Təxminən 30 KXDR hərbçisi 19 avqustda Cənubi Koreya ilə sərhədi keçib .....                     Nobel istəyi, cənnətə getmək arzusu... .....                     "Hələ də Paşinyan hökuməti referendum keçirilməsi haqda elan verməyib..." .....                     "Qardaşınızın beyni çöndü və 30 yaşında universitetə girdi" .....                     Rejissor və ssenarist Zaur Məhərrəmov vəfat edib .....                     Rusiyanın böyük yanlışı nədir? .....                     “Ukrayna öz torpaqlarını verməyəck” .....                     Ermənistanı qarışdıran xəbər yayıldı: .....                     Laricani Zəngəzur dəhlizi barədə: .....                     Tehran Azərbaycana dair sübut tapmadığını açıqladı .....                     "Xəbər səhifələrinin əsassız bağlanması jurnalistlər üçün ciddi təhlükədir" .....                     “Şəhidlərimizi süni intellektlə ‘danışdırmaq’ iyrənc hərəkətdir” .....                     Erməni revanşistləri .....                     "Onlar hakimiyyətə gəlmək, hakimiyyət hərisliyini həyata keçirmək naminə bu addımı atdılar" .....                     Bakıda qadın qətlə yetirilib .....                     Tarixi yurd yerimiz olan Kəlbəcərdə həyat yenidən öz axarına düşür .....                     Telejurnalist Günel Gözəlova yeni vəzifəyə təyin olundu .....                     Çox yaxında Bakıya təzminat ödəyə bilərik .....                     Azərbaycan kriminal avtoriteti Hindistana verdi .....                     Azərbaycanın regionda yeni reallıqlar yaradıb .....                     Böyük Qayıdış Proqramının icrasında mühüm rol oynayan səfər .....                     “Baku Food Center”in səhmləri dövriyyədən çıxarılır .....                     200 min dollar vəsaiti ölkədən çıxaran şirkət cərimələnib .....                     2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu .....                     Bu səhiyyə ocağını BAZARA ÇEVİRİBLƏR... .....                     Ticarət mərkəzində atışma törədən azərbaycanlı ilə bağlı .....                     Pezeşkiana hücumlar başladı: Onu qorumalıyıqmı? .....                     170 min dollarlıq borcla bağlı məhkəmə qərarı niyə icra olunmur? .....                     Ermənistanın Müstəqillik Bəyannaməsində ziddiyyətlər var .....                     Bakı-Tiflis-Qars xətti əhəmiyyətini itirmir .....                     Prezidentin İşlər müdirinin müavininə ağır itki üz verib .....                     Adı nə olursa olsun... BU YOL AÇILACAQ .....                     "Fars molla rejimi "illər boyu Ermənistanı hərtərəfli dəstəklədik və buna davam edəcəyik" demək istəyir" .....                     Paşinyanın “torpaq mübadiləsi” açıqlamasının şok pərdəarxası .....                     İşçi məsuliyyəti... .....                     Prezidentin xəbərdarlığı hansı paytaxtlaradır? .....                     "Fars-molla rejimi İsrailə qarşı formalaşdırdığı düşmənçilik siyasətini Azərbaycana qarşı yönəltməyə çalışır" .....                     “Azəriqaz” öz itkilərini belə ört-basdır edir .....                     Bu çay evi də qanunlara tabe olmur... .....                     Azərbaycanda böyük tikinti layihələrində işləmiş Türkiyə vətəndaşı niyə cəzalandırıldı? .....                 

"Azərbaycanda əksər seçkilər payız aylarında keçirilib və o zaman da heç də havaların isti olduğu dövr deyil"
Tarix: 6-12-2019, 09:12 | Çap et
"Azərbaycanda əksər seçkilər payız aylarında keçirilib və o zaman da heç də havaların isti olduğu dövr deyil"
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışının buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” sərəncam imzalayıb. Milli Məclisə növbədənkənar seçkilər 2020-ci ilin fevral ayının 9-na təyin edilib.

YAP icra katibi Əli Əhmədov prezidentin sərəncamından sonra özünün facebook səhifəsində bütün siyasi partiyalara növbədənkənar parlament seçkilərində iştirak etməklə bağlı çağırış edib: “Azərbaycan cəmiyyəti geniş və əhatəli islahat və yeniləşmə ab-havasında yaşamaqdadır. Qarşıdan gələn parlament seçkiləri bu ab-havanı formalaşdıran vacib səbəblərdən biridir. Partiya adını daşıyan bəzi qruplar isə seçkiyə getmək və ya getməmək müzakirələri aparırlar. Söhbət radikallardan gedir.

Dəfələrlə qeyd edilən tezisi bir daha vurğulamağa ehtiyac yoxdur ki, hər bir siyasi partiyanın mövcudluğunu şərtləndirən əsas amil onun seçkilərdə iştirakıdır. Seçkilərdə iştirak etməmək, yaxud onu boykot etməyə çağırış, ən yumşaq şəkildə desək, partiyanın yerinə yetirməli olduğu başlıca vəzifəsinə biganə yanaşma nümunəsidir. Bunun birinci səbəbi boykota çağırış səsləndirən partiyaların ictimai dayağının, sosial bazasının zəifliyi, bəlkə də ümumiyyətlə olmamasıdır. Son dövrlərdə Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar Prezidentin və ümumiyyətlə hakimiyyətin ictimai dəstəyini daha da artırıb. Bir neçə həftə əvvəl aparılmış sosioloji sorğunun nəticələri deyilənləri sübuta yetirir. Müxalifətin reytinqi isə aşağı düşməkdə davam etməkdədir. Deməli, radikalların az-çox uğurlu sayıla biləcək seçki kampaniyası aparmaq imkanları getdikcə məhdudlaşır. İndi onlara, necə deyərlər, sifətlərini saxlamaq naminə bəhanə axtarmaqdan daha uğurlu variant qalmır. Belə bir bəhanəni isə onlar yenə də iqtidara böhtan atmaqda, guya ölkədə seçki mühitinin olmamasında görürlər və yerinə yetirilməsi bir çox səbəblərdən mümkün olmayan şərtlər irəli sürürlər. Məsələn, radikalların irəli sürdüyü bəzi şərtlərin konstitusiyada və Seçki Məcəlləsində dəyişikliklər edilməsini nəzərdə tutduğunu göstərmək yetər ki, seçkilərin demək olar ki, artıq elan edildiyi bir vaxtda bu şərtlərin nə qədər qeyri-ciddi, əslində isə bəhanə olduğu dərk edilsin.

Vurğulanmalı digər motiv isə radikalların, ümumiyyətlə, siyasi mübarizə forması kimi seçkilərdə maraqlı olmaması göstərilməlidir. Radikalların siyasi fəlsəfəsi və mədəniyyəti gərginlik və qarşıdurma yaratmaq üzərində qərarlaşıb və hakimiyyət uğrunda mübarizədə sivil formalardan istifadə etmək istəyindən uzaqdır. 30 il ərzində onların siyasi mübarizəsinin forma və üsulları dəyişməyib və yenə də XX əsrin 90-cı illərinin əvvəllərində istifadə etdikləri taktikadan kənara çıxa bilmirlər. Lakin zaman dəyişib, dövlət və hakimiyyət güclənib, əhalinin demokratiya baxışları və siyasi mədəniyyəti əhəmiyyətli dərəcədə yüksəlib".

Əli Əhmədov qeyd edib ki, buna görə 30 il əvvəlki metodlar, sadəcə olaraq, işə yaramır: “Boykot çağırışına gəldikdə isə radikalların yetərincə sosial dayağı olsaydı, seçicilərin səsini qazanmaq haqqında düşünərdilər. Əsl həqiqət ondan ibarətdir ki, radikallar cəmiyyət tərəfindən boykot olunub və onların çağırışını kimsə nə eşidir, nə də eşitmək istəyir.

Yeni Azərbaycan Partiyası bütün partiyaları Milli Məclisə keçiriləcək seçkilərdə iştiraka, öz gücünü sınamağa, xalqla səmimi dialoq şansından faydalanmağa çağırır. İstənilən halda seçkilərə qatılmaq partiya üçün faydalıdır. Mən bunu Yeni Azərbaycan Partiyasının çoxillik seçki təcrübəsinə istinadən deyirəm. Kimsə bu şansdan istifadə etmək istəmirsə, demək, niyyəti məkrlidir".

BAXCP sədrinin müavini Elçin Mirzəbəyli isə “Yeni Müsavat”a bildirdi ki, seçkinin 9 fevrala təyin edilməsində nə hüquqa zidd, nə də seçici fəallığına mənfi təsir edəcək heç bir amil yoxdur: “O ki qaldı bəzilərinin seçkinin qış ayında keçirilməsinin guya seçici fəallığına təsir edəcəyi barədə iddialarına, seçkilər hava proqnozuna görə yox, konstitusiyaya, Seçki Məcəlləsinə görə təyin olunur. Azərbaycanda əksər seçkilər payız aylarında keçirilib və o zaman da heç də havaların isti olduğu dövr deyil. Lakin seçici fəallığı həmişə yüksək olub”.

AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, əslində gözlənilən tarixlərdən biri də fevral idi. Odur ki, AĞ Partiya üçün o qədər də gözlənilməz olmadı: “Ümumiyyətlə isə hər partiya hər an seçkiyə hazır olmalıdır. Biz AĞ Partiya olaraq çalışmışıq ki, belə fövqəladə vəziyyətlərə hazır olaq. Məsələn, növbədənkənar prezident seçkilərində də biz qısa zamanda toparlandıq və 41 min imza topladıq. Düşünürəm ki, zamandan və imkanlardan düzgün istifadə etsək kifayət qədər vaxt var. Yəqin ki, sabaha AĞ Partiyanın İdarə Heyətinin növbədənkənar toplantısını keçirib müvafiq qərar verəcəyik. İstənilən halda vətənə, millətə xeyirli olsun”.

AMİP katibi Əli Orucov isə qeyd etdi ki, seçki qanunvericiliyində seçki kampaniyasının müddəti 60 gün nəzərdə tutulub. Prezident isə həm də qanunun bu tələbinə uyğun olaraq seçkininin gününü təyin edib: “Bu müddət azdır və seçki prosesini keyfiyyətli, uğurlu aparmaqda çətinliklər yaradır. Lakin bizə uyğun oldu-olmadı, artıq prezident növbədənkənar parlament seçkilərinin vaxtını verdiyi sərəncamla 9 fevral 2020-ci il tarixə təyin edib. Ona görə də çalışacağıq ki, seçki dövrünü yüksək səviyyədə təşkil edərək həyata keçirək. Əsas məsələ vaxt deyil, hamı üçün bərabər rəqabət şəraiti və əlverişli seçki mühitinin yaradılmasıdır. Saxtakarlığın olmaması, seçkilərə inzibati nəzarətə və qanunsuz müdaxilələrə yol verilməməsidir. İnsanlarda seçkilərə yenidən tədricən inam yaranmağa başlamaqdadır. Bu cücərməkdə olan inamın və etimadın məhv edilməsinə qətiyyən yol verilməməlidir”.

AVP sədrinin müavini Fikrət Yusifov isə bildirdi ki, iki ay normal seçki kampaniyası aparmaq üçün kifayət qədər yetərlidir. Odur ki, seçkilərin gələn ilin fevral ayının 9-na təyin edilməsinin tam doğru bir seçim olduğuna şübhə yoxdur.

Seçki kampaniyasına yəqin ki, dekabrın 11-dən start veriləcək.
“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Təxminən 30 KXDR hərbçisi 19 avqustda Cənubi Koreya ilə sərhədi keçib - KİV
Bu gün, 06:18
Nobel istəyi, cənnətə getmək arzusu... - Tramp sülh axtarışında
Bu gün, 02:04
"Hələ də Paşinyan hökuməti referendum keçirilməsi haqda elan verməyib..." - ŞƏRH
Bu gün, 02:02
"Qardaşınızın beyni çöndü və 30 yaşında universitetə girdi"
Bu gün, 01:59
Rejissor və ssenarist Zaur Məhərrəmov vəfat edib
Bu gün, 01:55
Rusiyanın böyük yanlışı nədir? - İNCƏLƏMƏ
Dünən, 13:25
“Ukrayna öz torpaqlarını verməyəck” - Zelenski
Dünən, 12:58
Ermənistanı qarışdıran xəbər yayıldı: - Paşinyan 2 saatlıq təcili iclasda nə deyib?
Dünən, 12:55
Laricani Zəngəzur dəhlizi barədə: - İran üçün təhlükəli deyil
Dünən, 12:51
Tehran Azərbaycana dair sübut tapmadığını açıqladı
Dünən, 12:49
"Xəbər səhifələrinin əsassız bağlanması jurnalistlər üçün ciddi təhlükədir" - Hacıbəy Heydərli
Dünən, 12:42
“Şəhidlərimizi süni intellektlə ‘danışdırmaq’ iyrənc hərəkətdir” - Zaur Bayramlı
Dünən, 12:35
Erməni revanşistləri YENİDƏN AKTİVLƏŞDİ
Dünən, 12:27
"Onlar hakimiyyətə gəlmək, hakimiyyət hərisliyini həyata keçirmək naminə bu addımı atdılar" - deputat
Dünən, 11:11
Bakıda qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 11:08
Tarixi yurd yerimiz olan Kəlbəcərdə həyat yenidən öz axarına düşür - MƏQALƏ
Dünən, 11:00
Telejurnalist Günel Gözəlova yeni vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Dünən, 10:50
Çox yaxında Bakıya təzminat ödəyə bilərik - Şahnazaryan
Dünən, 10:45
Azərbaycan kriminal avtoriteti Hindistana verdi
Dünən, 10:43
Azərbaycanın regionda yeni reallıqlar yaradıb - MƏQALƏ
Dünən, 10:37
Böyük Qayıdış Proqramının icrasında mühüm rol oynayan səfər - İsrafil Kərimovun yazısı...
Dünən, 10:34
“Baku Food Center”in səhmləri dövriyyədən çıxarılır
Dünən, 10:17
200 min dollar vəsaiti ölkədən çıxaran şirkət cərimələnib - QƏRAR
Dünən, 10:16
2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu - Paşinyan
Dünən, 10:14
Bu səhiyyə ocağını BAZARA ÇEVİRİBLƏR... - İTTİHAM VAR...
Dünən, 10:08
Ticarət mərkəzində atışma törədən azərbaycanlı ilə bağlı YENİ QƏRAR
Dünən, 10:01
Pezeşkiana hücumlar başladı: Onu qorumalıyıqmı? - AKTUAL
Dünən, 09:55
170 min dollarlıq borcla bağlı məhkəmə qərarı niyə icra olunmur? - TƏFƏRRÜAT
Dünən, 09:52
Ermənistanın Müstəqillik Bəyannaməsində ziddiyyətlər var - Paşinyan
Dünən, 09:32
Bakı-Tiflis-Qars xətti əhəmiyyətini itirmir - ÇÜNKİ...
Dünən, 09:30
Prezidentin İşlər müdirinin müavininə ağır itki üz verib
Dünən, 09:23
Adı nə olursa olsun... BU YOL AÇILACAQ - Artıq iş gedir...
Dünən, 09:06
"Fars molla rejimi "illər boyu Ermənistanı hərtərəfli dəstəklədik və buna davam edəcəyik" demək istəyir" - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:03
Paşinyanın “torpaq mübadiləsi” açıqlamasının şok pərdəarxası - NƏ BAŞ VERİR?
Dünən, 08:56
İşçi məsuliyyəti... - Ekspert danışır...
Dünən, 08:49
Prezidentin xəbərdarlığı hansı paytaxtlaradır? - Görünəni odur ki...
Dünən, 08:40
"Fars-molla rejimi İsrailə qarşı formalaşdırdığı düşmənçilik siyasətini Azərbaycana qarşı yönəltməyə çalışır" - FAKT BUDUR!
Dünən, 08:04
“Azəriqaz” öz itkilərini belə ört-basdır edir - BU DA FAKT...
Dünən, 07:51
Bu çay evi də qanunlara tabe olmur... - qapalı məkan olsa da...
Dünən, 07:41
Azərbaycanda böyük tikinti layihələrində işləmiş Türkiyə vətəndaşı niyə cəzalandırıldı? - TƏFƏRRÜAT
Dünən, 07:36
'Vurulacaq' rektorlar arasında ONUN DA ADI VAR - SİYAHI
Dünən, 07:20
Banka 5 milyon borcu olan Elmar Vəliyevin məşhur bazarı satışa çıxarıldı - Qafqazda ən böyük ticarət mərkəzidir
Dünən, 07:15
Turizm şirkətinin yeni tender müəmması - TƏFƏRRÜAT
Dünən, 07:13
AYNA şefinin tərəzisi də HARAM ÇIXDI - sürücülər deyir ki...
Dünən, 07:07
İrəvan kəndləri də Azərbaycana qaytarır: Əks halda, sülh olmayacaq - AKTUAL
Dünən, 07:04
Qala hərbi şəhərciyində qadına qarşı zorakılıq: sifarişli hadisənin arxasında komandir dayanır? - BU NƏDİ BELƏ?
Dünən, 07:02
Minsk qrupu daha yoxdur: Son sözü Azəbaycan dedi - GƏLİŞMƏ
Dünən, 06:59
Binəqədinin icra başçısı kimsədən qorxmur - Rüşvət verməyənin BAŞINA OYUN AÇIRLAR
Dünən, 06:57
"Ermənistan vətəndaşları ancaq turist kimi Azərbaycana gəlib-gedə bilərlər" - Başqa cür ola da bilməz...
Dünən, 06:50
“Ölü doğulmuş layihənin” uğursuz əks-sədası - İNCƏLƏMƏ
Dünən, 06:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru