Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub .....                     "Başı gedib, amma sənətdən getmir..." .....                     İrəvanda Rusiya vətəndaşını döydülər .....                     Lukaşenko bir tərəfdən Kremlin təzyiqi alıtndadır, digər tərəfdən Kiyevdən xəbərdarlıq mesajları alır... .....                     Nazir Anar Seyidməmmədovu ehtiyata buraxdı .....                     Ukrayna Krımdakı hərbi aerodroma zərbə endirib .....                     Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat .....                     Rəsulzadənin irsi və Heyətin memarlığı: .....                     Nazir oğlu ilə əlaqəli şirkət 2 universitetə 1 milyon manatlıq ofis icarəyə verib .....                     Elgiz Əkbərin ailəsinə ağır itki üz verib .....                     QDTİB AZAL ilə müqavilə imzalayıb .....                     16 ildir Qəbələni... BAŞ(ÇI)SIZ QOYUB... .....                     Qalmaqallı sabiq məmur məhkəmə qarşısına çıxır .....                     Paşinyanın partiyasında vəzifə bölgüsü başladı: Spiker “Türkiyənin adamı” olacaq? .....                     Hafiz Paşayevdən nazirə: .....                     Bakıya gələcək amerikalı səfirlə bağlı İLGİNC detal .....                     Media niyə süni intellektə üz tutur? .....                     "BakıKart"ın satış qiyməti .....                     Naxçıvan təhsilində ŞIDIRĞI ALVER GEDİR... .....                     Ukrayna Penzada hərbi müəssisəyə dron zərbəsi endirib, güclü yanğın baş verib .....                     Gəncə Dövlət Universitetində NƏ İŞLƏR ÇEVRİLİR?.. .....                     Abşeronda 38 yaşlı bacısı qızını öldürən şəxsin işi .....                     Dəniz və Liman Agentliyinin tenderi ləğv edilib .....                     Kremlin İrəvana sərt ultimatumu .....                     Paşinyandan komandasını heyrətə gətirən həmlə .....                     ABŞ-nin Qafqazda “səfirsiz diplomatiya”sı .....                     “TikTok”da saxta qadın profili açıb kişiləri şantaj etdi, aldığı pulları mərc oyunlarında uduzdu .....                     Rusiya Ermənistanın uzaqlaşmaq istədiyi platformaya yeni üzvlər cəlb etməkdə maraqlıdır .....                     Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılıb .....                     Mingəçevirdə YENİ İXTİSAR DALĞASI başlayır .....                     "Əl çəkin, mən müsəlman deyiləm!.." .....                     Bakcell ilə Bakıda unudulmaz UFC həyəcanı yaşandı .....                     Şəkidə QOÇULUQ edən məmur kimdir? .....                     100 minlik evlərin 50 manatlıq sığortası: Niyə ödənilmir? .....                     "Ağacdan düşmək istəyəndə gördüm ki, qonşu aşağıda məni gözləyir..." .....                     “Azərbaycanda “Rus evi”nin açılması dövlətimizin mənafelərinə ziddir... .....                     Ukraynada 77 yaşlı azərbaycanlı Rusiya ordusunun dron zərbəsindən ölüb .....                     Ankaraya qisas zərbəsi, Bakı üçün distansiya zamanı .....                     Bakı qərar gözləyirdi, Paşinyan təxirə saldı .....                     Xaçmaz təhsilində OYUNBAZLIQ... .....                 

İqtidaryönlü deputat Eldar Namazovun iddiasına cavab verdi
Tarix: 28-11-2016, 08:41 | Çap et
İqtidaryönlü deputat Eldar Namazovun iddiasına cavab verdi
Politoloq Eldar Namazov “Yeni Müsavat”a müsahibəsində bildirib ki, Madrid prinsiplərinin içində Dağlıq Qarabağı Azərbaycandan ayırmağın mexanizmi göstərilib, o da statusla bağlı referendum keçirilməsidir. Namazovun fikrincə, əgər bu fikir orda varsa, deməli, hansısa qüvvələr Azərbaycanı Dağlıq Qarabağdan imtinaya vadar etməyə çalışacaqlar.

“Həmin mexanizmlə bağlı addım çox yanlışdır, Azərbaycan diplomatiyası gərək bunun qarşısını alaydı. Razıyam ki, Azərbaycana belə bir təzyiqlər olub. O təzyiqlərin nəticəsidir ki, Madrid sənədində referendum məsələsi əksini tapıb...

Azərbaycan diplomatiyasının səhvləri olub. Ancaq indiki dövrdə Qarabağla bağlı aparılan siyasət ümumən düzgün qurulub. Bir tərəfdən Rusiyaya şirnikləndirici təkliflər verilir, eyni zamanda, ona müəyyən təzyiqlər olub. Təzyiq onunla bağlıdır ki, Azərbaycan ordusu genişmiqyaslı əməliyyatlara başlasa, bu, Rusiyanın maraqlarına böyük zərbə olacaq. Birincisi, Rusiya buna etiraz edə bilməz. Çünki müharibə Ermənistan ərazisində yox, işğal olunmuş Azərbaycan ərazilərində gedəcək. BMT TŞ-nin 4 qətnaməsi var və KTMT-ni də bu işə cəlb etmək mümkün olmayacaq” - Namazov bildirib.

İqtidaryönlü deputat Zahid Oruc isə Eldar Namazovun Madrid prinsipləri ilə bağlı Azərbaycan diplomatiyasının səhvlərə yol verdiyi iddiasının yanlış olduğunu dedi. “Yeni Müsavat”a açıqlamasında o, fikrini belə əsaslandırdı: “Eldar Namazov 1999-cu ilə qədər Qarabağla bağlı aparılan danışıqların içərisində olub. Ən azı prezident köməkçisi kimi müxtəlif məxfi məlumatlar həm poçt vasitəsilə, həm xüsusi xidmət orqanlarının təqdim etdiyi hesabatlardan tam əmin idi ki, Qarabağ danışıqları hansı mexanizmlər, hansı əsas baza prinsipləri üzərində qurulub. Xatırlayırsınızsa, 2001-ci ildə ermənilər ATƏT-in Minsk qrupu tərəfindən irəli sürülmüş 3 sənədi öz xeyirlərinə cəmiyyətə çıxarmağa çalışdılar. Ulu öndər Heydər Əliyev bu məqama və diplomatik danışıqların açılmaması prinsipinin pozulmağına görə mühüm addım atdı, həmin üç variantın hamısı cəmiyyətə açıqlandı və parlamentdə də Qarabağ dinləmələri keçirildi. Xatırlamıram ki, Eldar Namazov həmin tədbirə qatılmışdı. Amma Azərbaycan ictimai-siyasi qüvvələrinin böyük hissəsi o tədbirdə iştirak edirdilər və həmin müzakirələrin faydası ondan ibarət oldu ki, Azərbaycan dövləti xalqın maraqlarına uyğun olaraq güzəşt mövqeyini tutmadı - baxmayaraq ki, ermənilər 1994-1995-ci ildə MDB formatında atılmış addımları və razılaşmaları bu gün üçün də Qarabağın müstəqilliyinin mühüm hüquqi bazisi hesab edirlər. Əgər siz Minsk Qrupunun o dövrkü həmsədri Kazimirovun öz adı ilə yaratdığı müxtəlif informasiya portallarına baxsanız, dediklərimizi görəcəksiniz. Ermənilər də hər zaman Kazimirovla birgə hərəkət ediblər. Mən bu tarixçəni ona görə xatırlatdım ki, ondan sonrakı dövrdə istər Madrid prinsipləri, istərsə də Kazanda görüşlər zamanı razılaşdırılacağı deyilən məsələlər əsas tezislərin bu və ya digər modellərinin uzlaşdırılmış, uyğunlaşdırılmış variantları olub. Diplomatik siyasi həyata bələdçiliyi olan Eldar Namazov üçün belə bir mövqe ilə çıxış etməsi ciddi təəccübə səbəb olur. Çünki əvvəla, məsələ heç bir halda son variant deyil. Azərbaycan tərəfindən hansı şərtlər altında nəyə razılıq verildiyini təyin etmək çox çətindir və düşünmürəm ki, bu tənqidin arxasında kimsə Azərbaycan hakimiyyətini Dağlıq Qarabağı güzəştə getməkdə qınasınlar. Buna əsas yoxdur”.

Deputat xatırlatdı ki, Eldar Namazov və onun bir neçə siyasi həmfikri dəfələrlə Tatarıstan modelini irəli sürürdülər: “Bilirsiniz ki, Rusiya federal ölkə olsa da, bir neçə respublikanın, onun tərkibində olan qurumların dövlətə bərabər səlahiyyətləri var. Onların sırasında Tatarıstan xüsusi fenomendir, bir neçə məqamı çıxmaq şərtilə demək olar əksər müstəqillik atributlarına malikdir. Xaricdə təmsilçilik, müstəqil gömrük siyasəti aparmaq və bir neçə hüquqları da əldə etsə Tatarıstan tamamilə müstəqil dövlət olur. Ona görə də belə hesab edirəm ki, bəlkə də hakimiyyət müəyyən aralıq dövrdə, Madrid prinsiplərində qeyri-müəyyən dövr üçün referendumun keçirilməsi prinsipinə razılıq verməklə oradakı şəraiti dəyişəcəyini hədəf edib. Bu gün Dağlıq Qarabağdan çıxan azərbaycanlıların sayı ilə 1989-cu ilin statistik göstəriciləri arasında fərq bəlkə də artıq bizim xeyirimizə dəyişib. Çünki demoqrafik artım baxımından azərbaycanlılar ermənilərdən fərqlənir. 1989-cu il statistikası Dağlıq Qarabağda 90 min erməni, 45 min azərbaycanlı şəklində əksini tapıb. Bugünkü statistikanın isə bizim xeyirimizə dəyişdiyini düşünürəm. Əgər azərbaycanlılar Dağlıq Qarabağa qayıdacaqları təqdirdə o bölgədə vəziyyət tamamilə dəyişə bilər. Azərbaycanın Madrid prinsiplərinin müzakirəsi getdiyi bir zamanda strateji hədəf olaraq nəyin nəzərdə tutduğunu bilmədən iqtidarı qınamaq yanlışdır. Zatən də göründü ki, Azərbaycan həmin danışıqlara problemin köklü şəkildə çözülməsi yolu kimi yanaşmayıb. Bu gün siyasi danışıqlardan daha kəskin hərbi qüvvənin daha gücləndirilməsi prosesi getməkdədir. Qarabağ məsələsinin həllinə dövlətin, ölkə rəhbərinin hansı variant üzrə hazırlıq gördüyünü bu şəraitdə görməmək qeyri-mümkündür. Aprel savaşı, bundan sonrakı dövrdə Ermənistanla Azərbaycan arasındakı vəziyyət, beynəlxalq durum ona qədərki bütün danışıqların üzərindən sanki xətt çəkib və sıfır vəziyyətinə qayıdılıb. Ona görə də hesab eləmirəm ki, Azərbaycan prezidentinin imzası olmayan sənədin əsasında uzağa gedən nəticələr çıxarılmalıdır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub - ƏMR
Bu gün, 12:19
"Başı gedib, amma sənətdən getmir..." – Nadir Qafarzadə
Bu gün, 12:15
İrəvanda Rusiya vətəndaşını döydülər - TƏFƏRRÜAT
Bu gün, 12:14
Lukaşenko bir tərəfdən Kremlin təzyiqi alıtndadır, digər tərəfdən Kiyevdən xəbərdarlıq mesajları alır... - ONA GÖRƏ DƏ...
Bu gün, 12:11
Nazir Anar Seyidməmmədovu ehtiyata buraxdı - FOTO
Bu gün, 12:08
Ukrayna Krımdakı hərbi aerodroma zərbə endirib
Bu gün, 12:05
Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 12:02
Rəsulzadənin irsi və Heyətin memarlığı: - masonluq Azərbaycanda necə canlanır?
Bu gün, 11:59
Nazir oğlu ilə əlaqəli şirkət 2 universitetə 1 milyon manatlıq ofis icarəyə verib - AY MAŞALLAH...
Bu gün, 11:56
Elgiz Əkbərin ailəsinə ağır itki üz verib
Bu gün, 11:49
QDTİB AZAL ilə müqavilə imzalayıb
Bu gün, 11:46
16 ildir Qəbələni... BAŞ(ÇI)SIZ QOYUB... - NARAZILIQ VAR...
Bu gün, 11:39
Qalmaqallı sabiq məmur məhkəmə qarşısına çıxır - TƏFƏRRÜAT
Bu gün, 11:17
Paşinyanın partiyasında vəzifə bölgüsü başladı: Spiker “Türkiyənin adamı” olacaq? - “Hraparak”
Bu gün, 11:14
Hafiz Paşayevdən nazirə: -HƏRDƏN BAŞA DÜŞMÜRƏM NƏ DEYİRSİNİZ /VİDEO
Bu gün, 11:05
Bakıya gələcək amerikalı səfirlə bağlı İLGİNC detal - ŞƏRH
Bu gün, 11:01
Media niyə süni intellektə üz tutur? - AKTUAL
Bu gün, 10:59
"BakıKart"ın satış qiyməti ARTDI
Bu gün, 10:53
Naxçıvan təhsilində ŞIDIRĞI ALVER GEDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:47
Ukrayna Penzada hərbi müəssisəyə dron zərbəsi endirib, güclü yanğın baş verib - “UNIAN“
Bu gün, 10:40
Gəncə Dövlət Universitetində NƏ İŞLƏR ÇEVRİLİR?.. - İTTİHAM VAR...
Bu gün, 10:31
Abşeronda 38 yaşlı bacısı qızını öldürən şəxsin işi ALİ MƏHKƏMƏDƏ
Bu gün, 10:25
Dəniz və Liman Agentliyinin tenderi ləğv edilib - SƏBƏB
Bu gün, 10:22
Kremlin İrəvana sərt ultimatumu - GƏLİŞMƏ
Bu gün, 10:14
Paşinyandan komandasını heyrətə gətirən həmlə – seçkilərdən dərhal sonra…
Bu gün, 10:13
ABŞ-nin Qafqazda “səfirsiz diplomatiya”sı - Görünəni odur ki...
Bu gün, 10:06
“TikTok”da saxta qadın profili açıb kişiləri şantaj etdi, aldığı pulları mərc oyunlarında uduzdu - TƏFƏRRÜAT
Bu gün, 10:04
Rusiya Ermənistanın uzaqlaşmaq istədiyi platformaya yeni üzvlər cəlb etməkdə maraqlıdır - Azərbaycan isə...
Bu gün, 09:59
Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılıb - DİQQƏT!
Bu gün, 09:53
Mingəçevirdə YENİ İXTİSAR DALĞASI başlayır - Bu gündən etibarən...
Bu gün, 09:44
"Əl çəkin, mən müsəlman deyiləm!.."
Bu gün, 09:36
Bakcell ilə Bakıda unudulmaz UFC həyəcanı yaşandı
Bu gün, 08:16
Şəkidə QOÇULUQ edən məmur kimdir? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:04
100 minlik evlərin 50 manatlıq sığortası: Niyə ödənilmir? - AKTUAL
Bu gün, 07:57
"Ağacdan düşmək istəyəndə gördüm ki, qonşu aşağıda məni gözləyir..."
Bu gün, 07:55
“Azərbaycanda “Rus evi”nin açılması dövlətimizin mənafelərinə ziddir... - Çünki ora casus yığnağıdır...”
Bu gün, 07:53
Ukraynada 77 yaşlı azərbaycanlı Rusiya ordusunun dron zərbəsindən ölüb - FOTO
Bu gün, 07:50
Ankaraya qisas zərbəsi, Bakı üçün distansiya zamanı - NƏ BAŞ VERİR?
Bu gün, 07:48
Bakı qərar gözləyirdi, Paşinyan təxirə saldı - Türkiyə və Rusiya da dəstəkləyir
Bu gün, 07:43
Xaçmaz təhsilində OYUNBAZLIQ... - İTTİHAM VAR...
Bu gün, 07:40
Bəlkə bu postlar LƏĞV OLUNSUN... - ÇAĞIRIŞ
Bu gün, 07:31
200 minə yaxın Qırğız rusların qara siyahısında... - KİV
Bu gün, 07:26
"Bir həftədir süründürürlər məni..." - GİLEY
Bu gün, 07:21
Günün fotosu... - Rusiyadan...
Bu gün, 07:11
Faiq Ələkbərliyə xatirə döş nişanı verilib
Bu gün, 07:03
"Heç vaxt ola bilməz ki, vəzifəli şəxslərin balaları.." - REAKSİYA
Bu gün, 06:59
AFFA rəhbərliyi şarlatanlıqla məşğuldur... - ETİRAZ
Bu gün, 06:55
Müştəri məmnuniyyəti anlayışı SIFIR! - durduğun yerdə borclanırsan...
Bu gün, 06:48
Saleh Məmmədov hələ də həbs olunmayıbsa... - DEMƏLİ...
Bu gün, 06:37
Deputatın şirkəti vətəndaşı çətin duruma salıb - AXI NİYƏ?..
Bu gün, 06:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru