“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” .....                     Kolleclər ləğv edilir? .....                     95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu .....                     Kamikadze... .....                     "Bakını tərk etmək fikrim yoxdur" .....                     Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: .....                     Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib .....                     Bərdə doğum evindən QALMAQAL .....                     Rusiyanın Koreya qorxusu: .....                     Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula .....                     Onların da vergi yükü artır: .....                     Bakıda şəhid ailəsini təhqir edən həbs edildi .....                     Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib .....                     Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var .....                     Tanınmış azərbaycanlı aktrisaya ağır itki .....                     “Yol əhvalatı”nın ssenaristi haradadır? .....                     Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək .....                     Paşinyan əlini daha da gücləndirir: .....                     Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil .....                     Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub .....                     Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib .....                     Türkiyədə inflyasiya azalsa da, .....                     “Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” .....                     “Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” .....                     İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə .....                     Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... .....                     Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu .....                     Vado Korovinin yerinə bu şəxs təyin edildi .....                     AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib .....                     Sərkisyanın partiyasından Makrona cavab: .....                     Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? .....                     Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib .....                     “Azər Maya İstehsal” QSC formasını dəyişdi .....                     AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub .....                     Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir .....                     “Hacı Mail hal əhli olub” .....                     Tanınmış həkim vəzifəsindən azad olundu .....                     TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub .....                     Rusiya əsgərləri insan əti yeyir? .....                     “Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” .....                 

“Mən qorxaq adam deyiləm, qorxsaydım, çoxdan kənara çəkilərdim” - deputat
Tarix: 30-08-2019, 09:59 | Çap et
“Mən qorxaq adam deyiləm,  qorxsaydım, çoxdan kənara çəkilərdim”
Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Yeni Müsavat”a geniş müsahibə verib. Hakim partiyanın funksioneri gündəmdəki bir sıra aktual məsələlərdən, o cümlədən facebook sosial şəbəkəsinə gəlişindən danışdı, ilginc fikirlər söylədi.

- Siyavuş bəy, Məhərrəmlik ərəfəsində danışırıq. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri olaraq Məhərrəmliklə bağlı nə kimi tövsiyələriniz var?

- Biz Dini Komitə və Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə yerlərdə görüşlər keçiririk. Görüşlər əsasən ona həsr olunub ki, Məhərrəmlik ayı qan tökülən ay deyil. Ümumiyyətlə, bu ayda qan tökmək olmaz! Vaxtilə səhv ediblər, Məhərrəm ayında İmamızı qətlə yetiriblər. Ona görə də İslam tarixində bu ay ən müqəddəs aylardan biri hesab olunur. Biz insanlara düzgün istiqamətdə hərəkət etməyi tövsiyə edirik. Məsələn, qanvermə aksiyası keçirmək olar. YAP özü də sentyabrın 6-da qanvermə aksiyası keçirəcək. Bundan əlavə, aztəminatlı ailələrə, ehtiyacı olan insanlara ehsanlar verilə bilər. Özünü döymək, zəncir vurmaq, baş yarmaq İslama zidd hərəkətlərdir.

- Matəm ayının iki ay davam etməsi ilə bağlı bəzən fərqli fikirlər səslənir. Müasir dövrdə ayrı-ayrı mərasimlərin keçirilməsi ilə əlaqədar olaraq dini komitənin təklifləri ola bilərmi?

- Yox, indi bu, bir ənənədir də. 40 gün yasdır, 10 gün əvvəl, 10 gün də Səfər ayı olduğu üçün matəm saxlanılır. Azərbaycanda qədimdən indiyədək bu ənənə formalaşıb ki, bu vaxtda toy, nişan, digər mərasimlər həyata keçirmək olmaz. Bu ənənə artıq insanların düşüncəsində formalaşıb. Sonra pis bir hadisə baş verər, kimsə düşünər ki, mən Məhərrəmlikdə toy elədim, ona görə oldu. Ancaq ümumilikdə Peyğəmbərimizə cəmi 3 gün yas saxlanılıb. Heç kəs Peyğəmbərdən artıq deyil.

-Uşaq pulunun bərpası ilə bağlı qərar veriləcəyi barədə mətbuatda açıqlamanızı oxudum. Deməli, bununla bağlı payız sessiyasında qərar veriləcək?

- Hazırda müzakirə aparırıq, xarici ölkələrin təcrübəsini öyrənirik. Bu, dünyada, həmçinin postsovet məkanında necədir və sair...Tutaq ki, hər uşağa 30 manat pul verirsən, əslində bunu verməsən, daha yaxşı olar. Elə bir variant seçməliyik ki, valideynin üstündən yük götürülsün. Məsələn, uşağın məktəb ləvazimatı, digər məsələləri, qidalanması var, gərək pul ona çatsın. Həm də elə olmalıdır ki, dövlətin bu vəsaiti ayırmağa gücü çatsın. Hər şey qaydalar çərçivəsində olmalıdır.

- Uşaq pulu hansı yaşda uşaqları əhatə edəcək, bununla bağlı ortaq məxrəcə gəlinibmi?

- Hələlik müzakirələr gedir. Özü də çox ciddi şəkildə...

- Son zamanlar iş adamı olan deputatlardan çox yazılır, sərvətləri açıqlanır. Hesab olunur ki, növbəti çağırışda artıq onları parlamentdə görməyəcəyik. Hakim partiyanın rəhbər şəxsi olaraq bu barədə nə deyə bilərsiniz?

- Bilirsiniz, burada fərdi yanaşma olmalıdır. Məsələn, insan var ki, vaxtilə biznes sahəsində işləyib, iş qurub, sonra gəlib seçilib, indi bunun günahı nədir? O şəxs parlament səlahiyyətlərindən istifadə edib biznesini qurmayıb ki... Bizdə məsələyə ümumi yanaşma tərzi düz deyil. Əgər bu adam deputat səlahiyyətlərindən istifadə edib belə bir iş görürsə, təbii ki, qanunsuzdur. Amma deputat olana qədər bu addımları atıbsa, bu, başqa məsələdir. Götürək elə Amerika nümunəsini, öz biznesini yaradanlar sonradan hər bir yerə seçilirdilər. Kimsə onlara bir söz deyirdi? Yox.

- Maraqlıdır, imkanlı deputatların hakim partiyaya maliyyə dəstəyi olurmu?

- Xeyr. Hakim partiya ancaq üzvlük haqları ilə, bir də dövlət büdcəsindən ayrılan vəsait hesabına öz işini qurur. Biz heç vaxt ianə toplamırıq.

- Bu günə qədər olan məlumata görə, növbəti parlament seçkiləri 2020-ci ildə keçiriləcək. Yeni tərkib barədə partiyada fikirlər varmı?

- Təhlillər aparılır. Bu məsələlər hamısı bir-bir araşdırılır. Özü də bir günü yox, beş illik müddəti araşdırırıq. Parlamentdəki fəaliyyət, beynəlxalq təşkilatlardakı fəaliyyət, seçicilərlə gördüyü iş, çıxışlar, davranış və sairin təhlili gedir.

- Hakim partiyanın üzvü olan 68 deputatın neçəsi növbəti tərkibdə yer ala biləcək, bu, təxmini də olsa, məlumdurmu?

- Yenə deyirəm, təhlillər gedir. Həm də qərarı mən vermirəm, partiyanın sədri verir.

- Siyavuş bəy, facebook sosial şəbəkəsinə gəlişiniz maraqla qarşılandı, müzakirələrə səbəb oldu. Bu gəliş hansı zərurətdən irəli gəldi?

- Zərurət ondan ibarətdir ki... Məsələn, bir neçə qəzeti çıxmaq şərtilə... İndi siz peşəkarsınız, neçə illərdir biz danışırıq, yazırıq, olan şeylər düzgün çatdırılır. Amma elə jurnalist var ki, sən dediyin fikir qalır kənarda, özünə sərf eləyəni götürüb çapa verir. Yaxud müəyyən bir fikri ortadan çıxarır, dərc edir. Yəni əvvəl axırla üst-üstə düşmür. Bu mənada insanlara özün öz fikrini çatdıranda daha yaxşı olur.

- Deməli, siz vətəndaşlarla birbaşa ünsiyyətdə olmaq istədiniz, eləmi?

- Bəli.

- Dostluğunuzda neçə nəfər var?

- İndi gəlirlər də yavaş-yavaş.

- Maraqlıdır, sizin dostluğunuzda müxalifət liderləri, məsələn, İsa Qəmbər, Əli Kərimli, digərləri ola bilərmi?

- Bilmirəm. Hələ təzə başlamışıq. Qoy siftə eləyək, görək necə olur. (Gülür)

- Bəs siz onlarla dostluğu mümkün sayırsınızmı?

- O baxır vəziyyətə.

- Sosial şəbəkələrdə bir sıra hallarda sərt polemikalar, həmçinin əndazəni keçən şərhlər olur. Belələri ilə rastlaşırsınız?

- Söyüş yazan, başqasının adı altında təhqir edən var. Mən elə şeylərə əhəmiyyət vermirəm. Düz adam yazar, adın, familiyasını qeyd edər, telefon nömrəsini qoyar. Filmdə deyildiyi kimi, yazırsansa, yaz, altından da imzanı qoy! (Gülür) Yoxsa başqa məsələlər əhəmiyyətsiz şeylərdir. Mənim gizlində oyun oynamaqla heç vaxt aram olmayıb, bundan sonra da olmayacaq.

- Bəs sizə qarşı həqarət edənləri dostluğunuzda saxlayacaqsınız?

- Yox! Elə adamla dost olmaq olar?

- Son günlər Sorosla bağlı yeni məlumatlar yayılmaqdadır. Dünya ölkələrini vaxtaşırı çalxalayan bu təşkilatla bağlı Azərbaycanda narahatlıq varmı?

- Yox. Azərbaycanda belə bir şey yoxdur. Azərbaycanda xalqla iqtidar bir yerdədir. Cənab prezidentin apardığı siyasət əhali tərəfindən dəstəklənir. Sosial sahə, digər sahələrlə bağlı, pensiyaların, əmək haqlarının artırılması, insanların güzəranının yaxşılaşdırılması ilə əlaqədar olaraq vaxtaşırı sərəncamlar verilir. Azərbaycan artıq postsovet məkanında pensiya, orta aylıq əmək haqqına və minimum əmək haqqına görə birinci yerdə gedir. Ona görə də Azərbaycan bütün sahələrdə, istər sənaye, istər kənd təsərrüfatı sahəsində inkişaf etməkdədir. Təbii ki, bizi gözü götürməyən qüvvələr nəsə etməyə çalışırlar. Amma Azərbaycanda güclü, oturuşmuş dövlət var, tam şəkildə bütün məsələlərə nəzarət edilir.

- Siyavuş bəy, bugünlərdə Türkiyədə YAP - Yaşam və Ədalət Partiyası yaradıldı. Bu xəbəri necə qarşıladınız?

- Onlar yaradıb. Amma bizimki başqa YAP-dır, onlarınkı başqa.

- Son zamanlar “KQB” arxivlərinin açılması ilə bağlı təkliflər yenidən eşidilir. Hakim partiyanın bununla bağlı mövqeyi necədir?

- Mən hesab edirəm ki, o məsələlər yersizdir. Vaxtilə olub da. İndi də bu proses gedir. Hər bir adam dövlətinə xidmət etməlidir də. Dövlətə xidmət edən adamlardan ola bilər ki, kiminsə adı oradadır. Bu şeylər mənasızdır, arxivlər açılsın, nə bilim nə... Arxiv açılsa, çox adamın başına çox iş gələcək.

- Belə iddialar da var ki, Azərbaycanın yüzlərlə vətəndaşı Rusiyadan maaş alır...

- Təbii ki, bu, indi də var, gələcəkdə də olacaq. Sonrakı dövrlərdə də baş verəcək. Təkcə Rusiyadan yox, digər ətraf ölkələrdə var. Bunlar hamısı olan işdir. Onlar nələrsə etməyə çalışırlar. Bizimkilər də çalışır ki, bunun qarşısını alsın.

-Siyavuş bəy, facebook statusunuzdan oxudum ki, sizin ünvanınıza həqarətli fikirlər yazanlara da xitab etmisiniz...

- Yenə də söyüşü davam etdidirlər. Bu, bisavad adamların işidir də. Söyüm, qurtarsın getsin. Məni söyməklə sakitləşəcəksənsə, onda söy! Amma beləsinə demək istəyirəm ki, bu yollarla məni qıcıqlandıra bilməzsən, yolumdan döndərə bilməzsən!

- Təhqirlər sizi facebooka uzaqlaşdıra bilərmi?

- Qəti şəkildə! Mən qorxaq adam deyiləm. Mən iki müharibə veteranıyam. Qorxsaydım, çoxdan kənara çəkilərdim. Mən Heydər Əliyevin yanında böyümüşəm, onun tərbiyəsini almışam, yanında inkişaf eləmişəm. Yəni elə şeylər məni qorxuda bilməz. Özü də bir olan Allaha and içirəm, bunları kimin yazdığını da bilirəm.

- Yəni başqa adlar altında yazırlar?

- Bəli.

- Sizin facebook gəlişinizdən sonra müxalif fikirli bəzi şəxslər yazdılar ki, vaxtilə Siyavuş Novruzov sosial şəbəkədə avaraların yığışdığını deyirdi, indi özü bura gəldi...

- Mən elə söz ömründə deməmişəm. Mən yuxarıda da gəlişimin məqsədini söylədim. Müəyyən məsələlərlə bağlı mənə müraciət olunur və mən də birbaşa cavablandırdım. Virtual ünsiyyətdən söhbət gedir. Birinə müsahibə verirsən, götürür yarısını kəsib tullayır, yarısını təhrif edir. Mən parlamentdə çıxış edirəm, sonra bəzi mətbuat orqanlarını oxuyanda deyirəm ki, axı mən belə çıxış eləməmişəm, bu, nə yazıb? (Gülür) Hər şey düz olmalıdır. Düz bütün əyriləri kəsir.

- Bəzi deputat həmkarlarınız hələ də facebook qəbul etmək istəmir. Siz sosial şəbəkələrdən uzaq dayanan deputatların da burada olmasını istərdinizmi?

- Kimin batıq yeri yoxdursa, üzr istəyirəm, çıxsın xalqın qarşısına cavab versin. Əsas məsələ budur. Batıq yerin yoxdursa, çıx camaatın qabağına!

- Bəziləri nədənsə görünməməyə üstünlük verir. Çalışır ki, nə kiməsə danışsın, nə də kimsə ondan bəhs eləsin. Mən iki məsələyə heç vaxt qarışmamışam: ailə-uşaq məsələlərinə, bir də başqasının seçiminə.

- Gələcəkdə Youtube kanalı açmaq, canlı yayıma çıxmaq planınız yoxdur ki?

- Youtube-də YAP-ın kanalı var da. Yutub-a mən nəyə çıxım, artist deyiləm ki. (Gülür) Fikirlərimi camaatla bölüşürəm də.

- Siyavuş bəy, dini komitənin sədri olaraq QMİ-nin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadəni təbrik etdinizmi?

- Bəli, Şeyxlə danışdım, özü də ilk təbrik edənlərdən biri mən oldum. Doğrudan Şeyx böyük insandır, çox böyük işlər görür. Mən dəfələrlə onunla xarici səfərlərdə olmuşam. Sizə bir şeyi deyim, onun xristian dünyasında hörməti müsəlman dünyasından daha artıqdır.

- Şeyxə yubiley hədiyyəniz nə oldu?

- Təbrik elədim. Şeyxə nə hədiyyə etmək olar ki? O, Şeyxdir... (Gülür)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” – NZS-dəki QƏTL İŞİ
Bu gün, 18:00
Kolleclər ləğv edilir? - AKTUAL
Bu gün, 17:58
95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu - AÇIQLAMA
Bu gün, 17:56
Kamikadze... - Moğol imperiyasına zərbə vuran İlahi Külək
Bu gün, 17:45
"Bakını tərk etmək fikrim yoxdur" - Xalq artisti
Bu gün, 17:43
Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: - 2030-cu ilə qədər...
Bu gün, 17:41
Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib
Bu gün, 17:38
Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib
Bu gün, 17:32
Rusiyanın Koreya qorxusu: - Kreml yalnız bu əsirləri istəyir, digərləri isə...
Bu gün, 17:26
Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula CƏZA VERİLDİ
Bu gün, 17:20
Onların da vergi yükü artır: - ""Kölgə"yə qayıtmağa yol axtaracaqlar"
Bu gün, 17:08
Bakıda şəhid ailəsini təhqir edən həbs edildi - FOTO
Bu gün, 17:06
Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib – Səbəb dron hücumlarıdır?
Bu gün, 17:00
Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var - TƏFƏRRÜAT
Bu gün, 16:58
Tanınmış azərbaycanlı aktrisaya ağır itki
Bu gün, 16:56
“Yol əhvalatı”nın ssenaristi haradadır? – 90 yaşlı sənətkar məşhur müğənninin qayınbabasıdır
Bu gün, 16:54
Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək
Bu gün, 16:52
Paşinyan əlini daha da gücləndirir: - Rusiyaya qarşı gediş
Bu gün, 16:28
Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil - ÇÜNKİ...
Bu gün, 16:21
Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub - İLGİNC
Bu gün, 16:11
Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 16:08
Türkiyədə inflyasiya azalsa da, hələ də dünyada 6-cı sıradadır
Bu gün, 16:06
“Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” - deputat
Bu gün, 16:03
“Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” – tanınmış memar
Bu gün, 16:00
İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə - TƏFƏRRÜAT
Bu gün, 15:53
Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... - AXI NİYƏ?
Bu gün, 15:48
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - FOTO
Bu gün, 15:33
Vado Korovinin yerinə bu şəxs təyin edildi - BUNDAN SONRA...
Bu gün, 15:29
AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Bu gün, 15:23
Sərkisyanın partiyasından Makrona cavab: - Nikola görə ikiüzlülük edir
Bu gün, 15:22
Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? - AKTUAL
Bu gün, 15:21
Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib - FOTO
Bu gün, 15:14
“Azər Maya İstehsal” QSC formasını dəyişdi — 10.7 milyon manatlıq səhmlər ləğv edilir
Bu gün, 15:09
AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub - VİDEO
Bu gün, 15:06
Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir - Natiq Cəfərli
Bu gün, 15:03
“Hacı Mail hal əhli olub” - Ziyad Səmədzadə dostluqdan DANIŞIR
Bu gün, 14:58
Tanınmış həkim vəzifəsindən azad olundu - FOTO
Bu gün, 14:55
TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub - ADLAR...
Bu gün, 14:48
Rusiya əsgərləri insan əti yeyir? - KİV
Bu gün, 14:35
“Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” - Etibar Məmmədov
Bu gün, 14:31
Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı
Bu gün, 14:30
Koçaryan və Tsarukyan seçilərsə... - Azərbaycanla müharibə olacaqmı?
Bu gün, 14:27
Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə 85 min manat ödəyəcək
Bu gün, 14:24
“PashaPay”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 14:19
Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: - Putin sığnağa çəkilib?
Bu gün, 14:15
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - "Dizinə zərbə vurdum, geri çəkilmədiyini görüb bıçaqladım"
Bu gün, 14:12
ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb - İran ordusu
Bu gün, 14:07
İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? - Sakinlər deyir ki...
Bu gün, 14:02
Kərim Abbasov GİLEYLƏNDİ: - “Dönər yeməyimə yüz minlərlə baxış gəlir, amma...”
Bu gün, 13:21
Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR - “EUObserver”
Bu gün, 13:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru