Sabiq nazirin partiyası siyasi diskussiyalar başlatdı - yeni birlik yaranır?
Tarix: 7-05-2019, 08:36 | Çap et
 Azərbaycan Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseynin öz facebook profilində paylaşdığı status bir sıra müzakirələrə səbəb olub. P.Hüseyn AXP-nin Siyasi Şurasının iclasında qurum daxilində siyasi diskussiyaların başladıldığını bildirib.
Statusu olduğu kimi təqdim edirik: “Azərbaycan Xalq Partiyasının Siyasi Şurasında partiyanın siyasi kursu üçün mühüm əhəmiyyətə malik ola biləcək müzakirələr aparıldı. Gözlənilməz olaraq Siyasi Şura üzvlərinin xeyli hissəsinin hərəkat formasında təşkilatlanmaya, müxalifətdəki tərəfdaşlarla siyasi bloklaşmaya və ittifaqlara yox, AXP-nin təşkilat olaraq güclənməsinə və AXP sədrinin siyasi nüfuzuna stavka edilməsi taktikasına üstünlük verdikləri və bu iddia ilə publik çıxışdan çəkinməməyi təklif və tələb etdikləri məlum oldu. AXP sədrinin son dövrdə irəli sürdüyü ”müxalifətdəki, iqtidardakı və bunlardan kənarda olan geniş kütlələr içərisindəki milli, vətənpərvər və demokratik şəxslərin vahid qüvvə halında inqilabi islahatlar vasitəsilə iqtidar dəyişikliyi, Qarabağ və Azadlıq naminə kütləvi hərəkatı" ideyası bir qrup Siyasi Şura üzvü tərəfindən müdafiə olunsa da, bu ideyanın mücərrəd, mübahisəli və utopik olması yönündə də fikirlər səsləndi. Xüsusilə AXP sədrinin “rejim dəyişikliyi imperativ olaraq, mütləq vəzifələr dəyişikliyi kimi başa düşülməməlidir” tezisinin müxalifətçi kütlə arasında çaşqınlığa və AXP-yə qarşı hücumlara əsas verə biləcəyi vurğulandı. AXP sədrinin təklifi ilə bu məsələlər ətrafında partiya üzvləri arasında diskussiyanın başladılması məqsədəuyğun sayıldı və bu barədə qərar qəbul olundu".
Bu statusun ardından siyasi düşərgədə yeni bir birliyin yaradıla biləcəyi yönündə müxtəlif söz-söhbətlər meydana çıxıb.
P.Hüseyn statusunun davamı kimi “Yeni Müsavat”a bunları dedi: “Statusda qeyd olunan məsələlər ətrafında diskussiyaların aparılması barədə Siyasi Şura qərar qəbul etdi. Şöbələrdə partiya üzvləri ilə bu müzakirələri keçirəcəyik. Mənim özümün də mövqeyim var. Amma müzakirələrdən sonra mövqeyimizi şəxsim və partiya olaraq elan edəcəyik. Bu baxımdan hələ ki açıqlanan məzmunla kifayətlənmişik. Ortada yalnız diskussiyaların keçirilməsi barədə qərar var. Bu, uzun müddət çəkməyəcək. Uzağı bir və ya iki aydan sonra suallara konkret şəkildə cavab verməli olacağıq. İndiki halda orada göstərildiyi kimi istər hərəkatların, istər siyasi blokların yaradılması, istərsə də hakimiyyət dəyişikliyinin mahiyyəti barədə məsələlərə dair fikirlərim və buna partiya daxilindəki opponent tərəfin mövqeləri əks olunub. Əlbəttə, mənim mövqeyimə tərəf çıxan hissə də partiya daxilində var. Bunun hansının çox və ya az olduğunu indiki halda demək doğru olmaz. Bu, diskussiyanın gedişinə təsir edə bilər”.
P.Hüseyn belə diskussiyaların açılmasına nə ehtiyacın olduğu barədə sualımızı bu cür cavabladı: “Partiyanın Siyasi Şurası Ali Şuradan sonra özünə müvafiq qərarverici və icraedici orqandır. Son dövrdə ictimai-siyasi proseslərin fəallaşmasından sonra Azərbaycan Xalq Partiyasının mövqeyi sədr, yəni tərəfimdən müəyyən olunur. Müəyyən açıqlamalar, bəyanatlar verilir. Bir sıra işlər də görməyə çalışırıq. İstər partiyanın təşkilati maraqları, istər partiyanın sonuncu qurultayının qərarları, istərsə də bütövlükdə ölkənin ictimai-siyasi proseslərinə adekvat cavab baxımından müxtəliffikirliliyin daxildə olduğu məlum oldu. Biz də diskussiyaların indiki halda olmasını doğru saydıq. Düşündük ki, AXP-nin bu proseslərdə iştirakı faydalı ola bilər”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Lənkəranskinin qan düşməni idi - Məhkəmədən bu "qanuni oğru" ilə bağlı YENİ QƏRAR
Bu gün, 11:19 |
|
|
|
| • Avropa Parlamentindən Ermənistanı şok edən ÇAĞIRIŞ
Bu gün, 11:14 |
|
|
|
| • Baltikyanı ölkələr Aİ-ni Rusiyadan neft idxalına qadağanı sürətləndirməyə çağırıb - "Financial Times"
Bu gün, 11:11 |
|
|
|
| • Qarabağ Qazisi öz hüquqlarından istifadə edə bilmirsə... - ETİRAZ VAR...
Bu gün, 10:34 |
|
|
|
| • Paşinyanın mətbuat katibi deputat olur - Yenisini gətirir
Bu gün, 10:13 |
|
|
|
| • Rusiya benzin tədarükü üçün Azərbaycana müraciət edə bilərmi? - GƏLİŞMƏ
Bu gün, 10:11 |
|
|
|
| • “Təyyarələrdə peşəkar oğrular peyda olub” - Azər Qəribdən sensasion xəbərdarlıq
Bu gün, 09:53 |
|
|
|
| • Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib - UNIAN
Bu gün, 09:51 |
|
|
|
| • “Brent” nefti 4%-dən çox ucuzlaşıb
Bu gün, 09:45 |
|
|
|
| • Naxçıvan necə idarə olunur: Azərbaycan qanunları ilə, yoxsa…? - Muxtar Dərəbəylik...
Bu gün, 09:43 |
|
|
|
| • Netanyahu Livan sazişini İran üçün zərbə adlandırıb - "Ynet" portalı
Bu gün, 07:58 |
|
|
|
| • Saatlı İcra Hakimiyyəti və DAİM hara baxır? - Fermerin bir illik zəhməti məhv olur
Bu gün, 07:52 |
|
|
|
| • Vüsal Nəsirli üçün Saleh Məmmədov simfoniyası... - Piyada keçidi zibilxanaya dönüb...
Bu gün, 07:47 |
|
|
|
| • Səlahiyyət var, nəticə yoxdur: Qəbələdən SOS! - VİDEO
Bu gün, 07:34 |
|
|
|
| • Dəmir Yolları İdarəsinin ŞÜBHƏLİ TENDER ORTAĞI... - ortada suallar çoxdur...
Bu gün, 07:27 |
|
|
|
| • “Mədəniyyət evində bağça və şirniyyat mağazası açırlar, mebel satırlar...” - "Qurumlar bunu mütləq araşdırmalıdır!"
Bu gün, 07:24 |
|
|
|
| • DGK sədrinin "dünyada örnəyik" İDDİASI - "Gömrük Komitəsinin ləğv edilməsinin tərəfdarıyam"
Bu gün, 07:21 |
|
|
|
| • Fermerlər çətinlikdə: Subsidiya az, pul tapılmır, gəlir yoxdur - NƏ ETMƏLİ?
Bu gün, 07:16 |
|
|
|
| • Üçtərəfli sülh olmadan heç bir dəhliz açıla bilməz - GƏLİŞMƏ
Bu gün, 07:13 |
|
|
|
| • Tramp yeni ABŞ pasport dizaynını təqdim edib - FOTO
Bu gün, 07:05 |
|
|
|
| • "Hər ay eyni hal davam edir..." - ETİRAZ
Bu gün, 07:01 |
|
|
|
| • Dilarə Səlim vəzifəsindən azad edilib? - AÇIQLAMA
Bu gün, 06:54 |
|
|
|
| • Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı - TƏFƏRRÜAT
Bu gün, 06:52 |
|
|
|
| • Banklarda yeni problem: pensiya kartlarını da “vurdu” – Nə etmək lazımdır?
Bu gün, 06:47 |
|
|
|
| • SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı zərbələr endirdiyini açıqlayıb - KİV
Bu gün, 06:43 |
|
|
|
| • "Zəhraya yol vermədi...bu da qalsın onun vicdanına..." - acılı ATANIN HARAYI
Bu gün, 06:37 |
|
|
|
| • Səfərbərlik Xidmətinin Naxçıvan baş idarəsində xidmət edən hərbi qulluqçularına xor baxılır - AXI NİYƏ?..
Bu gün, 06:26 |
|
|
|
| • İllərin sanksiyalarına dözən İran ÇÖRƏK SINAĞINDA - NƏ BAŞ VERİR?
Bu gün, 02:42 |
|
|
|
| • Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Bu gün, 02:33 |
|
|
|
| • Azər müəllim bu tədarükdən XƏBƏRSİZDİR? - Usta vəzifəsindən birbaşa xidmət rəisi..
Bu gün, 02:23 |
|
|
|
| • Bu da “Kontakt Home”un QIZIL ZƏMANƏTİ - GİLEY
Bu gün, 02:04 |
|
|
|
| • “ATASI BİZDƏN 100 MİN MANAT İSTƏYİRDİ” - “Arzum999”un ŞOK ETİRAFI
Bu gün, 01:54 |
|
|
|
| • AzəriQaz vətəndaşı rəsmən ƏLƏ SALIR - BU NƏDİ BELƏ?
Bu gün, 01:50 |
|
|
|
| • Tanınmış prodüser telekanalları ələ saldı - "...təkrar verilişlər gedir"
Bu gün, 01:42 |
|
|
|
| • Bu istidə başımızı hara qoyaq?.. - AKTUAL
Bu gün, 01:32 |
|
|
|
| • Bu gün xalqın əlinə verilənlər İranın uydurduğu bayraqlardı... - REPLİKA
Bu gün, 01:19 |
|
|
|
| • “First Academy AZ” və Vüsal Qəribovun 2000 Manatlıq Şübhəli Şəbəkəsi! - ALMANİYA ARZUSUNU SATANLAR
Bu gün, 01:14 |
|
|
|
| • Lukaşenko Moskvada Putinlə görüşüb
Dünən, 19:36 |
|
|
|
| • Karapetyanın adamı həbs edildi
Dünən, 19:34 |
|
|
|
| • Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır
Dünən, 16:56 |
|
|
|
| • Gəncləri evləndirmək üçün kim nə təklif edir? - ARAŞDIRMA
Dünən, 16:36 |
|
|
|
| • Balanslı siyasət Azərbaycanın qlobal nüfuzunu necə gücləndirir? – Deputatlardan AÇIQLAMA
Dünən, 16:32 |
|
|
|
| • Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib
Dünən, 16:22 |
|
|
|
| • Moskvada yaşayış binalarının üzərinə HHM sistemləri yerləşdirilir - VİDEO
Dünən, 15:51 |
|
|
|
| • Pensiya yaşı 70-ə çatdırılacaq? - Deputatdan VACİB AÇIQLAMA
Dünən, 15:49 |
|
|
|
| • "AŞPA İlham Əliyevdən, Azərbaycan dövlətindən və xalqından üzr istəməlidir" - deputat
Dünən, 15:46 |
|
|
|
| • Azərbaycanlı iştirakçının rəqsi qalmaqala səbəb oldu - VİDEO
Dünən, 15:40 |
|
|
|
| • “Üzr istəyirəm, sifətləri o qədər sürtülüb ki...” - ermənilər Telli Pənahqızının mahnısını oğurladı
Dünən, 15:28 |
|
|
|
| • Ermənistanın yeni prezidenti o olacaq: - Paşinyanın yaxın dostuna yeni vəzifə
Dünən, 15:16 |
|
|
|
| • Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi - "İki-üç gündür ki..."
Dünən, 15:13 |
|
|
|
|