"Bu işdə kimlər varsa, onlar qanun qarşısında cavab verməli, cəzalandırılmalıdılar"
Tarix: 20-11-2019, 08:34 | Çap et
 Azərbaycandan Almaniyaya saxta sənədlərlə insanların yerləşməsinə yardım edən şəbəkənin aşkarlanması bir sıra istiqamətlərdə ölkə vətəndaşlarına problemlər yaradacaq. Bu istiqamətlərdən biri mühacirət deyil, digər məqsədlərlə Avropaya getmək istəyən Azərbaycan vətəndaşlarına viza verilməsi prosedurunun ağırlaşdırılması, viza verilməsindən imtina hallarının çoxalmasıdır.
İqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlunun fikrincə, siyasi mühacir biznesində Azərbaycanın adının hallanması Avropaya, ABŞ-a, Kanadaya və Böyük Britaniyaya səyahət etmək istəyənlərə visa almaqda bir sıra çətinliklər yaradacaq: “Əvvəla, viza üçün müraciət edənlərə imtina cavabları çoxalacaq. İkincisi, viza almaq istəyənlərdən əlavə sənədlər (məsələn, əmək haqqı cədvəli, bank hesabından çıxarış, mülkiyyət şəhadətnaməsi və sairə) tələb olunacaq. Vizanın verilməsi prosesi bir çox hallarda 2 həftəyədək uzadılacaq.
Müddətin uzadılması müraciət edənlərin daha dərindən araşdırılması ilə əlaqədar olacaq. Bundan əlavə, verilən vizanın müddəti qısa və girişlərin sayı məhdud olacaq. Nəhayət, Şengen zonasına daxil olan ölkələrdə pasport nəzarətində Azərbaycan vətəndaşları Avropaya səfərin məqsədinə dair sorğu-suala tutulacaq”.
Hərəkat rəhbəri xaricə səfər etmək niyyətində olanlara tövsiyə edir ki, müraciətləri üçün çox zaman ayırsınlar: “Səfər tarixindən ən azı 1 ay əvvəldən viza görüşü alsınlar, viza sənədlərini tələblərə uyğun hazırlasınlar, yalnışlığa və saxtakarlığa yol verməsinlər, uçuş biletlərini vizanı əldə etməmiş almasınlar, viza müsahibələrinə hazırlıqlı getsinlər, bu zaman sorğulara cavab verərkən həyəcanlanmasınlar, inamlı görsənsinlər”.
İctimai fəal Bəxtiyar Hacıyevin “Yeni Müsavat”a dediyinə görə, siyasi mühacir biznesi ilə bağlı yaranan qalmaqallar neçə illərdir ABŞ, Böyük Britaniya, Avropa ölkələrinə başqa məqsədlə gedənlər üçün problemlər yaradır: “Bu ölkələrə gəzməyə, oxumağa, yaxud iş üçün getmək istəyən şəxslər viza ala bilmirlər. Çünki həmin dövlətlər ehtiyat edirlər ki, gedənlər Azərbaycana qayıtmayacaqlar. Ümumiyyətlə, hesab edirəm ki, həqiqətən Azərbaycanda təzyiqlə üzləşməyən insanlara dəstək verib Avropada yerləşməsinə şərait yaratmaq düzgün deyil. Bu işdə kimlər varsa, onlar qanun qarşısında cavab verməli, cəzalandırılmalıdılar. Çünki onların dəstəyi ilə təzyiqlə üzləşməyən şəxslərin Avropaya getməsi burada həqiqətən təzyiq altında olan insanlara qarşı məhdudiyyətlərin tətbiqinə, turist kimi getmək istəyənlərə viza verilməməsinə gətirib çıxarır. Oxumaq, təhsil almaq, yaxud müalicə almaq istəyənlər viza ala bilmirlər, müxtəlif maneələrlə üzləşirlər. Ona görə də belə şəbəkələr aşkarlandıqda, onların üzvləri ciddi cəzalandırılmalıdır”.
“FlyTravel” turizm şirkətinin direktoru Mamed Əliyevin sözlərinə görə, son illərdə Avropa ölkələri və ABŞ-a gediş üçün viza alınması prosesi ciddi şəkildə ağırlaşdırılıb: “Azərbaycandan müxtəlif adlarla viza alıb Amerikaya, Avropaya gedən şəxslərin xeyli hissəsi geri qayıtmır deyə, son illərdə viza verilişi kəskin şəkildə məhdudlaşdırılıb. Bu son hadisələrdən sonra yəqin ki, viza almaq daha da çətinləşəcək. Bu isə sözsüz ki, turizm şirkətlərinin işinə mənfi təsir göstərəcək. Onsuz da turizm məqsədilə gedənlər üçün vizanı çətinliklə alırdıq, bundan sonra daha da çətin olacaq”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Lukaşenko Moskvada Putinlə görüşüb
Dünən, 19:36 |
|
|
|
| • Karapetyanın adamı həbs edildi
Dünən, 19:34 |
|
|
|
| • Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır
Dünən, 16:56 |
|
|
|
| • Gəncləri evləndirmək üçün kim nə təklif edir? - ARAŞDIRMA
Dünən, 16:36 |
|
|
|
| • Balanslı siyasət Azərbaycanın qlobal nüfuzunu necə gücləndirir? – Deputatlardan AÇIQLAMA
Dünən, 16:32 |
|
|
|
| • Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib
Dünən, 16:22 |
|
|
|
| • Moskvada yaşayış binalarının üzərinə HHM sistemləri yerləşdirilir - VİDEO
Dünən, 15:51 |
|
|
|
| • Pensiya yaşı 70-ə çatdırılacaq? - Deputatdan VACİB AÇIQLAMA
Dünən, 15:49 |
|
|
|
| • "AŞPA İlham Əliyevdən, Azərbaycan dövlətindən və xalqından üzr istəməlidir" - deputat
Dünən, 15:46 |
|
|
|
| • Azərbaycanlı iştirakçının rəqsi qalmaqala səbəb oldu - VİDEO
Dünən, 15:40 |
|
|
|
| • “Üzr istəyirəm, sifətləri o qədər sürtülüb ki...” - ermənilər Telli Pənahqızının mahnısını oğurladı
Dünən, 15:28 |
|
|
|
| • Ermənistanın yeni prezidenti o olacaq: - Paşinyanın yaxın dostuna yeni vəzifə
Dünən, 15:16 |
|
|
|
| • Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi - "İki-üç gündür ki..."
Dünən, 15:13 |
|
|
|
| • Şvabe kimin “sifarişini” yerinə yetirir? - AÇIQLAMA
Dünən, 15:02 |
|
|
|
| • Paşinyan lazımi sözü dedi, vəziyyət sabitləşəcək - Lebedev
Dünən, 14:58 |
|
|
|
| • Bakı üçün yeni model: İcra Hakimiyyəti ləğv oluna bilər - Paytaxtı bu qurum idarə edəcək
Dünən, 14:45 |
|
|
|
| • Akif Əlizadəyə yeni VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Dünən, 14:40 |
|
|
|
| • AzTV-nin keçmiş sədrinin qardaşı oğlu ilə bağlı qərar - TƏFƏRRÜAT
Dünən, 14:37 |
|
|
|
| • Ursula fon der Lyayen Bakıdan sonra İrəvana səfər edəcək
Dünən, 14:35 |
|
|
|
| • "Mən bu sualı məhkəmədə qaldırdım, lakin cavab ala bilmədim" – sabiq deputatın həyat yoldaşının işi
Dünən, 14:33 |
|
|
|
| • Tehran Hörmüzdən keçidin İranla koordinasiya olmadan təmin edilə bilməyəcəyini bildirir
Dünən, 14:29 |
|
|
|
| • "Oyun başladı, xoş seyirlər!" – Tramp görün nələr dedi...
Dünən, 13:04 |
|
|
|
| • Emin Əmrullayev Mirzə Mirzəyevi yüksək vəzifəyə təyin etdi - BUNDAN SONRA...
Dünən, 13:03 |
|
|
|
| • “VLADİMİR, BİZ BUNU EDƏCƏYİK” - Rutte Putinə xəbərdarlıq etdi
Dünən, 12:59 |
|
|
|
| • Cənubi Qafqazda sülh və sabitlik dövrü başlayıb - Qriqoryan
Dünən, 12:58 |
|
|
|
| • Robert Köçəryan məhkəmədə parlament sədrinə UDUZDU
Dünən, 12:47 |
|
|
|
| • “Nəvəmin vəziyyəti ağırdır, xəstəxana pulunu ödəyə bilmirik” - MÜRACİƏT
Dünən, 12:45 |
|
|
|
| • Dünya bizdən nəyi öyrənir: 5300 dollarlıq maşına 10 000 dollar rüsum almağı? — DGK sədrinə SƏRT ETİRAZ
Dünən, 12:35 |
|
|
|
| • Bu addım Azərbaycan-İsrail münasibətlərini də KORLAYA BİLƏR
Dünən, 12:30 |
|
|
|
| • Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək - KİV
Dünən, 12:27 |
|
|
|
| • Ruhani rejim böhran içində: - mollakratiyanın "İslam nizamı"nın əsl siması
Dünən, 12:17 |
|
|
|
| • “Yaltaqlığın başqa yollarını axtarın!” – Yazıçıdan deputata sərt reaksiya
Dünən, 11:57 |
|
|
|
| • Köçəryan cəzalandırılmalıdır - Manvazyan
Dünən, 11:54 |
|
|
|
| • “Məzunlar iş tapa bilmirlər, vakansiyalar “Bravo”, “Sədərək” və “Bolt”da olur” - MALƏSƏF...
Dünən, 11:52 |
|
|
|
| • Paşinyandan Simonyana ağır zərbə – Yerinə başqasını gətirir…
Dünən, 11:48 |
|
|
|
| • İsa Həbibbəylidən Nizaminin əlyazmasına hörmətsizlik - Vatikan nümayəndələri şoka düşdü
Dünən, 11:42 |
|
|
|
| • Televiziyada da müzakirə olunan evlilik FIRILDAĞI: - azərbaycanlı qadın həbs olundu
Dünən, 11:36 |
|
|
|
| • "Cənab nazirə demək istəyirəm ki, məni başqaları ilə qarışdırmasınlar! " - QALMAQAL!
Dünən, 11:22 |
|
|
|
| • ABŞ-ın SEPAH-la bağlı kiberhücuma görə axtarışa verdiyi İran vətəndaşı Monteneqroda həbs edilib
Dünən, 11:18 |
|
|
|
| • "Bu son olar "Paşa Sığorta" ilə əməkdaşlıq etdiyim..." - ETİRAZ VAR!
Dünən, 11:16 |
|
|
|
| • Tramp onları İrana göndərmək istədi: - Kimsə əl qaldırmadı
Dünən, 11:00 |
|
|
|
| • Azərbaycan nefti bahalaşıb
Dünən, 10:53 |
|
|
|
| • "Körpə uşağımız var, məcbur olub odundan istifadə edirik" - NARAZILIQ VAR...
Dünən, 10:51 |
|
|
|
| • Tramp istəsə də, Türkiyəyə F-35 verməkdə əli-qolu bağlıdır - Hərbi ekspert Hüseyn Fazla
Dünən, 10:47 |
|
|
|
| • AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə edib - FOTO
Dünən, 10:26 |
|
|
|
| • Milli Ordumuzun şərəfli inkişaf yolu - MƏQALƏ
Dünən, 10:20 |
|
|
|
| • “Bəzən ayrı-ayrı siyasi qüvvələr tərəfindən İslam dini təhlükə mənbəyi kimi təqdim edilir” - deputat
Dünən, 10:16 |
|
|
|
| • Rusiya üçün çox pis xəbər: - Ukrayna və Almaniya yeni “raket qalxanı” hazırlayır
Dünən, 10:09 |
|
|
|
| • Paşinyanın əsas rəqibinin həbsi üçün düymə basıldı - GƏLİŞMƏ
Dünən, 10:06 |
|
|
|
| • Bu məhsulun ucuz satılması təhlükə yaradır: tezliklə kəskin bahalaşma ola bilər – XƏBƏRDARLIQ
Dünən, 10:01 |
|
|
|
|