi, aldığı fəxri adlar, arxasında dayanan vəzifəli dostları və rəfiqələri var" .....                     Cənubi Qafqazda 3+3 formatını 4+3 əvəzləyir? .....                     “Hər il təmir işlərinə xərclər artır, amma təhsilin inkişafı yaxşılaşmır” .....                     Mixail Zabelinin heç kimə lazım olmayan mandatı kimə LAZIMDIR? .....                     Kremlin yeni hücum planı: Postsovet ölkələri hədəfdə .....                     "Kiyev Bakı ilə təbii qazın yeni tədarükünü müzakirə edir" .....                     Vaşinqton görüşündən təhlükəsizlik zəmanətlərinin aydın izahını gözləyirik .....                     Bakıda niyə yeni binalar tikilmir? .....                     Durum Trampın düşündüyü kimi deyil, Bakı və İrəvan... .....                     Dost Ermənistanla əlaqələrimiz var .....                     Ərəb turistlər bizim müqəddəs şəxslərimizin ruhlarına qarşı hörmətsizlik edib .....                     "Dərdimi kimə deyim... necə edim?" .....                     Rusiyanın özü gərginlikdə maraqlıdırsa... .....                     “Bravo” qaydaları ən çox pozan marketdir .....                     “Binəqədi İTD” ASC nizamnamə kapitalında dəişiklik edəcək .....                     Stefançukdan Sahibə Qafarovaya zəng, Bakıya dəstək .....                     BDU-da Azərbaycanda “Ərəb dili ayı”nın açılış mərasimi .....                     Rusiyadakı azərbaycanlılara DAHA BİR ŞOK .....                     Gəncəyə yeni həbi prokuror təyin olunub .....                     Bağça müdiri vəzifəsinə işə qəbul üzrə sənəd qəbuluna start verildi .....                     Naxçıvan FHN-də yeni İdarə rəisi təyin edilib .....                     Məşhur müğənninin sponsoru olan kriminal lider həbsdən çıxdı .....                     Hətta Moskva din xadimi cildində təxribatçılar da yetişdirib .....                     Rusiya Azərbaycan vətəndaşları üçün yeni iş qadağaları tətbiq edir .....                     Ukrayna neytral olsaydı, müharibə olmazdı! .....                     “Azərsu” 1300 ton xlor alır .....                     Ermənistanın “EV TAPŞIRIĞI” .....                     “Rusiya hərbi qüvvələrinin qarşısında şərt qoymuşduq ki, belə addımlar atılsa, cavabımız olacaq” .....                     İcra başçısı onlara vəzifə verdi .....                     Gəncədə İstiqlal Parkına qarşı hörmətsizlik: Şəhid xatirəsinə ucaldılmış abidə zədələndi .....                     “Heç bir təbliğat etmirəm” .....                     Həbsdəki müğənninin cəzası ARTIRILDI .....                     Fuad Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirildi, ittiham aktı yarımçıq qaldı .....                     “Chef Orxan” restoranın müştəriləri TƏHLÜKƏDƏ .....                     Rasim Musabəyov: Artıq Azərbaycan Rusiyaya bəyanatla yox, hərəkətlə cavab verməli, Ukraynaya silah satmalıdır .....                     Mülayim şərq küləyi əsəcək .....                     PUTİN SOCAR-ı “VURMAQLA” BAKINI NƏYƏ TƏHRİK EDİR? .....                     Laçın yaxınlığındakı kənddə erməni itkin düşdü... .....                     "Azərbaycan turistik ölkədir.., AMMA..." .....                 

Ödənişsiz efir hüququnu hələ ki bir partiya qazana bilib
Tarix: 16-01-2020, 08:36 | Çap et
Ödənişsiz efir hüququnu hələ ki bir partiya qazana bilib
9 fevral növbədənkənar parlament seçkilərində 20 siyasi partiya iştirak edir. Seçkinin daha bir mərhələsi-namizədlərin qeydə alınması prosesi isə başa çatmaq üzrədir. Yanvarın 17-dən təbliğat-təşviqat kampaniyası başlayacaq. 20 siyasi partiyanın sırasında ən çox sayda namizəd irəli sürən və ən çox namizədi qeydə alınan partiya hakim Yeni Azərbaycan Partiyasıdır. Hakim partiya 125 seçki dairəsinin 123-dən deputatlığa namizəd irəli sürüb.

Ana Vətən Partiyasının, BAXCP-nin, Böyük Quruluş Partiyasının, Milli Dirçəliş Hərəkatı Partiyasının 60-dan yuxarı namizədi irəli sürülüb. Vəhdət Partiyası və digər parlament partiyaları isə hərəsinə bir namizədlə seçkiyə qatılıblar.

Parlamentdə olmayan partiyalardan isə ən çox namizədlə seçkiyə qatılan Müsavat Partiyasıdır.

Müsavatın 82 namizəd irəli sürdüyü bildirilir. Lakin namizədlərinin indiyə qədər neçəsinin rəsmi qeydə alındığı barədə məlumat açıqlanmayıb.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə “Yeni Müsavat”a bildirdi ki, partiyanın iki namizədi irəli sürülüb və qeydə alınıb. Bir nəfər isə müstəqil olaraq seçkiyə qatılıb: “Partiyamız seçkilərlə bağlı real vəziyyəti nəzərə alaraq iki nəfərlə seçkiyə qatılmaq qərarı verdi. Parlament partiyası olmaq üçün bir nəfər deputatın da olması yetərlidir”.

AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, partiya rəsmi 14 namizəd irəli sürüb. Namizədlərdən biri Türkiyədən gələ bilmədiyi üçün imza vərəqələrini seçki komissiyasına qaytara bilməyib. Ancaq digər imza vərəqələri götürənlərin hamısı imza vərəqələrini təhvil veriblər: “15 yanvara qədər AĞ Partiyadan 7 namizəd rəsmi qaydada qeydə alınıb. 6 namizədin isə qeydə alınmasını yaxın iki gündə gözləyirik. Ümid edirəm onlar da qeydə alınacaq. Bununla da AĞ Partiya ən gənc partiya olmasına baxmayaraq parlament seçkilərində ən çox namizədlə çıxış edən partiyalardan biri olacaq. Mən bunu artıq özümüz üçün ilkin uğur hesab edirəm”.

ADP sədrinin seçki məsələləri üzrə müavini Taliyət Əliyev isə bildirdi ki, ADP tərəfindən 24 nəfərin namizədliyi irəli sürülüb. Onlardan 19 nəfəri müvafiq dairələrə sənədlərini təqdim edib. 15 yanvara olan məlumata görə hələ ki 8 nəfərin namizədliyi qeydə alınıb: “Digərləri isə sənədlərini təqdim edib və qeydiyyata alınmasını gözləyirlər. Seçkinin indiyə qədərki mərhələsindəki durumdan, namizədlərin qeydiyyatı prosesindən bir o qədər də razı qalmadıq. Çünki bəzi təsadüflər üzündən bizim ən güclü namizədlərdən biri qeydiyyatdan keçmədi. Partiyanın bir sıra məsələlərinə başı qarışdığı üçün lazım olan sənədləri toplamağa vaxtı çatmadı. Bəzi üzvlərimizə müəyyən məsələlərdə maneçilik törətdilər, qeydiyyat məsələsini 5-6 gün gecikdirdilər. Amma faktiki olaraq imza toplama kampaniyasını başa çatdıran namizədlərimiz sənədlərini təqdim edib və artıq bir neçəsi də qeydə alınıb. Hər halda düşünürəm ki, ilkin mərhələ ümumən müvəffəqiyyətlə keçdi. İndiki şərtlər daxilində bundan artıq nailiyyət əldə edə bilməzdik. Partiyanın maliyyə imkanları həddindən artıq azdır. Vətəndaşlarda seçki fəallığı sıfır səviyyəsindədir. Bu şərtlər altında seçkiyə gedən partiyanın nailiyyəti yüksək olmamalıdır. Reallıqda da bu cürdür. Bununla yanaşı, seçkidə nəticə əldə edəcəyimizə ümid edirik".

AMİP katibi Əli Orucov isə bildirdi ki, növbədənkənar parlament seçkilərinə start verilərkən AMİP 17 dairə üzrə namizədlə qatılıb: “Əvvəlki seçkilərdən fərqli olaraq az namizədlə qatılmağımızın da səbəbi ondan ibarət idi ki, partiyanın potensialını bütün ölkə üzrə dağıtmayaq və konkret dairələr üzrə namizədlərin uğurlu kampaniyasına yönəldək. Təəssüflər olsun ki, bürokratik əngəllər, yerlərdə yaradılan problemlər səbəbindən irəli sürülən namizədlərin hamısı prosesi sonadək apara bilmədilər. Hazırda 8 seçki dairəsi üzrə seçkilərin ikinci mərhələsinə, təşviqat-təbliğat mərhələsinə gedirik. Ümid edirəm ki, prosesi bu 8 namizədlə uğurla başa vuraraq AMİP-i parlament partiyasına çevirə biləcəyik. Çünki namizədlərin hər birinin şansı yüksəkdir və parlamentdə də yüksək səviyyədə təmsil oluna bilərlər”.

VHP İcra Aparatının rəhbəri Samir Əsədli isə bildirdi ki, 15 yanvara olan məlumata əsasən hələlik 10 namizədləri qeydə alınıb.

Yeni AXCP-nin sədr müavini Məhəmməd Əsədullazadə isə bildirdi ki, seçkidə ümumi olaraq 4 namizədlə iştirak edirlər: “Onlardan üçünün namizədliyi qeydə alınıb. Partiya olaraq bizim qeydiyyatımız olmadığına görə partiya üzvləri müstəqil şəkildə namizədliklərini verib. Bu seçkidə fəal şəkildə iştirak edilir. Tanınmış namizədlərimiz arasında partiyanın sədri Razi Nurullayev namizədliyini verib və qeydiyyata alınıb. Partiyanın sədr müavini Ehtiram Mehdiyevin də namizədliyi qeydiyyata alınıb. Mən də namizədliyimi vermişəm. Bir neçə üzvümüz də müstəqil olaraq seçkilərə qatılıb".

Onu da qeyd edək ki, Seçki Məcəlləsinin tələbinə görə, seçkidə iştirak edən siyasi partiyaların namizədlərinə İctimai Televiziya və radioda ödənişsiz efir vaxtı ayrılması nəzərdə tutulur. Lakin bu şərtlə ki, siyasi partiyanın ən azı 60 dairədə deputatlığa namizədi qeydə alınmış olsun. 15 yanvara olan statistikaya görə, hələlik ödənişsiz efir hüququnu yalnız YAP əldə edib.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
HƏMİN ÜÇ ŞƏRƏFSİZİN CƏZASI KƏSİLDİ - DETALLAR
Bu gün, 18:03
"Çünki Mehriban Ələkbərzadənin vəzifəsi, aldığı fəxri adlar, arxasında dayanan vəzifəli dostları və rəfiqələri var" - QALMAQAL
Bu gün, 17:57
Cənubi Qafqazda 3+3 formatını 4+3 əvəzləyir? - ŞƏRH
Bu gün, 17:51
“Hər il təmir işlərinə xərclər artır, amma təhsilin inkişafı yaxşılaşmır” - ETİRAZ
Bu gün, 17:48
Mixail Zabelinin heç kimə lazım olmayan mandatı kimə LAZIMDIR? - 20 ildir parlamentdə “susqun kölgə”
Bu gün, 17:40
Kremlin yeni hücum planı: Postsovet ölkələri hədəfdə - NƏ ETMƏLİ?
Bu gün, 17:38
"Kiyev Bakı ilə təbii qazın yeni tədarükünü müzakirə edir" - Ukraynanın energetika naziri
Bu gün, 17:29
Vaşinqton görüşündən təhlükəsizlik zəmanətlərinin aydın izahını gözləyirik - Ukrayna XİN
Bu gün, 17:18
Bakıda niyə yeni binalar tikilmir? - NƏ BAŞ VERİR?
Bu gün, 17:17
Durum Trampın düşündüyü kimi deyil, Bakı və İrəvan... - “Politico”
Bu gün, 17:08
Dost Ermənistanla əlaqələrimiz var - Pezeşkian
Bu gün, 17:02
Ərəb turistlər bizim müqəddəs şəxslərimizin ruhlarına qarşı hörmətsizlik edib - ONDA GÖRƏ DƏ...
Bu gün, 17:00
"Dərdimi kimə deyim... necə edim?" - ÇARƏSİZLİK...
Bu gün, 16:56
Rusiyanın özü gərginlikdə maraqlıdırsa... - AKTUAL
Bu gün, 16:51
“Bravo” qaydaları ən çox pozan marketdir – 7 dəfə protokol yazılıb
Bu gün, 16:47
“Binəqədi İTD” ASC nizamnamə kapitalında dəişiklik edəcək - YIĞINCAQ
Bu gün, 16:45
Stefançukdan Sahibə Qafarovaya zəng, Bakıya dəstək - “SOCAR-a hücumlar ...”
Bu gün, 16:37
BDU-da Azərbaycanda “Ərəb dili ayı”nın açılış mərasimi - FOTO
Bu gün, 16:30
Rusiyadakı azərbaycanlılara DAHA BİR ŞOK - Tamamilə qadağan edilir, 4 ay sonra...
Bu gün, 16:21
Gəncəyə yeni həbi prokuror təyin olunub - BUNDAN SONRA...
Bu gün, 16:13
Bağça müdiri vəzifəsinə işə qəbul üzrə sənəd qəbuluna start verildi - DİQQƏT!
Bu gün, 16:11
Naxçıvan FHN-də yeni İdarə rəisi təyin edilib - ƏMR
Bu gün, 16:10
Məşhur müğənninin sponsoru olan kriminal lider həbsdən çıxdı
Bu gün, 15:05
Hətta Moskva din xadimi cildində təxribatçılar da yetişdirib - ONA GÖRƏ DƏ...
Bu gün, 15:01
Rusiya Azərbaycan vətəndaşları üçün yeni iş qadağaları tətbiq edir - KİV
Bu gün, 14:50
Ukrayna neytral olsaydı, müharibə olmazdı! – Bu bir rus nağılıdır
Bu gün, 14:46
“Azərsu” 1300 ton xlor alır – 2 milyon manat ayrılıb
Bu gün, 14:40
Ermənistanın “EV TAPŞIRIĞI” – Yeni konstitusiya ilə bağlı referendum bu tarixdə KEÇİRİLƏ BİLƏR
Bu gün, 14:36
“Rusiya hərbi qüvvələrinin qarşısında şərt qoymuşduq ki, belə addımlar atılsa, cavabımız olacaq” - deputat
Bu gün, 14:31
İcra başçısı onlara vəzifə verdi - SİYAHI
Bu gün, 14:25
Gəncədə İstiqlal Parkına qarşı hörmətsizlik: Şəhid xatirəsinə ucaldılmış abidə zədələndi - TƏFƏRRÜAT
Bu gün, 14:17
“Heç bir təbliğat etmirəm” - PRoMete
Bu gün, 14:07
Həbsdəki müğənninin cəzası ARTIRILDI - QƏRAR
Bu gün, 14:04
Fuad Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirildi, ittiham aktı yarımçıq qaldı - TƏFƏRRÜAT
Bu gün, 13:19
“Chef Orxan” restoranın müştəriləri TƏHLÜKƏDƏ - VİDEO
Bu gün, 13:06
Rasim Musabəyov: Artıq Azərbaycan Rusiyaya bəyanatla yox, hərəkətlə cavab verməli, Ukraynaya silah satmalıdır - ÇAĞIRIŞ
Bu gün, 12:58
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:54
PUTİN SOCAR-ı “VURMAQLA” BAKINI NƏYƏ TƏHRİK EDİR? – Azərbaycan alçaq hücumlara adekvat cavab verə bildiyini sübut edib
Bu gün, 12:52
Laçın yaxınlığındakı kənddə erməni itkin düşdü... - FOTO
Bu gün, 12:46
"Azərbaycan turistik ölkədir.., AMMA..." - deputat
Bu gün, 12:42
“İrşad” cərimələnə bilər – SƏBƏB
Bu gün, 12:35
İran “savaş baltaları”nı BASDIRIR – Tehrandan Zəngəzurla bağlı ŞOK YANAŞMA
Bu gün, 12:31
Ermənistan türk dünyasına daxil olacaq - Matevosyan
Bu gün, 12:28
İranın gömrükçüləri MEYMUNLUQ EDİRLƏR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 12:25
Zelenski bununla NƏ ETSİN AXI... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:22
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Bu gün, 12:18
Şəhid ailələri adından PREZİDENTƏ MÜRACİƏT - "Cinayət Məcəlləsinə əlavə olunsun ki..."
Bu gün, 12:16
İsraildə İrana işləyən Azərbaycan vətəndaşı kimdir?
Bu gün, 11:32
Generalın oğluna vəzifə verildi - ƏMR
Bu gün, 11:28
Hansı rayonda pensiyaçılar nə qədər pensiya alır? - SİYAHI
Bu gün, 11:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru