Netanyahu Livan sazişini İran üçün zərbə adlandırıb .....                     Saatlı İcra Hakimiyyəti və DAİM hara baxır? .....                     Vüsal Nəsirli üçün Saleh Məmmədov simfoniyası... .....                     Səlahiyyət var, nəticə yoxdur: Qəbələdən SOS! .....                     Dəmir Yolları İdarəsinin ŞÜBHƏLİ TENDER ORTAĞI... .....                     “Mədəniyyət evində bağça və şirniyyat mağazası açırlar, mebel satırlar...” .....                     DGK sədrinin "dünyada örnəyik" İDDİASI .....                     Fermerlər çətinlikdə: Subsidiya az, pul tapılmır, gəlir yoxdur .....                     Üçtərəfli sülh olmadan heç bir dəhliz açıla bilməz .....                     Tramp yeni ABŞ pasport dizaynını təqdim edib .....                     "Hər ay eyni hal davam edir..." .....                     Dilarə Səlim vəzifəsindən azad edilib? .....                     Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı .....                     Banklarda yeni problem: pensiya kartlarını da “vurdu” .....                     SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı zərbələr endirdiyini açıqlayıb .....                     "Zəhraya yol vermədi...bu da qalsın onun vicdanına..." .....                     Səfərbərlik Xidmətinin Naxçıvan baş idarəsində xidmət edən hərbi qulluqçularına xor baxılır .....                     İllərin sanksiyalarına dözən İran ÇÖRƏK SINAĞINDA .....                     Fikrət Heybətovun vakansiya oyunu .....                     Azər müəllim bu tədarükdən XƏBƏRSİZDİR? .....                     Bu da “Kontakt Home”un QIZIL ZƏMANƏTİ .....                     “ATASI BİZDƏN 100 MİN MANAT İSTƏYİRDİ” .....                     AzəriQaz vətəndaşı rəsmən ƏLƏ SALIR .....                     Tanınmış prodüser telekanalları ələ saldı .....                     Bu istidə başımızı hara qoyaq?.. .....                     Bu gün xalqın əlinə verilənlər İranın uydurduğu bayraqlardı... .....                     “First Academy AZ” və Vüsal Qəribovun 2000 Manatlıq Şübhəli Şəbəkəsi! .....                     Lukaşenko Moskvada Putinlə görüşüb .....                     Karapetyanın adamı həbs edildi .....                     Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır .....                     Gəncləri evləndirmək üçün kim nə təklif edir? .....                     Balanslı siyasət Azərbaycanın qlobal nüfuzunu necə gücləndirir? .....                     Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib .....                     Moskvada yaşayış binalarının üzərinə HHM sistemləri yerləşdirilir .....                     Pensiya yaşı 70-ə çatdırılacaq? .....                     "AŞPA İlham Əliyevdən, Azərbaycan dövlətindən və xalqından üzr istəməlidir" .....                     Azərbaycanlı iştirakçının rəqsi qalmaqala səbəb oldu .....                     “Üzr istəyirəm, sifətləri o qədər sürtülüb ki...” .....                     Ermənistanın yeni prezidenti o olacaq: .....                     Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi .....                 

“İsa Qəmbərin qayıtması Putinlə Medvedyevin bir-birini əvəz etməsinə bənzəyər...”
Tarix: 18-09-2019, 08:26 | Çap et
“İsa Qəmbərin qayıtması Putinlə Medvedyevin bir-birini əvəz etməsinə bənzəyər...”
Müsavat Partiyası növbəti, 9-cu qurultayını oktyabrın 12-də keçirmək barədə qərar verib. Partiyanın hazırkı başqanı Arif Hacılı “Amerikanın səsi”nə açıqlamasında budəfəki qurultayın hesabat-seçki qurultayı olacağını bildirib. Ali toplantıda partiya başqanının, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək.

Təşkilati məsələlərə baxılacaq, partiyanın başqanı, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvləri və Məclisin sərbəst üzvləri seçiləcək. Eyni zamanda proqram və nizamnaməyə müəyyən dəyişiklik və əlavələrin edilməsi nəzərdə tutulur.

“Partiya başqanlığına namizədlər ötən qurultayda ilkin seçki yolu ilə müəyyən edilib, bəs indi necə müəyyənləşdiriləcək” sualının cavabında A.Hacılı deyib ki, namizədlərin müəyyənləşməsi üçün hər hansı prosedur yoxdur, istənilən partiya üzvü başqanlığa namizədliyini irəli sürə bilər. Öz namizədliyi ilə bağlı sualın cavabında Hacılı deyib ki, nizamnaməyə görə, onun daha bir müddət başqan olmaq hüququ var: “Namizədlərin irəli sürülməsi elan edildikdən sonra mən öz qərarımı açıqlayacağam”.

Müsavat başqanlığına isə artıq iki nəfər namizədliyini elan edib. Bunlar Müsavat Divanının üzvləri Tofiq Yaqublu və Yadigar Sadıqlıdır.

Yadigar Sadıqlı bildirib ki, partiyanın son 5 ildə idarə olunmasını qənaətbəxş hesab etmir və bunu Müsavatın reytinqinin zəifləməsində də müşahidə etmək olar. “Hesab edirəm ki, mənim başqan seçilməyim təkcə Müsavatda deyil, ümumilikdə demokratik düşərgədə ab-havanı kökündən dəyişər, yeni qüvvələrin axınına xidmət edər”, - deyə o bildirib.

Tofiq Yaqublu isə bildirib ki, hər bir partiya üzvünün seçkili qurumlara namizədliyini irəli sürməyə haqqı var və burada kiminsə başqanlığa namizəd olması qeyri-adi bir məsələ deyil: “Əgər başqan seçilərəmsə, Müsavatın ümumi xətti davam etdiriləcək. Təbii ki, nizamnamə çərçivəsində bu və ya digər korrektələr ola bilər. Düzü, indidən nə edəcəyimi açıqlamaq istəmirəm. İstənilən halda hər bir fərd yeni bir nəfəs, yeni prinsip deməkdir. Başqa şəxslərin namizəd olması normaldır. Yadigar Sadıqlı namizədliyini irəli sürüb. Başqaları da ortaya çıxa bilər. Hörmətli Arif Hacılı ilə yüzdə-yüz eyni düşünsəydim, heç namizəd olmazdım. Amma nəyi, necə düzəltmək istəyirəm, bax, onu qurultayda bəyan edəcəyəm”.

Xatırladaq ki, Müsavat Partiyasının 8-ci qurultayı 2014-cü il 27 sentyabrda keçirilib. Həmin qurultay Müsavatın 1992-ci ildən sonra keçirilən ən gərgin və kəskin mübarizə şəraitində keçən və İsa Qəmbərin 22 illik başqanlıqdan getməsini rəsmiləşdirən qurultay olub. Qurultayda Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı başqan seçilib. Onun namizədliyini səsvermədə iştirak edən 450 qurultay iştirakçısından 228-i dəstəkləyib. Namizədlərdən səslərin sayına görə ikinci yerdə Müsavat Divanının üzvü Qubad İbadoğlu gəlib - 200 səs. Müsavat Divanının üzvü Tural Abbaslı isə 19 səslə üçüncü yerdə qərarlaşıb.

Partiya başqanı vəzifəsi uğrunda rəqabətə 4 namizəd qatılsa da, səsvermədən öncə qurultay iştirakçıları qarşısında çıxış edən Səxavət Əlisoy namizədliyini Qubad İbadoğlunun xeyrinə geri çəkib.

22 il Müsavata başqanlıq edən İsa Qəmbər isə nizamnamənin “Bir şəxsin iki dəfədən artıq partiya başqanı olması yolverilməzdir” qadağasına əməl edərək namizədliyini irəli sürməmişdi. Müsavat üzvlərinin bir çoxu partiyanın bütövlüyü naminə nizamnamədəki qadağanın ləğv olunmasını və İsa Qəmbərin namizədliyinin irəli sürülməsinə çağırış etsələr də İsa Qəmbər mövqeyindən geri çəkilmədi.

8-ci qurultaydan sonra Müsavatdan qopmalar və azad edilmələr başladı. Partiyanın bir sıra tanınmış üzvləri partiyadan istefa verdilər, bəziləri isə Müsavat Divanı tərəfindən xaric edildilər. Növbəti qurultayda və qurultaydan sonra da buna bənzər hadisələrin yaşanmamağı üçün ən optimal çıxış yolu kimi İsa Qəmbərin başqanlığa qayıtması göstərilir. Əks halda, yenə də seçkini uduzan tərəflərdən ikisinin Müsavatdan gedəcəyi ehtimalının yüksək olduğu deyilir. İsa Qəmbərin yenidən başqanlığa qayıtmasına isə hazırda hüquqi əngəlin olmadığı bildirilir.

Müsavat Divanının sabiq üzvü Hikmət Hacızadə isə “Yeni Müsavat”a bildirdi ki, İsa Qəmbər başqan qayıtsa belə, avtomatik olaraq Müsavatın əvvəlki gücü və nüfuzu qayıtmayacaq: “Gərək hansısa ciddi addımlar atılsın ki, partiya yavaş-yavaş əvvəlki nüfuzunu, gücünü bərpa edə bilsin. Bu məsələ ”sehrli çubuq"la həll edilən məsələ deyil. Partiyanın bir hissəsi gedib. Düz gedib, səhv gedib, bu, başqa məsələdir. Ancaq siyasətçinin, idarəçinin, müdirin borcudur ki, bu cür problemləri necəsə həll eləsin. Siyasət idarəetmə deməkdir. İsa Qəmbər ya gərək zamanında bu və ya digər yollarla imkan verməyəydi məlum proseslərin baş verməsinə, ya da indi gərək hansısa ciddi addımlar atmalıdır ki, gedənlər geri dönsün, partiyanın gücü bərpa olsun. Partiyanın yarısını geri qaytarmaq lazım gələcək. Bunun üçün də xeyli işləmək lazım olacaq. Mən demirəm ki, İsa Qəmbər bunu bacarmaz. Deyirəm ki, o, bunu eləməlidir ki, partiyanın nüfuzu yenidən qayıtsın. Seçilmək naminə seçilməklə isə heç nə dəyişməz. Digər tərəfdən isə mən İsa Qəmbərin yenidən başqan qayıtmasını təqdirəlayiq saymaram. Çünki belə bir addımın atılması Putinlə Medvedyevin bir-birini əvəz etməsinə bənzəyər".

H.Hacızadə vurğuladı ki, seçkilər düzgün keçirilsə, İsa Qəmbərin namizədliyinin olub-olmamasından asılı olmayaraq qopmalar baş verməməlidir: “İkincisi, narazı adamları da razı salmaq lazımdır! Biz hamımız-hərəkatda olan adamlar əsəbi adamlarıq, biz elə-belə adamlar deyilik. Biz 30 ildir təzyiq altındayıq, əsəb sistemimiz başqadır. Bizim ağlımıza başqa-başqa axmaq şeylər gəlir. Onu idarə eləmək lazımdır. Əgər yenidən partiyada narazılıq olsa, onda gərək indiki rəhbərlik bacarsın ki, ehtimalən küsən adamlar getməsin. Mənim dediyim odur ki, rəhbər parçalanmağa qoymamaq məharəti nümayiş etdirməlidir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Netanyahu Livan sazişini İran üçün zərbə adlandırıb - "Ynet" portalı
Bu gün, 07:58
Saatlı İcra Hakimiyyəti və DAİM hara baxır? - Fermerin bir illik zəhməti məhv olur
Bu gün, 07:52
Vüsal Nəsirli üçün Saleh Məmmədov simfoniyası... - Piyada keçidi zibilxanaya dönüb...
Bu gün, 07:47
Səlahiyyət var, nəticə yoxdur: Qəbələdən SOS! - VİDEO
Bu gün, 07:34
Dəmir Yolları İdarəsinin ŞÜBHƏLİ TENDER ORTAĞI... - ortada suallar çoxdur...
Bu gün, 07:27
“Mədəniyyət evində bağça və şirniyyat mağazası açırlar, mebel satırlar...” - "Qurumlar bunu mütləq araşdırmalıdır!"
Bu gün, 07:24
DGK sədrinin "dünyada örnəyik" İDDİASI - "Gömrük Komitəsinin ləğv edilməsinin tərəfdarıyam"
Bu gün, 07:21
Fermerlər çətinlikdə: Subsidiya az, pul tapılmır, gəlir yoxdur - NƏ ETMƏLİ?
Bu gün, 07:16
Üçtərəfli sülh olmadan heç bir dəhliz açıla bilməz - GƏLİŞMƏ
Bu gün, 07:13
Tramp yeni ABŞ pasport dizaynını təqdim edib - FOTO
Bu gün, 07:05
"Hər ay eyni hal davam edir..." - ETİRAZ
Bu gün, 07:01
Dilarə Səlim vəzifəsindən azad edilib? - AÇIQLAMA
Bu gün, 06:54
Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı - TƏFƏRRÜAT
Bu gün, 06:52
Banklarda yeni problem: pensiya kartlarını da “vurdu” – Nə etmək lazımdır?
Bu gün, 06:47
SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı zərbələr endirdiyini açıqlayıb - KİV
Bu gün, 06:43
"Zəhraya yol vermədi...bu da qalsın onun vicdanına..." - acılı ATANIN HARAYI
Bu gün, 06:37
Səfərbərlik Xidmətinin Naxçıvan baş idarəsində xidmət edən hərbi qulluqçularına xor baxılır - AXI NİYƏ?..
Bu gün, 06:26
İllərin sanksiyalarına dözən İran ÇÖRƏK SINAĞINDA - NƏ BAŞ VERİR?
Bu gün, 02:42
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Bu gün, 02:33
Azər müəllim bu tədarükdən XƏBƏRSİZDİR? - Usta vəzifəsindən birbaşa xidmət rəisi..
Bu gün, 02:23
Bu da “Kontakt Home”un QIZIL ZƏMANƏTİ - GİLEY
Bu gün, 02:04
“ATASI BİZDƏN 100 MİN MANAT İSTƏYİRDİ” - “Arzum999”un ŞOK ETİRAFI
Bu gün, 01:54
AzəriQaz vətəndaşı rəsmən ƏLƏ SALIR - BU NƏDİ BELƏ?
Bu gün, 01:50
Tanınmış prodüser telekanalları ələ saldı - "...təkrar verilişlər gedir"
Bu gün, 01:42
Bu istidə başımızı hara qoyaq?.. - AKTUAL
Bu gün, 01:32
Bu gün xalqın əlinə verilənlər İranın uydurduğu bayraqlardı... - REPLİKA
Bu gün, 01:19
“First Academy AZ” və Vüsal Qəribovun 2000 Manatlıq Şübhəli Şəbəkəsi! - ALMANİYA ARZUSUNU SATANLAR
Bu gün, 01:14
Lukaşenko Moskvada Putinlə görüşüb
Dünən, 19:36
Karapetyanın adamı həbs edildi
Dünən, 19:34
Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır
Dünən, 16:56
Gəncləri evləndirmək üçün kim nə təklif edir? - ARAŞDIRMA
Dünən, 16:36
Balanslı siyasət Azərbaycanın qlobal nüfuzunu necə gücləndirir? – Deputatlardan AÇIQLAMA
Dünən, 16:32
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib
Dünən, 16:22
Moskvada yaşayış binalarının üzərinə HHM sistemləri yerləşdirilir - VİDEO
Dünən, 15:51
Pensiya yaşı 70-ə çatdırılacaq? - Deputatdan VACİB AÇIQLAMA
Dünən, 15:49
"AŞPA İlham Əliyevdən, Azərbaycan dövlətindən və xalqından üzr istəməlidir" - deputat
Dünən, 15:46
Azərbaycanlı iştirakçının rəqsi qalmaqala səbəb oldu - VİDEO
Dünən, 15:40
“Üzr istəyirəm, sifətləri o qədər sürtülüb ki...” - ermənilər Telli Pənahqızının mahnısını oğurladı
Dünən, 15:28
Ermənistanın yeni prezidenti o olacaq: - Paşinyanın yaxın dostuna yeni vəzifə
Dünən, 15:16
Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi - "İki-üç gündür ki..."
Dünən, 15:13
Şvabe kimin “sifarişini” yerinə yetirir? - AÇIQLAMA
Dünən, 15:02
Paşinyan lazımi sözü dedi, vəziyyət sabitləşəcək - Lebedev
Dünən, 14:58
Bakı üçün yeni model: İcra Hakimiyyəti ləğv oluna bilər - Paytaxtı bu qurum idarə edəcək
Dünən, 14:45
Akif Əlizadəyə yeni VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Dünən, 14:40
AzTV-nin keçmiş sədrinin qardaşı oğlu ilə bağlı qərar - TƏFƏRRÜAT
Dünən, 14:37
Ursula fon der Lyayen Bakıdan sonra İrəvana səfər edəcək
Dünən, 14:35
"Mən bu sualı məhkəmədə qaldırdım, lakin cavab ala bilmədim" – sabiq deputatın həyat yoldaşının işi
Dünən, 14:33
Tehran Hörmüzdən keçidin İranla koordinasiya olmadan təmin edilə bilməyəcəyini bildirir
Dünən, 14:29
"Oyun başladı, xoş seyirlər!" – Tramp görün nələr dedi...
Dünən, 13:04
Emin Əmrullayev Mirzə Mirzəyevi yüksək vəzifəyə təyin etdi - BUNDAN SONRA...
Dünən, 13:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru