Dövlət rüsumu 50, "Kristal"ın qiyməti 500 manat! .....                     Azercell ilə korporativ əməkdaşlığın acı təcrübəsi... .....                     Ermənistan Gümrüdəki Rusiya hərbi bazasını bağlamağı düşünmür .....                     Deputat ailəsinin Qubadakı qanunsuz obyektləri .....                     Nəsimidə HAKİMİ-MÜTLƏQ... .....                     Bakı Musiqi Kollecinə yeni direktor təyin olunub .....                     Oqtay Şirəliyevin xəstəxanasına yeni baş həkim təyin olundu .....                     Moskva və Bakı AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı bütün məsələləri həll edib .....                     Rövşən Nəcəfin qohumu olduğunu deyib, SOCAR-a aid torpağı satmaq istədi .....                     Azərbaycan ictimaiyyəti müharibə cinayətkarlarının müdafiəsi ilə bağlı süni kampaniyanı rədd edib .....                     Azərbaycan Ukraynanın bərpasında iştirak edəcək .....                     Rusiya Zaporojyeyə son sutkada 1000-ə yaxın zərbə endirib: .....                     Aqşin Yeniseydən dinlə bağlı qalmaqallı sözlər: .....                     "Vətəndaşa hörmət qoymursuzsa, çörək qədər dəyərli suya hörmət qoyun" .....                     Qoşqar Təhməzli “VATA” MMC-ni qalib seçərkən nələrə göz yumub .....                     Ögey qardaşını öldürən şəxs: “İtin hücumu nəticəsində bıçaq yerə düşdü və mən...” .....                     “Körfəzdə ‘3+3’ formatına bənzər platforma Yaxın Şərqin taleyini dəyişə bilər” .....                     Ukraynadan Rusiyaya irimiqyaslı hücum: .....                     Sənəd təsdiqlənsə də... .....                     Putin Ukraynanın zərbələrinə görə yaranan yanacaq çatışmazlığını etiraf etdi .....                     Naxçvanda nə haqq var, nə ədalət: Vasif Talıbovun kəsdiyi baş... .....                     Məhkəmə həmyerlisini döyən şəxsin cəzasını ağırlaşdırdı .....                     Avropada kabus ssenari: .....                     Avropa məhkəməsindən eşidilən təhlükəli ÇƏKİC SƏSİ... .....                     KTMT Ukrayna Belarus gərginliyinə necə reaksiya verəcək... .....                     Yeni rəhbərlik TƏBİB-də TOTAL TƏMİZLƏMƏYƏ start verib .....                     Gülnarə Kərimovadan müsadirə edilən pullar... .....                     Azərbaycanın Türkiyə və İsraillə olan münasibətləri... .....                     “44 günlük müharibədə Bakıya kömək edənlər…” .....                     Elektron məhkəmə sistemi rəsmən İFLAS EDİB .....                     Latviya və Ukrayna Rusiya sərhədində birgə dron istehsal edəcək .....                     Masallıda “TORPAQ TERRORU” .....                     Kəndlinin tək gəlir yeri də əlindən alınır .....                     Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti uğursuzluğa görə istefa verib .....                     Bərdədə başçı vətəndaşa qarşı... .....                     İcra başçısının buradan XƏBƏRİ VARMI? .....                     Ağsuda kəndlilər ÇƏTİN DURUMDA .....                     "Əgər həyatınızda əlavə problem istəyirsinizsə, istirahət evi alın" .....                     5.3 milonluq restoranın sahibi: “Qardaşlarım məni məhv etməyə çalışırlar” .....                     Trampın oğulları Qazaxıstanda volfram yataqları layihəsində pay alıblar .....                 

“Sosial şəbəkələrdə söyüləcəm deyə, fikrimi dəyişən deyiləm” - deputat
Tarix: 3-03-2018, 09:58 | Çap et
“Sosial şəbəkələrdə söyüləcəm deyə, fikrimi dəyişən deyiləm”
Prezidentliyə iddiaçı, Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə imzatoplama kampaniyasını başa vurub. Artıq onun imza vərəqələri Mərkəzi Seçki Komissiyasına təqdim edilib. A.Əlizadə ilə seçki və digər məsələlərlə bağlı söhbət etdik. Partiya sədri öncə imzatoplama kampaniyasını başa vuraraq, imzaları MSK-ya təqdim etdiklərini dedi.

- Hazırkı seçki mühitini necə dəyərləndirirsiz?

- Normal seçki mühitidir.

- Özünü əsas favorit namizədlərdən sayırsınız?

- Bu seçkinin şəksiz favoriti cənab prezidentdir. Amma bizim də deməyə sözümüz var.

- Sizdən əlavə, 10-dan çox namizəd var...

- Onların hər birinin işini Allah avand eləsin.

- Siz də şahidi oldunuz ki, Azərbaycan müxalifəti iki hissəyə parçalandı, seçkidə iştirak edən və etməyənlər, eləcə də, boykotçular. Sizcə, seçkidə iştirak etməyənlərin proseslərə hər hansı təsirləri olacaqmı?

- 1988-ci ildən Azərbaycan siyasətinin içərisindəyəm. Heç vaxt boykot baş tutmayıb. Boykotu həyata keçirmək üçün siyasi qüvvələrin gücü olmalıdır. İndiyə qədər cəmi bir dəfə boykot baş tuta bilərdi, o da 2003-cü ilin seçkilərində. O zaman 22 siyasi partiya bir araya gəlmişdi, boykot haqqında qərar vermişdi. O zaman demişdim ki, əgər bu dəfə boykotdan imtina edib seçkiyə gedəcəksinizsə, gələcəkdə bu silahı unudun. Amma imza qoyulan günün səhəri Müsavat, AXCP, ADP və digərləri seçkiyə getdilər. Yalnız boykotu davam etdirən biz və Vəhdət partiyası oldu. Ona görə də, bunların hamısı boş şeylərdir. İndi boykota gedənlər bunu acizliklərindən edirlər. Bilirlər ki, qalib gəlmək şansları yoxdur, imza toplaya bilməyəcəklər.

- Martın 10-da birləşmiş müxalifət mitinq keçirəcək. Bunun hər hansı bir təsirləri gözlənilirmi?

- Son prezident seçkilərində 98 ictimai təşkilatı, partiyanı və QHT-ləri birləşdirən Milli Şura nə etdi ki, indi də nəsə edə bilsin? İndi əvvəlkindən daha zəifdirlər.

- Güc yoxdursa, bu mitinqləri keçirməkdə məqsəd nədir?

- Göstərmək istəyirlər ki, biz də varıq.

- Zəif mitinqlərlə daha çox itirdiklərinin fərqində deyillər?

- Bu, əsas deyil. Onları himayə edən qüvvələrə göstərirlər ki, biz əlimizdən gələni edirik, maliyyə dəstəyinizi bizdən əsirgəməyin.

- Sizin özünüz necə, təbliğat-təşviqat dönəmində aksiyalar keçirməyi planlaşdırırsız?

- Seçicilərlə görüşlərim olacaq. Amma mitinq keçirmək fikrim yoxdur. 2013-cü ildə də mitinqlər keçirməmişdim.

- Seçkinin müəyyən dönəmində geri çəkilmək fikriniz varmı?

- Xeyr. Heç vaxt mübarizədən qaçmamışam. Məğlub olmuşam, amma mübarizəmi dayandırmamışam.

- Mübarizədən danışırsınız, seçkinin favoritinin kim olduğunu deyirsiniz, o zaman hansı mübarizədən söz açırsınız?

- Futbol Üzrə Dünya Çempionatı keçirilir. Orada hamı bilir ki, bu çempionatın favoriti Braziliya, Almaniya, Argentina və digər ölkələrdir. Amma bu çempionatda favorit olmayanlar da iştirak edirlər. Bir də görürsünüz ki, gözlənilməz nəticələr də baş verir, sürprizlər yaşanır.

- Futboldakı sürprizi siyasətə gətirəcəyinizə deyəsən çox ümidlisiniz...

- Siyasi mübarizə də mübarizədir. Yadınıza salım ki, ABŞ-da son prezident seçkiləri keçiriləndə hamı deyirdi ki, Hillari Klinton qalib gələcək. Azərbaycan siyasətçiləri arasında yeganə mən idim ki, Donald Trampın qalib gələcəyini deyirdim. Buna görə məni çox təhqir edirdilər, dolayırdılar. Nəticə göz önündədir.

- Trampa nə üçün bu qədər inanırdınız?

- Mən ona inanmırdım, amma Hillari Klintonun məğlub olacağına inanırdım. Düşünmürdüm ki, Amerika xalqı o qədər axmaq olsun ki, dünyanı III Dünya Müharibəsinə gətirib çıxaracaq, seksual cəhətdən öz ambisiyalarını təmin edə bilməyən və buna görə də siyasətdə radikal addımlar atan bir xanıma səs versin. Onun təşəbbüsü ilə həyata keçirilən “Ərəb baharı”nı bütün dünya gördü. Bu baxımdan bilirdim ki, Allah bilib dəvəyə qanad verməyəcək.

- Özünüzü Azərbaycanın Donald Trampı sayırsınız?

- Xeyr. Mən Azərbaycanın Araz Əlizadəsiyəm. Heç vaxt heç kəsə bənzəmək istəməmişəm... 1992-ci ildə məni seçkiyə buraxsaydılar, böyük qələbə qazanmaq şansım var idi. Sevinclə bunu Azadlıq meydanında Əbülfəz Əliyev elan etdi ki, şad xəbərim var, Araz Əlizadəni seçkiyə buraxmadılar.

- 1992-ci ildə özünü favorit sayan bir siyasətçi nədən sonradan Azərbaycan siyasətinin ən zəifləri sırasında yer alır?

- Çünki Araz Əlizadə üç il mühacirətdə oldu. İnsan üç il siyasətdə olmayanda onu unudurlar. Siz hər hansı bir siyasətçini mətbəxdə gizlətmək istəyirsinizsə, bunun asan bir yolu var. Onun haqqında mətbuat yazmasın, o heç yerdə görünməsin.

- Xaricdə mühacir həyatı yaşayıb ölkə daxilində nüfuzunu qoruyanlar da var, məsələn, sabiq spiker Rəsul Quliyev və başqaları...

- Rəsul Quliyevin Azərbaycan cəmiyyətində nəsə bir nüfuzu var? Onun reytinqi bu dəqiqə mənfidir, heç sıfıra da bərabər deyil.

- 1992-ci ildəki nüfuzunu nə zamansa qaytarmağa ümid edirsinizmi?

- Bunun üçün kifayət qədər imkanlarım yoxdur. O zamanın ab-havası ilə indiki bir-birinə daban-dabana ziddir.

- Bir-birinə zidd olan nədir?

- O zaman meydanlarda, telekanallarda siyasi mübarizə gedirdi. Araz Əlizadəni bütün SSRİ məkanı tanıyırdı. İndi tamam ayrı bir vaxtdır. Çinlilərin bir gözəl misalı var, “İki dəfə eyni suya girmək mümkün deyil”.

- Bu seçkilərdə özünüzü müxalifət, yoxsa iqtidar namizəd sayırsınız?

- Hər zaman özümü müxalifət sanmışam. Müxalifət kimi də qalacam. 1990-95-ci illərin parlamentində həm Xalq Cəbhəsinə, həm də kommunistlərə qarşı müxalif idim.

- 11 apreldən sonrakı Azərbaycanı necə görürsünüz?

- Həyat davam edəcək. Ən əsası odur ki, güclü ordumuz artıq var. Qətiyyətlə Qarabağın işğaldan azad olunmasını hərbi yolla təmin etməliyik. Bu mənim ən böyük arzumdur.

- Seçkilər oktyabrda keçirilsəydi...

- Heç bir şey olası deyildi. Müxalifətin yenə şansı olmayacaqdı. Onlar artıq yalançı çoban vəziyyətindədirlər. 1988-ci ilin dekabrını, 1990-cı ilin yanvarını, 1992-cü ilin dövlət çevrilişini, bundan bir il sonra vətəndaş müharibəsi qarşısında xalqı qoyub qaçmalarını, 2003-cü ilin seçkilərindən sonra yenə də xalqı qoyub qaçmalarını yada salın. İnsanları nə qədər güdaza vermək olar?

- Açıqlamalarınızda sanki bilərəkdən “dövlət çevrilişi” ifadəsini işlədirsiniz ki, bu da ciddi narazılığa səbəb olur. Sosial şəbəkələrin əsas “fenomen”inə çevrilirsiniz...

- Heç vaxt həqiqətdən başqa heç nə demərəm. Sosial şəbəkələrdəkilər isə məni maraqlandırmır. Artıq bir dəfə demişəm ki, əsasən işi-gücü olmayan yaxud hər hansı bir qüvvələrdən pul alıb kimisə söymək istəyənlər sosial şəbəkələrdədirlər. Məni sosial şəbəkələrdə söyəcəklər deyə, niyə yalan danışmalıyam? 1992-ci il martın 5-indən 6-na keçən gecə hamı durub demokratiyanın təntənəsindən danışanda orada durub çıxış etdim və dedim ki, gəlin özümüzü aldatmayaq, bu, demokratiyanın təntənəsi deyil, dövlət çevrilişidir. O zamandan çoxsaylı təhlillərimiz nəticəsində tam əmin olmuşam ki, o, dövlət çevrilişi idi. Bu baxımdan sosial şəbəkələrə görə fikrimi dəyişən deyiləm.

- Əgər bu, dövlət çevrilişi idisə, o dövrün hakimiyyəti o qədərmi zəif idi ki, bunun qarşısından qaçdı?

- Bəli elə idi. O zaman Azərbaycanda nə ordu, nə də normal Daxili İşlər Nazirliyi var idi. Prezident də qətiyyətsiz idi...
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət rüsumu 50, "Kristal"ın qiyməti 500 manat! – şirkət “kupça” satır?
Bu gün, 16:55
Azercell ilə korporativ əməkdaşlığın acı təcrübəsi... - "Biznesimizin 10 günlük iflici..."
Bu gün, 16:52
Ermənistan Gümrüdəki Rusiya hərbi bazasını bağlamağı düşünmür - Rəsmi Moskva
Bu gün, 16:49
Deputat ailəsinin Qubadakı qanunsuz obyektləri - İLGİNC FAKTLAR...
Bu gün, 16:45
Nəsimidə HAKİMİ-MÜTLƏQ... - az qala ƏNƏLHƏQQ...
Bu gün, 16:39
Bakı Musiqi Kollecinə yeni direktor təyin olunub - FOTO
Bu gün, 16:30
Oqtay Şirəliyevin xəstəxanasına yeni baş həkim təyin olundu - BUNDAN SONRA...
Bu gün, 16:27
Moskva və Bakı AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı bütün məsələləri həll edib - Qaluzin BELƏ DEYİR...
Bu gün, 16:22
Rövşən Nəcəfin qohumu olduğunu deyib, SOCAR-a aid torpağı satmaq istədi - TƏFƏRRÜAT
Bu gün, 16:16
Azərbaycan ictimaiyyəti müharibə cinayətkarlarının müdafiəsi ilə bağlı süni kampaniyanı rədd edib
Bu gün, 16:08
Azərbaycan Ukraynanın bərpasında iştirak edəcək - AKTUAL
Bu gün, 16:03
Rusiya Zaporojyeyə son sutkada 1000-ə yaxın zərbə endirib: - 4 nəfər ölüb, 28 yaralı var
Bu gün, 10:28
Aqşin Yeniseydən dinlə bağlı qalmaqallı sözlər: - “Diplomlu neandertallar...”
Bu gün, 10:25
"Vətəndaşa hörmət qoymursuzsa, çörək qədər dəyərli suya hörmət qoyun" - ETİRAZ VAR...
Bu gün, 10:19
Qoşqar Təhməzli “VATA” MMC-ni qalib seçərkən nələrə göz yumub - İLGİNC FAKTLAR
Bu gün, 10:10
Ögey qardaşını öldürən şəxs: “İtin hücumu nəticəsində bıçaq yerə düşdü və mən...” – TƏFƏRRÜAT
Bu gün, 09:59
“Körfəzdə ‘3+3’ formatına bənzər platforma Yaxın Şərqin taleyini dəyişə bilər” - ŞƏRH
Bu gün, 09:56
Ukraynadan Rusiyaya irimiqyaslı hücum: - Moskva və daha yeddi vilayət bombrdman edildi
Bu gün, 09:53
Sənəd təsdiqlənsə də... - Proses Moldovanın özünün mövqeyinə zidd gedəcək
Bu gün, 09:52
Putin Ukraynanın zərbələrinə görə yaranan yanacaq çatışmazlığını etiraf etdi - KİV
Bu gün, 09:49
Naxçvanda nə haqq var, nə ədalət: Vasif Talıbovun kəsdiyi baş... - Sahibkar illərdir ki...
Bu gün, 09:21
Məhkəmə həmyerlisini döyən şəxsin cəzasını ağırlaşdırdı - QƏRAR
Bu gün, 08:48
Avropada kabus ssenari: - Rusiya hücum etsə, ABŞ...
Bu gün, 08:05
Avropa məhkəməsindən eşidilən təhlükəli ÇƏKİC SƏSİ... - NƏ ETMƏLİ?
Bu gün, 07:50
KTMT Ukrayna Belarus gərginliyinə necə reaksiya verəcək... - Görünəni odur ki...
Bu gün, 07:41
Yeni rəhbərlik TƏBİB-də TOTAL TƏMİZLƏMƏYƏ start verib - "106 baş həkimin istefa ərizəsi alınıb"
Bu gün, 07:29
Gülnarə Kərimovadan müsadirə edilən pullar... - Görün, nəyə xərcləndi...
Bu gün, 07:23
Azərbaycanın Türkiyə və İsraillə olan münasibətləri... - AKTUAL
Bu gün, 07:18
“44 günlük müharibədə Bakıya kömək edənlər…” – İrəvandan gələn açıqlama şok edir
Bu gün, 07:04
Elektron məhkəmə sistemi rəsmən İFLAS EDİB - "...və Sistem çökdü..."
Bu gün, 07:02
Latviya və Ukrayna Rusiya sərhədində birgə dron istehsal edəcək
Bu gün, 06:54
Masallıda “TORPAQ TERRORU” Eynulla və Soltan cütlüyünün qanunsuzluqlarına kim arxa durur?
Bu gün, 06:53
Kəndlinin tək gəlir yeri də əlindən alınır - AXI NİYƏ?..
Bu gün, 06:41
Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti uğursuzluğa görə istefa verib
Bu gün, 06:35
Bərdədə başçı vətəndaşa qarşı... - İDARƏETMƏ BÖHRANI
Bu gün, 06:18
İcra başçısının buradan XƏBƏRİ VARMI? - BU NƏDİ BELƏ?
Bu gün, 06:13
Ağsuda kəndlilər ÇƏTİN DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 06:02
"Əgər həyatınızda əlavə problem istəyirsinizsə, istirahət evi alın" - Xalq artisti
Bu gün, 05:56
5.3 milonluq restoranın sahibi: “Qardaşlarım məni məhv etməyə çalışırlar” - TƏFƏRRÜAT
Bu gün, 05:51
Trampın oğulları Qazaxıstanda volfram yataqları layihəsində pay alıblar - NYT
Bu gün, 05:45
“5 il 9 ay cəza çox qanunsuz və ədalətsizdir” - Tanınmış hüquqşünas
Dünən, 20:05
Kreml iqtisadi savaşın "düymə"sinə basmaq üzrədir: - Rusiya Ermənistanın "nəfəs"ini kəsmək niyyətindədir
Dünən, 20:00
Əli Xameneini necə xilas etməyə çalışıblar - onun iqamətgahı ilə bağlı TƏFƏRRÜATLAR
Dünən, 16:07
Moskva erməniləri HƏDƏLƏDİ - "...ağır nəticələrə səbəb olacaq"
Dünən, 16:02
UFC-də qalib gələn Fərman Həsənov tanınmış polis polkovnikinin oğludur - FOTO
Dünən, 15:56
Uşaqlara işgəncə verən ana və sevgilisinə hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 15:53
Şirkət nümayəndəsi vəfat edib - “Şahşərab”ın səhmdarları toplanır
Dünən, 14:22
Azərbaycan vətəndaşları böyrəklərini satmağa necə məcbur ediliblər? - QANLI BİZNESİN QARANLIQ TƏRƏFİ
Dünən, 14:13
İsrail ABŞ-ın xüsusi müttəfiqi statusunu itirir - "Politico"
Dünən, 14:09
“Erməni soyqırımını tanımaqdan çəkinməmişəm və mütləq dəstəkləyirəm” – Netanyahu
Dünən, 13:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru