Ömər Eldarov xəstəxanadan evə buraxıldı .....                     Paşinyan sülh istəyir, amma hazır deyil .....                     Əliyevin Trampa təşəkkürü və: bu, təkcə minnətdarlıq mesajı deyil .....                     Ruslar benzin növbəsində qırılırlar .....                     Bakıda azyaşlı bacı-qardaş itkin düşüb .....                     Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha 13 gəmini vurub .....                     Bütün arxivləri açacağıq .....                     "Nəyi dəyişmisiniz, İlqar Bayramlı?" .....                     "Qızıl oğlanlar"ın təhsil islahatı .....                     Kadr siyasətində iflas: Naxçıvanda əslində nə baş verir? .....                     BU NƏDİ BELƏ: Şəkidə 500 ailə 4 ildir qazsız qalıb... .....                     Cavid Qurbanovun sabiq nazir müavininə vəzifə verməsinin pərdəarxası... .....                     Yeni 100 manatlıqlar inflyasiyanı artıracaq? .....                     Azərbaycan neftinin qiyməti 91 dolları ötdü .....                     Avropanın bizə münasibəti siyasi terrorizmdir .....                     Bakının addımı “yaşıl işıq” yaratdı: Türkiyə və İsrail yenidən əlaqəyə keçir? .....                     Avropa İttifaqı bu dəfə "Şahid" dronlarına qarşı... .....                     Partiya sədrindən TƏKLİF VAR .....                     Naxçıvandakı istefalara rəsmi REAKSİYA: “Kimsə Naxçıvanı bu zir-zibildən təmizləməlidir!” .....                     TƏBİB-in "əsassız çağırış" adında bir silahı var... .....                     "Səni məcbur edən var gəlib mənim səhifəmə baxıb əsəbiləşəsən?" .....                     Torpaqları geri almışıqsa, onlar da geri qayıtmalıdırlar... .....                     Tanınmış jurnalistdən İLGİNC açıqlama: "Dəstəklədiyim yeganə kişi Vasif Talıbov olub" .....                     Müəllim seçimində absurd əmsal sistemi .....                     “Oxu atıb, yayı gizlədən” AQTA... .....                     Yeni maşınlar əti daha da qiymətli edəcək? .....                     İrəvanda iddia edirlər ki, Konstitusiya islahatı Paşinyan üçün tələyə çevrilə bilər .....                     Qaradağ Rayon İcra Hakimiyyəti 66 min manat vergi borcu olan şirkətlə müqavilə bağladı .....                     SEPAH ABŞ-nin Yaxın Şərqdəki hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb .....                     Beyləqanda “pambıqla baş kəsən” kimlərdir? .....                     ABŞ beş il ərzində 28 min qanadlı raket almağı planlaşdırır .....                     Tramp Kobaxidzeyə məktubunda ABŞ-Gürcüstan əməkdaşlığının möhkəmləndirilməsini dəstəkləyib .....                     Ağsu bazarında QOÇULUQ EDƏN KİMDİR? .....                     TERRORDAN SONRA İLK: Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə hava əlaqəsini BƏRPA EDİR .....                     "RUSİYA ŞOVİNİZMDƏN ƏL ÇƏKMƏLİDİR, ƏVVƏLKİ AZƏRBAYCAN DEYİLİK" .....                     Mingəçevir ŞİH ekskavator, yolsüpürən maşın, avtosəbət, otbiçən alır .....                     Vardanyanın arvadına kim dəstək verəcək? .....                     “Studiyada elə düz-qoş edirlər ki, çaş-baş qalırsan” .....                     300 manatlıq borc üstündə dəhşət: Oğul doğma anasını bıçaqladı .....                     Nizami rayonunda nizam yoxdur... RƏSMƏN XAOSDUR! .....                 

Siz kimə tabesiniz, Kərəm Mustafayev: Ali Baş Komandana, yoxsa В«XanВ» həzrətlərinə? - BU NƏDİ BELƏ?
Tarix: 22-10-2022, 10:14 | Çap et
Siz kimə tabesiniz, Kərəm Mustafayev: Ali Baş Komandana, yoxsa В«XanВ» həzrətlərinə?
Son vaxtlar Naxçıvan Muxtar Respublikasında maraqlı hadisələr baş verir. İddialara görə, muxtar respublikada fəaliyyət göstərən bir sıra şirkətlərdə yoxlamalar aparılır, ciddi nöqsanlar aşkara çıxarılır.

Naxçıvanda baş verən hadisələr barədə xəbər tutmaq, rəsmi informasiyanın verilib-verilmədiyini öyrənmək üçün muxtar respublikanın yerli kütləvi informasiya vasitələrini diqqətlə izləyirik. Son günlər yerli mediadakı bir məqam TNS-i əməkdaşlarının diqqətini xüsusilə cəlb edib.

Bildiyimiz kimi, əvvəllər Ali Məclisin sədri Vasif Talıbovun muxtar respublikada keçirilən rəsmi tədbirlərdəki çıxışları media vasitəsilə geniş ictimaiyyətə təqdim edilirdi. Vasif Talıbovun çıxışlarını təkcə muxtar respublikanın yerli mediası deyil, ölkəmizin kütləvi informasiya vasitələri, xüsusilə Azərbaycan Dövlət İnformasiya Agentliyi də yayımlayırdı. Həm muxtar respublikanın yerli kütləvi informasiya vasitələrini, həm də Azərbaycan mediasını izləyənlər görür ki, bir neçə vaxtdır, Vasif Talıbov keçirilən rəsmi tədbirlərdə çıxış etmir. Hər halda mediada belə təqdim olunur.

Məsələn, sentyabrın 26-da Sirab kəndində keçirilən açılış mərasimlərində, oktyabrın 5-də Naxçıvan şəhərində uşaq bağçasının açılışında, oktyabrın 18-də Şahbuz rayonunda keçirilən rəsmi tədbirlərdə Vasif Talıbovun çıxışını media təqdim etməyib. Bəs Vasif Talıbov tədbirlərdə niyə çıxış etmir? İctimaiyyət qarşısındakı çıxışlarının yayımlanmasında maraqlı olan, bu məsələyə xüsusi həssaslıqla yanaşan Vasif Talıbov birdən-birə niyə tədbirlərdə nitq söyləməyi dayandırıb? Açığı bu suallar bizi çox düşündürürdü.

Bir az araşdırma apardıqdan sonra məlum oldu ki, əslində Vasif Talıbov əvvəlki kimi keçirilən tədbirlərdə çıxış edir. Sadəcə olaraq, onun çıxışları muxtar respublikanın rəsmi mətbuat orqanı olan “Şərq qapısı” qəzetində, “Nuhçıxan” İnformasiya Agentliyində, eləcə də ölkə KİV-lərində yayımlanmır. Yəni Ali Məclisin mətbuat xidməti yaydığı xəbərlərdə Vasif Talıbovun çıxışlarını təqdim etmir. Amma... Bax elə məsələnin maraqlı tərəfi də burdadır. Sən demə, Vasif Talıbovun çıxışları yerli mediada yayımlanırmış. Yalnız Naxçıvan televiziyasında. Hətta bu çıxışlar Naxçıvan televiziyasının YouTube kanalında belə yerləşdirilmir. Yəni yalnız daxili auditoriyaya hesablanıb. Bu zaman isə başqa suallar ortaya çıxır. Vasif Talıbovun iştirakı ilə keçirilən tədbirlərdə, onun çıxışlarında cəmiyyətə hansı mesajlar ötürülür ki, onların Azərbaycan miqyasında təqdim edilməsi “məsləhət deyil”? Yaxud Vasif Talıbov niyə öz çıxışlarının yalnız Naxçıvan sakinləri tərəfindən eşidilməsini istəyir? Bunlar həm maraqlı, həm də ciddi suallardır. 30 ilə yaxındır ki, muxtar respublikaya rəhbərlik edən Vasif Talıbovun bu qərarı sıradan bir qərar kimi qəbul edilə bilməz. Əgər Vasif Talıbov belə bir qərar qəbul edibsə, bunun çox ciddi səbəbləri vardır.

Son günlər Ali Məclis sədrinin Naxçıvan televiziyasında yayımlanan tədbirlərini, çıxışlarını izlədikdən sonra bu suallara müəyyən qədər cavab tapdıq. Ancaq indi təqdim edəcəyimiz faktlar da məsələnin mahiyyətini tam açmır.

Deməli, oktyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Havuş və Buzqov bölgələrindəki hərbi hissələrdə olub, mövqelərin mühəndis cəhətdən təkmilləşdirilməsi, mühəndis fortifikasiya qurğularının hazırlığı, şəxsi heyətin xidmətinin təşkili və məişət şəraiti ilə maraqlanıb. Həmin tədbir də Naxçıvan televiziyasında geniş işıqlandırılıb. Vasif Talıbovun hərbi hissələrə gedişindən hazırlanan reportajda həm onun, həm də əsgər və zabitlərin çıxışları Naxçıvan ictimaiyyətinə təqdim edilib. Kapitan Elgiz Yusifli Vasif Talıbovun qarşısında çıxış edərək deyib: “Çox hörmətli cənab Ali Məclisin sədri! Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu sahəsində görülən tədbirlər istər hakim yüksəkliklərdə, istərsə də daimi yaşayış məntəqələrində eyni səviyyədə görülür. Şəxsi heyət sizin qayğınızla daha da qürurlanır. Sizin qayğınızla torpaqlarımız ayıq-sayıq müdafiə olunur”.

Goranboy rayonundan olan əsgər Nicat Həmidli çıxışında Vasif Talıbovu daha da göylərə qaldıraraq deyib: “Fəxr edirəm ki, bu gün Naxçıvanda, ulu torpaqlarımızda sizin müdrik idarəçiliyiniz altında xidmət aparırıq. Əsgər yoldaşlarım adından sizi əmin edirəm ki, düşmənin istənilən təxribatının qarşısnı almağa hər zaman hazırıq”.

Maraqlıdır ki, bu çıxışların heç birində Azərbaycan Respublikasının Prezidenti, bu hərbçilərin Ali Baş Komandanı İlham Əliyevin adı çəkilməyib. Aydın məsələdir ki, Naxçıvanda aparılan ordu quruculuğu da, görülən digər işlər də Prezident İlham Əliyevin diqqət və qayğısı ilə, nəzarəti altında həyata keçirilir. Bəs o zaman hərbçilər görülən işlərə görə, niyə Prezident İlham Əliyevə deyil, Vasif Talıbova minnətdarlıq edir? Bu hərbçilərə belə danışmağı kim öyrədib? O əsgər bilmirmi ki, Ali Baş Komandanın rəhbərliyi altında xidmət aparır? Bilirsə, niyə Vasif Talıbovun müdrik idarəçiliyindən danışır? Biz bilirik ki, həmin hərbçilərin çıxışları dəfələrlə yoxlanılıb, onları tədbirdən əvvəl dəfələrlə dinləyiblər. Heç şübhə yoxdur ki, bu çıxışlarda nədən danışalacağı ilə bağlı Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayev məlumatlı olub. Bəs birbaşa Ali Baş Komandanın təyin etdiyi Kərəm Mustafayev hərbçilərinə niyə İlham Əliyevə deyil, Vasif Talıbova minnətdarlıq etməyi tapşırıb? İndi burdan soruşuruq: Siz kimə xidmət edirsiniz, cənab general?

Əgər bu çıxışlar televiziya vasitəsilə yayımlanmasa idi, bunu anlamaq olardı. Ancaq açıq-açığına ölkə rəhbərinin adını çəkməməklə hörmətsizlik etmək, özünü qabardıb muxtar respublika əhalisinə nəsə mesaj ötürmək başqa mətləblərdən xəbər verir.

Hörmətli oxucularımız yəqin ki, Vasif Talıbovun çıxışlarının niyə Azərbaycan KİV-lərində təqdim edilmədiyinin, ölkə ictimaiyyətindən gizlədildiyinin fərqinə vardı. Deməli, o, daxili auditoriyaya hesablanmış çıxışlar edir, mövqeləri zəiflədiyindən ölkə rəhbərliyini qıcıqlandırmamaq üçün bu çıxışların Azərbaycan miqyasında təqdim olunmasına imkan vermir. Beləliklə,Vasif Talıbov daxili auditoriyaya, Naxçıvan sakinlərinə deyir ki, siz heç kimə əhəmiyyət verməyin, buranın yiyəsi-sahibi də, rəhbəri də mən özüməm. Vasif Talıbovun bu yanaşması isə qəbuledilməzdir. Görək, onun bu hərəkətlərinə siyasi hakimiyyət nə qədər dözəcək?

Ovqat.com-un qısa əlavəsi:

Yeri gəlmişkən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bu il iyul ayının 1-də maraqlı bir Sərəncam imzalamışdı. Sərəncama əsasən, ordu quruculuğu sahəsində xüsusi xidmətlərinə görə, Kərəm Nəriman oğlu Mustafayev “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” qızıl nişan ilə təltif edilmişdı. Maraqlıdır ki, Azərbaycanın rəsmi hərbi nişanları arasında belə bir mükafat mövcud deyil. Sadəcə, Ali Məclis sədrinin 25 iyun 2013-cü il tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı təsis edilib ki, bu mükafatın adında da В«qızılВ» sözü yoxdur. Belə görünür, Ali Məclisin sədri Vasif Talıbov Kərəm Mustafayevin В«Naxçıvana xidmətiВ»ni elə feyzyab olub ki, hətta onun fəaliyyətini qanunvericilikdə mövcud olmayan nişanla mükafatlandırıb.
//Ovqat.com//







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ömər Eldarov xəstəxanadan evə buraxıldı -Onun 99 yaşı var...
Bu gün, 10:45
Paşinyan sülh istəyir, amma hazır deyil - ONA GÖRƏ DƏ...
Bu gün, 10:38
Əliyevin Trampa təşəkkürü və: bu, təkcə minnətdarlıq mesajı deyil - Bakı gündəmi müəyyən edir...
Bu gün, 10:33
Ruslar benzin növbəsində qırılırlar - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:28
Bakıda azyaşlı bacı-qardaş itkin düşüb
Bu gün, 10:14
Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha 13 gəmini vurub - KİV
Bu gün, 10:13
Bütün arxivləri açacağıq
Bu gün, 09:03
"Nəyi dəyişmisiniz, İlqar Bayramlı?" - ETİRAZ VAR!
Bu gün, 09:00
"Qızıl oğlanlar"ın təhsil islahatı - İLGİNC FAKTLAR
Bu gün, 08:54
Kadr siyasətində iflas: Naxçıvanda əslində nə baş verir? - "Naxçıvana kənardan gətirilən..."
Bu gün, 08:49
BU NƏDİ BELƏ: Şəkidə 500 ailə 4 ildir qazsız qalıb... - Sakinlər kömək istəyir
Bu gün, 08:43
Cavid Qurbanovun sabiq nazir müavininə vəzifə verməsinin pərdəarxası... - Azərbaycan idmançıları döyən bolqar gimnastdan niyə yaxa qurtara bilmir?
Bu gün, 08:39
Yeni 100 manatlıqlar inflyasiyanı artıracaq? – ŞƏRH
Bu gün, 08:32
Azərbaycan neftinin qiyməti 91 dolları ötdü
Bu gün, 08:30
Avropanın bizə münasibəti siyasi terrorizmdir - Kaladze
Bu gün, 08:29
Bakının addımı “yaşıl işıq” yaratdı: Türkiyə və İsrail yenidən əlaqəyə keçir? - AKTUAL
Bu gün, 08:28
Avropa İttifaqı bu dəfə "Şahid" dronlarına qarşı... - GƏLİŞMƏ
Bu gün, 08:23
Partiya sədrindən TƏKLİF VAR - "...gündə iki dəfə qatar reysləri təşkil etmək olar"
Bu gün, 08:18
Naxçıvandakı istefalara rəsmi REAKSİYA: “Kimsə Naxçıvanı bu zir-zibildən təmizləməlidir!” - ŞOK GƏLİŞMƏ
Bu gün, 08:03
TƏBİB-in "əsassız çağırış" adında bir silahı var... - MALƏSƏF...
Bu gün, 07:46
"Səni məcbur edən var gəlib mənim səhifəmə baxıb əsəbiləşəsən?" - Nura Suri
Bu gün, 07:30
Torpaqları geri almışıqsa, onlar da geri qayıtmalıdırlar... - ÇAĞIRIŞ
Bu gün, 07:21
Tanınmış jurnalistdən İLGİNC açıqlama: "Dəstəklədiyim yeganə kişi Vasif Talıbov olub" - MR-da NƏ BAŞ VERİR?
Bu gün, 07:15
Müəllim seçimində absurd əmsal sistemi - NARAZILIQ VAR...
Bu gün, 06:46
“Oxu atıb, yayı gizlədən” AQTA... - Keyfiyyətsiz yağların adını niyə açıqlamır?
Bu gün, 06:39
Yeni maşınlar əti daha da qiymətli edəcək? - Görünəni odur ki...
Bu gün, 06:37
İrəvanda iddia edirlər ki, Konstitusiya islahatı Paşinyan üçün tələyə çevrilə bilər - AKTUAL
Bu gün, 06:33
Qaradağ Rayon İcra Hakimiyyəti 66 min manat vergi borcu olan şirkətlə müqavilə bağladı - FOTO
Bu gün, 06:30
SEPAH ABŞ-nin Yaxın Şərqdəki hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb
Bu gün, 06:27
Beyləqanda “pambıqla baş kəsən” kimlərdir? – “Ağ qızıl” üzərində qara əməliyyatlar gedir
Bu gün, 06:24
ABŞ beş il ərzində 28 min qanadlı raket almağı planlaşdırır - KİV
Bu gün, 06:19
Tramp Kobaxidzeyə məktubunda ABŞ-Gürcüstan əməkdaşlığının möhkəmləndirilməsini dəstəkləyib
Dünən, 20:12
Ağsu bazarında QOÇULUQ EDƏN KİMDİR? - NARAZILIQ VAR...
Dünən, 16:47
TERRORDAN SONRA İLK: Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə hava əlaqəsini BƏRPA EDİR - AÇIQLANDI
Dünən, 16:19
"RUSİYA ŞOVİNİZMDƏN ƏL ÇƏKMƏLİDİR, ƏVVƏLKİ AZƏRBAYCAN DEYİLİK" - "ABŞ-nin ikinci hədəfi qabardılmır..."
Dünən, 16:16
Mingəçevir ŞİH ekskavator, yolsüpürən maşın, avtosəbət, otbiçən alır – 720 min xərcləmək istəyir
Dünən, 16:09
Vardanyanın arvadına kim dəstək verəcək? - KİV
Dünən, 16:07
“Studiyada elə düz-qoş edirlər ki, çaş-baş qalırsan” - Aşıq Namiq Fərhadoğlu
Dünən, 16:05
300 manatlıq borc üstündə dəhşət: Oğul doğma anasını bıçaqladı - TƏFƏRRÜAT
Dünən, 16:02
Nizami rayonunda nizam yoxdur... RƏSMƏN XAOSDUR! - BU NƏDİ BELƏ?
Dünən, 15:56
ABŞ- İran gərginliyi: Azərbaycanı nə gözləyir? - ŞƏRH
Dünən, 15:51
“3+3” formatı yenidən gündəmdə - Lavrov açıqladı
Dünən, 15:49
Öncə arvadını, sonra özünü bıçaqladı - İkisi də sağdır
Dünən, 15:44
Ermənistan artıq bu məhsulları AB-yə ixrac edəcək
Dünən, 15:15
Ukraynanın yeni Nazirlər Kabinetində nazirliklərin sayı 15-dən 17-yə çatıb
Dünən, 15:11
SKSP-nın rezidentinə yeni direktor gəlib - ƏMR
Dünən, 15:07
İcra başçısı ADSEA rəhbərliyini GÜNAHKAR ÇIXARDI... - Əziyyət çəkən isə sakinlərdir...
Dünən, 14:57
“TuranBank”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 14:54
Vüsalə Əlizadə "İncə səhər" proqramı ilə yollarını ayırıb
Dünən, 14:47
Toy və yas mərasimində KÜTLƏVİ ZƏHƏRLƏNMƏLƏR – Məclisdəki faciənin məsuliyyətini kim daşıyır?
Dünən, 14:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru