VERGİ MƏCƏLLƏSİ DƏYİŞİDİRLİR
Tarix: 25-04-2012, 11:46 |
Çap et
BU MƏQSƏDLƏ MİLLİ MƏCLİS İCLASA HAZIRLAŞIR
Milli Məclisin (MM) növbəti plenar sessiyası mayın 1-də keçiriləcək.
MM-in mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun APA-ya verdiyi məlumata görə, sessiyada ümumilikdə 5 məsələ müzakirə olunacaq. Bunlar “Əhalinin sağlamlığının qorunması haqqında”, “Mühasibat uçotu haqqında” qanunlara, Mülki Prosessual Məcəlləyə və Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında qanun layihələridir. Həmçinin, “Əqli mülkiyyət haqqında hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanun layihəsi də ilk oxunuşda müzakirəyə çıxarılacaq.