Yasamal sakinləri Elşad Həsənovdan NARAZIDIR .....                     Azərbaycana Ermənistandan gətirilən qızılgülün qiyməti açıqlandı .....                     Şuşada 14 yeni yaşayış binası ucaldılacaq .....                     Xameneiyə görə QİSAS əməliyyatı .....                     Azərbaycanın lizinq şirkəti maliyyə vəziyyətini açıqlayıb .....                     Əməkdar artist açıq ürək əməliyyatı olundu: .....                     Paşinyan Başkənddən imtina etməyəcəklərini bəyan edib .....                     “Esvatini Kralının milli geyiminə görə tənqid edilməsi yolverilməzdir, cılız fikirlərlə çıxışlar edirlər...” .....                     “Yeni Klinika” tibbi tullantılara 349 min manat xərcləyəcək .....                     Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb? .....                     "Həmin vaxt artıq ana olacağımı yeni öyrənmişdim" .....                     Köçəryan, Sərkisyan və Karapetyan məsuliyyətə cəlb ediləcək .....                     “DOST İş Mərkəzi” ofis sahəsini 1.3 milyon manata icarəyə götürür .....                     Rusiya ilə danışıqlarda vasitəçi kim olsun? .....                     "Özünü dövlət ittihamçısı kimi təqdim edərək masaj salonuna gəldi" .....                     Xəzər Universitəsinin əməkdaşı 29-cu Avrasiya İqtisadi Zirvə toplantısında .....                     “Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak etdi .....                     Ermənistanın İKİ ən etibarlı qarantoru .....                     Avrasiyanın transformasiyası başlayıb: parçalanan imperiyaların "səsi batır" .....                     Eyyubov, Daşdəmirov və general oğlu haqda YENİ QƏRAR .....                     Sahib İbrahimovla bağlı ŞOK: Həbsdə görün nə edib .....                     AYNA Bakıda tıxacları həll edən qurum deyil .....                     Yoxlama aparıldı, pozuntular aşkarlandı: Vüsal Nəsirli rəisi işdən çıxardı .....                     Gəlir vergisinin tətbiqindən sonra özəl sektorda işçilərin sayı azalıb .....                     Arzu Kazımovun adı keçən BORC QALMAQALI... .....                     Dövlət xəstəxanalarına hər müraciət edən qəbul olunmaya bilər .....                     "İrşad" BOKT-un zərəri kəskin artıb .....                     AQC rəhbərliyi Mingəçevir Dövlət Universitetində konfransda çıxış edib .....                     Müsabiqə artıq mahnı müsabiqəsi olmaqdan çıxıb .....                     Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar: “Su qiymətinə” .....                     Neft 180 dollara çata bilər .....                     Restoranda müştərini döyən şəxs amnistiyaya düşdü .....                     “Brent” nefti 107 dollar səviyyəsində ticarət olunur .....                     “Azəriqaz” Mingəçevirdə BELƏ NARAZILIQ YARADIR... .....                     Ruslar savaşdan yorulub, ona görə Putin bunu dedi .....                     Bərdədə fermerlərin SIĞORTA DAVASI... .....                     Burda açıq-aşkar ZAY MƏHSUL SATIRLAR... .....                     Bakı həmin Bakıdır... sadəcə, üzməyi öyrənməlidir... .....                     Pentaqon Tramp üçün İrana zərbə planları hazırlayıb .....                     Saatlıq maaş sistemi işçilərə nə qazandıracaq? .....                 

TƏHLÜKƏ: Əgər başçı müavini 14 yaşlı qıza əxlaqsız deyə bilirsə... - BELƏ HARA GEDİRİK?
Tarix: 18-07-2022, 09:24 | Çap et
TƏHLÜKƏ: Əgər başçı müavini 14 yaşlı qıza əxlaqsız deyə bilirsə...
Lənkərandakı 4 saylı məktəbin direktoru Yeganə Əsgərovanın gözü qarşısında icra başçısının müavini Rəsilə Əliyevanın 9-cu sinif şagirdi Aliyə Camalovanı vəhşicəsinə döyməsi barədə məlumat artıq dövlət qurumlarının nəzarətindədir: DİN dərhal, məlumat yayılan gün – 15 iyulda artıq araşdırılma başladığını bildirdi, iki gün sonra isə Baş Prokurorluq izahatlar alındığı, ekspertiza təyin edildiyini elan, qanunvericiliyə uyğun qərar veriləcəyini vəd etdi; Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də münasibətini açıqlayıb və hadisənin araşdırılması üçün aidiyyəti qurumlara müraciət edib və s.

Ümid edirik ki, iddia yoxlanacaq və günahkar mütləq cəzasını alacaq, həm də ən qısa müddətdə.

Ona görə də tələsməyək – bəlkə, Rəsilə Əliyeva haqlıdır, 14 yaşlı uşağı qəddarcasına, vəhşicəsinə döyməyib, ona böhtan atılır?

Bu sualla da gəldik əsas məsələyə və təəssüf ki, əksəriyyətin diqqətdən kənarda qoyduğu məqama: axı, Rəsilə Əliyeva açıqlama vermişdi və hadisəni danışmışdı!

Hər kəs dilinin altında gizlənib – elə başçı müavini də. Ona görə Rəsilə Əliyevanın məlum açıqlamasından sitatları təhlil edək:

“Aliyənin anası haçandan ortaya çıxdı? O, heç bilmir ki, qızı kimlə yaşayır və onu kim saxlayır. Onun qızı əxlaqsızdır və biabırçı videoları var”.

Böyük bir şəhər-rayonun icra başçısının müavininin ifadələrindən, leksikonunda olan və ictimai açıqlamasında istifadə etdiyi sözlərdən şoka düşmək olar. Necə yəni “onu saxlayırlar”?

Bir rayonun icra başçısının müavini kiməsə qarşı bu cür ittihamlar irəli sürə bilər? İttiham edilən şəxs 14 yaşlı qız uşağıdırsa, ümumiyyətlə, vəziyyət daha da qəlizləşir: bir xanım məmur, rayona rəhbərlik edənlərdən biri 14 yaşlı uşağı necə əxlaqsız adlandıra bilər? Hansı haqq-hüquqla? 14 yaşlı bir uşağın taleyi ilə necə belə oynamaq olar?

Bu uşaq hələ yetkinlik yaşına belə çatmayıb, dünyanı dərk etmir. Ona ictimai şəkildə əxlaqsız demək qətiyyətlə olmaz və çox ciddi hüquqi məsuliyyət yaradır.

TƏHLÜKƏ: Əgər başçı müavini 14 yaşlı qıza əxlaqsız deyə bilirsə...

R.Əliyeva böyük bir hüquqi məsuliyyət daşıdığını bilə-bilə bunu deyirsə, bir vəzifə adamına yaraşmayan davranışdır – vəzifəsinə arxayın olub, insanların şərəf və ləyaqətini alçaltmaq olmaz; yox, məsuliyyətini dərk etmirsə, onda onu bu vəzifəyə necə seçiblər?

R.Əliyevanın Aliyəni döyüb-döyməməsi olduqca mübahisəlidir, bəlkə də döyməyib. Ancaq başçı müavinin bu sözləri Aliyəni döyməkdən betərdir, onun taleyini, gəncliyini, gələcəyini məhv etməkdir: döyübsə, 3-5 gündən sonra onun zədələri keçib gedəcək, ancaq bu cür ağır ifadələr qız uşağını ömrünün sonuna qədər təqib edəcək.

“Sinif şagirdlərinin adından ona-buna videolar atıb. Belə qızın məktəbdə qalıb oxuması düzgün deyil. Mənim qızımla da rəfiqə deyil və ola bilməz. O, hansı ailədə böyüyüb, bilinmir. Aliyənin xalası kimdi, onu əvvəl kim saxlayıb, gedin onları araşdırın”.

Son cümləyə diqqət edin: Aliyənin ailəsi haqda da ağır ifadələrdən istifadə edir və ümumilikdə bu ailəni xar edir.

Bu qadının-xanımın-məmurun kiçik bir açıqlamasında iki dəfə ardıcıl “onu saxlayırlar” ifadəsindən istifadə edilib. Bu nə kompleksdir belə? Bir xanım-məmur bu sözdən nə yaman bərk yapışıb?

“Sadəcə olaraq o videoları mən əldə etmişəm və polis bölməsinə də təqdim etmişəm”.

Bir icra başçısının müavininin fəaliyyət dairəsində 14 yaşlı uşağın “birabırçı videosu"nu əldə etmək də varmış. Başçı müavininin işi-gücü budurmu? R.Əliyeva hansı əsasnamə ilə işlədiyini izah edə bilərmi?

Bir ananın, xanımın, icra başçısının müavininin 14 yaşlı qızın videolarını əldə etməsini və onu polisə verməsini təsəvvürünüzdə canlandırın! Bir rayonun icra başçısının müavininin 14 yaşlı qız uşağı ilə necə bir intriqa apardığını göz önünə gətirin!

Heyrətlənməmək üçün mütləq Rəsilə Əliyeva kimi düşünmək lazımdır.

Yeri gəlmişkən, bu xanım məktəblərdən birində adi müəllim olub, bir müddət öncə qadınların vəzifələrdə təmsilçiliyinin faizini qaldırmaq üçün PA-nın keçmiş rəhbəri Ramiz Mehdiyevin təlimatı ilə başçıların humanitar məsələlər üzrə müavinlərinin xanımlardan, həm də gənc xanımlardan təyin edilməsi dalğasında başçı müavini vəzifəsinə sahiblənib. Niyə o seçilib? – bu, bizim işimiz deyil!

Bizim işimiz olansa budur: müdirin katibi, katibəsi bilirsinizmi nə demək idi?

Müdir olmayanda onu əvəz edə biləcək yüksək intellektli, savadlı, idarə-müəssisə-qurumun fəaliyyətini idarə və koordinasiya etməyi bacaran peşəkar.

Hansı sovet müəssisəsində katib və ya katibə bu funksiyanı daşıyırdı? “Katib” demək olar ki, yox idi, o vəzifəni məhz “katibə” statusuna isə müdirlər düşürmüşdü.

Maraqlıdır, niyə bəzi başçıların humanitar məsələlər üzrə müavinləri özlərini “klassik katibələr” statusunda görür?
//AXAR.AZ//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yasamal sakinləri Elşad Həsənovdan NARAZIDIR - FOTO
Bu gün, 12:43
Azərbaycana Ermənistandan gətirilən qızılgülün qiyməti açıqlandı
Bu gün, 12:41
Şuşada 14 yeni yaşayış binası ucaldılacaq — Qiyməti 37 milyon manat
Bu gün, 12:33
Xameneiyə görə QİSAS əməliyyatı – Trampın başına 50 milyon?
Bu gün, 12:23
Azərbaycanın lizinq şirkəti maliyyə vəziyyətini açıqlayıb
Bu gün, 12:21
Əməkdar artist açıq ürək əməliyyatı olundu: - "Heç kim bunu üzərinə götürmürdü"
Bu gün, 12:16
Paşinyan Başkənddən imtina etməyəcəklərini bəyan edib - KİV
Bu gün, 12:09
“Esvatini Kralının milli geyiminə görə tənqid edilməsi yolverilməzdir, cılız fikirlərlə çıxışlar edirlər...” - VİDEO
Bu gün, 12:06
“Yeni Klinika” tibbi tullantılara 349 min manat xərcləyəcək
Bu gün, 12:03
Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb? - QALMAQAL
Bu gün, 12:01
"Həmin vaxt artıq ana olacağımı yeni öyrənmişdim" - FOTO
Bu gün, 11:58
Köçəryan, Sərkisyan və Karapetyan məsuliyyətə cəlb ediləcək - Ermənistan Baş naziri
Bu gün, 11:49
“DOST İş Mərkəzi” ofis sahəsini 1.3 milyon manata icarəyə götürür
Bu gün, 11:45
Rusiya ilə danışıqlarda vasitəçi kim olsun? - Avropa naçar qalıb
Bu gün, 11:44
"Özünü dövlət ittihamçısı kimi təqdim edərək masaj salonuna gəldi" - Məhkəmə
Bu gün, 11:42
Xəzər Universitəsinin əməkdaşı 29-cu Avrasiya İqtisadi Zirvə toplantısında - FOTO
Bu gün, 11:39
“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak etdi
Bu gün, 11:32
Ermənistanın İKİ ən etibarlı qarantoru – BİRİ Azərbaycan...
Bu gün, 11:08
Avrasiyanın transformasiyası başlayıb: parçalanan imperiyaların "səsi batır" - İNCƏLƏMƏ
Bu gün, 10:58
Eyyubov, Daşdəmirov və general oğlu haqda YENİ QƏRAR - Qərara əsasən...
Bu gün, 10:50
Sahib İbrahimovla bağlı ŞOK: Həbsdə görün nə edib - ORDA DA...
Bu gün, 10:47
AYNA Bakıda tıxacları həll edən qurum deyil - YARADAN QURUMDUR...
Bu gün, 10:45
Yoxlama aparıldı, pozuntular aşkarlandı: Vüsal Nəsirli rəisi işdən çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:41
Gəlir vergisinin tətbiqindən sonra özəl sektorda işçilərin sayı azalıb
Bu gün, 10:40
Arzu Kazımovun adı keçən BORC QALMAQALI... - Prezidentə MÜRACİƏT OLUNUB VƏ...
Bu gün, 10:31
Dövlət xəstəxanalarına hər müraciət edən qəbul olunmaya bilər – SƏBƏB
Bu gün, 10:15
"İrşad" BOKT-un zərəri kəskin artıb
Bu gün, 10:05
AQC rəhbərliyi Mingəçevir Dövlət Universitetində konfransda çıxış edib - FOTOLAR
Bu gün, 10:01
Müsabiqə artıq mahnı müsabiqəsi olmaqdan çıxıb - transatlantik və Qərbi Avropa hekayələrinə sədaqət barometrinə çevrilib
Bu gün, 09:56
Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar: “Su qiymətinə” - DETALLAR
Bu gün, 09:46
Neft 180 dollara çata bilər - Qorxunc xəbərdarlıq
Bu gün, 09:40
Restoranda müştərini döyən şəxs amnistiyaya düşdü - TƏFƏRRÜAT
Bu gün, 09:37
“Brent” nefti 107 dollar səviyyəsində ticarət olunur
Bu gün, 09:27
“Azəriqaz” Mingəçevirdə BELƏ NARAZILIQ YARADIR... - AXI NİYƏ?..
Bu gün, 08:43
Ruslar savaşdan yorulub, ona görə Putin bunu dedi - ŞƏRH
Bu gün, 08:31
Bərdədə fermerlərin SIĞORTA DAVASI... - NARAZILIQ VAR...
Bu gün, 08:20
Burda açıq-aşkar ZAY MƏHSUL SATIRLAR... - MÜRACİƏT
Bu gün, 08:07
Bakı həmin Bakıdır... sadəcə, üzməyi öyrənməlidir... - REPLİKA
Bu gün, 08:02
Pentaqon Tramp üçün İrana zərbə planları hazırlayıb - İDDİA
Bu gün, 07:42
Saatlıq maaş sistemi işçilərə nə qazandıracaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:41
“Mikrorayon” serialını sevənlərə üzücü xəbər – Həmin kadrlara görə…
Bu gün, 07:39
Xaraba günə qalan Goranboy: Başçıdan soruşan yoxdur ki... - DÖVLƏTİN PULLARI HANI?
Bu gün, 07:19
"Ürəyimin üç damarını dəyişiblər..." - İntiqam Soltan
Bu gün, 06:53
Bakı-Moskva arasında yeni dövr – “Soyuq praqmatizm”
Bu gün, 06:50
Ekologiyanın “boz kardinal”ı Vüqar Kərimova qarşı ağır ittihamlar - Dövlətin yaşıl siyasətini “qara biznes”ə çevirənlər…
Bu gün, 06:48
Naxçıvanda məmurların qəbuluna düşmək İMKANSIZDIR... - GİLEY
Bu gün, 06:35
Təcili Tibbi Yardımın TƏCİLİ YARDIMINA ümidli olsaq.... - ETİRAZ VAR!
Bu gün, 06:29
"Sədərək Yusif" üçün bu ölkənin qanunları İŞLƏMİR... - İLGİNC FAKTLAR
Bu gün, 06:22
Siyəzəndə dövlətin əmlakı belə QARƏT OLUNUR... - İTTİHAM VAR...
Bu gün, 06:18
Qorxmaz Hüseynovun OĞURLADIĞI PULLAR - görün, harda imiş...
Bu gün, 06:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru