Yanacaq qıtlığı: Rusiya bu ölkədən benzin alır .....                     "Avroviziya"dan kuryerliyə .....                     Peşə Agentliyinin sabiq direktoru şirkət rəhbəri oldu .....                     Ermənistanın Türkiyə ilə sərhəd planı: .....                     “TikTok”da 92 manatlıq jeton başına bəla oldu - 3 il 6 ay həbs .....                     “Utanıram, xəcalət çəkirəm deyim ki, mən bu filmdə çəkilmişəm” .....                     Qəbiristanlıqda oğlunun dəfn olunması məsələsinə qarışan həmkəndlisini döydü .....                     SEPAH-ın generalı avtoqəzda ölüb, yoxsa…? .....                     İcra Hakimiyyətindən Hacıbala Abutalıbovla bağlı xəbərə reaksiya: .....                     Bahadırsa, necə gedirlər: "Otellərdə boş yer olmur" .....                     Putinin yeni “rəqibi” peyda oldu: saatlar əleyhinə işləyir .....                     Erməni və türk iş adamları Vanda görüşdülər .....                     “YouTube”da ən çox hansı TV kanalları izlənilir? .....                     “Q-STP” MMC-yə yeni Baş direktor təyin olunub .....                     Keçmiş Bakı meri haqda ilginc iddialar... .....                     Maskın sərvəti 174 ölkənin ÜDM-indən çoxdur .....                     “Aktiv Enerji”də milyonluq yeyinti .....                     Hüquqi separatizm: Muxtar status, yoxsa FETÖ-vari "paralel yapı"? .....                     İranla danışıqlar yaxşı gedir .....                     Simonyan Peskovla 12 il əvvəl yaşadığı hadisəni xatırladı: "Gecə Çin küçələrində... " .....                     Azərbaycanda vəzifəli şəxs .....                     “Əri bıçaqla onun başının üstündə dayanmışdı” .....                     Rusiya mediası Bakıya yolüstündə olan Lyayeni desant adlandırdı .....                     Səhiyyə Nazirliyi günvurma təhlükəsi ilə bağlı əhaliyə müraciət edib .....                     Azərbaycan təhsilində “heyvagülü” siyasəti .....                     Qəbiristanlıqda oğlunun dəfn olunması məsələsinə qarışan həmkəndlisini döydü .....                     Şəhla müəllim hadisədən sonra ilk dəfə .....                     AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır .....                     Ermənistan XİN Qaluzinin Rusiyanın TRIPP-də iştirakı ilə bağlı fikirlərinə münasibət bildirib .....                     Azərbaycanda bu gündən qüvvəyə minən dəyişikliklər .....                     “Yuska Şamxorski”nin həbsinin pərdəarxası .....                     Sabah 25 ilin qanlı sirri çözülə bilər .....                     Ermənilərdən yeni HEYRƏTAMİZ uydurma .....                     “Mərkəzi televiziyanın sədri atamla dost idi, amma mənə efir qadağası qoyulmuşdu” .....                     Siqaret qaçaqmalçılığı üzrə daha bir məhkəmə başlayıb .....                     Cənab nazir qərəzli şəkildə məni doğma teatrıma BƏRPA ETMİR! .....                     Nizami Tibb Mərkəzində qalmaqal: İşçi döyüldüyünü iddia etdi .....                     "İdrak" liseyində şagird müəllimi ona irad bildirdiyi üçün güllələyib .....                     "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və digərlərinə .....                     AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başlayıb .....                 

Türkiyə iqtidarı Azərbaycan müxalifətini siyahıdan silib?
Tarix: 5-09-2016, 09:14 | Çap et
Türkiyə iqtidarı Azərbaycan müxalifətini siyahıdan silib?
Sentyabrın 1-də Türkiyənin Bakıdakı səfirliyində Zəfər bayramı münasibət ilə keçirilən bayram mərasimində ölkə ictimaiyyətinin nümayəndələri, hökumət rəsmiləri, media təmsilçiləri iştirak etsələr də, Azərbaycan müxalifətindən heç kimin orada olmaması diqqətlərdən yayınmayıb. Qardaş ölkənin səfirliyi buna qədər əlamətdar günlərdə Azərbaycan müxalifətinin liderlərinə də dəvət göndərirdi və həmin şəxslər mərasimlərdə iştirak edirdilər.

Bu dəfə isə bəlli olub ki, heç bir müxalifət partiyasına dəvət göndərilməyib.

Bəs, bu hadisə Türkiyə iqtidarının Azərbaycan müxalifəti ilə münasibətləri kəsməsi sayıla bilərmi? Müxalifət partiyalarının rəhbərləri dəvət edilməməklərini necə qiymətləndirirlər?
AXP sədri Pənah Hüseyn bildirdi ki, bayram tədbirinin sahibinin öz işidir kimi dəvə etmək və etməmək: “Ona görə də mən bu məsələyə xüsusi münasibət bildirmək istəmirəm”.

KXCP sədri Mirmahmud Mirəlioğlu bildirdi ki, artıq bir neçə ildir Türkiyə səfirliyi KXCP-ni bu kimi tədbirlərə dəvət etmir. Ona görə də Zəfər bayramına dəvət edilməməkdən də təəccüblənməyib: “Türkiyənin bu tədbirə qədərki, sonuncu böyük elçisi burada fəaliyyətə başlayandan sonra şəxsən bizə heç bir bayram mərasimlərinə dəvət gəlməyib. Hətta Türkiyədə baş verənlərlə bağlı bizim açıqlamalarımıza belə etinasız yanaşılıb. Türkiyə ilə bağlı bizdən başqa heç kimin etmədiyi tədbirlər haqqında məlumat vermişik, buna da etinasız yanaşılıb. Ona görə də mənim maraq dairəmdə deyil ki, Zəfər bayramına kimi dəvət edib, kimi dəvət etməyib. Kimi dəvət etmələri onların öz daxili işləridir”.

AzDP sədri Sülhəddin Əkbər isə bildirdi ki, bu hadisənin səbəbləri var: “Azərbaycan və Türkiyə hökumətləri arasında müəyyən danışıqlar gedir. Azərbaycanın daxili işlər naziri ötən həftə Türkiyədə səfərdə oldu. Digər tərəfdən Türkiyə hökuməti Azərbaycandakı səfirini dəyişib. Azərbaycan hakimiyyəti müxalifət qüvvələrinə qarşı son vaxtlar yeni həbslər həyata keçirir. Dəqiqləşdirməyə ehtiyac var ki, müxalifətin dəvət edilməməsi yeni gələsi səfirin davranışıdırmı, o Ankaradan belə təlimat alıbmı, yoxsa Azərbaycan hakimiyyətinin Türkiyə hakimiyyəti ilə apardığı danışıqların nəticəsidir. Yəni Azərbaycan hakimiyyətinin fürsətdən istifadə edib Azərbaycan müxalifəti ilə Türkiyə hakimiyyəti arasında əlaqələri kəsmək cəhdidir? Bunu dəqiqləşdirmək lazımdır. Bu, müvəqqəti tətbiq olunmuş təlimat da ola bilər. Türkiyədə fövqəladə hal hökm sürür. Ola bilsin ki, buna uyğun davranış sərgilənib”

Ümid Partiyasının sədri İqbal Ağazadə bildirdi ki, Azərbaycan müxalifətinin içində də Gülən hərəkatı ilə əlaqəli qrupun olduğu iddia edilir. Belə bir vəziyyətdə Türkiyə səfirliyi dilemma qarşısında qalıb müxalifəti parçalamaq istəməyib. Ona görə də heç kimə dəvət göndərməməyin məqbul yol olduğunu düşünüblər: “Biz bu addımdan inciməmişik. MHP başqanı Dövlət Baxçalının baş nazirin müavini olduğu dövr xaric, Türkiyə iqtidarı Azərbaycan müxalifəti ilə əlaqə saxlamayıb, əməkdaşlıq etməyib. Türkiyə iqtidarı üçün öncə Azərbaycan maraqlıdır. Azərbaycan maraqları baxımından isə təəssüf ki, onlar yalnız iqtidarla əməkdaşlığı düzgün taktika sayır. Bu taktika indi də davam edir. Hesab edirəm ki, doğru taktika deyil. İqtidarla yanaşı müxalifətlə də əməkdaşlıq etmək daha uğurlu taktika ola bilər”.

VİP sədri Əli Əliyev bildirdi ki, Türkiyənin Azərbaycan nümayəndəliyi ölkədaxili siyasi proseslərə ehtiyatla yanaşır. Bundan əvvəlki səfir də müxalifətdən məsafələnməyi çox vacib davranış tövrü kimi nümayiş etdirirdi. Lakin görüntü xatirinə də olsa, müəyyən siyasi təşkilatları rəsmi protokollarda saxlayırdı: “Yeni səfir Azərbaycana Türkiyədəki çevriliş cəhdindən sonra təyinat alıb. FETÖ-çülərə qarşı Azərbaycan hökumətinin də hərəkətlərinin şahidi olduq. Təbii ki, bunun qarşılığında AKP hökuməti də rəsmi Bakının ”sarı simi"nə həssas yanaşmalıdır, yanaşır da. Hakimiyyətimizin fobiyası müxalifətdəndir. Bu zərif nöqtəni də Bakıya gələn səfirlər də, diplomatlar da, rəsmilər də uzun illərdir gözləyirlər. Qəbulda müxalifətin görünməməsi də belə qarşılıqlı davranışların təzahürüdür. Məhəlli baxımdan Türkiyənin davranışı düz olsa da, strateji mənada yanlışdır. Türkiyəyə güclü Azərbaycan lazımdır. Siyasi müxalifətsiz və güclü siyasi sistemsiz güclü Azərbaycan ola bilməz. Bunu Ərdoğan bilməmiş deyil. İnanıram ki, vaxtı yetişdikdə bu ziyanlı davranış dəyişəcək. Ona görə Türkiyə səfirliyinin protokoluna və münasibətinə müvəqqəti yanaşılmalıdır".

Qeyd edək ki, sonuncu Zəfər bayramına qəzetimizdən iki təmsilçi dəvət edilmişdi. Onlar müxbirimizə deyiblər ki, Bakıdakı bayram tədbiri gecikməli olub: “Bakıda tərtiblənən bayram törəni vaxtından iki gün sonra baş tutub. Bu da Türkiyədəki hadisələrlə bağlıdır. Eyni zamanda, Azərbaycana yeni təyin olunan səfir hələ Bakıya gəlməyib. İndiki səfir də həmin günlərdə Bakıda yox idi. Görünür, bu cür qeyri-müəyyənlik dəvət siyahılarına da təsir edib. Bakıdakı Türkiyə səfirliyi bizim doğma evimizdi. Orada Azərbaycandan kimlərin dəvət olunub-olunmamasının önəmi azdır. Əsas olan Türkiyənin mövcud durumdan az itki ilə çıxması, daha da güclənməsi və problemlərdən arınmasıdır. Biz Türkiyəyə müxalifət-iqtidar düşərgəsindən baxmamalıyıq. Biz Türkiyəni şərtsiz, iqtidarların və səfirliklərin keçici münasibətlərindən asılı olmadan sevməliyik və sevirik”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yanacaq qıtlığı: Rusiya bu ölkədən benzin alır
Bu gün, 18:12
"Avroviziya"dan kuryerliyə - Fərid Məmmədovun sonrakı həyatı
Bu gün, 17:46
Peşə Agentliyinin sabiq direktoru şirkət rəhbəri oldu - BUNDAN SONRA...
Bu gün, 17:45
Ermənistanın Türkiyə ilə sərhəd planı: - Görün ilk kimlər keçəcək
Bu gün, 17:43
“TikTok”da 92 manatlıq jeton başına bəla oldu - 3 il 6 ay həbs - 3 il 6 ay həbs
Bu gün, 17:41
“Utanıram, xəcalət çəkirəm deyim ki, mən bu filmdə çəkilmişəm” - aktrisadan ETİRAF
Bu gün, 17:38
Qəbiristanlıqda oğlunun dəfn olunması məsələsinə qarışan həmkəndlisini döydü – MƏHKƏMƏ
Bu gün, 17:36
SEPAH-ın generalı avtoqəzda ölüb, yoxsa…?
Bu gün, 17:34
İcra Hakimiyyətindən Hacıbala Abutalıbovla bağlı xəbərə reaksiya: - Bu şayiəni kim yayıb?
Bu gün, 17:30
Bahadırsa, necə gedirlər: "Otellərdə boş yer olmur" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:28
Putinin yeni “rəqibi” peyda oldu: saatlar əleyhinə işləyir – Dəhşətli ssenari
Bu gün, 17:25
Erməni və türk iş adamları Vanda görüşdülər
Bu gün, 17:23
“YouTube”da ən çox hansı TV kanalları izlənilir? - SİYAHI
Bu gün, 17:22
“Q-STP” MMC-yə yeni Baş direktor təyin olunub - BUNDAN SONRA...
Bu gün, 17:20
Keçmiş Bakı meri haqda ilginc iddialar... - SƏN DEMƏ...
Bu gün, 17:17
Maskın sərvəti 174 ölkənin ÜDM-indən çoxdur - SİYAHI
Bu gün, 17:14
“Aktiv Enerji”də milyonluq yeyinti - Həbs edilənlər var
Bu gün, 17:09
Hüquqi separatizm: Muxtar status, yoxsa FETÖ-vari "paralel yapı"? - İLGİNC
Bu gün, 17:02
İranla danışıqlar yaxşı gedir - Tramp
Bu gün, 16:58
Simonyan Peskovla 12 il əvvəl yaşadığı hadisəni xatırladı: "Gecə Çin küçələrində... "
Bu gün, 15:45
Azərbaycanda vəzifəli şəxs İSTEFA VERDİ
Bu gün, 15:44
“Əri bıçaqla onun başının üstündə dayanmışdı” – Şahid DANIŞIR
Bu gün, 15:41
Rusiya mediası Bakıya yolüstündə olan Lyayeni desant adlandırdı - “Nezavisimaya qazeta”
Bu gün, 15:33
Səhiyyə Nazirliyi günvurma təhlükəsi ilə bağlı əhaliyə müraciət edib
Bu gün, 15:31
Azərbaycan təhsilində “heyvagülü” siyasəti - MALƏSƏF...
Bu gün, 15:09
Qəbiristanlıqda oğlunun dəfn olunması məsələsinə qarışan həmkəndlisini döydü – MƏHKƏMƏ
Bu gün, 15:05
Şəhla müəllim hadisədən sonra ilk dəfə - Məhkəməyə gəldi
Bu gün, 14:57
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır - DİQQƏT
Bu gün, 14:50
Ermənistan XİN Qaluzinin Rusiyanın TRIPP-də iştirakı ilə bağlı fikirlərinə münasibət bildirib - “Newsarmenia”
Bu gün, 14:43
Azərbaycanda bu gündən qüvvəyə minən dəyişikliklər - Kimləri nə gözləyir?
Bu gün, 14:23
“Yuska Şamxorski”nin həbsinin pərdəarxası – yeni detallar
Bu gün, 14:17
Sabah 25 ilin qanlı sirri çözülə bilər – “Dəyirman Vahid”in işində məhkəməni kim gözlədir?
Bu gün, 14:10
Ermənilərdən yeni HEYRƏTAMİZ uydurma – Bakıdan ŞİLLƏ kimi CAVAB
Bu gün, 13:16
“Mərkəzi televiziyanın sədri atamla dost idi, amma mənə efir qadağası qoyulmuşdu”
Bu gün, 13:12
Siqaret qaçaqmalçılığı üzrə daha bir məhkəmə başlayıb
Bu gün, 13:09
Cənab nazir qərəzli şəkildə məni doğma teatrıma BƏRPA ETMİR! - Mehriban Xanlarova vəsiyyətini AÇIQLADI
Bu gün, 13:02
Nizami Tibb Mərkəzində qalmaqal: İşçi döyüldüyünü iddia etdi - VİDEO
Bu gün, 12:56
"İdrak" liseyində şagird müəllimi ona irad bildirdiyi üçün güllələyib - İTTİHAM
Bu gün, 12:53
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və digərlərinə CƏZA İSTƏNİLİB
Bu gün, 12:47
AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başlayıb - DİQQƏT!
Bu gün, 12:43
Qəbələdə icra hakimiyyəti yeniyetmələri istismar edir - Fotolar
Bu gün, 12:38
BP BTC-nin operatorluğunu ötürür "SOCAR Midstream Operations" MMC-yə...
Bu gün, 12:33
ƏƏSMN şöbə müdirinə ağır ittihamlar: “İntihar həddinə çatdırıb” - TƏFƏRRÜAT
Bu gün, 12:28
Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub - ƏMR
Bu gün, 12:19
"Başı gedib, amma sənətdən getmir..." – Nadir Qafarzadə
Bu gün, 12:15
İrəvanda Rusiya vətəndaşını döydülər - TƏFƏRRÜAT
Bu gün, 12:14
Lukaşenko bir tərəfdən Kremlin təzyiqi alıtndadır, digər tərəfdən Kiyevdən xəbərdarlıq mesajları alır... - ONA GÖRƏ DƏ...
Bu gün, 12:11
Nazir Anar Seyidməmmədovu ehtiyata buraxdı - FOTO
Bu gün, 12:08
Ukrayna Krımdakı hərbi aerodroma zərbə endirib
Bu gün, 12:05
Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 12:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru