Putinin vəziyyəti həddindən artıq ağırdır. Bir tərəfdən müharibədə qalib gələ bilmir, digər tərəfdən də müharibəni dayandıra bilmir. Rusiyada da etirazlar çoxalmaqda, benzin böhranı dərinləşməkdədir. Nəzərə alsaq ki, hələ yaydı, qışda vəziyyətin daha da ağır olacağı gözlənilir.
Bu vəziyyətdə Putinin 1 çıxış yolu qalır: Belarusiyanı müharibəyə qoşmaq. Lukaşenko indilərdə Putinlə görüşür. Görüşün nəticəsi nə olacaq bilinmir. Belarusiya müharibəyə qoşulsa, Lukaşenko hakimiyyəti qısa müddətdə çökə bilər. Çünki, Rusiyadan fərqli olaraq, Belarusiyada Lukaşenkonun legetimliyi demək olar ki, yoxdur. 3-4 dron mərkəzdə partlasa, xalq ayağa qalxa bilər. Lukaşenko da bunu bilir və ona görə də Putinin təzyiqlərinə baxmayaraq, aktiv şəkildə bu prosesə qoşulmur.
Putini Vaqner üsyanı vaxtı Lukaşenko xilas etdi. Priqojini aldadan, Putinlə görüşdürən də Lukaşenko idi. İndi yəqin peşman olub...
Müəllif: Orxan Tuncər - "DİA-AZ"








