Lukaşenko Moskvada Putinlə görüşüb .....                     Karapetyanın adamı həbs edildi .....                     Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır .....                     Gəncləri evləndirmək üçün kim nə təklif edir? .....                     Balanslı siyasət Azərbaycanın qlobal nüfuzunu necə gücləndirir? .....                     Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib .....                     Moskvada yaşayış binalarının üzərinə HHM sistemləri yerləşdirilir .....                     Pensiya yaşı 70-ə çatdırılacaq? .....                     "AŞPA İlham Əliyevdən, Azərbaycan dövlətindən və xalqından üzr istəməlidir" .....                     Azərbaycanlı iştirakçının rəqsi qalmaqala səbəb oldu .....                     “Üzr istəyirəm, sifətləri o qədər sürtülüb ki...” .....                     Ermənistanın yeni prezidenti o olacaq: .....                     Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi .....                     Şvabe kimin “sifarişini” yerinə yetirir? .....                     Paşinyan lazımi sözü dedi, vəziyyət sabitləşəcək .....                     Bakı üçün yeni model: İcra Hakimiyyəti ləğv oluna bilər .....                     Akif Əlizadəyə yeni VƏZİFƏ VERİLDİ .....                     AzTV-nin keçmiş sədrinin qardaşı oğlu ilə bağlı qərar .....                     Ursula fon der Lyayen Bakıdan sonra İrəvana səfər edəcək .....                     "Mən bu sualı məhkəmədə qaldırdım, lakin cavab ala bilmədim" .....                     Tehran Hörmüzdən keçidin İranla koordinasiya olmadan təmin edilə bilməyəcəyini bildirir .....                     "Oyun başladı, xoş seyirlər!" .....                     Emin Əmrullayev Mirzə Mirzəyevi yüksək vəzifəyə təyin etdi .....                     “VLADİMİR, BİZ BUNU EDƏCƏYİK” .....                     Cənubi Qafqazda sülh və sabitlik dövrü başlayıb .....                     Robert Köçəryan məhkəmədə parlament sədrinə .....                     “Nəvəmin vəziyyəti ağırdır, xəstəxana pulunu ödəyə bilmirik” .....                     Dünya bizdən nəyi öyrənir: 5300 dollarlıq maşına 10 000 dollar rüsum almağı? .....                     Bu addım Azərbaycan-İsrail münasibətlərini də .....                     Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək .....                     Ruhani rejim böhran içində: .....                     “Yaltaqlığın başqa yollarını axtarın!” .....                     Köçəryan cəzalandırılmalıdır .....                     “Məzunlar iş tapa bilmirlər, vakansiyalar “Bravo”, “Sədərək” və “Bolt”da olur” .....                     Paşinyandan Simonyana ağır zərbə .....                     İsa Həbibbəylidən Nizaminin əlyazmasına hörmətsizlik .....                     Televiziyada da müzakirə olunan evlilik FIRILDAĞI: .....                     "Cənab nazirə demək istəyirəm ki, məni başqaları ilə qarışdırmasınlar! " .....                     ABŞ-ın SEPAH-la bağlı kiberhücuma görə axtarışa verdiyi İran vətəndaşı .....                     "Bu son olar "Paşa Sığorta" ilə əməkdaşlıq etdiyim..." .....                 

Əli İnsanov Rəsul Quliyevin yolunu gedir - “Onların kiməsə qoşulması ağılabatan deyil”
Tarix: 27-11-2019, 08:53 | Çap et
Əli İnsanov Rəsul Quliyevin yolunu gedir
Sabiq səhiyyə naziri Əli İnsanovun yaratdığı Haqq Ədalət Partiyası (HƏP) ətrafında gedən müzakirələr səngimir, əksinə, güclənir. İnsanovun bu partiya ilə uğur qazanıb-qazanmayacağı, ətrafına gücü elektorat yığıb-yığmayacağı əsas müzakirələr sırasındadır.

Müxalifətdən, yaxud vaxtilə təmsil olunduğu hakim komandadan ona yönəlik qopmaların olub-olmayacağı müzakirə edilir. Həmçinin sabiq nazir 1998-ci ildə bir proses başladan, Amerikada yaşayan sabiq spiker Rəsul Quliyevlə müqayisə olunur. 21 il öncə bir neçə deputat, həmçinin iri ranqlı məmurlar R.Quliyevin çağırışına cavab vermişdilər.

"İndi necə olacaq" sualı hər kəsin beynində dolaşır.

Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli sabiq nazirin uğur qazanacağına inanmır: “Əli İnsanov Azərbaycan vətəndaşıdır. O, vətəndaş kimi, digər vətəndaşlarla birlikdə hər hansı bir siyasi partiya qura bilər. Qanunvericilik nöqteyi-nəzərindən ona irad tutmaq olmaz. Lakin bu istiqamətdə cəmiyyət arasında siyasi və mənəvi paralellərin aparılmasını doğru hesab edirəm. İnsanov partiyasının adını Haqq Ədalət qoyub və deyir ki, haqq-ədalət bərpa olunsun. Sual olunur: əgər Əli İnsanov nazir işləməkdə davam etsəydi, bu sözləri deyərdimi, yaxud müxalifət mövqeyi sərgiləyərdimi? Təbii ki, yox. Bir sözü də deyim ki, müxalifət onunla birlikdə bir dəyirmi masa keçirdi və bunun özü müxalifətə daha ağır zərbə vurdu. Bizim müşahidələrimiz, məlumatlarımız bundan ibarət oldu. Əli İnsanovun elan etdiyi partiyanın yaradılması ilə bağlı təşəbbüs qrupunda İsfəndiyar Vahabzadədən başqa tanınan sima yoxdur. İnsanov bu hakimiyyətdən gedənləri, yaxud narazı qalanları öz ətrafına cəlb etmək istəyir. Hətta gələcək üçün nəzərdə tutur ki, iqtidardan qopmalar olsa, onları da ətrafına cəmləsin, onları da öz tərəfinə çəkə bilsin. Açığı, indidən demək çətindir ki, onun yaratdığı partiya gələcəkdə Ədliyyə Nazirliyindən qeydiyyatdan keçəcək ya yox. Buna şübhəm də var. Onun müxalifətlə birliyinin də alınacağına inanmıram. Ənənəvi müxalifət deyilən qüvvələr ideologiyalarını daha çox müsavatçılıq üzərində qurublar.

Tahir Kərimli: “O, istəyinə nail ola bilməyəcək”

Əli İnsanovla onların ortaqlığı nə ola bilər ki? İdeoloji birlik olmayan istənilən birlik mənfi nəticələr verir. İnsanovla bağlı haqlı olaraq, onunla Rəsul Quliyevin oxşarlığı aparılır. Rəsul da o zaman müxalifəti öz tərəfinə çəkmək, ağsaqqallılıq istəyirdi, eyni zamanda hakimiyyətdən narazıları ətrafına cəmləmək niyyətində idi. Onu unutmaq olmaz ki, o zaman Rəsul gənc, enerjili, istəkli idi, dövlətdə yüksək postda təmsil olunurdu. Çox səxavətli idi. Bu nöqteyi-nəzərdən ona inam yaranmışdı. Həm də Rəsul Quliyev müxalifət partiyası olan ADP-nin başına keçmişdi. O, daha çox adamları özünə inandırmışdı, nəinki ƏIi İnsanov. İnsanov uzun müddət həbsdə yatdı, ona yazığı gələnlər oldu. Amma o, belə insanları da məyus etdi. Onun siyasi fəaliyyətində müvəffəqiyyət görmürəm. Nə qədər ki, bu hakimiyyət möhkəmdir, o, istəyinə nail ola bilməyəcək. Adətən bu hakimiyyətdən qovulanlar müxalif olurlar. Onların hər hansı bir siyasi hərəkata qoşulması, Əli İnsanov ətrafında birləşmələri daha çox diqqət çəkər”.

Pənah Hüseyn: “Buna şərh verməyi doğru saymıram”

AXP sədri, sabiq baş nazir Pənah Hüseyn: “Hər kəsin partiya yaratmaq konstitusion hüququdur. Eyni zamanda siyasi və qeyri-siyasi təşkilatlarda birləşmək hüququ da var. Ona görə də, məncə, bu hadisəyə də o hüquq çərçivəsində baxmaq lazımdır. Azərbaycanın bir qrup vətəndaşı toplaşıb, siyasi partiya təsis etdiklərini elan ediblər. İndiki məqamda buna şərh verməyi doğru saymıram. Müxalifətdən Əli İnsanov tərəfə keçmələrin olub-olmayacağını zaman göstərəcək. Onun Rəsul Quliyevlə müqayisə olunmasına gəlincə, deyə bilərəm ki, 1998-ci ildəki situasiya ilə indiki situasiya tamam fərqlənir. Təbii ki, oxşarlıqlar tapmaq olar. Amma məncə, bunlar ikinci dərəcəli məsələlərdir”.

Elşad Musayev: “Onların kiməsə qoşulması ağılabatan deyil”

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev zamanın hər şeyi göstərəcəyini söylədi: “Bir partiyanın yaranacağı ilə bağlı yalnız bəyanat verilib. Sonrasının necə olacağını zaman göstərəcək. Hansısa ciddi qopmaların olacağını gözləmək üçün əsaslar olmalıdır. Belə əsaslar yoxdur, çünki üzdə olanların əksəriyyəti mövqeyini bəlli edib. Rəsul Quliyevin 1998-ci ildə apardığı proseslə Əli İnsanovun 2019-cu ildə apardığı prosesin heç bir uyğunluğu yoxdur. Zaman, şərait, şərtlər, siyasi vəziyyət, qüvvələr nisbəti və s. fərqlidir. Hakimiyyətdən kənarlaşdırılan qüvvələr isə əsasən öz varidatlarını qorumağa çalışırlar. Onlardan açıq müxalifətçilik gözləmək sadəlövhlük olardı. Bu baxımdan onların kiməsə qoşulması ağılabatan deyil”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Lukaşenko Moskvada Putinlə görüşüb
Bu gün, 19:36
Karapetyanın adamı həbs edildi
Bu gün, 19:34
Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır
Bu gün, 16:56
Gəncləri evləndirmək üçün kim nə təklif edir? - ARAŞDIRMA
Bu gün, 16:36
Balanslı siyasət Azərbaycanın qlobal nüfuzunu necə gücləndirir? – Deputatlardan AÇIQLAMA
Bu gün, 16:32
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib
Bu gün, 16:22
Moskvada yaşayış binalarının üzərinə HHM sistemləri yerləşdirilir - VİDEO
Bu gün, 15:51
Pensiya yaşı 70-ə çatdırılacaq? - Deputatdan VACİB AÇIQLAMA
Bu gün, 15:49
"AŞPA İlham Əliyevdən, Azərbaycan dövlətindən və xalqından üzr istəməlidir" - deputat
Bu gün, 15:46
Azərbaycanlı iştirakçının rəqsi qalmaqala səbəb oldu - VİDEO
Bu gün, 15:40
“Üzr istəyirəm, sifətləri o qədər sürtülüb ki...” - ermənilər Telli Pənahqızının mahnısını oğurladı
Bu gün, 15:28
Ermənistanın yeni prezidenti o olacaq: - Paşinyanın yaxın dostuna yeni vəzifə
Bu gün, 15:16
Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi - "İki-üç gündür ki..."
Bu gün, 15:13
Şvabe kimin “sifarişini” yerinə yetirir? - AÇIQLAMA
Bu gün, 15:02
Paşinyan lazımi sözü dedi, vəziyyət sabitləşəcək - Lebedev
Bu gün, 14:58
Bakı üçün yeni model: İcra Hakimiyyəti ləğv oluna bilər - Paytaxtı bu qurum idarə edəcək
Bu gün, 14:45
Akif Əlizadəyə yeni VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Bu gün, 14:40
AzTV-nin keçmiş sədrinin qardaşı oğlu ilə bağlı qərar - TƏFƏRRÜAT
Bu gün, 14:37
Ursula fon der Lyayen Bakıdan sonra İrəvana səfər edəcək
Bu gün, 14:35
"Mən bu sualı məhkəmədə qaldırdım, lakin cavab ala bilmədim" – sabiq deputatın həyat yoldaşının işi
Bu gün, 14:33
Tehran Hörmüzdən keçidin İranla koordinasiya olmadan təmin edilə bilməyəcəyini bildirir
Bu gün, 14:29
"Oyun başladı, xoş seyirlər!" – Tramp görün nələr dedi...
Bu gün, 13:04
Emin Əmrullayev Mirzə Mirzəyevi yüksək vəzifəyə təyin etdi - BUNDAN SONRA...
Bu gün, 13:03
“VLADİMİR, BİZ BUNU EDƏCƏYİK” - Rutte Putinə xəbərdarlıq etdi
Bu gün, 12:59
Cənubi Qafqazda sülh və sabitlik dövrü başlayıb - Qriqoryan
Bu gün, 12:58
Robert Köçəryan məhkəmədə parlament sədrinə UDUZDU
Bu gün, 12:47
“Nəvəmin vəziyyəti ağırdır, xəstəxana pulunu ödəyə bilmirik” - MÜRACİƏT
Bu gün, 12:45
Dünya bizdən nəyi öyrənir: 5300 dollarlıq maşına 10 000 dollar rüsum almağı? — DGK sədrinə SƏRT ETİRAZ
Bu gün, 12:35
Bu addım Azərbaycan-İsrail münasibətlərini də KORLAYA BİLƏR
Bu gün, 12:30
Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək - KİV
Bu gün, 12:27
Ruhani rejim böhran içində: - mollakratiyanın "İslam nizamı"nın əsl siması
Bu gün, 12:17
“Yaltaqlığın başqa yollarını axtarın!” – Yazıçıdan deputata sərt reaksiya
Bu gün, 11:57
Köçəryan cəzalandırılmalıdır - Manvazyan
Bu gün, 11:54
“Məzunlar iş tapa bilmirlər, vakansiyalar “Bravo”, “Sədərək” və “Bolt”da olur” - MALƏSƏF...
Bu gün, 11:52
Paşinyandan Simonyana ağır zərbə – Yerinə başqasını gətirir…
Bu gün, 11:48
İsa Həbibbəylidən Nizaminin əlyazmasına hörmətsizlik - Vatikan nümayəndələri şoka düşdü
Bu gün, 11:42
Televiziyada da müzakirə olunan evlilik FIRILDAĞI: - azərbaycanlı qadın həbs olundu
Bu gün, 11:36
"Cənab nazirə demək istəyirəm ki, məni başqaları ilə qarışdırmasınlar! " - QALMAQAL!
Bu gün, 11:22
ABŞ-ın SEPAH-la bağlı kiberhücuma görə axtarışa verdiyi İran vətəndaşı Monteneqroda həbs edilib
Bu gün, 11:18
"Bu son olar "Paşa Sığorta" ilə əməkdaşlıq etdiyim..." - ETİRAZ VAR!
Bu gün, 11:16
Tramp onları İrana göndərmək istədi: - Kimsə əl qaldırmadı
Bu gün, 11:00
Azərbaycan nefti bahalaşıb
Bu gün, 10:53
"Körpə uşağımız var, məcbur olub odundan istifadə edirik" - NARAZILIQ VAR...
Bu gün, 10:51
Tramp istəsə də, Türkiyəyə F-35 verməkdə əli-qolu bağlıdır - Hərbi ekspert Hüseyn Fazla
Bu gün, 10:47
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə edib - FOTO
Bu gün, 10:26
Milli Ordumuzun şərəfli inkişaf yolu - MƏQALƏ
Bu gün, 10:20
“Bəzən ayrı-ayrı siyasi qüvvələr tərəfindən İslam dini təhlükə mənbəyi kimi təqdim edilir” - deputat
Bu gün, 10:16
Rusiya üçün çox pis xəbər: - Ukrayna və Almaniya yeni “raket qalxanı” hazırlayır
Bu gün, 10:09
Paşinyanın əsas rəqibinin həbsi üçün düymə basıldı - GƏLİŞMƏ
Bu gün, 10:06
Bu məhsulun ucuz satılması təhlükə yaradır: tezliklə kəskin bahalaşma ola bilər – XƏBƏRDARLIQ
Bu gün, 10:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru