Şəhla müəllim hadisədən sonra ilk dəfə .....                     AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır .....                     Ermənistan XİN Qaluzinin Rusiyanın TRIPP-də iştirakı ilə bağlı fikirlərinə münasibət bildirib .....                     Azərbaycanda bu gündən qüvvəyə minən dəyişikliklər .....                     “Yuska Şamxorski”nin həbsinin pərdəarxası .....                     Sabah 25 ilin qanlı sirri çözülə bilər .....                     Ermənilərdən yeni HEYRƏTAMİZ uydurma .....                     “Mərkəzi televiziyanın sədri atamla dost idi, amma mənə efir qadağası qoyulmuşdu” .....                     Siqaret qaçaqmalçılığı üzrə daha bir məhkəmə başlayıb .....                     Cənab nazir qərəzli şəkildə məni doğma teatrıma BƏRPA ETMİR! .....                     Nizami Tibb Mərkəzində qalmaqal: İşçi döyüldüyünü iddia etdi .....                     "İdrak" liseyində şagird müəllimi ona irad bildirdiyi üçün güllələyib .....                     "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və digərlərinə .....                     AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başlayıb .....                     Qəbələdə icra hakimiyyəti yeniyetmələri istismar edir .....                     BP BTC-nin operatorluğunu ötürür .....                     ƏƏSMN şöbə müdirinə ağır ittihamlar: “İntihar həddinə çatdırıb” .....                     Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub .....                     "Başı gedib, amma sənətdən getmir..." .....                     İrəvanda Rusiya vətəndaşını döydülər .....                     Lukaşenko bir tərəfdən Kremlin təzyiqi alıtndadır, digər tərəfdən Kiyevdən xəbərdarlıq mesajları alır... .....                     Nazir Anar Seyidməmmədovu ehtiyata buraxdı .....                     Ukrayna Krımdakı hərbi aerodroma zərbə endirib .....                     Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat .....                     Rəsulzadənin irsi və Heyətin memarlığı: .....                     Nazir oğlu ilə əlaqəli şirkət 2 universitetə 1 milyon manatlıq ofis icarəyə verib .....                     Elgiz Əkbərin ailəsinə ağır itki üz verib .....                     QDTİB AZAL ilə müqavilə imzalayıb .....                     16 ildir Qəbələni... BAŞ(ÇI)SIZ QOYUB... .....                     Qalmaqallı sabiq məmur məhkəmə qarşısına çıxır .....                     Paşinyanın partiyasında vəzifə bölgüsü başladı: Spiker “Türkiyənin adamı” olacaq? .....                     Hafiz Paşayevdən nazirə: .....                     Bakıya gələcək amerikalı səfirlə bağlı İLGİNC detal .....                     Media niyə süni intellektə üz tutur? .....                     "BakıKart"ın satış qiyməti .....                     Naxçıvan təhsilində ŞIDIRĞI ALVER GEDİR... .....                     Ukrayna Penzada hərbi müəssisəyə dron zərbəsi endirib, güclü yanğın baş verib .....                     Gəncə Dövlət Universitetində NƏ İŞLƏR ÇEVRİLİR?.. .....                     Abşeronda 38 yaşlı bacısı qızını öldürən şəxsin işi .....                     Dəniz və Liman Agentliyinin tenderi ləğv edilib .....                 

“Vitse-prezidentlər təyin olunandan sonra hakimiyyətin nüvə mərkəzi dəyişəcək”
Tarix: 10-10-2016, 08:07 | Çap et
“Vitse-prezidentlər təyin olunandan sonra hakimiyyətin nüvə mərkəzi dəyişəcək”
ABŞ və Rusiyanın münasibətlərindəki soyuqluq artıq növbəti gərgin fazaya daxil olub. Bu iki güc mərkəzi arasındakı savaş ritorikasının gündən-günə artması dünyanın təhlükəsizliyini təhdid etməkdədir. Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Orucla ölkə gündəmindəki aktul məsələləri dəyərləndirərkən əvvəlcə bu mövzudan başladıq.

- Zahid bəy, Vaşinqton və Moskva arasındakı gərginlik Azərbaycana nələr vəd edir? Hər iki ölkənin maraq dairəsində olan ölkəmiz bu qarşıdurmadan uduşla çıxa bilər, yoxsa “soyuq müharibə” bizə də arzuolunmaz perspektiv vəd edir?

- Yaxın Şərqin və Qafqazın strateji mənada əhəmiyyəti bir-birinə bağlıdır. Böyük neft ehtiyatları, Orta Asiyaya gedən yollar, tranzit marşrutları və əlverişli coğrafi yüksəkliklər uğrunda mübarizələr və İran faktoru bizim regionda təhlükəsizliyi hər zaman kövrək edir. Ona görə də Moskva son illər ərzində siyasətində xeyli dəyişiklik edib. Əslində Azərbaycana gətirilən milyardlarla dollar dəyərində rus silahları Qərbi bu məkandan sıxışdırıb çıxarmağa yönəlib. Putinin öz sələflərindən bir fərqi də ondadır ki, hazırkı Rusiya başçısı yalnız Ermənistan hesabına Şimali Qafqazda sabitlik əldə edə biləcəyinə, “Cənub cinahı” adlandırdığı İrəvan vasitəsilə Qərbin bölgəyə yönələn hərbi təhlükəsinin qarşısını alacağına inanmadığından Azərbaycan siyasi elitası, parlament qrupları və silahlı qüvvələri ilə işləməyə başladı. Qərar hər iki tərəfdən qəbul olunduğundan proses işlədi və indi Moskva-Bakı arasında ittifaq yarandıqca Azərbaycan Qərb qarşısında daha müstəqil və inamlı görünür. Apreldəki “4 günlük müharibə”yə Avropadan və Ağ Evdən gələn reaksiyalar onu göstərdi ki, Qarabağda Azərbaycan əsgərinin bir metr irəliləməsi ermənilərdən daha çox anti-Rusiya dairələrini narahat edir.

- Sizcə, niyə?

- Ona görə ki, Qərb regionda yalnız bir halda möhkəmlənə bilir - Azərbaycan xalqı ruslara nifrət etsin. Uzun on illər bizim tarixi yaşantılarımız üzərindən şimal qonşumuza qarşı haqlı fobiya, şübhə və bir sıra hallarda düşmənçilik hisslərimizi körükləyənlərin hansı qitələrdə oturduğunu indi daha yaxşı başa düşmək olur.

- Prezident İlham Əliyev Nazirlər Kabinetinin son toplantısında bir sıra mühüm tapşırıqlar verdi və hökumət üzvlərinin böyük əksəriyyəti iclas boyu qeydlər aparırdılar. Necə bilirsiniz, bu tapşırıqlar elə yazılan qeyd dəftərçələrində qalmayacaq ki?

- Hökumətin postneft dövrünün sınağına necə tab gətirdiyini görmək üçün həmin müşavirədən təkcə bir detalı xüsusi qabartmaq istəyirəm - Azərbaycan prezidenti dövlətin xaricdən mal və məhsulların alınmasını dayandırmaq qərarını əsaslandırarkən bir anlıq düşünürsən ki, bütün nazirlik və komitələr çoxmilyonluq əməliyyatları yerli qurumlarla necə aparacaqlar. Axı, xaricə gedən külli miqdarda vəsaitin üzərində dövlət nəzarətini həyata keçirmək o qədər də asan deyil. Ona görə də prezident faktiki olaraq, hökumətin qeyri-çevikliyini tənqid etdi, bürokratizmin vaxt və pul itkisinə səbəb olduğunu dilə gətirdi və beləliklə, aparılacaq genişmiqyaslı islahatların kadr dəyişiliklərindən keçəcəyi ehtimallarını gücləndirdi. Neft dövrünün məmuru olmaqla münbit və ya şoran torpaqları dirçəldib onu ölkəsinin sərvətinə çevirməyi bacaran, sənaye inqilabı edib Azərbaycanda son məhsul istehsal etməyi bacaran, beynəlxalq bazarlara çıxmağa qadir olan, menecmentlik qabiliyyəti ilə ölkəsinin coğrafi və təbiət üstünlüyünü iqtisadi inkişaf amilinə çevirən xüsusiyyətlər tamam ayrı məziyytələrdir. Hər halda tarixi təcrübə öz sözünü deyir - 90-ci illərdə sabitləşdirmə dövrünün komanda üzvlərinin bir çoxu indi siyasi elitamızın sıralarından təbii qaydada kənarlaşıblar. Prezident elan etdiyi yeni kursun hədəflərinə çatmaq üçün bütün siyasi, iqtisadi və kadr yeniləşməsinə gedəcəyinin iradəsini müşavirədə ortaya qoydu.

- Ancaq hələ ki, köhnə tərkibdən ortaya çıxıb “məni bağışlayın, cənab prezident, işimin öhdəsindən gələ bilmirəm, xahiş edirəm istefamı qəbul edin” deyən yoxdur. Hökumətin tərkibinə və mövcud iqtisadi duruma diqqət yetirəndə hansı qənaətə gəlirsiniz, bu komandanın əsaslı şəkildə yenilənməsinə zərurət varmı, yoxsa elə köhnə tərkiblə də “Yol xəritə”sində əskini tapan qərarları icra etmək mümkündür?

- Vitse-prezidentlər təyin olunandan sonra hakimiyyətin nüvə mərkəzi dəyişəcək və siz onda hətta könüllü istefaya getməyən şəxslərin artıq ictimai inkişafın qanunauyğunluqları ilə hesablaşmağa vadar olduqlarını görəcəksiniz. İdarəetmə islahatları zaman keçmişdə hakimiyyət içində xüsusi güc sahibinə çevrilmiş qüvvələrin yeni dövrün şərtləri və tələbləri qarşısında əvvəlki cazibədarlıqlarını xeyli itirdiklərini görüb ən azı fərqli iş metodlarına keçdiklərinin şahidi olacaqsınız. Ola bilər sizə elə gəlir ki, güclü parlament və məhkəmə nəzarəti olmadığı halda hökumət inersiya ilə əvvəlki illərin fəaliyyət prinsiplərindən əl çəkməyəcək. Lakin İlham Əliyevin liderlik məharəti və hakimiyyətin dayanıqlığı üçün həyata keçirdiyi inqilabi islahatlar qeyd etdiyiniz mənzərəni dəyişəcək.

- Sizin parlamentdə bir sıra sahələrlə bağlı arqumentlərə əsaslanan təklifləriniz olmuşdu. Onları sistemləşdirib hökumətə təqdim etmək mümkün deyildimi?

- Əslində hökumətin xalqdan gələn təşəbbüslərə, yaxud parlamentdəki çağırışlara səs verməsi hamımızın xeyrinədir. Çünki 90-cı illərin populizmi indi arxada qalıb və Milli Məclisin keçmişdəki oynadığı məşum roldan fərqli olaraq, hər birimiz çalşırıq ki, müasir dövrdə Azərbaycan dövləti zamanın yeni sınaqlarından güclü çıxsın. Bizim bir liderimiz var, lakin mandat daşıyan hər kəsin vəzifəsi başı üstündən asdığı müqəddəs portretə və elan etdikləri siyasi əqidəyə sədaqəti onun hərəkətli və dinamik bir fəaliyyətilə bu kursa xidmət etməsindədir. Danışan adamların təhlükəsi ola bilməz, susanların bir çoxu Şekspirin məşhur tarixi sözü ilə hərəkət edirlər - harada söz yoxdursa, orda çəki var!

- İqtisadçı alim Qubad İbadoğlunun Qırğızıstan hökumətinə təqdim etdiyi təkliflər bu ölkədə islahatların həyata keçirilməsində böyük rol oynadı. Mövcud dövrdə Azərbaycan belə kadrlardan istifadə edə bilməzmi? Siz yeni komandada təmsil olunmağa layiq 5-10 namizədin adını çəkə bilərsinizmi?

- Belə insanlar yüzlərlədir. Azərbaycan son illər ərzində beynəlxalq təhsil məkanından keçən, həmçinin bölgəni yaxşı tanıyan və idarəetmə sistemində püxtələşən kadrlarla zəngindir. Bizə Ukrayna kimi legioner siyasi elita gərək deyil. Əlbəttə, ordu quruculuğunda, yaxud idərəetmə sistemində hər zaman hazır modellər, xarici məsləhətçilər və müxtəlif beynəlxalq təcrübə gərəkdir. Lakin ölkəni qurmaq üçün millətimizin potensialından düzgün yararlanmaq yetərlidir ki, Azərbaycanı güclü dövlətə çevirəsən. Bilirsizmi, mən Humanitar forumlara necə yanaşıram? Bakını yüz illərlə neft məkanı kimi tanıyanlar bizdə ideyalara və qüdrətli fikirlərlə meydan olmadığını təqdim etməyə çalışırlar. Prezident qəlibləşmiş həmin stereotipləri dağıdır, ölkənin güclü ziyalı və alim ehtiyatının oldğunu, bizim aparıcı dünya fəlsəfi, siyasi və diplomatik məkana ixrac edə biləcəyimiz irsin mövcud olduğunu hamıya nümayiş etdirir. Hər halda, bütün xalqların savadlılıq dərəcəsindən və keçdiyi tarixin içərisindən yığıb-yığışdırdığı mühüm ənənələr var və onu belə güclü informasiya axınlarında itirməyənlərdən biri də bizik. Millətimizi aşağılayan ideologiya və miflərin heç bir əsası yoxdur. Ona görə də istedadlı insanlara Heydər Əliyevin münasibəti hər bir rəhbər, hökmdar, məmur və nəhayət, insan üçün nümunə olmalıdır. Güclü liderlər zəif adamlarla işləmir.

- Yeri gəlmişkən, vəzifə təklifi gəlsə, ölkənin iqtisadi inkişafına töhfə vermək üçün qəbul edərsinizmi? Sizin çox gözəl təşəbbüsləriniz, dəyərli təklifləriniz olub. Ortaya çıxıb “mənə filan sahə üzrə səlahiyyət verin, bu sahəni 1-2 ilə yüksək səviyyəyə qaldırım” deyə bilərsinizmi?

- Vəzifəyə can atanda insan bir çox məziyyətlərini itirir. Başlıcası, düşüncələrdə özünə yer etməkdir. Fikir sahibi olan hər kəsin hazırkı meydanda fəal rol oynamasını istəyən bir insan kimi istəyim odur ki, Azərbaycan ədalətin, imanın, mürüvvətin və qarşılıqlı hörmətin hökmranlıq etdiyi bir məmləkətə çevrilsin. Elşad bəy, təəssüf doğuran hal odur ki, bütün nailiyyətlərimizə uyğun olmayan ictimai bir bəlanı hamımız müşahidə edirik - qarşılıqlı aqresiya sanki artıb. Dəyər vermək, stimullaşdırmaq, motivasiya etmək və digər mühüm keyfiyyətlərin əvəzində bəzən heç bir özəl elmi, intellektual üstünlüyü olmayanların başqalarına çamur atdıqlarını görürük. Axı qrupda əlaçı tələbələri sıradan çıxaranda rəqabət aparılacaq etalonları da ortadan götürmüş olursan. Ona görə bütün qrup savaşları, mənafe toqquşmaları və digər qovğaları aparanlar bilməlidir ki, prezident və xalqın istəkləri tamam başqadır. Millətimizin kiminsə şəcərəsini, regionunu və sosial mənşəyini araşdıran dövrü arxada qalıb. Bircə misal deyəcəm: Gürcüstan 2008-ci ildə 5 günlük müharibədə böyük itkilərə məruz qaldı, lakin o ölkənin yeni nəsli dünyada bir dövlət kimi yaşamağa haqqı olan xalqı ən uzaq qitədə yaşayanlara belə təqdim edə bildi. Buna görə də heç bir yüksək vəzifədə təmsilçilik uğrunda vuruşmamışam, yetər ki, irəlidə gedənlər, sovet təbiri ilə desək, avanqard olsunlar.

- Bu günlərdə ən çox danışılan mövzular bunlardır: bank soyğunçuluğu, bahalıq, inflyasiya... Lakin bu vəziyyətə görə kimsə cəzalandırılmır, orta statistik azərbaycanlıdan başqa. Bu, normaldırmı? Niyə məsuliyyət daşıyanların heç biri ortaya çıxmağa cürət etmədi? Bəlkə də bununla həmin şəxslər prezidentə sədaqətli olduqlarını, ölkə başçısının islahatlarla bağlı qərarına yaratdıqları problemlərə görə günahlarını heç olmasa istefaları ilə “yuduqlarını” nümayiş etdirərdilər, elə deyilmi?

- Bank sistemində hazırda yaşananlar iqtisadiyyatımızın əsəb tellərinə güclü təsir göstərdiyindən günah axtarışı təbiidir. Lakin nefti 160 ildir çıxaran bir xalq üçün çörəyimizi batırıb yediyimiz əsas yavanlıq məhz torpağın sıxılmış şirəsi olub. Uzun on illər bunun nəticəsində qeyri-real iqtisadi konyunkturada kreditlər, invesitisiya qoyuluşlarının sahə quruluşu hazırki çağın durumu meydana gətirib. İndi dövlətin vəzifəsi biznes strukruları, cəmiyyət və maliyyə qurumları arasında itmiş inamı bərpa etməkdir. Baxın, Gürcüstanı azərbaycanlılar və türklərin pulu ilə qururlar. Buna qarşı deyilik, lakin ölkədən çıxan valyuta bir neçə qat artıq dəyəri yaratmaq perspektivini də məhv edir. Ona görə də “dar ağacları” qurmaqdansa, sistemli yanaşmaları təqdim edib və hər gün xalqın qarşısna çıxıb yaranmış mürəkkəb problemləri həll etməliyik. Kudrinin çox sevdiyi bir söz var: müəllimin, həkimin və polisin maaşını həmişə qaldırmaq lazımdır, çünki onlar produktiv qüvvələrdi. Yerdə qalanlar özləri yaşayacaq...
\\musavat.com\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şəhla müəllim hadisədən sonra ilk dəfə - Məhkəməyə gəldi
Bu gün, 14:57
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır - DİQQƏT
Bu gün, 14:50
Ermənistan XİN Qaluzinin Rusiyanın TRIPP-də iştirakı ilə bağlı fikirlərinə münasibət bildirib - “Newsarmenia”
Bu gün, 14:43
Azərbaycanda bu gündən qüvvəyə minən dəyişikliklər - Kimləri nə gözləyir?
Bu gün, 14:23
“Yuska Şamxorski”nin həbsinin pərdəarxası – yeni detallar
Bu gün, 14:17
Sabah 25 ilin qanlı sirri çözülə bilər – “Dəyirman Vahid”in işində məhkəməni kim gözlədir?
Bu gün, 14:10
Ermənilərdən yeni HEYRƏTAMİZ uydurma – Bakıdan ŞİLLƏ kimi CAVAB
Bu gün, 13:16
“Mərkəzi televiziyanın sədri atamla dost idi, amma mənə efir qadağası qoyulmuşdu”
Bu gün, 13:12
Siqaret qaçaqmalçılığı üzrə daha bir məhkəmə başlayıb
Bu gün, 13:09
Cənab nazir qərəzli şəkildə məni doğma teatrıma BƏRPA ETMİR! - Mehriban Xanlarova vəsiyyətini AÇIQLADI
Bu gün, 13:02
Nizami Tibb Mərkəzində qalmaqal: İşçi döyüldüyünü iddia etdi - VİDEO
Bu gün, 12:56
"İdrak" liseyində şagird müəllimi ona irad bildirdiyi üçün güllələyib - İTTİHAM
Bu gün, 12:53
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və digərlərinə CƏZA İSTƏNİLİB
Bu gün, 12:47
AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başlayıb - DİQQƏT!
Bu gün, 12:43
Qəbələdə icra hakimiyyəti yeniyetmələri istismar edir - Fotolar
Bu gün, 12:38
BP BTC-nin operatorluğunu ötürür "SOCAR Midstream Operations" MMC-yə...
Bu gün, 12:33
ƏƏSMN şöbə müdirinə ağır ittihamlar: “İntihar həddinə çatdırıb” - TƏFƏRRÜAT
Bu gün, 12:28
Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub - ƏMR
Bu gün, 12:19
"Başı gedib, amma sənətdən getmir..." – Nadir Qafarzadə
Bu gün, 12:15
İrəvanda Rusiya vətəndaşını döydülər - TƏFƏRRÜAT
Bu gün, 12:14
Lukaşenko bir tərəfdən Kremlin təzyiqi alıtndadır, digər tərəfdən Kiyevdən xəbərdarlıq mesajları alır... - ONA GÖRƏ DƏ...
Bu gün, 12:11
Nazir Anar Seyidməmmədovu ehtiyata buraxdı - FOTO
Bu gün, 12:08
Ukrayna Krımdakı hərbi aerodroma zərbə endirib
Bu gün, 12:05
Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 12:02
Rəsulzadənin irsi və Heyətin memarlığı: - masonluq Azərbaycanda necə canlanır?
Bu gün, 11:59
Nazir oğlu ilə əlaqəli şirkət 2 universitetə 1 milyon manatlıq ofis icarəyə verib - AY MAŞALLAH...
Bu gün, 11:56
Elgiz Əkbərin ailəsinə ağır itki üz verib
Bu gün, 11:49
QDTİB AZAL ilə müqavilə imzalayıb
Bu gün, 11:46
16 ildir Qəbələni... BAŞ(ÇI)SIZ QOYUB... - NARAZILIQ VAR...
Bu gün, 11:39
Qalmaqallı sabiq məmur məhkəmə qarşısına çıxır - TƏFƏRRÜAT
Bu gün, 11:17
Paşinyanın partiyasında vəzifə bölgüsü başladı: Spiker “Türkiyənin adamı” olacaq? - “Hraparak”
Bu gün, 11:14
Hafiz Paşayevdən nazirə: -HƏRDƏN BAŞA DÜŞMÜRƏM NƏ DEYİRSİNİZ /VİDEO
Bu gün, 11:05
Bakıya gələcək amerikalı səfirlə bağlı İLGİNC detal - ŞƏRH
Bu gün, 11:01
Media niyə süni intellektə üz tutur? - AKTUAL
Bu gün, 10:59
"BakıKart"ın satış qiyməti ARTDI
Bu gün, 10:53
Naxçıvan təhsilində ŞIDIRĞI ALVER GEDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:47
Ukrayna Penzada hərbi müəssisəyə dron zərbəsi endirib, güclü yanğın baş verib - “UNIAN“
Bu gün, 10:40
Gəncə Dövlət Universitetində NƏ İŞLƏR ÇEVRİLİR?.. - İTTİHAM VAR...
Bu gün, 10:31
Abşeronda 38 yaşlı bacısı qızını öldürən şəxsin işi ALİ MƏHKƏMƏDƏ
Bu gün, 10:25
Dəniz və Liman Agentliyinin tenderi ləğv edilib - SƏBƏB
Bu gün, 10:22
Kremlin İrəvana sərt ultimatumu - GƏLİŞMƏ
Bu gün, 10:14
Paşinyandan komandasını heyrətə gətirən həmlə – seçkilərdən dərhal sonra…
Bu gün, 10:13
ABŞ-nin Qafqazda “səfirsiz diplomatiya”sı - Görünəni odur ki...
Bu gün, 10:06
“TikTok”da saxta qadın profili açıb kişiləri şantaj etdi, aldığı pulları mərc oyunlarında uduzdu - TƏFƏRRÜAT
Bu gün, 10:04
Rusiya Ermənistanın uzaqlaşmaq istədiyi platformaya yeni üzvlər cəlb etməkdə maraqlıdır - Azərbaycan isə...
Bu gün, 09:59
Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılıb - DİQQƏT!
Bu gün, 09:53
Mingəçevirdə YENİ İXTİSAR DALĞASI başlayır - Bu gündən etibarən...
Bu gün, 09:44
"Əl çəkin, mən müsəlman deyiləm!.."
Bu gün, 09:36
Bakcell ilə Bakıda unudulmaz UFC həyəcanı yaşandı
Bu gün, 08:16
Şəkidə QOÇULUQ edən məmur kimdir? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru