Qarabağ Qazisi öz hüquqlarından istifadə edə bilmirsə... .....                     Paşinyanın mətbuat katibi deputat olur .....                     Rusiya benzin tədarükü üçün Azərbaycana müraciət edə bilərmi? .....                     “Təyyarələrdə peşəkar oğrular peyda olub” .....                     Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib .....                     “Brent” nefti 4%-dən çox ucuzlaşıb .....                     Naxçıvan necə idarə olunur: Azərbaycan qanunları ilə, yoxsa…? .....                     Netanyahu Livan sazişini İran üçün zərbə adlandırıb .....                     Saatlı İcra Hakimiyyəti və DAİM hara baxır? .....                     Vüsal Nəsirli üçün Saleh Məmmədov simfoniyası... .....                     Səlahiyyət var, nəticə yoxdur: Qəbələdən SOS! .....                     Dəmir Yolları İdarəsinin ŞÜBHƏLİ TENDER ORTAĞI... .....                     “Mədəniyyət evində bağça və şirniyyat mağazası açırlar, mebel satırlar...” .....                     DGK sədrinin "dünyada örnəyik" İDDİASI .....                     Fermerlər çətinlikdə: Subsidiya az, pul tapılmır, gəlir yoxdur .....                     Üçtərəfli sülh olmadan heç bir dəhliz açıla bilməz .....                     Tramp yeni ABŞ pasport dizaynını təqdim edib .....                     "Hər ay eyni hal davam edir..." .....                     Dilarə Səlim vəzifəsindən azad edilib? .....                     Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı .....                     Banklarda yeni problem: pensiya kartlarını da “vurdu” .....                     SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı zərbələr endirdiyini açıqlayıb .....                     "Zəhraya yol vermədi...bu da qalsın onun vicdanına..." .....                     Səfərbərlik Xidmətinin Naxçıvan baş idarəsində xidmət edən hərbi qulluqçularına xor baxılır .....                     İllərin sanksiyalarına dözən İran ÇÖRƏK SINAĞINDA .....                     Fikrət Heybətovun vakansiya oyunu .....                     Azər müəllim bu tədarükdən XƏBƏRSİZDİR? .....                     Bu da “Kontakt Home”un QIZIL ZƏMANƏTİ .....                     “ATASI BİZDƏN 100 MİN MANAT İSTƏYİRDİ” .....                     AzəriQaz vətəndaşı rəsmən ƏLƏ SALIR .....                     Tanınmış prodüser telekanalları ələ saldı .....                     Bu istidə başımızı hara qoyaq?.. .....                     Bu gün xalqın əlinə verilənlər İranın uydurduğu bayraqlardı... .....                     “First Academy AZ” və Vüsal Qəribovun 2000 Manatlıq Şübhəli Şəbəkəsi! .....                     Lukaşenko Moskvada Putinlə görüşüb .....                     Karapetyanın adamı həbs edildi .....                     Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır .....                     Gəncləri evləndirmək üçün kim nə təklif edir? .....                     Balanslı siyasət Azərbaycanın qlobal nüfuzunu necə gücləndirir? .....                     Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib .....                 

“Özümü gümrah hiss edirəm” - deputat
Tarix: 21-08-2019, 10:32 | Çap et
“Özümü gümrah hiss edirəm”
Gələn ilin payızında keçiriləcək parlament seçkiləri ilə əlaqədar indidən bəzi iddialar yayılmağa başlayıb.

Belə iddialar var ki, yaşlı deputatlar bu dəfə qanunverici orqana düşə bilməyəcəklər. Xüsusilə 70-80 yaşdan yuxarı olanlara bunun daha çox şamil olunacağı bildirilir. Hətta bu sırada bəzi Milli Məclis üzvlərinin adları da çəkilir. Qaynar.info bununla bağlı siyahı təqdim edib.

Parlamentin ən qocaman deputatı Zeynəb Xanlarovanın (83), eləcə də Ağacan Abıyevin (82 yaş) və Yaqub Mahmudovun (80) adı ən öndə xatırlanır.

Eyni zamanda 2020-ci ildə indiki deputatlardan Elxan Süleymanovun 80, Arif Rəhimzadənin 79, Xanhüseyn Kazımlının 78, Eldar İbrahimovun, Rafiq Məmmədhəsənovun və Hüseynbala Mirələmovun 75, Valeh Ələsgərov, Mixail Zabelin və Əliağa Hüseynovun 74, Vahid Əhmədov, Madər Musayev, Əhliman Əmiraslanov, Fəzail Ağamalı, Flora Qasımova və Hadi Rəcəblinin 73, Tahir Süleymanov və Yevda Abramovun 72, Mahir Aslanov və İsa Həbibbəylinin 71, Şəmsəddin Hacıyev, Mirkazım Kazımov, Tahir Rzayev və Elman Məmmədovun isə 70 yaşları olacaq.

Adları çəkilən bu şəxslərdən hətta Z.Xanlarova, E.Süleymanov, A.Abıyev, R.Məmmədhəsənov və Ə.Hüseynovun, ümumiyyətlə, növbəti parlament seçkilərində öz namizədliklərini irəli sürməyəcəyi gözlənilir.

Bizneslə məşğul olan deputatlar üçün bu dəfə daha sərt addımların atılacağı qeyd olunur. Onlardan Əsabil Qasımovun, Rüstəm Xəlilovun və Xanlar Fətiyevin gələn ilin payızından etibarən bir daha Milli Məclisdə oturmayacağı deyilir.

Adları çəkilən deputatlardan bəzilərinin fikirlərini aldıq.

Fəzail Ağamalı: “Özümü gümrah hiss edirəm”
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı “Yeni Müsavat”da səslənən iddialara bu cür aydınlıq gətirdi: “Hesab edirəm ki, bu təhlil, verilmiş olan siyahı, sadəcə olaraq, redaksiyanın özünün yanaşması, subyektiv mövqeyidir. Bu cür variantlar hər parlament seçkiləri ərəfəsində mətbuata çıxır, müxtəlif xarakterli yanaşmalar olur, təhlillər aparılır. O təhlillərin demək olar ki, 80-90%-i seçkilərdə və onun nəticələrində özünü doğrultmur. İndi qarşıdan gələn parlament seçkiləri var. Təbii ki, hər bir insanın özünün potensialı, potensialının tükənmək zamanı var. Bu da təbii olan haldır. Burada da qeyri-adi heç nə axtarmaq lazım deyil. İnsanlar bir qayda olaraq, 80 yaşdan sonra ahıllaşır, fiziki və potensial imkanları 50-60 və ya 70-dəki kimi olmur. Bizim hamımız belə olacağıq. Şükürlər olsun ki, həmkarlarımız 80-ə qədər gəliblər və ya bu yaşı ötüblər. Yaş əsas deyil. Əsas olan insanın potensialı və onun reallaşma imkanlarıdır.

Əgər potensial fiziki və psixoloji cəhətdən tükənirsə, məncə, hər bir kəs bu baxımdan özünə dəyər verməli və hörmətlə vermiş olduğu dəyərlə o proseslərdə iştirak edib-etməməyi ortalığa qoymalıdır. Yəni mən parlamentə seçilim, gəlim orada oturum, hərdən bir kəlmə danışım, bu da olmur. Bu təkcə yaş məsələsi deyil. Qarşıdan gələn parlament seçkilərində siyahıda göstərilənlərdən kimin iştirak edib-etməməsi hörmətli həmkarlarımın şəxsi seçimidir. Bu, mətbuatda gedən təhlillərlə seçilmir, yaxud başqa formada öz həllini tapmır. Qarşıdan gələn parlament seçkilərində yaş həddi yuxarı olanlar özlərində güc tapsalar, fiziki və intellektual, psixoloji imkanları olsalar, nədən onlar iştirak etməsinlər? O insanlar ki, potensialı fiziki, psixoloji və intellektual cəhətdən tükənib, onlar artıq parlament seçkilərində iştirak etməli deyillər. Şəxsən mənə gəldikdə, seçkilərə bir il var. Hazırda özümü gümrah hiss edirəm. Qarşıdan gələn seçkilərdə iştirak etmək niyyətindəyəm. Başqaları özləri haqqında qərarları özləri də verməlidir. Hər kəsin öz taleyini, yolunu seçmək hüququ var.

Qaldı yaş məsələsinə, baxın, beşinci çağırışa seçilən gənclərdən neçəsi özünü təsdiq edə bilməyib? Bizim həmkarlar keçən 4 il ərzində ən ciddi məsələlərdə, istər parlament daxilində, istərsə də parlamentdən kənarda, fikirlərini ifadə etdilər, millət vəkili kimi cəmiyyətə özlərini təqdim etdilər. Mənə elə gəlir ki, artıq onlar özlərini intellektual səviyyəsi, vətəndaşlıq, dövlətçilik mövqeyi ilə seçilən deputatlarımız oldu. Ona görə də, məncə, millət vəkilinin yaşa görə təsnifatının aparılması doğru deyil. Hər şey onun intellekti, xüsusi olaraq, dövlətçiliyə birmənalı şəkildə mövqeyi, prinsipallığı, xalqımıza konstitusiyanın vermiş olduğu tələblər səviyyəsində xidmət etməyi özünə şərəf bilməsidir. Bu və ya bunabənzər keyfiyyətləri özündə ifadə edən vətəndaşlarımız parlament seçkilərində iştirak edib qalib gəlməli, dövlətçiliyə xidmət göstərməlidirlər. Burada yaş fərqli önəmli olmamalıdır. Önəmli olan dediyim keyfiyyətləri özündə daşıyan soydaşlarımızın parlamentdə təmsil olunmasıdır”.

Elman Məmmədov: “Milli Məclisin tərkibində yenilənmələrin olacağı labüddür”
Elman Məmmədov isə parlamentin tərkibinin bu dəfə dəyişəcəyinin labüd olduğunu düşünür: “Hələ 2020-ci il seçkilərinə bir ildən çox var. Bəri başdan nəsə demək, proqnoz vermək mənə elə gəlir ki, tələskənlik olar. Bu məsələnin bir tərəfidir. Digər tərəfdən, ölkəmizdə çox ciddi kadr islahatları, yenilənmə, gəncləşmə gedir. Bütün sahələrdə olduğu kimi, Milli Məclisin tərkibində də dəyişikliklər hər zaman öz əksini tapır. Bunun son bir neçə seçkilərdə şahidi olmuşuq. Qarşıdan gələn seçkilərdə də təbii ki, yenilənmə olacaq. Bu baxımdan Milli Məclisin tərkibində yenilənmələrin olacağı labüddür. Parlament seçkilərində yaş məhdudiyyəti yoxdur. Ancaq tərkibdə yenilənmə, gəncləşmə olması qaçılmazdır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qarabağ Qazisi öz hüquqlarından istifadə edə bilmirsə... - ETİRAZ VAR...
Bu gün, 10:34
Paşinyanın mətbuat katibi deputat olur - Yenisini gətirir
Bu gün, 10:13
Rusiya benzin tədarükü üçün Azərbaycana müraciət edə bilərmi? - GƏLİŞMƏ
Bu gün, 10:11
“Təyyarələrdə peşəkar oğrular peyda olub” - Azər Qəribdən sensasion xəbərdarlıq
Bu gün, 09:53
Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib - UNIAN
Bu gün, 09:51
“Brent” nefti 4%-dən çox ucuzlaşıb
Bu gün, 09:45
Naxçıvan necə idarə olunur: Azərbaycan qanunları ilə, yoxsa…? - Muxtar Dərəbəylik...
Bu gün, 09:43
Netanyahu Livan sazişini İran üçün zərbə adlandırıb - "Ynet" portalı
Bu gün, 07:58
Saatlı İcra Hakimiyyəti və DAİM hara baxır? - Fermerin bir illik zəhməti məhv olur
Bu gün, 07:52
Vüsal Nəsirli üçün Saleh Məmmədov simfoniyası... - Piyada keçidi zibilxanaya dönüb...
Bu gün, 07:47
Səlahiyyət var, nəticə yoxdur: Qəbələdən SOS! - VİDEO
Bu gün, 07:34
Dəmir Yolları İdarəsinin ŞÜBHƏLİ TENDER ORTAĞI... - ortada suallar çoxdur...
Bu gün, 07:27
“Mədəniyyət evində bağça və şirniyyat mağazası açırlar, mebel satırlar...” - "Qurumlar bunu mütləq araşdırmalıdır!"
Bu gün, 07:24
DGK sədrinin "dünyada örnəyik" İDDİASI - "Gömrük Komitəsinin ləğv edilməsinin tərəfdarıyam"
Bu gün, 07:21
Fermerlər çətinlikdə: Subsidiya az, pul tapılmır, gəlir yoxdur - NƏ ETMƏLİ?
Bu gün, 07:16
Üçtərəfli sülh olmadan heç bir dəhliz açıla bilməz - GƏLİŞMƏ
Bu gün, 07:13
Tramp yeni ABŞ pasport dizaynını təqdim edib - FOTO
Bu gün, 07:05
"Hər ay eyni hal davam edir..." - ETİRAZ
Bu gün, 07:01
Dilarə Səlim vəzifəsindən azad edilib? - AÇIQLAMA
Bu gün, 06:54
Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı - TƏFƏRRÜAT
Bu gün, 06:52
Banklarda yeni problem: pensiya kartlarını da “vurdu” – Nə etmək lazımdır?
Bu gün, 06:47
SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı zərbələr endirdiyini açıqlayıb - KİV
Bu gün, 06:43
"Zəhraya yol vermədi...bu da qalsın onun vicdanına..." - acılı ATANIN HARAYI
Bu gün, 06:37
Səfərbərlik Xidmətinin Naxçıvan baş idarəsində xidmət edən hərbi qulluqçularına xor baxılır - AXI NİYƏ?..
Bu gün, 06:26
İllərin sanksiyalarına dözən İran ÇÖRƏK SINAĞINDA - NƏ BAŞ VERİR?
Bu gün, 02:42
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Bu gün, 02:33
Azər müəllim bu tədarükdən XƏBƏRSİZDİR? - Usta vəzifəsindən birbaşa xidmət rəisi..
Bu gün, 02:23
Bu da “Kontakt Home”un QIZIL ZƏMANƏTİ - GİLEY
Bu gün, 02:04
“ATASI BİZDƏN 100 MİN MANAT İSTƏYİRDİ” - “Arzum999”un ŞOK ETİRAFI
Bu gün, 01:54
AzəriQaz vətəndaşı rəsmən ƏLƏ SALIR - BU NƏDİ BELƏ?
Bu gün, 01:50
Tanınmış prodüser telekanalları ələ saldı - "...təkrar verilişlər gedir"
Bu gün, 01:42
Bu istidə başımızı hara qoyaq?.. - AKTUAL
Bu gün, 01:32
Bu gün xalqın əlinə verilənlər İranın uydurduğu bayraqlardı... - REPLİKA
Bu gün, 01:19
“First Academy AZ” və Vüsal Qəribovun 2000 Manatlıq Şübhəli Şəbəkəsi! - ALMANİYA ARZUSUNU SATANLAR
Bu gün, 01:14
Lukaşenko Moskvada Putinlə görüşüb
Dünən, 19:36
Karapetyanın adamı həbs edildi
Dünən, 19:34
Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır
Dünən, 16:56
Gəncləri evləndirmək üçün kim nə təklif edir? - ARAŞDIRMA
Dünən, 16:36
Balanslı siyasət Azərbaycanın qlobal nüfuzunu necə gücləndirir? – Deputatlardan AÇIQLAMA
Dünən, 16:32
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib
Dünən, 16:22
Moskvada yaşayış binalarının üzərinə HHM sistemləri yerləşdirilir - VİDEO
Dünən, 15:51
Pensiya yaşı 70-ə çatdırılacaq? - Deputatdan VACİB AÇIQLAMA
Dünən, 15:49
"AŞPA İlham Əliyevdən, Azərbaycan dövlətindən və xalqından üzr istəməlidir" - deputat
Dünən, 15:46
Azərbaycanlı iştirakçının rəqsi qalmaqala səbəb oldu - VİDEO
Dünən, 15:40
“Üzr istəyirəm, sifətləri o qədər sürtülüb ki...” - ermənilər Telli Pənahqızının mahnısını oğurladı
Dünən, 15:28
Ermənistanın yeni prezidenti o olacaq: - Paşinyanın yaxın dostuna yeni vəzifə
Dünən, 15:16
Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi - "İki-üç gündür ki..."
Dünən, 15:13
Şvabe kimin “sifarişini” yerinə yetirir? - AÇIQLAMA
Dünən, 15:02
Paşinyan lazımi sözü dedi, vəziyyət sabitləşəcək - Lebedev
Dünən, 14:58
Bakı üçün yeni model: İcra Hakimiyyəti ləğv oluna bilər - Paytaxtı bu qurum idarə edəcək
Dünən, 14:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru