Bakıda 582 min manatlıq zeytun bağını yandıran şəxsə .....                     Autizmli uşağın anası: .....                     “Nərgiz Med” Tibb Mərkəzi cərimələndi: Reagent dəsti müsadirə edildi .....                     Naxçıvanda Zəngəzur dəhlizini tikənlər beş aydır maaş almır .....                     AzəriQaz-da NƏ OYUN ÇEVRİLİR: Bir ildə iki dəfə imtahan-ixtisar? .....                     "Azər Türk Bank"ın rəhbərliyində dəyişiklik olacaq .....                     Türkofoblar panikada: Moskva və Tehranın TURAN KABUSU... .....                     “Ağ Çiçəyim”in dövlətə 300 min manata yaxın .....                     ABŞ və İranın qarşılıqlı zərbələri gecə boyu davam edib .....                     Milli Depozit Mərkəzinin İdarə Heyətinə təyinat olub .....                     “Bakı və İrəvan razılığa gəlməlidir, cavab gözləyirik” .....                     MDB büdcəsi haqda şok qərar: Azərbaycan ildə bu təşkilata neçə milyon ödəyir? .....                     Paşinyan "boz kardinal"la yollarını ayırır .....                     "Bax, Aytən Səfərova, bu budur.." .....                     Rusiya BMT-nin yeni baş katibindən nə gözləyəcək? .....                     Qubada 5 aylıq hamilə xəstəxanada ölüb .....                     Dərmanları rütubət içində saxlayıblar .....                     Dövlətə 8 milyon manat borcu olan inşaat şirkəti auditdən yayınır .....                     Qida Təhlükəsizliyi Agentliyi QİDALARIMIZIN TƏHLÜKƏSİZLİYİ ilə məşğuldur, amma... .....                     Bitməyən qərəzin məntiqi NƏTİCƏSİ .....                     ABŞ İranda uşaq xərçəng xəstəxanasını raketlə vurdu?.. .....                     Gənci avtomobildə kəmərlə boğdular, hər şeyi "TikTok"da canlı göstərdilər .....                     Le Penin prezidentliyə gedən yolu .....                     "Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununa çıxacaq .....                     Almaniyadan “Toyota Camry” gətirəcəyinə söz verdi, 18 mini ələ keçirdi .....                     Ünvanlı sosial yardım üçün müraciət edib, amma... .....                     “Xalq Bank” 2026-cı ilin ilk yarısını ciddi AZALMALARLA başa vurub .....                     Qısqanclıq mübahisəsi məhkəməyə daşındı: .....                     "Azərneft"ə məxsus teplovozu satmaq istəyən “makler” azadlığa buraxıldı .....                     "Bəlkə də camış göstərsən, tanımazlar..." .....                     Plastik əməliyyat: Dünya kinosunun güzgüsündə qadının görünməz ağrısı .....                     Tramp çıxışında Çinin ABŞ seçkilərinə müdaxiləsindən danışacaq .....                     İranda savaş gedir, ABŞ Kubaya müdaxiləni düşünür .....                     Dövlət Departamenti Səudiyyə Ərəbistanına 2 milyard dollarlıq raket sistemlərinin satışını təsdiqləyib .....                     "200-ə yaxın bilet 2-3 dəqiqəyə satıldı..." .....                     Bu 30 ildə Qarabağ azad olundu, Əliabad-Piran yolu çəkilmədi... .....                     İran Hörmüz boğazının açılması üçün şərtlərini açıqlayıb .....                     Bakıda bu orta məktəbdə ŞIDIRĞI qızıl alveri .....                     Elxan Səmədov PFL-in prezidenti vəzifəsində qalacaq .....                     “Eyni xəstəyə fərqli rəylər verilir” .....                 

DÖNƏMİN ƏN KASIB SEÇKİSİ: Doğru-dürüst təbliğat aparmırlar... - AXI NİYƏ?
Tarix: 16-08-2024, 11:12 | Çap et
DÖNƏMİN ƏN KASIB SEÇKİSİ: Doğru-dürüst təbliğat aparmırlar...
Məlum olduğu kimi, avqustun 9-da növbədənkənar parlament seçkilərinin təşviqat mərhələsi başlayıb. Sentyabrın 1-də keçiriləcək seçkiyə 25 partiyanın təmsilçiləri və partiyasız iddiaçılar qatılıb. Rəsmi məlumata görə, 1052 namizəd qeydə alınıb. Seçkidə qələbə üçün nisbi səs çoxluğu kifayət edir .

Namizədlərin yerli KİV-də ödənişli təbliğat kampaniyası üçün şərait də yaradılıb. Amma deputatlığa namizədlər mediada ödənişli təşviqata hələ meyl etmir. Bəzi ekspertlər bunu “xəsisliklə”, bəziləri isə televiziyanın tələb etdiyi ödənişin yüksək olması ilə izah edirlər.

AĞ Partiya sədri, deputatlığa namizəd Tural Abbaslı “Yeni Müsavat”a deyib ki, bir çox media qurumlarının təbliğat-təşviqat müddətində reklam xarakterli yayımlarının qiymətlərinə baxıb: “Kifayət qədər çox maliyyə tələb edilir. Məlum olur ki, televiziyalarda reklam xarakterli yayımların saniyəsi 25-30 manatdır. Bu baxımdan təbii olaraq namizədlər əsasən sosial mediaya yönəlirlər, çünki orada xidmətlər demək olar ki, pulsuzdur. Hətta kiçik məbləğlərlə reklam yerləşdirə bilirlər, bu məbləğ medianın tələb etdiyi məbləğdən xeyli aşağıdır, üstəlik, çatımlılığı daha genişdir”.

Mövzu ilə bağlı professor Qulu Məhərrəmli bildirib ki, deputatlığa namizədlərin təşviqat kampaniyası əvvəlki illərlə müqayisədə aktiv hiss olunmur: “Namizədlərin ödənişli olaraq televiziya təbliğat-təşviqatlı ilə bağlı məsələsinə gəldikdə, bəli, burada problemlər var. İlk problem təbii ki, qiymətlərlə bağlıdır. İkinci məsələ televiziyaların nə qədər effektli olması ilə bağlıdır. Üçüncü isə namizədlərin özləri ilə bağlı məsələdir. Çünki namizədlərin siyahısına baxdıqda heç tanınmayan, ictimai arenada görünməyən, öz çevrəsindən başqa digər yerlərdə tanınmayan xeyli namizəd gözə dəyir. Ona görə də onların bu məsələdə marağı da yoxdur. Ola bilər ki, dairə çərçivəsində başqa maraqları olsun, çünki bu seçkidə mənim eşitdiyim bir tendensiya da ondan ibarətdir ki, bəzi namizədlər bir qədər imkanlı namizədlərin olduğu dairələrdən öz namizədliyini verir və oradan müəyyən "alver" işi aparır. Bunu eşitdikcə həm adamın gülməyi gəlir, həm də məyus olursan ki, bu cür ciddi kampaniyadan bu cür bəhrələnmək istəyənlər var.

O da doğrudur ki, hazırda kampaniya daha çox sosial şəbəkələrdə müşahidə olunur. Sadəcə, şəkillərin qoyuluşu, çağırışlar, bunlar sosial şəbəkədə müəyyən qədər fayda verə bilir. Məsələn, Amerikanın seçki tarixində ilk dəfə olaraq Donald Tramp sosial şəbəkələrdə çox güclü kampaniya apardı və ölkənin konstitusiya əsaslarına müəyyən dərəcədə təsir edə, insanları bir araya yığa bildi və sairə. Yəni bunlar da bir tarixdir. Lakin bütövlükdə götürəndə sosial şəbəkə sferası ictimai cəhətdən fəal olanlar üçün çox da cazibəli məkan deyil. Burada seçki kontingentinin daha çox harada olmasına diqqət etmək lazımdır. Məsələn, aydınlaşdıraq ki, bölgələrdə internet, sosial şəbəkələr nə qədər aktivdir, nə qədər çatımlıdır... Bəli, paytaxt Bakıda internet, sosial şəbəkələr aktivdir. Lakin bölgələr üçün bunu demək çətindir".

Qulu Məhərrəmlinin fikrincə, ən yaxşı təbliğat seçicilərlə birbaşa görüş, namizədlərin platformasıdır: “Bütün bunların hamısı birbaşa seçicilərlə üzbəüz görüşdə görünür. Əgər o seçicilər görüşə həvəslə gəlirlərsə, deməli, orada aktiv elektorat var, yox, əgər görüşlərə insanlar zorla gəlirsə - hətta bəzən olur ki, say çoxluğu görünsün deyə başqa dairəyə aid seçicilər gəlir - bu o deməkdir ki, orada aktiv seçki kampaniyası yoxdur.

Daha bir məsələ, dairələrdə namizədlərin sayı həddindən artıq çoxdur. Hətta bir çox adamların namizədliyi qeyri-ciddi görünür. Hər dairədən 2-3 aktiv, sözün əsl mənasında deputatlığa namizəd olduqda, bu zaman mübarizə daha aydın gedə bilir. Lakin qeyd etdiyim kimi, “kölgədə” qalan çox sayda namizədlər var ki, onların təbliğatı, platformaları heç bir əhəmiyyət kəsb etmir".

Təşviqatla bağlı daha bir mövzunu “Bakı-Xəbər” qəzetinin baş redaktoru, politoloq Aydın Quliyev öz Facebook səhifəsində gündəmə gətirib. A.Quliyev deputatlığa namizəd olan bəzi şəxslərin son davranışları, qazi və şəhid ailələrinin üzərindən təbliğat qurmaq kimi qüsurlu hərəkətləri barədə tənqidi paylaşım edib. O yazır: “Prezident İlham Əliyev bu yaxınlarda Şuşada demişdi ki, Zəfər mövzusunu çox da istismar etmək olmaz və irəlidəki məsələlərə daha çox diqqət göstərməliyik. Sadə deyilmiş fikrin çox sadə də açmaları var. Prezident demək istədi ki, Zəfərin qədrini- qiymətini tam bilək, Zəfər Ali Baş Komandanın, ordunun və xalqımızın Zəfəridir, qazilərə və şəhid ailələrinə həssas olun, etdiklərinizi üzlərə vurmayın, Vətən üçün canını və övladını vermiş insanlara nə versək də azdır, lakin onları verdiklərimizin müqabilində aşağılamayaq, elə etməyək ki, verdiklərimizin, etdiklərimizin əvəzində onlardan hansısa təmənna güddüyümüzü düşünsünlər....

Bəs bir sıra namizədlər nə edir, bu sözlərdən hansısa dərsi götürürlərmi?

Seçki dairəsində qazinin, şəhid ailəsinin qapısını əlində bir şirniyyatla açır, bir fincan çayını içir, foto çəkdirir və sonra da bu məzmunsuz jesti “böyük xəbərə” çevirərək ictimailəşdirir. Ən pisi də odur ki, “qazi və ya şəhid ailəsi sentyabrın 1-də filankəsə səs verəcəyinə söz verdi” deyə öyünürlər. Ayıbdır, vallah...

Əvvəla, Prezidentin “Zəfər mövzusunu çox istismar etmək olmaz” fikrini unutmaq bu məqamda böyük qəbahətdir.

İkinci, təşviqata qədər bu həssas ailələrə gedib baş çəkmək daha doğrusu olmazdımı?

Üçüncü, seçki təşviqatı günlərində bu həssas insanların qapısını imza və ya səs üçün döymək onlara hörmətsizlik, duyğularını istismar etmək deyilmi?"

Televiziya aparıcısı Amil Xəlil də bu məsələ ilə bağlı bəzi namizədləri tənqid atəşinə tutub. “İndiyə kimi qapılarını tanımırdınız, şəhid anaları indi yadınıza düşdü?”, - deyə aparıcı qeyd edib.

Deputatlığa namizəd, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa mövzu ilə bağlı bu cür şərh verib: “Hesab edirəm ki, bu, doğru iraddır. Seçki kampaniyasında bu mövzuda hər hansı bir bu cür sui-istifadə davranışlarına yol vermirəm və verilməsinin də tərəfdarı deyiləm. Yəni şəhid və qazı ailələrini müəyyən dərəcədə sui-istismar edərək, onların adından, duyğularından özlərinin hansısa işlərinə yarayan formada istifadə etməklə onları incitmək doğru deyil. Hər kəs öz şəxsiyyəti, mövqeyi, sözü ilə cəmiyyətin qarşısına çıxmalıdır. Əsas obraz, fiqur deputatlığa namizədin özü olmalıdır. Sən özün kimsən və nə deyirsən, cəmiyyətə nəyi söyləyirsən, nəyi etməyi özün üçün əsas prinsip olaraq qəbul edirsən - yəni seçki kampaniyası daha çox bunun üzərində aparılmalıdır. Amma indi taktikalar fərqlidir və başqalarını da buna görə qınamıram, qınamaq da doğru deyil. Lakin prinsip olaraq mən də Aydın Quliyevin yanaşmasını məqbul və doğru hesab edirəm”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda 582 min manatlıq zeytun bağını yandıran şəxsə 7 il 6 ay həbs cəzası verildi
Bu gün, 11:46
Autizmli uşağın anası: - "Ailələlər böyük maddi yükün altında əzilir"
Bu gün, 11:42
“Nərgiz Med” Tibb Mərkəzi cərimələndi: Reagent dəsti müsadirə edildi - TƏFƏRRÜAT
Bu gün, 11:32
Naxçıvanda Zəngəzur dəhlizini tikənlər beş aydır maaş almır - NARAZILIQ VAR...
Bu gün, 11:27
AzəriQaz-da NƏ OYUN ÇEVRİLİR: Bir ildə iki dəfə imtahan-ixtisar? - NHMT sədri soruşur ki...
Bu gün, 11:18
"Azər Türk Bank"ın rəhbərliyində dəyişiklik olacaq - TƏDARÜK VAR...
Bu gün, 11:12
Türkofoblar panikada: Moskva və Tehranın TURAN KABUSU... - NƏ BAŞ VERİR?
Bu gün, 11:10
“Ağ Çiçəyim”in dövlətə 300 min manata yaxın VERGİ BORCU VAR
Bu gün, 11:08
ABŞ və İranın qarşılıqlı zərbələri gecə boyu davam edib - TƏFƏRRÜAT
Bu gün, 11:07
Milli Depozit Mərkəzinin İdarə Heyətinə təyinat olub - DOSYE
Bu gün, 11:03
“Bakı və İrəvan razılığa gəlməlidir, cavab gözləyirik” - KREML
Bu gün, 11:02
MDB büdcəsi haqda şok qərar: Azərbaycan ildə bu təşkilata neçə milyon ödəyir? - ARAŞDIRMA
Bu gün, 10:59
Paşinyan "boz kardinal"la yollarını ayırır -hakim komandada böhran
Bu gün, 10:57
"Bax, Aytən Səfərova, bu budur.."
Bu gün, 10:55
Rusiya BMT-nin yeni baş katibindən nə gözləyəcək? –Moskvanın tələbi açıqlandı
Bu gün, 10:48
Qubada 5 aylıq hamilə xəstəxanada ölüb
Bu gün, 10:46
Dərmanları rütubət içində saxlayıblar - “Buta Farm” cərimələndi
Bu gün, 10:32
Dövlətə 8 milyon manat borcu olan inşaat şirkəti auditdən yayınır - DETALLAR
Bu gün, 10:30
Qida Təhlükəsizliyi Agentliyi QİDALARIMIZIN TƏHLÜKƏSİZLİYİ ilə məşğuldur, amma... - BİZİM YOX!
Bu gün, 10:24
Bitməyən qərəzin məntiqi NƏTİCƏSİ – Azərbaycanın AŞPA-dan tam çıxması GÜNDƏMDƏ
Bu gün, 10:22
ABŞ İranda uşaq xərçəng xəstəxanasını raketlə vurdu?.. -İSRAİL KİV
Bu gün, 10:18
Gənci avtomobildə kəmərlə boğdular, hər şeyi "TikTok"da canlı göstərdilər - TƏFƏRRÜAT
Bu gün, 10:15
Le Penin prezidentliyə gedən yolu - GƏLİŞMƏ
Bu gün, 10:07
"Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununa çıxacaq
Bu gün, 10:04
Almaniyadan “Toyota Camry” gətirəcəyinə söz verdi, 18 mini ələ keçirdi - 4 illik HƏBS CƏZASI
Bu gün, 10:00
Ünvanlı sosial yardım üçün müraciət edib, amma... - MÜRACİƏT
Bu gün, 09:58
“Xalq Bank” 2026-cı ilin ilk yarısını ciddi AZALMALARLA başa vurub - HESABAT
Bu gün, 09:49
Qısqanclıq mübahisəsi məhkəməyə daşındı: - Əri tərəfindən döyülən qadın onu bağışladı
Bu gün, 09:46
"Azərneft"ə məxsus teplovozu satmaq istəyən “makler” azadlığa buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 08:26
"Bəlkə də camış göstərsən, tanımazlar..." - partiya sədri
Bu gün, 07:30
Plastik əməliyyat: Dünya kinosunun güzgüsündə qadının görünməz ağrısı - Günel Musa yazır...
Bu gün, 07:16
Tramp çıxışında Çinin ABŞ seçkilərinə müdaxiləsindən danışacaq - CBS
Bu gün, 07:09
İranda savaş gedir, ABŞ Kubaya müdaxiləni düşünür - GƏLİŞMƏ
Bu gün, 07:07
Dövlət Departamenti Səudiyyə Ərəbistanına 2 milyard dollarlıq raket sistemlərinin satışını təsdiqləyib
Bu gün, 07:06
"200-ə yaxın bilet 2-3 dəqiqəyə satıldı..." - MƏZƏLƏNİRLƏR?
Bu gün, 07:05
Bu 30 ildə Qarabağ azad olundu, Əliabad-Piran yolu çəkilmədi... - MÜRACİƏT
Bu gün, 06:53
İran Hörmüz boğazının açılması üçün şərtlərini açıqlayıb - "Mehr"
Bu gün, 06:42
Bakıda bu orta məktəbdə ŞIDIRĞI qızıl alveri - BU NƏDİ BELƏ?
Bu gün, 06:37
Elxan Səmədov PFL-in prezidenti vəzifəsində qalacaq - de
Bu gün, 06:30
“Eyni xəstəyə fərqli rəylər verilir” - NARAZILIQ VAR...
Bu gün, 06:28
Bazarda yerli limon tapılmır: Qiyməti "cib yandırır" - QƏHƏTƏ ÇƏKİLİB
Bu gün, 06:24
İmişlidə Nurullayevlərə qarşı fəhlə etirazı - Pulların ödənilməsi tələb edilir
Bu gün, 06:14
Müştərilər təşvişdə: Banklar bağlanır? - AKTUAL
Bu gün, 06:07
AQTA bu pozuntuları istehlakçı şikayətindən əvvəl aşkarlamalı idi - Ekspertdən İRAD
Bu gün, 06:05
Rusiya İrandan kimi çıxarmağa çalışır? – Putinin təyyarə tapşırığı SENSASİYA doğurdu
Bu gün, 06:03
AQTA-nın yeni qərarı nələrə yol açacaq? - ARAŞDIRMA
Bu gün, 06:01
ABŞ "green card" üçün 100 min dollarlıq təminat tətbiq edə bilər - WSJ
Bu gün, 05:59
Əməkdar artist tıxacın əlindən evini satır - ÖZÜ AÇIQLADI
Bu gün, 05:57
"Regional Su Meliorasiya Xidməti" vergi borcu olan şirkətlə 75 min manatlıq müqavilə bağlayıb - FOTOFAKT
Bu gün, 05:55
Rezonans doğuran iş bağlandı: Əsgəranın "icra başçısı" təmiz çıxdı - TƏFƏRRÜAT
Bu gün, 05:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru