SUMQAYITDA DƏHŞƏTLİ CİNAYƏT
Tarix: 23-04-2012, 10:11 |
Çap et
31 YAŞLI OĞLAN AMANSIZLIQLA ÖLDÜRÜLÜB
Azərbaycanın Sumqayıt şəhərində qətl törədilib.
Bu barədə APA-ya Sumqayıt şəhər Prokurorluğundan bildirilib.
Hadisə ötən gecə Sumqayıt şəhəri, 2-ci mikrorayon, 40/45 ünvanında qeydə alınıb. Şəhər sakini, 31 yaşlı Ramil Əliyev naməlum şəxs tərəfindən çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib.
Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin üstü açılıb. R. Əliyevi bıçaqlayaraq qətlə yetirən şəxsin onun tanışı, 1966-cı il təvəllüdlü Muxtar Nəcəfov olduğu məlum olub. Hadisəni törədən M. Nəcəfov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.