Paşinyan sülh istəyir, amma hazır deyil .....                     Əliyevin Trampa təşəkkürü və: bu, təkcə minnətdarlıq mesajı deyil .....                     Ruslar benzin növbəsində qırılırlar .....                     Bakıda azyaşlı bacı-qardaş itkin düşüb .....                     Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha 13 gəmini vurub .....                     Bütün arxivləri açacağıq .....                     "Nəyi dəyişmisiniz, İlqar Bayramlı?" .....                     "Qızıl oğlanlar"ın təhsil islahatı .....                     Kadr siyasətində iflas: Naxçıvanda əslində nə baş verir? .....                     BU NƏDİ BELƏ: Şəkidə 500 ailə 4 ildir qazsız qalıb... .....                     Cavid Qurbanovun sabiq nazir müavininə vəzifə verməsinin pərdəarxası... .....                     Yeni 100 manatlıqlar inflyasiyanı artıracaq? .....                     Azərbaycan neftinin qiyməti 91 dolları ötdü .....                     Avropanın bizə münasibəti siyasi terrorizmdir .....                     Bakının addımı “yaşıl işıq” yaratdı: Türkiyə və İsrail yenidən əlaqəyə keçir? .....                     Avropa İttifaqı bu dəfə "Şahid" dronlarına qarşı... .....                     Partiya sədrindən TƏKLİF VAR .....                     Naxçıvandakı istefalara rəsmi REAKSİYA: “Kimsə Naxçıvanı bu zir-zibildən təmizləməlidir!” .....                     TƏBİB-in "əsassız çağırış" adında bir silahı var... .....                     "Səni məcbur edən var gəlib mənim səhifəmə baxıb əsəbiləşəsən?" .....                     Torpaqları geri almışıqsa, onlar da geri qayıtmalıdırlar... .....                     Tanınmış jurnalistdən İLGİNC açıqlama: "Dəstəklədiyim yeganə kişi Vasif Talıbov olub" .....                     Müəllim seçimində absurd əmsal sistemi .....                     “Oxu atıb, yayı gizlədən” AQTA... .....                     Yeni maşınlar əti daha da qiymətli edəcək? .....                     İrəvanda iddia edirlər ki, Konstitusiya islahatı Paşinyan üçün tələyə çevrilə bilər .....                     Qaradağ Rayon İcra Hakimiyyəti 66 min manat vergi borcu olan şirkətlə müqavilə bağladı .....                     SEPAH ABŞ-nin Yaxın Şərqdəki hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb .....                     Beyləqanda “pambıqla baş kəsən” kimlərdir? .....                     ABŞ beş il ərzində 28 min qanadlı raket almağı planlaşdırır .....                     Tramp Kobaxidzeyə məktubunda ABŞ-Gürcüstan əməkdaşlığının möhkəmləndirilməsini dəstəkləyib .....                     Ağsu bazarında QOÇULUQ EDƏN KİMDİR? .....                     TERRORDAN SONRA İLK: Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə hava əlaqəsini BƏRPA EDİR .....                     "RUSİYA ŞOVİNİZMDƏN ƏL ÇƏKMƏLİDİR, ƏVVƏLKİ AZƏRBAYCAN DEYİLİK" .....                     Mingəçevir ŞİH ekskavator, yolsüpürən maşın, avtosəbət, otbiçən alır .....                     Vardanyanın arvadına kim dəstək verəcək? .....                     “Studiyada elə düz-qoş edirlər ki, çaş-baş qalırsan” .....                     300 manatlıq borc üstündə dəhşət: Oğul doğma anasını bıçaqladı .....                     Nizami rayonunda nizam yoxdur... RƏSMƏN XAOSDUR! .....                     ABŞ- İran gərginliyi: Azərbaycanı nə gözləyir? .....                 

7 min manata görə peşəkar təhsil işçisinin başına oyun açırlar... - İTTİHAM VAR!
Tarix: 20-10-2022, 09:29 | Çap et
7 min manata görə peşəkar təhsil işçisinin başına oyun açırlar...
Şirvan şəhərində yaşayan Əliyeva Təranə Əlövsət qızı tərəfindən “Hürriyyət” qazetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Şirvan şəhərində yerləşən 10 saylı məktəbin direktoru Arif Əliyevi onu qanunsuz şəkildə işdən uzaqlaşdırmaqda ittiham edir:

“Mən Əliyeva Təranə Əlövsət qızı, Şirvan şəhər sakiniyəm. Ali təhsilliyəm, rus dili müəlliməsiyəm. 25 ilə yaxın pedaqoji stajım var. 20 ilə yaxın müddətdə Şirvan şəhər, Elçin İmanov adına 10 saylı məktəbdə rus dili müəlliməsi kimi işləmişəm. İşlədiyim müddətdə heç vaxt dərsdən qalmamış, bulletenə belə çıxmamışam. İntizamlı müəllimə olmuşam.

Bu işimdən əlavə, qeyri-hökümət təşkilatlarında da işləmişəm. 2007-2008-ci illərdə kurikulumun hazırlıq mərhələsində Amerikada - Nyu Yorkda qrant layihəsinin rəhbəri olmuşam. Misir Mərdanovun nazir olduğu dönəmdə 5 min dollarlıq mükafata layiq görülmüşəm. İngilis və rus dili fənləri üçün “Xalqalr dostluğu” başlıqlı layihənin rəhbəri olmuşam. O layihənin sayəsində bizim məktəbin xarici dil müəllimləri 10 il müddətində həmin otaqdan istifadə etdilər.

2017-ci ildə, iyun ayında müəllimlərin qol çəkdiyi vaxtda Şirvan şəhər, 10 saylı məktəbin direktoru söhbət əsnasında mənə bildirdi ki, niyə sən yay tətilində işləməyə getmirsən, ailə vəziyyətində çox ağırdır? Həqiqətən də mənim ailə vəziyyətim çox ağırdır. Evimdə xəstə anam, böyük külfət - hamısı mənim üzərimdə idi. Mən də direktor Arif Əliyevlə aramızda danışdıq ki, biraz özümü düzəldənə kimi məni işimdə idarə etsin. Fikirləşdim ki, məzuniyyət pulumu alım, sonra görüm nə iş tapıram, hec olmasa, bir az borclarımı, kreditlərimi idarə edim. Mən ona dedim ki, məzuniyyətimi aldıqdan sonra kartımı sizə verərəm, 2-3 ay idarə edin, sonra işə qayıtdıqda kartımı götürərəm. Məni şirin dilinə salıb aldatdı, əslində isə mənim yerimə adam axtarırmiş ki, 7 min AZN qarşılığında işə götürsün. Lakin yerimə seçilən müəllimə gəlib görəndə ki, bu mənim yerimdir, razılaşmayıb”.

Şikayətçi deyir ki, sonradan direktor onu qanunsuz olaraq işdən azad edib: “2017-ci il sentyabrın 15-də guya öz xahişimlə işdən azad olmuşam. Həmin vaxtdan mənə hec bir sənəd təqdim olunmamışdır. Əmək kitabçamı 2021-ci ilin noyabr ayında, çox get-gəldən sonra almışam. Mənə əmrim verilməmişdi. Əmrimi 2022-ci il, avqustun 22-də aldım . Avqustun 29-da sənədlərimi məhkəməyə təqdim etdim. İddia ərizəsində sadəcə ərizəmin yoxlanılmasını, xəttşunaslıq ekspertizasından keçirilməsini istədim ki, iş çox uzun çəkməsin.

2022-ci il 3 oktyabr tarixində Şirvan şəhər Məhkəməsində hazırlıq iclasımız oldu. Prosesdə məktəb direktoru israr etdi ki, “işdən getmək haqda ərizəni müəllimənin qızı yazib”. Yəni, guya, qızım sentyabr ayında mənim adımdan ərizə yazıb. Amma bu savadsız direktor bilmir ki, işdən getmək haqda ərizəni müəllimin özü yazmalıdır.

Azərbaycan qanunlarına əsasən, mənim qızım, yaxud hansısa ailə üzvüm o vaxt mənim adımdan ərizə yaza bilər ki, mən onların adına etibarnamə verərdim. İşdən getmək haqda ərizənin üstünə etibarnamənin surəti tikilməli və əmək kitabçama da belə yazılmali idi. Məsələn, filan saylı etibarnaməyə əsasən, Əliyeva Təranə Əlövsət qızı öz xahişi ilə işdən azad olunur”.

Təranə Əliyevanın sözlərinə görə, direktor Arif Əliyev müəllim deyil, sadəcə məşqçidir, üstəlik 65 yaşı 2022-ci il aprelin 15-də tamam olsa da, hələ təqaüdə getməyib: “Yəqin ki, havadarları çox güclüdür. Hələ öz taxt-tacında, öz səltənətində “vəzirləri”, “vəkilləri” ilə ömür sürur. Məktəbin bütün rəhbərliyi Arif Əliyevin öz adamlarıdır. Məktəb onların gəlir mənbələri, “ticarət mərkəzləri”dir. Məktəbin 2-ci, 3-cü mərtəbələri hazırlıq keçmək üçün müəllimlərə icarəyə verilir. Guya bundan Təhsil Nazirliyinin, rayon Təhsil Şöbəsinin, Şirvan icra başçısının xəbəri yoxdurmu? Var, sadəcə hər kəsin haqqını yüksək şəkildə verir. O, məktəbi “yeyib dağıdır”, onu durduran yoxdur. Maraqlanmaq laızmdır ki, Arif Əliyevin və Rövşən Allahverdiyevin havadarları kimlərdir”.

Şikayətçi yazır ki, iyulun 7-də Təhsil nazirinin müavini, İnsan Resurslarının müdiri Eşqi Bağırovun qəbulunda olub: “Eşqi Bağırov qəbulda Səlyan Regional Təhsil İdarəsinin müavini Rövşən Allahverdiyevi tərifləməyə başladı. Cavabında ona dedim ki, Rövşən Allahverdiyevi ona görə tərif edirsiniz ki, MİQ-də sizə əla pul gətirir. Çünki kim MİQ imtahanından keçmək istəyirsə, Rövşən Allahverdiyevi axtarır. Artıq müəyyən bir məbləğ qoyublar, qiymət 20-25 min AZN arasında dəyişir”.

Təranə Əliyeva deyir ki, direktorun qanunsuz qərarı ilə bağlı məhkəməyə də müraciət edib: “2022-ci il, 3 oktyabr tarixində Şirvan şəhər Məhkəməsində Arif Əliyev hakim Elçin Qurbanova işdən çıxmaq haqda əmrimi təqdim etdi. Mənim təqdim etdiyim əmrlə onların təqdim etdiyi əmrin arasındakı fərqi hakim də gördü. Mənə verilən əmrdə belə yazılıb: “Öz xahişi ilə azad olunub”. Direktorun təqdim etdiyi əmrdə isə, guya, xəstəliklə işdən öz xahişimlə çıxdığım qeyd olunurdu. Yəni ortada 2 fərqli əmr var idi. Hakim dedi ki, Arif müəllim, bunu dəyişdirin, bu nədir gətirmisiniz? Təbii ki, Elçin Qurbanov da ancaq Arif Əliyevin dediklərini təsdiqləyirdi və bunun səbəbi mənə qaranlıq qaldı”.

Haqsız yerə işdən çıxarıldığını deyən şikayətçi xanım vurğuladı ki, 2017-ci ildə etibarən bütün müvafiq strukturlara müraciət etsə də, heç bir nəticəsi yoxdur: “Məni haqsız yerə, xəbərim olmaya-olmaya işimdən azad ediblər. Bu nə qədər düzgün bir qərardır? Bu hadisəni imkansız, çarəsiz olmağımdan istifadə adlandıra bilərəm. 2017-ci ildən bu günə kimi mübarizə aparıram, amma şikayətimə baxan yoxdur. Təhsil Şöbəsinin müdiri Rövşən Allahverdiyev indi “Salyan Regional”da müavin işləyir, Arif Əliyevlə əlbir olub mənim işimə son veriblər”.

Şikayətçi sonda onu da bildirir ki, direktor və Təhsil şöbəsinin keçmiş müdiri onu aclığa məhkum ediblər: “Arif Əliyev və Şirvan Təhsil şöbəsinin keçmiş müdiri, indiki “Salyan Regional”ın müdir müavini Allahverdiyev Rövşən əlimdən axırıncı tikəmi də aldı və ailəm ac-yalavac vəziyyətdədir. “Hürriyyət” vasitəsilə Təhsil Nazirliyinə, Prezident aparatına müraciət edirəm! Xahiş edirəm ki, şikayətimə əsaslı şəkildə baxılsın”.

P.S. Ölkədə direktorların özbaşınalıqları sanki dəb halına düşüb. Bəs, təhsil şöbələrinin bir faydası olmayacaqsa, valideynlərin, müəllimlərin şikayətinə baxılmayacaqsa, bu qurumlar niyə var? Fikir verirsinizsə, şikayətçilərin heç biri məhkəmədən, polisdən, prokrorluqdan və s. orqanlardan düzgün nəticə gözləmirlər. Hər biri mətbuat vasitəsiylə Prezidentə müraciət edir. Hətta şikayətçilər tam yəqinliklə deyirlər ki, ölkə başçısına məktubları çatmır. Hansısa orqanların bu məktublara müdaxilə etdiyini bildirirlər…

P.P.S. Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.
//hurriyyet.az//







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan sülh istəyir, amma hazır deyil - ONA GÖRƏ DƏ...
Bu gün, 10:38
Əliyevin Trampa təşəkkürü və: bu, təkcə minnətdarlıq mesajı deyil - Bakı gündəmi müəyyən edir...
Bu gün, 10:33
Ruslar benzin növbəsində qırılırlar - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:28
Bakıda azyaşlı bacı-qardaş itkin düşüb
Bu gün, 10:14
Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha 13 gəmini vurub - KİV
Bu gün, 10:13
Bütün arxivləri açacağıq
Bu gün, 09:03
"Nəyi dəyişmisiniz, İlqar Bayramlı?" - ETİRAZ VAR!
Bu gün, 09:00
"Qızıl oğlanlar"ın təhsil islahatı - İLGİNC FAKTLAR
Bu gün, 08:54
Kadr siyasətində iflas: Naxçıvanda əslində nə baş verir? - "Naxçıvana kənardan gətirilən..."
Bu gün, 08:49
BU NƏDİ BELƏ: Şəkidə 500 ailə 4 ildir qazsız qalıb... - Sakinlər kömək istəyir
Bu gün, 08:43
Cavid Qurbanovun sabiq nazir müavininə vəzifə verməsinin pərdəarxası... - Azərbaycan idmançıları döyən bolqar gimnastdan niyə yaxa qurtara bilmir?
Bu gün, 08:39
Yeni 100 manatlıqlar inflyasiyanı artıracaq? – ŞƏRH
Bu gün, 08:32
Azərbaycan neftinin qiyməti 91 dolları ötdü
Bu gün, 08:30
Avropanın bizə münasibəti siyasi terrorizmdir - Kaladze
Bu gün, 08:29
Bakının addımı “yaşıl işıq” yaratdı: Türkiyə və İsrail yenidən əlaqəyə keçir? - AKTUAL
Bu gün, 08:28
Avropa İttifaqı bu dəfə "Şahid" dronlarına qarşı... - GƏLİŞMƏ
Bu gün, 08:23
Partiya sədrindən TƏKLİF VAR - "...gündə iki dəfə qatar reysləri təşkil etmək olar"
Bu gün, 08:18
Naxçıvandakı istefalara rəsmi REAKSİYA: “Kimsə Naxçıvanı bu zir-zibildən təmizləməlidir!” - ŞOK GƏLİŞMƏ
Bu gün, 08:03
TƏBİB-in "əsassız çağırış" adında bir silahı var... - MALƏSƏF...
Bu gün, 07:46
"Səni məcbur edən var gəlib mənim səhifəmə baxıb əsəbiləşəsən?" - Nura Suri
Bu gün, 07:30
Torpaqları geri almışıqsa, onlar da geri qayıtmalıdırlar... - ÇAĞIRIŞ
Bu gün, 07:21
Tanınmış jurnalistdən İLGİNC açıqlama: "Dəstəklədiyim yeganə kişi Vasif Talıbov olub" - MR-da NƏ BAŞ VERİR?
Bu gün, 07:15
Müəllim seçimində absurd əmsal sistemi - NARAZILIQ VAR...
Bu gün, 06:46
“Oxu atıb, yayı gizlədən” AQTA... - Keyfiyyətsiz yağların adını niyə açıqlamır?
Bu gün, 06:39
Yeni maşınlar əti daha da qiymətli edəcək? - Görünəni odur ki...
Bu gün, 06:37
İrəvanda iddia edirlər ki, Konstitusiya islahatı Paşinyan üçün tələyə çevrilə bilər - AKTUAL
Bu gün, 06:33
Qaradağ Rayon İcra Hakimiyyəti 66 min manat vergi borcu olan şirkətlə müqavilə bağladı - FOTO
Bu gün, 06:30
SEPAH ABŞ-nin Yaxın Şərqdəki hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb
Bu gün, 06:27
Beyləqanda “pambıqla baş kəsən” kimlərdir? – “Ağ qızıl” üzərində qara əməliyyatlar gedir
Bu gün, 06:24
ABŞ beş il ərzində 28 min qanadlı raket almağı planlaşdırır - KİV
Bu gün, 06:19
Tramp Kobaxidzeyə məktubunda ABŞ-Gürcüstan əməkdaşlığının möhkəmləndirilməsini dəstəkləyib
Dünən, 20:12
Ağsu bazarında QOÇULUQ EDƏN KİMDİR? - NARAZILIQ VAR...
Dünən, 16:47
TERRORDAN SONRA İLK: Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə hava əlaqəsini BƏRPA EDİR - AÇIQLANDI
Dünən, 16:19
"RUSİYA ŞOVİNİZMDƏN ƏL ÇƏKMƏLİDİR, ƏVVƏLKİ AZƏRBAYCAN DEYİLİK" - "ABŞ-nin ikinci hədəfi qabardılmır..."
Dünən, 16:16
Mingəçevir ŞİH ekskavator, yolsüpürən maşın, avtosəbət, otbiçən alır – 720 min xərcləmək istəyir
Dünən, 16:09
Vardanyanın arvadına kim dəstək verəcək? - KİV
Dünən, 16:07
“Studiyada elə düz-qoş edirlər ki, çaş-baş qalırsan” - Aşıq Namiq Fərhadoğlu
Dünən, 16:05
300 manatlıq borc üstündə dəhşət: Oğul doğma anasını bıçaqladı - TƏFƏRRÜAT
Dünən, 16:02
Nizami rayonunda nizam yoxdur... RƏSMƏN XAOSDUR! - BU NƏDİ BELƏ?
Dünən, 15:56
ABŞ- İran gərginliyi: Azərbaycanı nə gözləyir? - ŞƏRH
Dünən, 15:51
“3+3” formatı yenidən gündəmdə - Lavrov açıqladı
Dünən, 15:49
Öncə arvadını, sonra özünü bıçaqladı - İkisi də sağdır
Dünən, 15:44
Ermənistan artıq bu məhsulları AB-yə ixrac edəcək
Dünən, 15:15
Ukraynanın yeni Nazirlər Kabinetində nazirliklərin sayı 15-dən 17-yə çatıb
Dünən, 15:11
SKSP-nın rezidentinə yeni direktor gəlib - ƏMR
Dünən, 15:07
İcra başçısı ADSEA rəhbərliyini GÜNAHKAR ÇIXARDI... - Əziyyət çəkən isə sakinlərdir...
Dünən, 14:57
“TuranBank”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 14:54
Vüsalə Əlizadə "İncə səhər" proqramı ilə yollarını ayırıb
Dünən, 14:47
Toy və yas mərasimində KÜTLƏVİ ZƏHƏRLƏNMƏLƏR – Məclisdəki faciənin məsuliyyətini kim daşıyır?
Dünən, 14:41
Ruslar erməni güllərini TANIDILAR... - FIRILDAQ baş tutmadı...
Dünən, 14:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru