Əsas Səhifə > Hadisə > SUMQAYITDA DƏHŞƏTLİ CİNAYƏT
SUMQAYITDA DƏHŞƏTLİ CİNAYƏT23-04-2012, 10:11 |
31 YAŞLI OĞLAN AMANSIZLIQLA ÖLDÜRÜLÜB Azərbaycanın Sumqayıt şəhərində qətl törədilib. Bu barədə APA-ya Sumqayıt şəhər Prokurorluğundan bildirilib. Hadisə ötən gecə Sumqayıt şəhəri, 2-ci mikrorayon, 40/45 ünvanında qeydə alınıb. Şəhər sakini, 31 yaşlı Ramil Əliyev naməlum şəxs tərəfindən çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin üstü açılıb. R. Əliyevi bıçaqlayaraq qətlə yetirən şəxsin onun tanışı, 1966-cı il təvəllüdlü Muxtar Nəcəfov olduğu məlum olub. Hadisəni törədən M. Nəcəfov saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Geri qayıt |