Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT .....                     "Hələ Balaş bəy biraz yumşaq deyib..." .....                     TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... .....                     AİLƏVİ... .....                     Narahat olmayın, səhv məndədir... .....                     70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? .....                     Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib .....                     "Məclisdə Ramalı görəndə oxumaq istəmirəm" .....                     İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi .....                     Ermənistanda referendum qərarı: .....                     “Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” .....                     Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA .....                     Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? .....                     Sülh sazişi niyə ləngiyir? .....                     Beləcə, məni aylardır, illərdir aldadırlar .....                     Bakı və Tbilisidən mühüm .....                     “Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” .....                     Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya .....                     Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ .....                     Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək .....                     Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... .....                     Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... .....                     Kəlbəcərdə sursat partlayıb .....                     Başçı özünə birinci müavin təyin etdi .....                     Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı .....                     İrandan Hörmüzlə bağlı xəbərdarlıq .....                     Oğuzhan Uğur barəsində həbs qərarı verildi .....                     Mülayim şərq küləyi əsəcək .....                     Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB .....                     Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi .....                     Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu .....                     SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: .....                     "Tik-tok"da tanış oldum, aldatdı ki, həkiməm” .....                     Fuad Quliyevin rəis təyin etdiyi şəxs öz əməkdaşlarını rüşvət alamğa məcbur edir .....                     "Baksol yolu"nda su xətti partladı: Sakinlərin şikayətini eşidən yoxdur .....                     Ermənistanda aksiyalar başladı: “Xalq üsyana hazırdır” .....                     Tanışını qətlə yetirərək 18 il həbs cəzası alan şəxs .....                     Qaşınmayan yerdən qan çıxaranlar... .....                     "Müharibə şou ilə deyil, real işlə qazanılır" .....                     Qadın şərikli biznes vədi ilə 17 min manatı ələ keçirdi .....                 

İndiki deputatlar KÖHNƏLƏRƏ RƏHMƏT OXUTDURUR... - FAKT BUDUR!
Tarix: 27-10-2021, 10:43 | Çap et
İndiki deputatlar KÖHNƏLƏRƏ RƏHMƏT OXUTDURUR...
DİA.AZ: - "İki il olar Milli Məclis “üzüsulu” özünü buraxıb, di gəl, yeni Məclis də üzünə salıb mandat alan köhnə deputatlardan formalaşıb. Dəyişən bircə rəhbərlikdir. Necə deyərlər, köhnə məclis, yeni rəhbərlik. Komitələrin rəhbərliyində də dəyişmələr yalnız əvvəlki deputatların hesabına baş verib. “Gənc” deputatların irəli çəkilməsinə , çox güman, “sınaq müddəti” gərəkir. Kim daha çox “quş buraxsa” , millət vəkilliyini dövlət (başçısı) vəkilliyinə , yaltaqlığına dəyişsə , yerini də , rütbəsini də “yuxarıya” dəyişə bilər". Bu barədə Məğrur Bədəlsoy DİA.AZ-a göndərdiyi məqaləsində yazır.

Daha sonra müəllif fikirlərini belə davam etdirir: "Millətin özünün vəkillərinin yenidən formalaşmasından gözləntilərinin doğrulmadığını demək olar. Millət, seçici, vətəndaş vəkilinin deputat mandatı ilə üzünə bağlanan qapıların açılmasında, Konstitusiya ilə təminat verilən hüquq və azadlıqlarının qorunmasında gerçək addımını duymur . Elə bil, deputat mandatı şəxsi gəlir, qazanc, üstünlük əldə etmək üçün qarantiya rolunu oynayır. Bu mandatı seçici probleminin çözümü adına yararlanmaq heç yada düşmür. Qutsal millətə vəkillik missiyasının özü deklarativ, görüntü xarakteri daşıyır.

Mədəniyyət komitəsinin sədri Qənirə xanım Paşayevanın umacaqsız gerçək millət vəkili olmasını , kim bilməsə də, qazi və şəhid ailələri çox gözəl bilirlər. Aztəminatlı şəxslərin problemlərinin çözülməsində xanım millət vəkilinin xidmətini danmaq, ən azı, insafsızlıq olar. Gerçəkdə onun və komitədəki müavini Fazil Mustafanın yeri Əmək və sosial siyasət komitəsinin profilinə daha çox uyuşur, nəinki indiki görəvlərinə. Hansısa incəsənət, mədəniyyət işçisinə fəxri ad verilməsinə sorğu göndərməklə insanların problemləri çözülmür axı! Görün, nə günə qalmışıq, bir çağlar insanlar problemlə üzləşəndə xalq artistlərinə , mədəniyyət, ədəbiyyat, musiqi xadimlərinə ağız açardılar. İndi xalq artistinin özü ona-buna ağız açmağa məcburdur. Aylıq 100 manatlıq “artist pulu” ilə qocaman sənət adamı bir günlük, bir həftəlik dərman pulundan özgə nə əldə edə bilər? İndi biz hansısa xalq artistini , şairi, rəssamı, musiqiçini önümüzdə sözümüzü deməyə məmur, nazir qapısına hansı üzlə aparaq? Şair demişkən, Musa Urudun əmək və sosial siyasət komitəsinin sədri kimi bu iki ildə sosial problemlərin çözümündə sözsüz qalması göz önündədir. Sələfi Hadı Rəcəbli, “quş buraxmaqda” dilə düşsə də, heç olmasa, vətəndaşların müraciətlərini aidiyyatı qurumlara göndərirdi , Musa Quliyev, ümumiyyətlə, cavab vermir, səsi “quş buraxanda” eşidilir. İnsan hüquqları komitəsinin sədri Zahid Orucun , özəlliklə, şəhid və qazi ailələrinin problemlərinin çözülməsində millət vəkili kimi göstərdiyi çabaları danmaq olmaz . Nə yazıq, bu vəkillik elə çabadan o yana keçmir. Çaba ilə isə sosial problemlər çözülmür. Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov , əvvəlki kimi, müraciətlərə baxmaqdan imtina edir. Yəqin, pandemiya “Məclisin “baş həkimi”ni susmağa zorlayıb, amma bu yəqinlik inandırıcı görünmür. Axı, indiyədək Covid 19 yox idi, deputatlar “quş buraxmırdı” ? Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran xanım Hüseynova sələfi Aqiyə xanım Naxçıvanlıdan ayrı (fərqli) olaraq “məğrur susqunluğunu” sürdürməkdədir. Aqiyə xanım, heç olmasa, ailə xanımlarını çox uşaq doğmaqla dövlətə yük olmaqda suçlayıb “quş buraxırdı” . Amma ədalət adına, komitəyə müraciətlərə anında köməkçinin telefon zəngi ilə bağlantı qurmaqla baxılırdı. Hicran xanımın nə özü, nə də köməkçisi müraciətlərə ilgi bildirir. Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzova edilən müraciətlər hələ də cavabsız qalır. Halbuki, əvvəlki sədr Arif Rəhimzadə anında , daha çox torpaq ayrılmasından imtina ilə bağlı müraciətləri aidiyyatı üzrə Ədliyyə Nazirliyinin rəhbərliyinə ünvanlayırdı. Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev sələfi İsa Həbibbəyli kimi müraciətlərə biganədir. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili də qocaman sələfi Ziyad Səmədzadənin “partizan susqunluğu” yolu ilə gedir. Ümumiyyətlə, bu komitənin üzvləri mediada aktivlikləri ilə seçilsələr də, müraciətlərə baxmaqda passivdirlər. Müdafiə , təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin dəyişməz sədri Ziyafət Əsgərov yenə öz ampluasındadır , müdafiə, təhlükəsizlik və korrupsiya ilə bağlı müraciətlərə baxmaqdan imtina edir. Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev də sələfi Eldar İbrahimov kimi müraciətləri cavablandırmır. Beynəlxalq

münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 20 illik sədri Səməd Seyidovun millət vəkili kimi edilən müraciətlərə baxmaqdan imtinası sürür . Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov və müavini Asim Mollazadənin insanların işıq, qaz, enerji ilə təminatında rolu yoxdur. Sələfi, hazırda Prezidentin 22 may 2020 -ci il tarixli sərəncamı ilə Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun idarə heyətinin sədri təyin olunan Valeh Ələsgərov həm də Milli Məclisin sədr müavini kimi vətəndaşların sosial - iqtisadi problemlərinin çözülməsində misilsiz vəkillik xidməti ilə ad çıxarıb. Bu dövlət adamı, millət vəkili dövlətə, millətə o qədər bağlıdır ki, qəbuluna yazılan vətəndaşları özü çağırıb dinləyir, anında telefon zəngi ilə birbaşa aidiyyatı qurumun rəhbəri ilə bağlantı qururdu. Söz vaxtına çəkər, iki il öncənin bu oktyabrında online qəbula yazılmağımla bağlı qəbul gününü gözləmədən (növbədənkənar) çağırıb , anında birbaşa nazirlə bağlantı qurdu. Təsəvvür edin, evə çatmamış mobil nömrəmə xidmət qurumundan zəng gəldi və elə həmin gün qəbul edildim. Nə yazıq, iki ildir Valeh Ələsgərovun millət vəkili xidmətindən məhrumuq. Doğrudan da, Prezidentin 19.10.2021 tarixli sərəncamı ilə “1-ci dərəcəli Vətənə xidmətə görə” ordeni ilə ödülləndirilən Valeh müəllimin millət vəkili kürsüsündə yeri görünür. Hanı bu gün elə millət vəkili, özü zəng edib çağırmaq bir yana, çoxsaylı şikayətlərə cavab versin? Gənclər və idman komitəsinin sədri, MM-in sədr müavini, öz deputatımız Adil Əliyevin köməkçisi ilyarım qabaq zəng edib, məhkəmə qərarını icra etdirib, qanpulunu ödətdirəcəklərinə söz versə də, sözdən işə keçilmir. İctimai birliklər və dini qurumlar komitəsinin sədri, MM-in sədr müavini Fəzail İbrahimlinin də ilyarım qabaqdan bəri səsi çıxmır. MM sədri , xanım Sahibə Qafarova və MM-in 1-ci vitse-spikeri, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin köməkçilərinin aracılığı ilə müraciətləri anında elektron qaydada cavablandırmaları köhnə rəhbərlikdən qalma susqunluq, biganəlik “ buzunu əridib “. Görəsən, digərləri rəhbərlikdən niyə örnək götürmürlər? Milli Məclis Aparatına gəldikdə isə, rəhbəri Səfa Mirzəyevin əvvəlki kimi peşəkarlığı müraciətlərin anında peşəkarlıqla cavablandırılmasını təmin edir.

Bizim sözümüzü deməyə, dərdimizi dinləməyə Valeh Ələsgərov kimi gerçək millət vəkilinə ehtiyacımız var. Dədəm Qorqudun sözüdür : “Hanı dediyim bəy ərənlər? “ HANI BİZ DEYƏN, BİZİ EŞİDƏN MİLLƏT VƏKİL(LƏR)İ?"









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT - "NƏ QƏDƏR Kİ GEC DEYİL..."
Bu gün, 04:10
"Hələ Balaş bəy biraz yumşaq deyib..." - İlqar Məmmədov
Bu gün, 04:06
TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... - "Bəlkə ambulans helikopter də almaq lazımdır?"
Bu gün, 03:53
AİLƏVİ... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:37
Narahat olmayın, səhv məndədir... - AXI NİYƏ?
Dünən, 17:07
70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? - TƏFƏRRÜAT
Dünən, 17:00
Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib - DİNDİRMƏDƏ İŞTİRAK ETMƏDİKLƏRİ HALDA PROTOKOLLARI İMZALAYIBLAR
Dünən, 16:58
"Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
Dünən, 16:55
İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?
Dünən, 16:54
Ermənistanda referendum qərarı: - "Putin ittifaqı"nda qalacaq, yoxsa?
Dünən, 16:48
“Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” – SENSASİON GEDİŞAT
Dünən, 16:40
Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA – “Başınız ağrıyacaq”
Dünən, 16:36
Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? - AKTUAL
Dünən, 16:13
Sülh sazişi niyə ləngiyir? – Paşinyanın Konstitusiya planına politoloqdan AÇIQLAMA
Dünən, 16:11
Beləcə, məni aylardır, illərdir aldadırlar - GİLEY
Dünən, 15:53
Bakı və Tbilisidən mühüm ANLAŞMA
Dünən, 15:50
“Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:49
Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:45
Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ - FOTOLAR
Dünən, 15:44
Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək – TENDER NƏTİCƏSİ
Dünən, 15:30
Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... - GİLEY
Dünən, 15:19
Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... - "Hansı islahatları aparırsınız?"
Dünən, 15:13
Kəlbəcərdə sursat partlayıb - Yaralı var
Dünən, 15:05
Başçı özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 13:26
Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı
Dünən, 12:36
İrandan Hörmüzlə bağlı xəbərdarlıq - "Fars"
Dünən, 12:34
Oğuzhan Uğur barəsində həbs qərarı verildi
Dünən, 12:21
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:10
Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB - BUNDAN SONRA...
Dünən, 12:06
Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi - DETALLAR
Dünən, 12:03
Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - İTTİHAM VAR...
Dünən, 12:02
SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: - “Bu məlumatlar açıqlanmamalı idi”
Dünən, 11:58
"Tik-tok"da tanış oldum, aldatdı ki, həkiməm” - “UĞUR 777” İŞİ
Dünən, 11:57
Fuad Quliyevin rəis təyin etdiyi şəxs öz əməkdaşlarını rüşvət alamğa məcbur edir - ŞOK İDDİA
Dünən, 11:52
"Baksol yolu"nda su xətti partladı: Sakinlərin şikayətini eşidən yoxdur - FOTO
Dünən, 11:46
Ermənistanda aksiyalar başladı: “Xalq üsyana hazırdır” - RUS BARMAĞI...
Dünən, 11:42
Tanışını qətlə yetirərək 18 il həbs cəzası alan şəxs yenidən məhkəmə qarşısında
Dünən, 11:41
Qaşınmayan yerdən qan çıxaranlar... - AXI NİYƏ?
Dünən, 11:39
"Müharibə şou ilə deyil, real işlə qazanılır" – Baş komandan Ukrayna rəhbərliyindəki qalmaqala son qoydu
Dünən, 11:37
Qadın şərikli biznes vədi ilə 17 min manatı ələ keçirdi – MƏHKƏMƏ
Dünən, 11:35
Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı ARAŞDIRMA BAŞLADI
Dünən, 11:34
Ucarda vəzifəli şəxsin qan donduran əməlləri ifşa olunur – Su İdarəsinin rəis müavini hər an həbs oluna bilər...
Dünən, 11:32
Diplomun tanınması və cəzanın azaldılması adı ilə vətəndaşları aldatdı - TƏFƏRRÜAT
Dünən, 11:28
AZAL donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib - VİDEO
Dünən, 11:26
"DÇ-2026: Futbol turniri dəyişən dünyanın güzgüsünə çevrildi" - "Новая газета Европа"
Dünən, 11:23
Həmkəndlisini dəmir boru ilə vəhşicəsinə döyən şəxs: - "Araq içdik, sonra məni söyməyə başladı"
Dünən, 11:21
Bakıda yaşıllaşdırma işləri aparılır, yeni ağac və bitki növlərinin yetişdirilməsi və əkilməsi davam etdirilir - FOTO
Dünən, 11:12
Sahibkar Göyçayda intihar edəcəyini bildirir - ETİRAZ!
Dünən, 11:03
"Belə bir həyatda yaşamaq üçün heç bir stimul da qalmır..." - ANIM
Dünən, 10:53
"Öz ərazimizi hədəf ala bilərik" - İran ordusu
Dünən, 10:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru