“Qeyri-adi seçki kampaniyası aparmaq mümkünsüzdür" - Sərdar Cəlaloğlu
Tarix: 14-01-2020, 09:22 |
Çap et
ADP sədri Sərdar Cəlaloğlu gözlənilən parlament seçkiləri ilə bağlı "Yeni Müsavat"a açıqlama verib. Qəzet qeyd edir ki, partiya sədri ümidsiz danışıb:
“Ölkədə seçki əhval-ruhiyyəsi sıfır dərəcədədir. Seçki ətrafında fəallıq yaradıla bilmədi. Ölkə əhalisinin seçkinin mahiyyəti, bu prosesin onların həyatlarına müsbət mənada hansı təsirlərinin ola biləcəyi barədə münasibətləri ürəkaçan deyil. Belə bir şəraitdə qeyri-adi seçki kampaniyası aparmaq mümkün deyil. Ümumilikdə, hamı necə kampaniya aparırsa, biz də elə kampaniya aparırıq. Partiyamızın irəli sürdüyü namizədlərin bəziləri əvvəlcədən seçkilərdə iştirak etməkdən imtina etdilər. Məsələn, bəzi dairələrdə müxalif iddiaçılar var idi və onlarla rəqib olmağı düzgün saymayanlar da oldu. İmzatoplama kampaniyasında müəyyən maneələr oldu. Amma bütövlükdə namizədlərin sayını qənaətbəxş saymaq olar”.