Ermənistan XİN Qaluzinin Rusiyanın TRIPP-də iştirakı ilə bağlı fikirlərinə münasibət bildirib .....                     Azərbaycanda bu gündən qüvvəyə minən dəyişikliklər .....                     “Yuska Şamxorski”nin həbsinin pərdəarxası .....                     Sabah 25 ilin qanlı sirri çözülə bilər .....                     Ermənilərdən yeni HEYRƏTAMİZ uydurma .....                     “Mərkəzi televiziyanın sədri atamla dost idi, amma mənə efir qadağası qoyulmuşdu” .....                     Siqaret qaçaqmalçılığı üzrə daha bir məhkəmə başlayıb .....                     Cənab nazir qərəzli şəkildə məni doğma teatrıma BƏRPA ETMİR! .....                     Nizami Tibb Mərkəzində qalmaqal: İşçi döyüldüyünü iddia etdi .....                     "İdrak" liseyində şagird müəllimi ona irad bildirdiyi üçün güllələyib .....                     "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və digərlərinə .....                     AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başlayıb .....                     Qəbələdə icra hakimiyyəti yeniyetmələri istismar edir .....                     BP BTC-nin operatorluğunu ötürür .....                     ƏƏSMN şöbə müdirinə ağır ittihamlar: “İntihar həddinə çatdırıb” .....                     Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub .....                     "Başı gedib, amma sənətdən getmir..." .....                     İrəvanda Rusiya vətəndaşını döydülər .....                     Lukaşenko bir tərəfdən Kremlin təzyiqi alıtndadır, digər tərəfdən Kiyevdən xəbərdarlıq mesajları alır... .....                     Nazir Anar Seyidməmmədovu ehtiyata buraxdı .....                     Ukrayna Krımdakı hərbi aerodroma zərbə endirib .....                     Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat .....                     Rəsulzadənin irsi və Heyətin memarlığı: .....                     Nazir oğlu ilə əlaqəli şirkət 2 universitetə 1 milyon manatlıq ofis icarəyə verib .....                     Elgiz Əkbərin ailəsinə ağır itki üz verib .....                     QDTİB AZAL ilə müqavilə imzalayıb .....                     16 ildir Qəbələni... BAŞ(ÇI)SIZ QOYUB... .....                     Qalmaqallı sabiq məmur məhkəmə qarşısına çıxır .....                     Paşinyanın partiyasında vəzifə bölgüsü başladı: Spiker “Türkiyənin adamı” olacaq? .....                     Hafiz Paşayevdən nazirə: .....                     Bakıya gələcək amerikalı səfirlə bağlı İLGİNC detal .....                     Media niyə süni intellektə üz tutur? .....                     "BakıKart"ın satış qiyməti .....                     Naxçıvan təhsilində ŞIDIRĞI ALVER GEDİR... .....                     Ukrayna Penzada hərbi müəssisəyə dron zərbəsi endirib, güclü yanğın baş verib .....                     Gəncə Dövlət Universitetində NƏ İŞLƏR ÇEVRİLİR?.. .....                     Abşeronda 38 yaşlı bacısı qızını öldürən şəxsin işi .....                     Dəniz və Liman Agentliyinin tenderi ləğv edilib .....                     Kremlin İrəvana sərt ultimatumu .....                     Paşinyandan komandasını heyrətə gətirən həmlə .....                 

“Vaşinqtonda verdiyim “ikra” ziyafətində Hillari Klinton da vardı” - Hafiz Hacıyev
Tarix: 4-11-2016, 07:57 | Çap et
“Vaşinqtonda verdiyim “ikra” ziyafətində Hillari Klinton da vardı”
Müsəlman qazanı, zəfəranlı nərə balıq kababı, təptəzə İsrail silahı...Qəribə, çox ziddiyyətli bu mənzərəni görərkən, yadımdadı, xeyli təəccübləndim. 1992-ci ilin may ayı idi, səhv etmirəmsə. Xalq Cəbhəsi fəalları öz qərargahlarına yığılıb hakimiyyəti alıb-almayacaqları barədə uzun-uzadı, yorucu müşavirələr-filan keçirdirdilər. İsgəndər Həmidov, indiki kimi yadımdadı, dəqiqəbaşı dəhlizlərdə peyda olur, tez də qeybə çəkilirdi. Pıçapıç, gizli xosunlaşmalar qərargahın bütün künc-bucaqlarına hakim olsa da, son sözü deyəcək qüdrət sahibi hələ görünmürdü.

Axır, bərk darıxıb sıxıldım. Süfrədəki nərə balığı kababından ağzıma yağlı bir tikə atıb, aradakı sükut buzunu qırdım.

- Bakı balıqçıları, nərə balığı, qara kürü qaçaqçıları, deyəsən, keçib Cəbhənin tərəfinə. Kim qara kürünün, ağ balığın sahibidirsə, Bakının fatehi də elə həmin adam olacaq.
Hardan biləydim camaata elə bircə bu hay lazımdı? Dəhlizdəki bütün bağlı qapılar bu dəm qəfil taybatay, öz-özünə açıldı elə bil. İclasdakılar dəhlizə tökülüşdülər. Türk mehtər marşının müşayiəti ilə cumdular eyyy Ali Sovetin ağ mərmər örtüklü qəşəng binasına tərəf.
Qısa atışma səsindən sonra eşitdik ki, bəs, Cəbhə hakimiyyətə yiyələnib. Bakını fəth edib.

***
- İsrail istehsalı “Uzi” avtomatını ilk dəfə həyatımda, bax, bu zaman gördüm. Təzəydi lap. Yağ içində. Görünür, təzəcə qutudan çıxarmışdılar. Qazan-qazan nərə balığı kababını, görünür, Hacı Cəbrayıl göndərmişdi cəbhəçilərin süfrəsinə.

“Müasir Musavat” Partiyasının sədri Hafiz Hacıyevin isti, rahat kabinetində əyləşib köhnə xatirələrimi danışıram. Hacı Cəbrayılın adını çəkən kimi Hafiz Hacıyev əsəbləşib sifətini turşudur.

- Nə? Hacı Cəbrayıl? Yox eyyyy... Mən idim... mən idim o vaxt bu kababı milli qazanlarımıza doldurub AXC qərargahına göndərən. Mən! Bunu məndən başqa daha kimsə bacarmazdı o vaxt. Bacarmazdı! O vaxt bizim “Azərbalıq” Dövlət Konserni nazirlik səviyyəsində bur qurum idi. Bakının balığı, kürüsü ixtiyarımızdaydı. Başqalarının ağzı nəydi bu sahəyə soxulsun...
Digər siyasi partiyaların qərargahlarıyla müqayisədə “Müasir Musavat”ın baş ofisi, necə deyərlər, toya gedəsidi. Qapıdakı elan qonaqlara bəribaşdan xəbərdarlıq edir: “Zəngi basıb, azca gözləyin”. Sədrin otağında, şükür, istidir. Qapısına sovetdənqalma üslubda, meşin üzlük çəkilib. Hafiz bəy bu detala marağımı görüb xəfifcə gülümsəyir. Bilir söhbətimizin nəbzini harda tutmaq lazımdı. Keçir şirin sovet dövrü xatirələrinə.

- Gəncədə, 1982-də, deyəsən, Kənd Təsərrüfatı İnstitutunu qurtardım. Məni ölkənin ən ucqar bölgəsi sayılan Kəlbəcərə göndərdilər. Komsomolda işlədim əvvəlcə. Təşkilat şöbəsinin müdiri vəzifəsindən başladım. Katib kürsüsünəcən irəlilədim. Cari komsomol fəaliyyətim elmi işlərimi üstələmədi. Leninqrad Biologiya İnstitutunda “Şoran sularda nohur balıqçılığı” mövzusunda namizədlik dissertasiyamı müdafiə etdim. Elmi rəhbərim Kaşnevskiy Vasiliy İvanoviçdən sonra, vallah, dünyada başqa bir təmiz adam tanımıram. İnan, balalarımın canıyçün.

“Xalq Cəbhəsinin qərargahına osetrin kababını və kürünü mən göndərmişdim”



- Elmi rəhbərinizə qutu-qutu nərə balığı, qara kürü payı necə, hədiyyə aparardız?

Hafiz Hacıyev, “Həəəəə” etirafını son dərəcə musiqi səsləndirir bu dəfə. Ağzındakı “Ə” səsini bir xeyli uzadıb, arada mən tərəfə baxmağı da unutmur.

- Daha kimlərə nərə, qara kürü daşıdınız Moskvada, Bakıda, Vaşinqtonda, İstanbulda, Ankarada? Deyin, utanmayın. Aradan gör neçə illər keçib.

***
Həəəə....siyasi hakimiyyətə can atanlar yaxşı bilər - Bakının qara kürüsü, ağ balığı kimə əvvəlcədən öz xoş sifətini göstərəcəksə, yadda saxla, hakimiyyət də elə həmin kəsə keçəcək.
Basarkeçər dağlarındakı Zod kəndindən Gəncəyə, Bakıya gəlmiş gənc tələbə Hafiz Hacıyev bir gün bu etirafı Bakının Kubinka məhəlləsində eşidib, dərin fikirlərə qərq olur. Qərara gəlir, öz bəxtini məhz qara kürü, ağ balıq sahəsində sınasın. Girişir balıqçılığa. İçinə “İxtioloq” yazılmış diplomuyla Kənd Təsərrüfatı Nazirliyində gur fəaliyyətə başlayır.

Tez bir zamanda şöbə müdiri, idarə rəisi vəzifələrinə yetişib, bunları son mənzil saymır özü üçün. Daha yüksək hədəfləri nişan alaraq, uzaq üfüqlərdən gözlərini bir an belə ayırmır. O vaxtlar Xəzər balığının mühafizəsi Həştərxana tabe idi. Kürü istehsalı, nərə balıq ovu isə birbaşa Moskvaya, Kremlə.
- Kommunist Partiyasının hər növbəti qurultayına 600 kilodan çox, bəzən hətta 1-2 ton qara kürü göndərərdik adətən.

Bir o qədər də nərə balığı. Müstəqillikdən sonra Elçibəyin razılığı ilə “Azərbalıq” Dövlət Konsernini yaradıb işə başladıq.

- Elçibəy, qara kürü, nərə balığı kababı...

Hafiz Hacıyev icazə vermir cümləmi bitirim.

- Yox. Elçibəy qara kürü, ağ balıq kababı yeməzdi heç vaxt. İstəsəydi, birinci mənə deyərdi bu arzusunu. Dilindən bir dəfə də belə xahiş səslənmədi, biləsiz haaaa... O vaxt qərara gəldik ki, hər azərbaycanlının payına ayda bir dəfə 200 qram qara kürü, 2 kilo nərə balığı düşür. Xalqı bu minimumla təmin etdik. Elçibəy dövründə 55 ton qara kürü, 650 ton nərə balığı istehsal edərək satışa buraxdıq.

- Qiymətlər necə idi bəs?

Bayaqdan ürəyimdə saxladığım bu sualı, ilk fürsət tapınca ona ünvanlayıb, deyəsən, azca karıxdırıram.

- Yaddaşım paslanıb, deyəsən. Dükanlardakı qiymətlər, bağışlayın, indi yadımda qalmayıb. Ancaq Türkiyəyə, ABŞ-a satdığımız qara kürünün, ağ balığın qiyməti heç vaxt yadımdan çıxası deyil.

***
Azərbaycanın həm qara kürüsü var, həm də qara baxtı. Həm də Qarabağı. Həm də qara nefti. 90-cı illərdə bu qara rəngli naz-nemətlərimiz ətrafında dünya supergücləri öz gizli-açıq oyunlarını qurub fikrə getdilər: “Bəs kim oyunçu olacaq bu qəliz oyunlarda?”

O vaxtkı kadrlar qıtlığından istifadə edən Hafiz Hacıyev bu çağırışı elə göydəcə tutmağı bacarır. Özünü verir irəli. Okeanın o tayında, Amerikada, Ağ Evlə üzbəüz yerləşən “Çarlton” hotelində qara kürümüzün təqdimat mərasimini keçirir. Dəvətlilər arasında indi prezidentliyə namizədliyini irəli sürmüş Hillari Klinton da varmış.

- Həəəə... o, masalar arxasında gəzişir, hərdən süfrədəki qara kürünün dadına baxırdı.

- Yadından çıxarmayıbmı o dad indi?

Qəliz sualım həm Hafiz bəyi ayıldır, həm də katibəsini. O, tez masaya yaxınlaşıb çayımı təzələyir.

- Düşmənlərimiz həmişə milli mətbəximizə, qara kürümüzə, ağ balığımıza məğlub olub, yenə də məğlub olacaqlar. Bunu o vaxtkı Vaşinqton təqdimatımızda hiss edib, xeyli sevindim. Vaşinqton hakim elitasının restoran menyusuna özüm baxmışam. Qara kürü, nərə balığı bu menyudan heç vaxt pozulub silinən deyil.

- Tanınmışlardan kimlər vardı “Çarlton” hotelindəki təqdimatınızda?

H.Hacıyev bu dəfə sualımdan ehtiyatlanır, deyəsən. Qonaqların tam siyahısını açıqlamır. Siyahını qısaldır.

- Hafiz Paşayevin, Ceyhun Mollazadənin indi də o günlər yadından çıxmaz. Elə Hillari Klintonun da...

- Bu dadı xanım Klintona xatırlatmaq lazımdı nə qədər gec deyil. Yoxsa sabah gec olar...
Növbəti tapşırığım anında hədəfə dəyir sanki. Hafiz bəyin xatirə dəftərçəsi sanki düz ortadan açılır. O, telefonunun səs siqnalını söndürüb, nəhayət, rahatlanır. Katibəyə him-cimlə nəsə başa salır. Katibə kabinetdən çıxan kimi Hafiz bəy xatirələrinə davam edir.

- O vaxt ilk dəfə Moskvadan yan ötərək, biz dünya bazarına Xəzər nemətlərimizi satışa çıxardıq. Turqut Ozalın bir qohumu vardı, fotoşəkillərimiz indiyəcən qalır, Əhməd Yurddaş adında. Ona məxsus “Urfa” bazar şirkəti vasitəsilə qardaş ölkəyə 250 ton nərə balığının kilosunu 3,5 dollar qiymətinə satdıq. Qara kürünün tonunu 105 dollara satdıq Türkiyəyə, 110 dollara Amerikaya.

“Elçibəy qara kürü, ağ balıq kababı yeməzdi heç vaxt. İstəsəydi, birinci mənə deyərdi bu arzusunu. Dilindən bir dəfə də belə xahiş səslənmədi”


Sonrakı xatirələrin acısı bu vaxt Hacıyevin gözlərində canlanıb məni də öz axarına alır.

- Surət Hüseynovun adamları Vaşinqton səfərimdən dərhal sonra qapımı kəsdirib, nağıllardakı yeddi ilin bac-xəracını, yəni 600 min dollar pul tələb etdilər məndən. Vermədim. Gəlib elə kollegiyanın iclasından apardılar məni. Qısası, Surət Hüseynov məni tutdurdu, Heydər Əliyev buraxdırdı. Zindandan ayrılınca, əvvəlcə “Elçibəy xalq hərəkatı”nı yaratdım, sonra “Müasir Musavat”ı təsis etdim.

- Eşitdiyimə görə, Heydər Əliyevi Bakıda qarşılayanlardan ən fəalı elə siz olubsunuz vaxtilə. Nəriman Həsənzadə, Bəxtiyar Vahabzadə, Cəlal Əliyev sıra boyu öndə dayanmışdılar. Amma Heydər Əliyevə yeganə gül çələngini siz vermişdiniz o zaman.

- Hə...elədi... Onun bu çələngi qoxulamağı indiyəcən xatirəmdədir. Cəlal Əliyevin o vaxt çiynimə qonan əlinin istisi indi də getməyib.

Söhbətimizin bu ən şirin yerində katibə kabinetə qayıdır. “Vaşinqtonda vaxtilə çəkilmiş şəkillərdi” deyib, bir topa fotonu masa üzərinə buraxır.

***

Bir an fotolara zillənib keçmişə düşüb, müasirlikdən ayrılıram. Hafiz Hacəyev əvvəlcə gözləmə taktikasını seçir. Görəndə məsələ uzanır, başlayır öskürməyə. Bu, məni ayıldıb günümüzə qaytarır. Qayıdıb görürəm o, yenə əvvəlki yerindədi, katibə Könül xanım isə bir kənarda durub arxiv qovluqlarını vərəqləyir.

H.Hacıyev yenə öskürüb boğazını arıtlayır. Səsini bərpa edib sözünə davam edir.

- İndiki vəziyyətlə 1993-cü il arasında elə də fərq görmürəm. Tarix yenidən təkrarlanır. Qardaşımı, - o, prezident İlham Əliyevi daim belə çağırır, - gözü götürməyənlər, satqın məmur tayfası açıq sabotaja başlayıb prezidentimizə qarşı. Xalqla prezident arasında uçurum yaratmağa girişiblər. Məni ən çox kənd təsərrüfatı naziri əsəbiləşdirir, vallah. Toyuq əti niyə 1 manat 75-dən 3 manat 75 qəpiyə qalxmalıydı bu gün? Niyə? Mal ətinin kilosu 6 manatdan qalxıb 10 manata. Üzüm, Allahın üzümü, Azərbaycanın üzümü niyə 4-5 manata marketlərdə satışa çıxarılmalıdır? Sabotaj deyilsə, bəs nədir bu, hə, soruşuram hamınızdan?

Son vaxtlar oliqarxlar siyasətlərini dəyişiblər lap. Deyirlər, bəs prezident yaxşıdır, ətrafı zaydır. Yenə də təkrarlayıram hamı üçün - bunu adi adam deyə bilər, vəzifə sahibi yox... Hakimiyyəti parçlamaq siyasətidir axı bu...

- Çox qorxuludurmu vəziyyət? - həyəcanımı gizləyə bilmirəm.

- Xəbərlərdən belə çıxır ki, nurçuların siyahısı Türkiyədən Bakıya göndərilib elə bil. İndi masa üzərindədir... Prezident...

Axşamdı artıq. Sadə insan kütləsi aşağıdakı “Azadlıq” metrosuna tərəf axır, axır, axır. Qurtarmır.

***
Söhbətimiz axır, bax, bu nöqtəsində bitdi nəhayət ki. Amma Hafiz Hacıyev söndürdüyü telefonunu yandırınca, zənglərin sayı-hesabını itirdik. Zəng vuranların ən narahatı, səbirsizi “Müasir Musavat”ın Şirvan şəhər şöbəsinin sədri Əmənov Eyvazdı. Deyirdi bəs oğlunu yol polisi işçiləri tutub döyüblər. Vəziyyəti ağırdı. Əl mənim, ətək sənin. Bəs ay Hafiz, kömək əlini bizdən üzmə...

- Polislə prokuror əvəzi əlbirdi bu şəhərdə. Şikayət etmişəm barələrində. Prokuror əvəzinə şiddətli töhmət veriblər... Polisin biri qaçıb...vəziyyət qəlizləşib lap eyyy...

Hafiz bəy telefonlarını bir-birinə qatıb baş prokurorun köməkçisini aramaya başlayan vaxt, fikirləşdim qoy daha ona mane olmayım. Sakitcə qalxdım masa arxasından. Lal-dinməz, ingilissayağı kabineti tərk edirəm.

İmkan yaratdım ki, Hafiz bəy ölkəmizdə haqq-ədaləti bacardığı qədər bərpa etsin.
Mənimlə isə o, sonra da vidalaşa bilər.

Həmid HERİSÇİ










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan XİN Qaluzinin Rusiyanın TRIPP-də iştirakı ilə bağlı fikirlərinə münasibət bildirib - “Newsarmenia”
Bu gün, 14:43
Azərbaycanda bu gündən qüvvəyə minən dəyişikliklər - Kimləri nə gözləyir?
Bu gün, 14:23
“Yuska Şamxorski”nin həbsinin pərdəarxası – yeni detallar
Bu gün, 14:17
Sabah 25 ilin qanlı sirri çözülə bilər – “Dəyirman Vahid”in işində məhkəməni kim gözlədir?
Bu gün, 14:10
Ermənilərdən yeni HEYRƏTAMİZ uydurma – Bakıdan ŞİLLƏ kimi CAVAB
Bu gün, 13:16
“Mərkəzi televiziyanın sədri atamla dost idi, amma mənə efir qadağası qoyulmuşdu”
Bu gün, 13:12
Siqaret qaçaqmalçılığı üzrə daha bir məhkəmə başlayıb
Bu gün, 13:09
Cənab nazir qərəzli şəkildə məni doğma teatrıma BƏRPA ETMİR! - Mehriban Xanlarova vəsiyyətini AÇIQLADI
Bu gün, 13:02
Nizami Tibb Mərkəzində qalmaqal: İşçi döyüldüyünü iddia etdi - VİDEO
Bu gün, 12:56
"İdrak" liseyində şagird müəllimi ona irad bildirdiyi üçün güllələyib - İTTİHAM
Bu gün, 12:53
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və digərlərinə CƏZA İSTƏNİLİB
Bu gün, 12:47
AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başlayıb - DİQQƏT!
Bu gün, 12:43
Qəbələdə icra hakimiyyəti yeniyetmələri istismar edir - Fotolar
Bu gün, 12:38
BP BTC-nin operatorluğunu ötürür "SOCAR Midstream Operations" MMC-yə...
Bu gün, 12:33
ƏƏSMN şöbə müdirinə ağır ittihamlar: “İntihar həddinə çatdırıb” - TƏFƏRRÜAT
Bu gün, 12:28
Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub - ƏMR
Bu gün, 12:19
"Başı gedib, amma sənətdən getmir..." – Nadir Qafarzadə
Bu gün, 12:15
İrəvanda Rusiya vətəndaşını döydülər - TƏFƏRRÜAT
Bu gün, 12:14
Lukaşenko bir tərəfdən Kremlin təzyiqi alıtndadır, digər tərəfdən Kiyevdən xəbərdarlıq mesajları alır... - ONA GÖRƏ DƏ...
Bu gün, 12:11
Nazir Anar Seyidməmmədovu ehtiyata buraxdı - FOTO
Bu gün, 12:08
Ukrayna Krımdakı hərbi aerodroma zərbə endirib
Bu gün, 12:05
Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 12:02
Rəsulzadənin irsi və Heyətin memarlığı: - masonluq Azərbaycanda necə canlanır?
Bu gün, 11:59
Nazir oğlu ilə əlaqəli şirkət 2 universitetə 1 milyon manatlıq ofis icarəyə verib - AY MAŞALLAH...
Bu gün, 11:56
Elgiz Əkbərin ailəsinə ağır itki üz verib
Bu gün, 11:49
QDTİB AZAL ilə müqavilə imzalayıb
Bu gün, 11:46
16 ildir Qəbələni... BAŞ(ÇI)SIZ QOYUB... - NARAZILIQ VAR...
Bu gün, 11:39
Qalmaqallı sabiq məmur məhkəmə qarşısına çıxır - TƏFƏRRÜAT
Bu gün, 11:17
Paşinyanın partiyasında vəzifə bölgüsü başladı: Spiker “Türkiyənin adamı” olacaq? - “Hraparak”
Bu gün, 11:14
Hafiz Paşayevdən nazirə: -HƏRDƏN BAŞA DÜŞMÜRƏM NƏ DEYİRSİNİZ /VİDEO
Bu gün, 11:05
Bakıya gələcək amerikalı səfirlə bağlı İLGİNC detal - ŞƏRH
Bu gün, 11:01
Media niyə süni intellektə üz tutur? - AKTUAL
Bu gün, 10:59
"BakıKart"ın satış qiyməti ARTDI
Bu gün, 10:53
Naxçıvan təhsilində ŞIDIRĞI ALVER GEDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:47
Ukrayna Penzada hərbi müəssisəyə dron zərbəsi endirib, güclü yanğın baş verib - “UNIAN“
Bu gün, 10:40
Gəncə Dövlət Universitetində NƏ İŞLƏR ÇEVRİLİR?.. - İTTİHAM VAR...
Bu gün, 10:31
Abşeronda 38 yaşlı bacısı qızını öldürən şəxsin işi ALİ MƏHKƏMƏDƏ
Bu gün, 10:25
Dəniz və Liman Agentliyinin tenderi ləğv edilib - SƏBƏB
Bu gün, 10:22
Kremlin İrəvana sərt ultimatumu - GƏLİŞMƏ
Bu gün, 10:14
Paşinyandan komandasını heyrətə gətirən həmlə – seçkilərdən dərhal sonra…
Bu gün, 10:13
ABŞ-nin Qafqazda “səfirsiz diplomatiya”sı - Görünəni odur ki...
Bu gün, 10:06
“TikTok”da saxta qadın profili açıb kişiləri şantaj etdi, aldığı pulları mərc oyunlarında uduzdu - TƏFƏRRÜAT
Bu gün, 10:04
Rusiya Ermənistanın uzaqlaşmaq istədiyi platformaya yeni üzvlər cəlb etməkdə maraqlıdır - Azərbaycan isə...
Bu gün, 09:59
Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılıb - DİQQƏT!
Bu gün, 09:53
Mingəçevirdə YENİ İXTİSAR DALĞASI başlayır - Bu gündən etibarən...
Bu gün, 09:44
"Əl çəkin, mən müsəlman deyiləm!.."
Bu gün, 09:36
Bakcell ilə Bakıda unudulmaz UFC həyəcanı yaşandı
Bu gün, 08:16
Şəkidə QOÇULUQ edən məmur kimdir? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:04
100 minlik evlərin 50 manatlıq sığortası: Niyə ödənilmir? - AKTUAL
Bu gün, 07:57
"Ağacdan düşmək istəyəndə gördüm ki, qonşu aşağıda məni gözləyir..."
Bu gün, 07:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru