Paşinyan, Moskvaya səfər və “cəsarətli oğlan” .....                     "JIMMY AUTO CO" şirkətinin dövlətə böyük miqdarda borcu var .....                     "İnandırıram sizi, o xərcin bəhrəsini də görəcəksiniz" .....                     Pensiya almadan vəfat edənlərin pulu ailəsinə qaytarılır? .....                     Ayətullah Seyid Əli Xamenei dəfn edilib .....                     Nərgiz Muxtarovaya hökm oxundu .....                     Komediyadan KRİMİNALA DOĞRU: .....                     “İrəvan Moskvadan qopa bilməz” .....                     Hər 5 nəfərdən birində xərçəng tapılacaq: .....                     Evdə olmadıqları vaxtlarda MTK əməkdaşları həyətlərə daxil olur, ağacları kəsir, hasarları dağıdır... .....                     Bakıda ər arvadını güllələyərək öldürdü .....                     Paşinyanın “demokratiya” modeli: .....                     Qraf Şulenburq və Azərbaycan Cümhuriyyəti: .....                     Şamlar sönəcək, diplomatik tostlar unudulacaq... .....                     Bakıda rusca filmlər kinoteatrları başına aldı .....                     Emin Ağalarovun təsisçi olduğu 56 şirkətin ümumi gəliri 6,7 milyard rubl olub .....                     Son 5 ildə ictimai hamamlarda xərclənən pullar 5 milyondan 8,3 milyona yüksəlib .....                     Ruslan Abdullayev müşavir təyin olundu .....                     Vətəndaşları dolandıranlara .....                     Süni intellekt üçün internet “Bakcell”dən .....                     "Gəl çıx qarşıma, Ayaz Salayev, görüm nə edəcəksən?!" .....                     Abşeronda 25 yaşlı oğlandan anasına amansız cinayət: “Hərəkətlərini xatırladım, öldürmək istədim” .....                     Sərdar Cəlaloğlu Rusiyanın Bakıda “casus yuvasını” belə tapıb .....                     Yeni həkimlərin hamısı niyə qadındır? .....                     Rəhim Qazıyevə İranda “ayətullah” rütbəsi veriləcəkmiş? .....                     AZAL sərnişin daşımalarını 5% artırıb .....                     Şirqulaminin QUYRUĞU... .....                     Naxçıvanın gələcəyi TƏHLÜKƏDƏ... .....                     İşdən çıxarılan müəllim Prezidentdən kömək istədi: .....                     SOCAR İtaliya şirkəti ilə Anlaşma Memorandumu imzalayıb .....                     Paşinyan Bayramovun açıqlamasına müsbət reaksiya verdi .....                     "Atamın aldığı oyuncaqları hələ də saxlayıram" .....                     “Çoban Bulağı” mənimdir, Mövlam Şıxəliyev əlimdən almışdı .....                     Vardanyanın arvadı Bakıya gəlməyə hazırlaşır .....                     “Rosko” məhsullarının MƏNŞƏYİ HARDANDIR? .....                     Ceyhun Cəlilov deyir ki, İŞIQLARI SÖNDÜRÜN... .....                     Paşinyan iyulun sonuna qədər məzuniyyətə çıxır .....                     "Rusiya təhdidləri NATO-nu daha da birləşdirdi" .....                     İran niyə İlham Əliyev və Ərdoğanı “şəxsən” gözləyirmiş? .....                     Böyük Britaniya Azərbaycanın “Zəngəzur” gəmisini sanksiya altından çıxarıb .....                 

ETİBAR PİRVERDİYEVİ ÇÖKDÜRÜRLƏR
Tarix: 10-04-2012, 13:38 | Çap et
ETİBAR PİRVERDİYEVİ ÇÖKDÜRÜRLƏR

“AZƏRENERJİ”DƏKİ MAXİNASİYALAR TƏFTİŞ OLUNUR

“Azərenerji” prezidenti Etibar Pirverdiyevin maxinasiyalari nəhayət ki, rəsmi şəxslər tərəfindən də etiraf edildi. Uzun müddətdir ki, mediada, ictimai qurumlarda bu məsələ müzakirə obyektinə çevrilmişdi. Amma, “Azərenerji” rəhbəri bu özbaşınalıqları adi hal kimi qəbul edir, ittihamları cavabsız qoyurdu. Amma bir neçə gün öncə Milli Məclisdə bu məsələnin qabardılması artıq faktların konkret olduğunu təsdiqlədi. Millət vəkili, tanınmış hüquqşünas Çingiz Qənizadə qurum rəhbərini korrupsiyada və mənimsəmədə suçladı. Deputat Milli Məclisdə Etibar Pirverdiyevin qanunsuz hərəkətlərini konkret faktlar əsasında açıqladı. O bildirib ki, cənab Pirverdiyevin qanunsuzluqlarına son qoyulmalı, yol verdiyi korrupsiya faktları prokurorluq orqanları tərəfindən araşdırılmalıdır.

Çingiz Qənizadə iqtisadi rayonlarda su elektrik stansiyalarının tikintisində “Azərenerji” QSC-nin bir sıra qanun pozuntusuna yol verdiyini bildirib. Onun sözlərinə görə, “Azərenerji” həmin rayonlarda bu obyektlərin tikilməsilə bağlı “Azenko” ilə müqavilə bağlayib. 2011-ci il 30 dekabra qədər həmin obyektlərin açılışı nəzərdə tutulsa da, onların üçündə cəmi 11 faiz iş gedib, qalanlar barədə isə məlumat yoxdur: “Hesab edirəm ki, dövlətin və cənab prezidentin siyasətinin bir təzahürü olardı ki, bu məsələ həll olunsaydı. Buna görə kim məsuliyyət daşımalıdır? Təəssüf ki, bu qanunsuzliqlar barədə Hesablama Palatasının qərarı elə “Azərenerji”yə göndərilib. Lakin Hesablama Palatasının prokurorluqla müqaviləsi var və həmin qərar prokurorluğa göndərilə bilərdi. Çünki burada milyonlarla manat vəsaitdən söhbət gedir. Düşünürəm ki, belə qanun pozuntuları Etibar Pirverdiyevlə “Azenko” nun əməkdaşlığının nəticəsidir ki, milyonlarla manat dövlət vəsaiti mənimsənilir”. Millət vəkili bəyan edib ki, məsələ ilə bağlı Hesablama Palatası və Baş Prokurorluğa müraciət edəcək.

“Azenko” vasitəsilə mənimsənilən milyonlar

Məsələ tam aydındır. Artıq hamı bilir ki, “Azenko” Tikinti Şirkəti birbaşa Etibar Pirverdiyevə məxsusdur. Ona görə də, “Azərenerji”nin bütün tikinti işləri bu şirkət tərəfindən həyata keçirilir. Etibar Pirverdiyev ən iri layihələrin həyata keçirilməsində tender keçirməli olduğu halda, bu prosesi demək olar ki keçirmir. Rəsmiyyətdə əlbəttə ki, “Azərenerji”tenderləri keçirdiyini deyir. Amma, bu tenderdən “Azərenerji”dən başqa heç kimin xəbəri yoxdu. Bütün tenderlər, iri layihələr “Azenko” tərəfindən birbaşa həmin şirkətə verilir və milyonlarla vəsait şirkətin büdcəsinə köçürülür. Sonrası isə məlumdur. Həmin milyonlar adı müstəqil olan bu tikinti şirkətinin balansından silinərək mənimsənilir. Artıq bununla bağlı onlarla konkret fakt mətbuatda dərc edilib. Amma, hələ ki məsələ araşdırılmayıb və “Azərenerji” şefinin fəaliyyəti yoxlanılmayıb. Bundan istifadə edən Etibar Pirverdiyev də əməllərini davam etdirir. İş o yerə çatıb ki artıq məsələ Milli Məclisdə müzakirəyə çıxarılıb.
Pirvderdiyev Bayraq Meydanındakı mənimsəməni necə ört-basdır etdi

Məsələn, “Azenko” Tikinti Şirkəti Bakının Bayraq Meydanının inşasını həyata keçirdi. Bu prosesdə hansı biabırçılıqların baş verməsi də ictimaiyyətə məlum oldu. Milyonlarla manatın ayrıldığı Bayraq Meydanının inşasında baş verən maxinasiyalar çox keçmədi ki, özünü göstərdi. Bayraq Meydanı istifadəyə veriləndən bir ay sonra bayraq laxladı. Bu biabırçı fakt təkcə Azərbaycanda deyil, bütün dünyada məlum oldu. Çünki, Bayraq Meydanında dalğalanan Azərbaycan bayrağı dünyanın ən böyük bayrağı idi və bütün dünyanın diqqəti bu meydanda idi. Bir aydan sonra meydanın tikintisində baş verən nöqsanlar nəticəsində Azərbaycan bayrağının əyilməsi bütün dünyada yayıldı. Əslində bu adi proseslər kimi deyildi. Azərbaycan bayrağının əyilməsi Azərbaycanın beynəlxalq nüfuzuna da mənfi təsir etdi. Dünyanın ən böyük bayrağı olan Azərbaycan bayrağı təhlükə qarşısında qaldı. Bundan istifadə edən, Azərbaycana düşmən kəsilən dövlətlər Etibar Pirverdiyevin şirkətinin bu əməlini əllərində əməlli başlı “bayraq” etdi, Azərbaycana qarşı mənfi imic yaratmağa başladı. Məlum oldu ki, bu prosesdə də külli miqdarda yeyintiyə yol verilib və tikinti işləri olduqca keyfiyyətsiz aparılıb. Ayrılan vəsaitin təyinatı üzrə xərclənməməsi Azərbaycanın büdcəsinə də, nüfuzuna da zərbə vurdu.

“Azenko”nun biabırçı fəaliyyəti tək bununla bitmir. Ölkənin enerji sistemindəki iri layihələri bu şirkətin həyata keçirməsinin nəticəsidir ki, bu sustem artıq çökmək üzrədir. Hər il dövlət büdcəsindən hərbi sahədən sonra ən çox vəsaitin ayrıldığı bu sahə iflic vəziyyətə düşüb. “Azərenerji” ayrılan vəsait hesabına enerji sistemində problemlərin həll olunduğunu desə də, əslində bu sahədə problem həddindən çoxdur. Ayrılan vəsaitlərin məbləği durmadan artdıqca enerji sahəsindəki problemlər də artır. Çünki, ayrılan vəsaitin əksər hissəsi təyinatı üzrə xərclənmir və problemlərin aradan qaldırılması barədə xərclənmir.
Milyonların mənimsənilməsi Çingiz Qənizadəni ayağa qaldırdı

Elə millət vəkili Çingiz Qənizadəni də danışmağa vadar edən bu cür problemlərdir. O Azərbaycan üçün əhəmiyyətli olan iqtisadi rayonlarda su elektrik stansiyalarının inşasının həddindən artıq ləngiməsindən narahatdır və millət vəkili bunu dövlətin inkişafına təxribat kimi qiymətləndirib. Təsəvvür edin ki, “Azərenerji” həmin iqtisadi rayonlarda su elektrik stansiyalarını 2011-ci ilin sonuna kimi inşa edib təhvil verməli idi. Artıq 2012-ci ilin birinci rübü başa çatsa da, su elektrik stansiyalarından xəbər yoxdur. Çingiz Qənizadənin araşdırmaları zamanı məlum olub ki, “Azərenerji” prezidenti Etibar Pirverdiyev bu məsələdə həddindən artıq nöqsanlara, qanunsuzluğa yol verib. Müəyyən edilib ki, su elektrik stansiyalarınıln tikilib istifadəyə veriləcəyi vaxtdan 4-5 ay keçməsinə baxmayaraq, bu prosesdə cəmi 11 faiz iş görülüb. “Azərenerji” ASC bu işi görmək üçün yalançı tender keçirib və əlbəttə ki, tenderin qalibi “Azenko” şirkəti olub. Həmin şirkət isə işi görmür. İndi ortada nə ayrılan milyonlar var, nə də görülən iş. Milyonlar xərclənib, amma hələ işin 89 faizi görülməyib. Maraqlıdır, dövlət büdcəsindən ayrılan bu qədər vəsait birdən-birə necə yoxa çıxıb? Bu məsələ ilə heç bir aidiyyəti qurum maraqlanmayıb. Millət vəkili isə maraqlananda dəhşətə gəlib və məcburiyyət qarşısında fakt Milli Məclisə çıxarılıb. Çingiz Qənizadə dövlət büdcəsinin milyonlarla manatının birdən-birə mənimsənilməsinə göz yummağın cinayət olduğunu iddia edib və bununla bağlı prokurorluğa müraciət edəcəyini deyib.
Deputatın araşdırması Pirverdiyevi bitirəcək

Etibar Pirverdiyevin deyəsən sonu yaxınlaşır. Bu vaxta qədər ictimaiyyət arasında müzakirə edilən faktlara əhəmiyyət verməyib maxinasiyalarla məşğul olan cənab Pirverdiyev deyəsən bu dəfə pis ilişib. Artıq millət vəkilləri tərəfindən fəaliyyəti araşdırılan “Azərenerji”şefinin bununla da sonunun çatdığını demək olar. Çünki, bu məsələyə Milli Məclis səviyyəsində müdaxilə edilməsi, Etibar Pirverdiyevin qanunsuzluqlarının bu səviyyədə qabardılması adi müzakirə ola bilməz. Cənab Pirverdiyevin artıq narahat olmasına dəyər. Millət vəkilinin müraciətinin prokurorluq orqanları tərəfindən cavabsız qalması, hansısa bir hərəkətin törədilməməsi inandırıcı deyil. Ən azından bu müraciət “Azərenerji” şefinin fəaliyyətinin araşdırılması ilə nəticələnməli və hansısa bir tədbir görülməlidir. Araşdırmalar zamanı isə ortaya daha hansı faktların çıxacağını gələcək göstərəcək.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan, Moskvaya səfər və “cəsarətli oğlan” - GƏLİŞMƏ
Bu gün, 06:16
"JIMMY AUTO CO" şirkətinin dövlətə böyük miqdarda borcu var - FOTO
Bu gün, 06:13
"İnandırıram sizi, o xərcin bəhrəsini də görəcəksiniz"
Bu gün, 06:11
Pensiya almadan vəfat edənlərin pulu ailəsinə qaytarılır? – Vacib məlumat
Bu gün, 06:08
Ayətullah Seyid Əli Xamenei dəfn edilib - KİV
Bu gün, 06:06
Nərgiz Muxtarovaya hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 18:11
Komediyadan KRİMİNALA DOĞRU: - Dünya kinosundan “kopya”, yoxsa?
Dünən, 17:40
“İrəvan Moskvadan qopa bilməz” - Politoloq
Dünən, 17:37
Hər 5 nəfərdən birində xərçəng tapılacaq: - Onkoloq SOS deyir
Dünən, 17:35
Evdə olmadıqları vaxtlarda MTK əməkdaşları həyətlərə daxil olur, ağacları kəsir, hasarları dağıdır... - BAKIDA QOÇU PEYDA OLUB...
Dünən, 17:24
Bakıda ər arvadını güllələyərək öldürdü - TƏFƏRRÜAT
Dünən, 17:15
Paşinyanın “demokratiya” modeli: - Ermənistanda avtoritar idarəçilik və Qərbin ikili standartı
Dünən, 17:10
Qraf Şulenburq və Azərbaycan Cümhuriyyəti: - Bakı nefti uğrunda gizli savaş...
Dünən, 17:08
Şamlar sönəcək, diplomatik tostlar unudulacaq... – Cənubi Qafqazda yeni dövr
Dünən, 17:02
Bakıda rusca filmlər kinoteatrları başına aldı - "...bu, qətiyyən doğru deyil"
Dünən, 17:01
Emin Ağalarovun təsisçi olduğu 56 şirkətin ümumi gəliri 6,7 milyard rubl olub - SİYAHI
Dünən, 16:56
Son 5 ildə ictimai hamamlarda xərclənən pullar 5 milyondan 8,3 milyona yüksəlib - RƏSMİ
Dünən, 16:53
Ruslan Abdullayev müşavir təyin olundu - ƏMR
Dünən, 16:49
Vətəndaşları dolandıranlara HÖKM OXUNDU
Dünən, 16:47
Süni intellekt üçün internet “Bakcell”dən - DİQQƏT
Dünən, 16:45
"Gəl çıx qarşıma, Ayaz Salayev, görüm nə edəcəksən?!" – Rus dili qalmaqalı böyüyür
Dünən, 16:42
Abşeronda 25 yaşlı oğlandan anasına amansız cinayət: “Hərəkətlərini xatırladım, öldürmək istədim” - TƏFƏRRÜAT
Dünən, 16:38
Sərdar Cəlaloğlu Rusiyanın Bakıda “casus yuvasını” belə tapıb – Özü açıqladı
Dünən, 16:35
Yeni həkimlərin hamısı niyə qadındır? – Müzakirələrə səbəb olan paylaşım
Dünən, 15:59
Rəhim Qazıyevə İranda “ayətullah” rütbəsi veriləcəkmiş? – Sensasion iddiaya cavab gəldi
Dünən, 15:52
AZAL sərnişin daşımalarını 5% artırıb - FOTO
Dünən, 15:47
Şirqulaminin QUYRUĞU... - Sərt olub neyniyəcəklər...
Dünən, 15:43
Naxçıvanın gələcəyi TƏHLÜKƏDƏ... - ƏGƏR VARSA...
Dünən, 15:38
İşdən çıxarılan müəllim Prezidentdən kömək istədi: - Hüquqlarımın bərpasını istəyirəm
Dünən, 13:26
SOCAR İtaliya şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Dünən, 13:22
Paşinyan Bayramovun açıqlamasına müsbət reaksiya verdi - "İlin sonuna qədər..."
Dünən, 13:18
"Atamın aldığı oyuncaqları hələ də saxlayıram" - Hacıbaba Bağırovun qızı 22 yaşında
Dünən, 13:07
“Çoban Bulağı” mənimdir, Mövlam Şıxəliyev əlimdən almışdı - MƏHƏMMƏD BALAQADAŞOVLA BAĞLI OLAYIN SƏBƏBİ BƏLLİ OLDU
Dünən, 13:03
Vardanyanın arvadı Bakıya gəlməyə hazırlaşır - KİV
Dünən, 12:53
“Rosko” məhsullarının MƏNŞƏYİ HARDANDIR? - Ortada xeyli sual var...
Dünən, 12:39
Ceyhun Cəlilov deyir ki, İŞIQLARI SÖNDÜRÜN... - Naxçıvanın MƏZƏLİ GÜNLƏRİ...
Dünən, 12:36
Paşinyan iyulun sonuna qədər məzuniyyətə çıxır
Dünən, 12:08
"Rusiya təhdidləri NATO-nu daha da birləşdirdi" - ŞƏRH
Dünən, 12:06
İran niyə İlham Əliyev və Ərdoğanı “şəxsən” gözləyirmiş? - AKTUAL
Dünən, 12:05
Böyük Britaniya Azərbaycanın “Zəngəzur” gəmisini sanksiya altından çıxarıb - TƏFƏRRÜAT
Dünən, 12:02
Pezeşkiyandan ermənicə təşəkkürnamə - FOTO
Dünən, 11:56
Qusarda alternativ su mənbəyi tikilir – Layihənin dəyəri 3.2 milyon manat
Dünən, 11:52
Trampın geosiyasi auditi və: - NATO-nun yeni reallığı
Dünən, 11:49
“Qurtuluş” yenidən açılır: Ceyhun Salmanov görünüşü ilə diqqət çəkdi - VİDEO
Dünən, 11:41
"Söyüş və qarğış silməkdən yorulmuşam" - İlkin Misgərli autizmli uşaqla görüşəcək
Dünən, 11:36
Elm və Təhsil Nazirliyi bu şirkətə daha 1,8 milyon manat ödəyəcək
Dünən, 11:33
"Ezamiyyə xərclərimiz hələ də ödənilməyib..." - NARAZILIQ VAR...
Dünən, 11:24
Türkiyəli sürücülər Naxçıvandan olan sərnişini ÖLÜMÜNƏ DÖYDÜLƏR - BU NƏDİ BELƏ?
Dünən, 11:18
ABŞ-nin zərbələri nəticəsində iki gün ərzində İranda 14 nəfər ölüb, 78 nəfər yaralanıb
Dünən, 11:05
Gənc xanıma yüksək vəzifə verildi - ƏMR
Dünən, 10:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru