Qarabağ separatçıları... .....                     Müştərilər beləcə qəpik-qəpik SOYULUR... .....                     Anar Bayramlı kimləri və niyə ətrafına toplayır? .....                     Lənkəranskinin qan düşməni idi .....                     Avropa Parlamentindən Ermənistanı şok edən .....                     Baltikyanı ölkələr Aİ-ni Rusiyadan neft idxalına qadağanı sürətləndirməyə çağırıb .....                     Qarabağ Qazisi öz hüquqlarından istifadə edə bilmirsə... .....                     Paşinyanın mətbuat katibi deputat olur .....                     Rusiya benzin tədarükü üçün Azərbaycana müraciət edə bilərmi? .....                     “Təyyarələrdə peşəkar oğrular peyda olub” .....                     Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib .....                     “Brent” nefti 4%-dən çox ucuzlaşıb .....                     Naxçıvan necə idarə olunur: Azərbaycan qanunları ilə, yoxsa…? .....                     Netanyahu Livan sazişini İran üçün zərbə adlandırıb .....                     Saatlı İcra Hakimiyyəti və DAİM hara baxır? .....                     Vüsal Nəsirli üçün Saleh Məmmədov simfoniyası... .....                     Səlahiyyət var, nəticə yoxdur: Qəbələdən SOS! .....                     Dəmir Yolları İdarəsinin ŞÜBHƏLİ TENDER ORTAĞI... .....                     “Mədəniyyət evində bağça və şirniyyat mağazası açırlar, mebel satırlar...” .....                     DGK sədrinin "dünyada örnəyik" İDDİASI .....                     Fermerlər çətinlikdə: Subsidiya az, pul tapılmır, gəlir yoxdur .....                     Üçtərəfli sülh olmadan heç bir dəhliz açıla bilməz .....                     Tramp yeni ABŞ pasport dizaynını təqdim edib .....                     "Hər ay eyni hal davam edir..." .....                     Dilarə Səlim vəzifəsindən azad edilib? .....                     Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı .....                     Banklarda yeni problem: pensiya kartlarını da “vurdu” .....                     SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı zərbələr endirdiyini açıqlayıb .....                     "Zəhraya yol vermədi...bu da qalsın onun vicdanına..." .....                     Səfərbərlik Xidmətinin Naxçıvan baş idarəsində xidmət edən hərbi qulluqçularına xor baxılır .....                     İllərin sanksiyalarına dözən İran ÇÖRƏK SINAĞINDA .....                     Fikrət Heybətovun vakansiya oyunu .....                     Azər müəllim bu tədarükdən XƏBƏRSİZDİR? .....                     Bu da “Kontakt Home”un QIZIL ZƏMANƏTİ .....                     “ATASI BİZDƏN 100 MİN MANAT İSTƏYİRDİ” .....                     AzəriQaz vətəndaşı rəsmən ƏLƏ SALIR .....                     Tanınmış prodüser telekanalları ələ saldı .....                     Bu istidə başımızı hara qoyaq?.. .....                     Bu gün xalqın əlinə verilənlər İranın uydurduğu bayraqlardı... .....                     “First Academy AZ” və Vüsal Qəribovun 2000 Manatlıq Şübhəli Şəbəkəsi! .....                 

“Bəziləri göstərmək istəyir ki, guya ən radikal onlardır” - QALMAQAL
Tarix: 20-02-2019, 09:21 | Çap et
“Bəziləri göstərmək istəyir ki, guya ən radikal onlardır”
Qarabağ Komitəsində ötən həftə baş verən istefalar qurumun daxilində gərginlik yaradıb. Qarşılıqlı ittihamlarla müşahidə olunan prosesə sabiq daxili işlər naziri İsgəndər Həmidovun təşəbbüsü ilə yaranan Azərbaycan Xalq Hərəkatı daxilində Qarabağ Komitəsinin yaradılması əlavə gərginlik gətirib. Artıq Azərbaycan Xalq Hərəkatında təmsil olunan bəzi partiya sədrləri Qarabağ Komitəsində fəaliyyət göstərən bir qrupu hakimiyyətin istəyi ilə hərəkət etməkdə suçlamağa başlayıb. Baş verənlərlə bağlı Qarabağ Komitəsinin İdarə Heyətinin üzvü, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı ilə danışdıq.

- Akif bəy, Qarabağ Komitəsində son zamanlar nə baş verir?

- Doğrusu, mən də Qarabağ Komitəsi daxilində nə baş verdiyini anlamağa çalışıram. Amma hələ dəqiq bir şey deyə bilmərəm. Müəyyən versiyalarım var. Görünən odur ki, Qarabağ Komitəsi kimlərəsə mane olur, onu aradan qaldırmağa çalışırlar. Digər tərəfdən, kimlərsə ya sifarişlə, ya da öz təşəbbüsü ilə Qarabağ Komitəsində nəzarəti ələ keçirmək istəyir.

- Qurumun daxilində baş verənlərdə, istefalarda kənar qüvvənin əli ola bilərmi?

- Qarabağ Komitəsində baş verənlərdə kənar əlin rolunun olması versiyası da mümkündür. Faktlarım olmadığına görə bir şey deyə bilmərəm, amma kənar müdaxilə olmamış deyil, bəlkə də əsas amildir. Biz çox böyük əziyyətlə Qarabağa dair birliyə nail olmuşduq, xalq da bu birliyi çox istəyirdi, bu birliyə çox sevindi. Emosiyaya qapılmadan hər kəs desin görək bu birliyi pozan kimlər oldu?

- İsgəndər Həmidov istefa verib gedəndə şəxsən sizə yönəlik ağır ittiham səsləndirdi, sizi hakimiyyətlə alver etməkdə suçladı. Qarabağ Komitəsi yaranandan bəri, ümumiyyətlə, hakimiyyətdən kiminləsə Qarabağ Komitəsi mövzusunda söhbətiniz olub?

- İsgəndər bəyin ittihamının heç bir əsası yoxdur, daha çox gedişinə bəhanədir. Getmək istəyirdi, bəhanə axtarırdı, bəhanə tapa bilmədi, ona görə də əsassız bir ittiham irəli sürdü. Eyni ittihamı mən də ona qarşı deyə bilərəm. Sadəcə, bu cür söz güləşdirməsinə getmək istəmirəm. Mən iş görməyə üstünlük verirəm, bəziləri heç bir iş görmür, mənasız qeybətlərlə gündəmə gəlməyə çalışırlar. Mənim hakimiyyətdən heç kəslə heç bir təmasım olmayıb, heç nəyi məsləhətləşməmişəm. Mən həmişə demişəm və deyəcəyəm ki, Qarabağın azadlığı üçün hakimiyyətlə cəmiyyət, müxalifət bir yerdə hərəkət etməlidir. Mən Qarabağ Komitəsinin yaranmasının əvvəlində də bu tezisi demişəm, komitəni də bu prinsip əsasında yaratmışıq. O vaxt hamı da bu prinsipə razılaşıb. İndi nə olub ki, boş ittihamlara keçiblər?! Əsassız ittihamları kənara qoymaq lazımdır.

- Komitənin İdarə Heyətinin üzvü Pənah Hüseyn isə deyir ki, son vaxtlar Qarabağ Komitəsi ətrafında hansısa əməliyyatlar aparılmağa başlandığı sezilirdi. Siz də bu cür düşünürsünüz? İstefalar bu əməliyyatın əlamətləri sayıla bilərmi?

- Qarabağ Komitəsi ətrafında kimlərinsə əməliyyat keçirmək istəkləri hiss olunur. Məqsədləri komitəni ya ələ keçirmək, ya da bu mümkün olmasa dağıtmaqdır. Mən heç vaxt bu cür oyunlarda iştirak etməmişəm, indi də etməyəcəyəm. Böyük ehtimalla kənara çəkiləcəyəm. Meydanı verəcəyəm söz pəhləvanlarına. Mənim intriqa pəhləvanları ilə söz güləşdirməyə vaxtım və həvəsim yoxdur.

- Qarabağ Komitəsindən istefa verənlər fevralın 18-də Azərbaycan Xalq Hərəkatı nəzdində Qarabağ Komitəsi yaradıblar. Onların bu addımına münasibətiniz necədir? Bu hadisə Qarabağ Komitəsinə alternativ yaradılmasıdırmı?

- AXH deyilən qurumda Qarabağ Komitəsi yaradıblarsa, bu, onların haqqıdır, heç nə deyə bilmərəm. Uğurlar arzulayıram. Qarabağ adına kim nə yaradır, nə iş görürsə, ancaq alqışlanmalıdır. Qarabağ Komitəsinə alternativ deyəndə, sağlam yarış mənasında yaradırlarsa, olsun. Ziyanı yoxdur. Amma “mən də varam” məntiqi ilə yaradırlarsa, sönüb gedəcək.

- AXH üzvü, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə bildirir ki, cəmi bir dəfə mitinqlə bağlı Qarabağ Komitəsinin iclasında iştirak edib və görüb ki, yaxşı atmosfer yoxdur. Əvvəldən problemlərin olduğunu iddia edir. Bu iddialar doğrudurmu?

- Mitinq ərəfəsində çox müsbət atmosfer var idi, hamı iş gömək, bir işin qulpundan yapışmaq həvəsində idi. Elşad bəy nəyi necə görüb, deyə bilmərəm.

- Eyni zamanda həm istefa verənlər, həm də Elşad Musayev deyirlər ki, Qarabağ Komitəsində mitinq məsələsində hakimiyyətin dediyi ilə oturub duranlar var, problem həm də bundan qaynaqlanır.

- Söhbət hakimiyyətin dediyi ilə durub oturmaqdan getmir. Əksəriyyət hesab edirdi ki, icazəsiz aksiyaya, mitinqə getmək olmaz, mitinq razılaşdırılmalıdır. Bəziləri isə “istefa” tələbində israr edirdi. İstefa tələbi ilə hakimiyyəti Qarabağı azad etməyə məcbur etmək olmaz. Bəziləri istefa tələbi səsləndirməklə Qarabağın azadlığına deyil, özlərinin reklamına xidmət edirlər. Göstərmək istəyirlər ki, guya ən radikal onlardır.

- Qarabağ Komitəsini Qarabağ məsələsini inhisara almağa çalışmaqda da qınayırlar...

- QAT-ı da həmişə ittiham ediblər ki, guya Qarabağ məsələsini inhisara almışıq. Heç bir inhisar yoxdur. Meydan həmişə açıq olub, buyursunlar görək nə iş görəcəklər. Amma mənasız danışıqlara son qoyub iş görsünlər, çalışsınlar. Elə olarsa, ancaq sevinərik.

- İsgəndər Həmidov istefa verdikdən sonrakı keçən günlərdə onunla ikilikdə görüşünüz, söhbətiniz olub?

- Xeyr, heç bir görüşümüz, söhbətimiz olmayıb. İsgəndər Həmidovla görüşə ehtiyac görmürəm. Müsbət nəticəyə çox çalışmışdıq, amma bir şey alınmadı.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qarabağ separatçıları... indi də Ukraynaya qarşı SƏFƏRBƏR OLUNUB
Bu gün, 06:23
Müştərilər beləcə qəpik-qəpik SOYULUR... - ETİRAZ VAR!
Bu gün, 06:14
Anar Bayramlı kimləri və niyə ətrafına toplayır? - TƏBİB-də "Kadr İslahatı" MASKASI
Bu gün, 06:02
Lənkəranskinin qan düşməni idi - Məhkəmədən bu "qanuni oğru" ilə bağlı YENİ QƏRAR
Dünən, 11:19
Avropa Parlamentindən Ermənistanı şok edən ÇAĞIRIŞ
Dünən, 11:14
Baltikyanı ölkələr Aİ-ni Rusiyadan neft idxalına qadağanı sürətləndirməyə çağırıb - "Financial Times"
Dünən, 11:11
Qarabağ Qazisi öz hüquqlarından istifadə edə bilmirsə... - ETİRAZ VAR...
Dünən, 10:34
Paşinyanın mətbuat katibi deputat olur - Yenisini gətirir
Dünən, 10:13
Rusiya benzin tədarükü üçün Azərbaycana müraciət edə bilərmi? - GƏLİŞMƏ
Dünən, 10:11
“Təyyarələrdə peşəkar oğrular peyda olub” - Azər Qəribdən sensasion xəbərdarlıq
Dünən, 09:53
Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib - UNIAN
Dünən, 09:51
“Brent” nefti 4%-dən çox ucuzlaşıb
Dünən, 09:45
Naxçıvan necə idarə olunur: Azərbaycan qanunları ilə, yoxsa…? - Muxtar Dərəbəylik...
Dünən, 09:43
Netanyahu Livan sazişini İran üçün zərbə adlandırıb - "Ynet" portalı
Dünən, 07:58
Saatlı İcra Hakimiyyəti və DAİM hara baxır? - Fermerin bir illik zəhməti məhv olur
Dünən, 07:52
Vüsal Nəsirli üçün Saleh Məmmədov simfoniyası... - Piyada keçidi zibilxanaya dönüb...
Dünən, 07:47
Səlahiyyət var, nəticə yoxdur: Qəbələdən SOS! - VİDEO
Dünən, 07:34
Dəmir Yolları İdarəsinin ŞÜBHƏLİ TENDER ORTAĞI... - ortada suallar çoxdur...
Dünən, 07:27
“Mədəniyyət evində bağça və şirniyyat mağazası açırlar, mebel satırlar...” - "Qurumlar bunu mütləq araşdırmalıdır!"
Dünən, 07:24
DGK sədrinin "dünyada örnəyik" İDDİASI - "Gömrük Komitəsinin ləğv edilməsinin tərəfdarıyam"
Dünən, 07:21
Fermerlər çətinlikdə: Subsidiya az, pul tapılmır, gəlir yoxdur - NƏ ETMƏLİ?
Dünən, 07:16
Üçtərəfli sülh olmadan heç bir dəhliz açıla bilməz - GƏLİŞMƏ
Dünən, 07:13
Tramp yeni ABŞ pasport dizaynını təqdim edib - FOTO
Dünən, 07:05
"Hər ay eyni hal davam edir..." - ETİRAZ
Dünən, 07:01
Dilarə Səlim vəzifəsindən azad edilib? - AÇIQLAMA
Dünən, 06:54
Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı - TƏFƏRRÜAT
Dünən, 06:52
Banklarda yeni problem: pensiya kartlarını da “vurdu” – Nə etmək lazımdır?
Dünən, 06:47
SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı zərbələr endirdiyini açıqlayıb - KİV
Dünən, 06:43
"Zəhraya yol vermədi...bu da qalsın onun vicdanına..." - acılı ATANIN HARAYI
Dünən, 06:37
Səfərbərlik Xidmətinin Naxçıvan baş idarəsində xidmət edən hərbi qulluqçularına xor baxılır - AXI NİYƏ?..
Dünən, 06:26
İllərin sanksiyalarına dözən İran ÇÖRƏK SINAĞINDA - NƏ BAŞ VERİR?
Dünən, 02:42
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Dünən, 02:33
Azər müəllim bu tədarükdən XƏBƏRSİZDİR? - Usta vəzifəsindən birbaşa xidmət rəisi..
Dünən, 02:23
Bu da “Kontakt Home”un QIZIL ZƏMANƏTİ - GİLEY
Dünən, 02:04
“ATASI BİZDƏN 100 MİN MANAT İSTƏYİRDİ” - “Arzum999”un ŞOK ETİRAFI
Dünən, 01:54
AzəriQaz vətəndaşı rəsmən ƏLƏ SALIR - BU NƏDİ BELƏ?
Dünən, 01:50
Tanınmış prodüser telekanalları ələ saldı - "...təkrar verilişlər gedir"
Dünən, 01:42
Bu istidə başımızı hara qoyaq?.. - AKTUAL
Dünən, 01:32
Bu gün xalqın əlinə verilənlər İranın uydurduğu bayraqlardı... - REPLİKA
Dünən, 01:19
“First Academy AZ” və Vüsal Qəribovun 2000 Manatlıq Şübhəli Şəbəkəsi! - ALMANİYA ARZUSUNU SATANLAR
Dünən, 01:14
Lukaşenko Moskvada Putinlə görüşüb
26-06-2026, 19:36
Karapetyanın adamı həbs edildi
26-06-2026, 19:34
Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır
26-06-2026, 16:56
Gəncləri evləndirmək üçün kim nə təklif edir? - ARAŞDIRMA
26-06-2026, 16:36
Balanslı siyasət Azərbaycanın qlobal nüfuzunu necə gücləndirir? – Deputatlardan AÇIQLAMA
26-06-2026, 16:32
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib
26-06-2026, 16:22
Moskvada yaşayış binalarının üzərinə HHM sistemləri yerləşdirilir - VİDEO
26-06-2026, 15:51
Pensiya yaşı 70-ə çatdırılacaq? - Deputatdan VACİB AÇIQLAMA
26-06-2026, 15:49
"AŞPA İlham Əliyevdən, Azərbaycan dövlətindən və xalqından üzr istəməlidir" - deputat
26-06-2026, 15:46
Azərbaycanlı iştirakçının rəqsi qalmaqala səbəb oldu - VİDEO
26-06-2026, 15:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru