“5 il 9 ay cəza çox qanunsuz və ədalətsizdir” .....                     Kreml iqtisadi savaşın "düymə"sinə basmaq üzrədir: .....                     Əli Xameneini necə xilas etməyə çalışıblar .....                     Moskva erməniləri HƏDƏLƏDİ .....                     UFC-də qalib gələn Fərman Həsənov tanınmış polis polkovnikinin oğludur .....                     Uşaqlara işgəncə verən ana və sevgilisinə hökm oxundu .....                     Şirkət nümayəndəsi vəfat edib .....                     Azərbaycan vətəndaşları böyrəklərini satmağa necə məcbur ediliblər? .....                     İsrail ABŞ-ın xüsusi müttəfiqi statusunu itirir .....                     “Erməni soyqırımını tanımaqdan çəkinməmişəm və mütləq dəstəkləyirəm” .....                     İran və Ermənistan Zəngəzurda YOL TİKİR .....                     Rusiyada girov saxlanıldığını iddia edən azərbaycanlı: “Pasportumu alıblar, məndən 10 min istəyirlər” .....                     Bədirbəylinin qızının faciəli ölümü .....                     İran Bəhreynə zərbə endirib, yaşayış binasına zərər dəyib, .....                     Mirsaleh Seyidovun AĞ ÇÖRƏYİ... .....                     Ağacdan hazırlanmış avtomobil: saatda 300 kilometrdən çox sürət yığa bilir .....                     Ədliyyə nazirliyi onun sədrliyini təsdiqləmədi .....                     Aİ Venesuelaya zəlzələdən sonra dəstək üçün 5 milyon avro ayırıb .....                     Mehdiyev getdi, nə dəyişdi ki, Həbibbəyli də getsə, nəsə dəyişə... .....                     "İnsan məhz öz üslubu ilə yadda qalır... .....                     Goranboy icra hakimiyyətində kişi arvadını ÖLÜMÜNƏ DÖYDÜ .....                     İran İtaliyanı ABŞ-İsrail müharibəsinə dəstəyə görə tənqid edib .....                     Naxçıvan xəlvətinin DƏRƏ BƏYİ... .....                     İran və İraq rəsmiləri Xameneinin dəfn mərasiminin təşkilini müzakirə edəcəklər .....                     Ukrayna Rusiyanın ən müasir silahlarının sirlərini açıqlayıb .....                     Şəkidə baş həkim dövlət müəssisəsinə ƏL QOYUB .....                     Göydələnin başında "həyət evi": Dövlətin şəhərsalma siyasətinə "yuxarıdan" baxanlar! .....                     ADSEA burda AĞ BAYRAQ QALDIRIB... .....                     SEPAH ABŞ-nin Küveyt və Bəhreyndəki hərbi bazalarına zərbələr endirdi .....                     SEPAH rəsmisi Pezeşkianın yalan dediyini iddia etdi .....                     "Azərbaycan bu məsələdən narahatdır" .....                     “Şuşaya gəlmək istəyirdi, qismət olmadı, rejissora tapşırdı ki, mənim üçün rol yazsın”-Firəngiz Mütəllimova .....                     Lyayenin səfərinin pərdəarxası detalları... .....                     Rusiyada Ordu silahını Kremlə çevirəcək deyən sabiq hərbçi saxlanıldı .....                     Rusiya çətin vəziyyətdə: Bunu bacaracaqmı? .....                     Tezliklə maaşlar artırıla bilər .....                     Həbsdə olan Qarabağ qazisi KÖMƏK İSTƏYİR .....                     "Niyə məhz axşam saatlarında problem yaranır?" .....                     İran Güney Qafqazda varlığını hiss etdirməyə çalışır... .....                     Vuçic nəhayət ki bunu edəcək... .....                 

Kreml iqtisadi savaşın "düymə"sinə basmaq üzrədir: - Rusiya Ermənistanın "nəfəs"ini kəsmək niyyətindədir
Tarix: Bu gün, 20:00 | Çap et

Rusiyanın Ermənistana qarşı planlaşdırdığı ehtimal olunan ssenarilər ilk növbədə Kremlin strateji yanaşmasını və hadisələrin mümkün inkişaf variantlarını əks etdirir... Əgər, rəsmi İrəvan Rusiya ilə anlaşa bilməzsə, Kremlin Ermənistana qarşı iqtisadi təzyiqləri daha da arta və regionda yeni geostrateji düzənin formalaşması qaçılmaz ola bilər...

Son vaxtlar Rusiya və Ermənistan arasında siyasi gərginlik, qarşılıqlı etimadın zəifləməsi və Paşinyan hakimiyyətinin Avropa Birliyi ilə yaxınlaşma istiqamətində atdığı addımlar artıq açıq müstəviyə keçib. Ona görə də, Kremdə hesab edirlər ki, Ermənistanın xarici siyasət kursu sadəcə, regional manevr xarakteri daşımır. Və bu, Rusiyanın milli təhlükəsizlik strategiyasına qarşı olduqca ciddi risklər yaradır.

Onu da qeyd etmək lazımdır ki, Kremlə yaxın siyasi dairələr artıq qətiyyən şübhə etmirlər ki, indi Ermənistanın qarşısında faktiki olaraq, iki önəmli alternativ dayanır. Onların fikrincə, Ermənistan ya Rusiya ilə strateji müttəfiqliyi qoruyaraq, Avrasiya İqtisadi İttifaqının tərkib hissəsi kimi qalmalıdır. Ya da rəsmi İrəvan Qərblə yaxınlaşmanı sürətləndirərək, Kreml ilə siyasi-iqtisadi qarşıdurma mərhələsinə keçid etməlidir.

Məsələ ondadır ki, Rusiyada geniş yayılmış siyasi yanaşmaya görə, postsovet məkanında "Avropaya inteqrasiya" şüarı zaman keçdikcə, Kremlin təsir dairəsindən uzaqlaşma siyasətinə çevrilir. Kremldə hesab edirlər ki, vaxtilə məhz Ukraynanın da analoji xarici siyasət kursu son nəticədə Rusiya ilə hərbi qarşıdurmaya səbəb oldu. Və hazırda oxşar siyasi-ideoloji tendensiyanın Moldovada da müşahidə olunduğu iddia edilir.

Ona görə də, bu baxımdan, Kremldə indi Ermənistan növbəti geopolitik "cəbhə xətti" kimi qiymətləndirilir. Rusiya siyasi dairələrinin qənaətinə görə, rəsmi İrəvanın ABŞ, Avropa Birliyi və NATO ilə yaxınlaşmaq cəhdləri yalnız Ermənistanın xarici siyasət kursunu dəyişmir. Yəni, bu, eyni zamanda, Cənubi Qafqaz regionunda geopolitik qüvvələr balansına da birbaşa təsir göstərir.

Maraqlıdır ki, hazırda Rusiyanın üstünlük verdiyi əsas ssenari Ermənistanın Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində fəaliyyətini davam etdirməsidir. Kremldə əmindirlər ki, Ermənistanın son on ildə əldə etdiyi iqtisadi artımın önəmli hissəsi məhz Rusiya bazarına çıxış imkanları və rus investisiyalarının hesabına mümkün olub. Çünki Rusiya bazarı Ermənistan məhsulları üçün əsas ixrac istiqaməti olaraq qalır.

Digər tərəfdən, Ermənistan üçün enerji sektoru, maliyyə sistemi, telekommunikasiya, logistika və sənayenin müxtəlif sahələrində Rusiya kapitalının payı hələ də çox yüksəkdir. Bundan əlavə, 2022-ci ildən sonra Ukrayna müharibəsinin yaratdığı neqativ geopolitik situasiya nəticəsində minlərlə rusiyalı İT mütəxəssisi və sahibkar Ermənistana köçüblər. Onların Ermənistanda fəaliyyəti isə bu ölkədə yeni texnologiyalar sektorunun inkişafına ciddi şəkildə təkan verib. Və bu vəziyyətdən istifadə edən Ermənistanın Rusiya üçün paralel idxal marşrutlarından birinə çevrilməsi isə bu ölkənin iqtisadiyyatına əlavə gəlirlər qazandırıb.

Ancaq son vaxtlar rəsmi İrəvanın Rusiyadan tamamilə üz çevirməsinə cavab olaraq, Kreml artıq Ermənistana qarşı iqtisadi təzyiq mexanizmlərini işə salmağa başlayıb. Ancaq bu addımlar Rusiya tərəfindən tammiqyaslı "iqtisadi müharibə" deyil, məhz siyasi xəbərdarlıq kimi təqdim olunur. Çünki Kreml hələ də rəsmi İrəvanın xarici siyasət kursuna korrektələr edə biləcəyinə ümid bəsləyir. Bu baxımdan, Rusiya Ermənistana qarşı iqtisadi-ticari təzyiq siyasətini hələlik mərhələli şəkildə həyata keçirməyə üstünlük verir. Və əgər, rəsmi İrəvan Qərbə yaxınlaşma kursunu sürətləndirərsə, onda iqtisadi təzyiqlərin daha geniş miqyas ala biləcəyi də qətiyyən istisna deyil.

Maraqlıdır ki, Kremlə yaxın siyasi dairələrdə müzakirə olunan digər ssenarinin isə Ermənistanla Rusiya arasında dərin iqtisadi qarşıdurmanın başlana biləcəyi ilə bağlıdır. Bəzi ehtimallara görə, Rusiya bazarının bağlanması, investisiyaların azaldılması, logistika marşrutlarının məhdudlaşdırılması və enerji sanksiyaları Ermənistan iqtisadiyyatında dərin böhran yarada bilər. Bu haldasa, Ermənistan tədricən ABŞ və Qərbin Cənubi Qafqaz planlarının əsas təmsilçisinə çevriləcək. Və nəticədə Rusiyanın bu regiondakı təsir imkanları əhəmiyyətli dərəcədə azalmış olacaq.

Bütün bunlar onu göstərir ki, yaxın gələcəkdə böyük güclər arasında Cənubi Qafqaz uğrunda daha genişmiqyaslı və amansız geopolitik savaş qaçılmazdır. Ona görə də, Kremldə Ermənistan problemi artıq yalnız Rusiya ilə münasibətlər çərçivəsində qiymətləndirilmir. Rusiya əmindir ki, Avropa Birliyinin bu regionla bağlı siyasəti eyni zamanda, İranın və müəyyən mənada, Türkiyənin təsir imkanlarının balanslaşdırılmasına da yönəlib.

Məsələ ondadır ki, son illərdə Türkiyənin Cənubi Qafqazda regional təsiri ciddi şəkildə artmağa başlayıb. Belə ki, Türkiyənin bu regionda ən güclü dövlət olan Azərbaycanla strateji müttəfiqliyi güclənməkdə davam edir. Eyni zamanda, Zəngəzur dəhlizi layihəsi ətrafında gedən müzakirələr Cənubi Qafqazın yeni nəqliyyat-kommunikasiya xəritəsinin formalaşmaqda olduğunu göstərir. Və bütün bunlar Rusiya üçün Cənubi Qafqazda Ermənistanın geopolitik əhəmiyyətini daha da artırır.

Ancaq Kremlə yaxın siyasi siyasi dairələrin qənaətinə görə, Rusiya Ermənistana qarşı iqtisadi müharibəni hələlik əsas məqsəd hesab etmir. Belə ki, Kreml ilk növbədə iqtisadi-ticari təzyiq mexanizmləri və siyasi xəbərdarlıq mesajları ilə Ermənistanı öz geopolitik orbitində saxlamağa çalışır. Ancaq son vaxtlar verilən mesajlar onu göstərir ki, Rusiya Ermənistana qarşı sərt ssenariləri də artıq qətiyyən istisna etmir. Və əgər, Paşinyan hakimiyyəti Qərbə yaxınlaşma kursunu geri dönüşü olmayan mərhələyə çatdırarsa, onda iqtisadi təzyiqlərin daha geniş miqyas alma ehtimalı da qaçılmaz ola bilər.

Göründüyü kimi, Ermənistana qarşı bu ssenarilər ilk növbədə Kremlin strateji yanaşmasını və hadisələrin mümkün inkişaf variantlarını əks etdirir. Bununla yanaşı, Ermənistanın xarici siyasəti daha mürəkkəb reallıqlarla da üz-üzədir. Belə ki, rəsmi İrəvan bir tərəfdən, ABŞ və Avropa Birliyi ilə siyasi-iqtisadi əməkdaşlığı genişləndirməyə çalışır. Digər tərəfdən isə Paşinyan hakimiyyəti həm də Rusiya ilə iqtisadi əlaqələrin tamamilə kəsilməsinin Ermənistan üçün doğura biləcəyi dağıdıcı nəticələri nəzərə almağa məcbur qalıb.

Belə anlaşılır ki, məhz ona görə də, Ermənistanın yaxın perspektivdə Qərbə tam geopolitik "qaçış"dan daha çox "çoxşaxəli" və ya "balanslaşdırılmış" xarici siyasət yürütməyə çalışacağı istisna deyil. Çünki son baş verənlər Cənubi Qafqazda Rusiya-Qərb geopolitik savaşının o qədər də uzaqda olmadığını göstərir. Əgər, Rusiya ilə kompromis əldə olunmasa, Kremlin Ermənistana qarşı iqtisadi təzyiqləri daha da arta və regionda yeni geostrateji düzənin formalaşma ehtimalı qaçılmaz ola bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat"











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“5 il 9 ay cəza çox qanunsuz və ədalətsizdir” - Tanınmış hüquqşünas
Bu gün, 20:05
Kreml iqtisadi savaşın "düymə"sinə basmaq üzrədir: - Rusiya Ermənistanın "nəfəs"ini kəsmək niyyətindədir
Bu gün, 20:00
Əli Xameneini necə xilas etməyə çalışıblar - onun iqamətgahı ilə bağlı TƏFƏRRÜATLAR
Bu gün, 16:07
Moskva erməniləri HƏDƏLƏDİ - "...ağır nəticələrə səbəb olacaq"
Bu gün, 16:02
UFC-də qalib gələn Fərman Həsənov tanınmış polis polkovnikinin oğludur - FOTO
Bu gün, 15:56
Uşaqlara işgəncə verən ana və sevgilisinə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 15:53
Şirkət nümayəndəsi vəfat edib - “Şahşərab”ın səhmdarları toplanır
Bu gün, 14:22
Azərbaycan vətəndaşları böyrəklərini satmağa necə məcbur ediliblər? - QANLI BİZNESİN QARANLIQ TƏRƏFİ
Bu gün, 14:13
İsrail ABŞ-ın xüsusi müttəfiqi statusunu itirir - "Politico"
Bu gün, 14:09
“Erməni soyqırımını tanımaqdan çəkinməmişəm və mütləq dəstəkləyirəm” – Netanyahu
Bu gün, 13:50
İran və Ermənistan Zəngəzurda YOL TİKİR - DETALLAR
Bu gün, 13:45
Rusiyada girov saxlanıldığını iddia edən azərbaycanlı: “Pasportumu alıblar, məndən 10 min istəyirlər” - TƏFƏRRÜAT
Bu gün, 13:01
Bədirbəylinin qızının faciəli ölümü - Media niyə susdu?
Bu gün, 12:54
İran Bəhreynə zərbə endirib, yaşayış binasına zərər dəyib, daha qəti addımlar olacağı bəyan edilib
Bu gün, 12:52
Mirsaleh Seyidovun AĞ ÇÖRƏYİ... - İLGİNC FAKTLAR
Bu gün, 12:51
Ağacdan hazırlanmış avtomobil: saatda 300 kilometrdən çox sürət yığa bilir - FOTO
Bu gün, 12:18
Ədliyyə nazirliyi onun sədrliyini təsdiqləmədi - Nəticə rədd edildi
Bu gün, 12:15
Aİ Venesuelaya zəlzələdən sonra dəstək üçün 5 milyon avro ayırıb - Kallas
Bu gün, 12:08
Mehdiyev getdi, nə dəyişdi ki, Həbibbəyli də getsə, nəsə dəyişə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56
"İnsan məhz öz üslubu ilə yadda qalır... - ...başqasının təkrarı olmaqla yox"
Bu gün, 11:44
Goranboy icra hakimiyyətində kişi arvadını ÖLÜMÜNƏ DÖYDÜ - TƏFƏRRÜAT
Bu gün, 11:38
İran İtaliyanı ABŞ-İsrail müharibəsinə dəstəyə görə tənqid edib - KİV
Bu gün, 11:34
Naxçıvan xəlvətinin DƏRƏ BƏYİ... - ŞOK FAKTLAR
Bu gün, 11:30
İran və İraq rəsmiləri Xameneinin dəfn mərasiminin təşkilini müzakirə edəcəklər
Bu gün, 11:13
Ukrayna Rusiyanın ən müasir silahlarının sirlərini açıqlayıb - UNIAN
Bu gün, 11:00
Şəkidə baş həkim dövlət müəssisəsinə ƏL QOYUB - İTTİHAM VAR...
Bu gün, 10:58
Göydələnin başında "həyət evi": Dövlətin şəhərsalma siyasətinə "yuxarıdan" baxanlar! - VİDEOFAKT
Bu gün, 10:52
ADSEA burda AĞ BAYRAQ QALDIRIB... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 10:46
SEPAH ABŞ-nin Küveyt və Bəhreyndəki hərbi bazalarına zərbələr endirdi - KİV
Bu gün, 10:39
SEPAH rəsmisi Pezeşkianın yalan dediyini iddia etdi
Bu gün, 10:37
"Azərbaycan bu məsələdən narahatdır" - ONA GÖRƏ DƏ...
Bu gün, 08:32
“Şuşaya gəlmək istəyirdi, qismət olmadı, rejissora tapşırdı ki, mənim üçün rol yazsın”-Firəngiz Mütəllimova
Bu gün, 08:27
Lyayenin səfərinin pərdəarxası detalları... - İNCƏLƏMƏ
Bu gün, 08:25
Rusiyada Ordu silahını Kremlə çevirəcək deyən sabiq hərbçi saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 08:19
Rusiya çətin vəziyyətdə: Bunu bacaracaqmı? - ŞƏRH
Bu gün, 08:18
Tezliklə maaşlar artırıla bilər - GÖZLƏNTİ
Bu gün, 08:16
Həbsdə olan Qarabağ qazisi KÖMƏK İSTƏYİR - MÜRACİƏT
Bu gün, 07:35
"Niyə məhz axşam saatlarında problem yaranır?" - NARAZILIQ VAR...
Bu gün, 07:28
İran Güney Qafqazda varlığını hiss etdirməyə çalışır... - GƏLİŞMƏ
Bu gün, 07:20
Vuçic nəhayət ki bunu edəcək... - KİV
Bu gün, 07:02
Batmaqda olan gəminin YOLÇULARI - O vaxt... üsyan vaxtı...
Bu gün, 06:39
Hüquqları pozulan sahibkarlar Prezidentdən KÖMƏK İSTƏYİR - MÜRACİƏT
Bu gün, 06:35
Qarabağ separatçıları... indi də Ukraynaya qarşı SƏFƏRBƏR OLUNUB
Bu gün, 06:23
Müştərilər beləcə qəpik-qəpik SOYULUR... - ETİRAZ VAR!
Bu gün, 06:14
Anar Bayramlı kimləri və niyə ətrafına toplayır? - TƏBİB-də "Kadr İslahatı" MASKASI
Bu gün, 06:02
Lənkəranskinin qan düşməni idi - Məhkəmədən bu "qanuni oğru" ilə bağlı YENİ QƏRAR
Dünən, 11:19
Avropa Parlamentindən Ermənistanı şok edən ÇAĞIRIŞ
Dünən, 11:14
Baltikyanı ölkələr Aİ-ni Rusiyadan neft idxalına qadağanı sürətləndirməyə çağırıb - "Financial Times"
Dünən, 11:11
Qarabağ Qazisi öz hüquqlarından istifadə edə bilmirsə... - ETİRAZ VAR...
Dünən, 10:34
Paşinyanın mətbuat katibi deputat olur - Yenisini gətirir
Dünən, 10:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru