“BU NECƏ DÖVLƏTDİR Kİ, ƏSGƏRİNİN QANINI BATIRIR?”
Tarix: 2-04-2012, 15:50 | Çap et
ƏSGƏR VALİDEYNLƏRİ ETİRAZA QALXDI
Azərbaycan Silahlı Qüvvələrində qulluq edərkən dünyasını dəyişmiş bir qrup əsgərin valideynləri aprelin 2-də ali baş komandan İlham Əlievə, Milli Məclis rəhbərliyinə və Konstitusiya Məhkəməsinə müraciət edib. “Milaz.info” portalının məlumatına görə, müraciətdə deyilir: “Biz, 2011-ci il fevralın 20-də Azərbaycan Müdafiə Nazirliyinin Göygöl rayonunda yerləşən hərbi hissəsində baş vermiş hadisə zamanı vətənə qurban verdiyimiz 7 əsgərin valideyni bəyan edirik ki, Hərbi Prokurorluğun övladlarımızın adına qara yaxmaq cəhdləri Azərbaycan əsgərini və bayrağını təhqir etmək deməkdir. Biz Hərbi Prokurorluğun apardığı istintaqın nəticələrini qəbul etmirik. Bu hadisə ilə bağlı aparıldığı deyilən məhkəmə proseslərinin faciəyə heç bir aidiyyəti olmadığını bəyan edirik.
Biz öz vətənpərvər övladlarımızı sağ-salamat, 18 yaşında Silahlı Qüvvələrə - dövlətə verdik. Bu necə dövlətdir, necə idarəçilik üsuludur ki, öz əsgərinin ölümünün əsl səbəbini gizlədir? Əsgərinin adına ləkə yaxır və əsgərinin qanını batırır? Dövlət öz əsgərlərinin həm dirisinə, həm də ölüsünə sahiblik etməlidir”.
Müraciətə Cavadova Rəsmiyyə Əli qızı, Quliyev Fəxrəddin Bayramqulu oğlu, Xocberov Abdulla Ramazan oğlu, Kərimov Yaşar Cərulla oğlu, Hüseynov Əhmədəli Məhəmmədəli oğlu, Quliyev Etibar Əbdürəhman oğlu imza atıblar. Onlar bir müddət əvvəl vəfat etmiş Suanverdiyev Radfel Xudu oğlunun da adından müraciət ediblər.
Qeyd olunur ki, müraciəti Məmmədova Aynur İbad qızı (2010-cu ilin yanvarında Daşkəsəndəki hərbi hissədə baş vermiş faciədə dünyasını dəyişmiş Sadiq Məmmədovun anası), Əzizov Bəyalı Köçalı oğlu (2010-cu ilin yanvarında Daşkəsəndəki hərbi hissədə baş vermiş faciədə dünyasını dəyişmiş Elxan Əzizovun atası), Novruzov Qədir Novruz oğlu da (2011-ci ilin sentyabrında hərbi hospitalda dünyasını dəyişmiş Eldar Novruzovun atası) dəstəkləyir.
2011-ci il fevralın 20-də Müdafiə Nazirliyinin Şəmkir hərbi birləşməsinin Göygöl rayonundakı hərbi hissəsində 7 əsgər həlak olub. İstintaqın açıqlamasına görə, əsgərlərdən biri - Quliyev Zakir Etibar oğlu hərbi hissədə əsgər yoldaşları Quliyev Naib Fəxrəddin oğlu, Cavadzadə Cavid Vəkil oğlu, Suanverdiyev Nurlan Radfel oğlu, Xocberov Ramazan Abdulla oğlu, Kərimov Əfqan Yaşar oğlu və Hüseynov Əhməd Əhmədəli oğlunu avtomat silahla öldürüb, daha sonra isə özünü öldürüb. Zakir Quliyev Yasamal Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. İstintaqın gəldiyi qənaətə görə, Ağdam Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan Nurlan Suanverdiyev Zakir Quliyevi incidib, ona qarşı zorakılıq törədib. Başqa əsgərlər buna görə Zakir Quliyevə pis münasibət bəsləyib. İddia olunur ki, Zakir Quliyev qətli və intiharı bu səbəbdən törədib.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Beynəlxalq silahlı qruplaşma yaradılıb Ukraynaya yeridilsin - TƏKLİF VAR...
Bu gün, 07:39 |
|
|
|
| • Qusarda Əmrullayevin HESABI belə ödənib - ŞOK İDDİA
Bu gün, 07:13 |
|
|
|
| • Ukraynada hakimiyyət dəyişikliyinə gedilir? - KİV
Bu gün, 07:01 |
|
|
|
| • Nəyi hardan nə qədər qazanırıq... HƏLƏ BİLİNMİR Kİ... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:57 |
|
|
|
| • Özbaşına qalan GDU rektoru görün, KİMLƏRƏ GÜVƏNİR... - qardaşı vəzifədə olmasa da...
Bu gün, 06:48 |
|
|
|
| • Ədalət onları qətiyyən maraqlandırmır... - REPLİKA
Bu gün, 06:41 |
|
|
|
| • Burdan bir məhsul alan bir də almır - GİLEY
Bu gün, 01:51 |
|
|
|
| • Putin getsə... Rusiya SAVAŞDAN ÇƏKİLƏCƏKMİ? - Görünəni odur ki...
Bu gün, 01:35 |
|
|
|
| • QƏZA İŞTİRAKÇISININ BABASI HÖKUMƏT ÜZVÜ DEYİLSƏ... - ədalət mühakiməsinin milli standartları...
Bu gün, 01:25 |
|
|
|
| • "Bu xidmət işləməyəcəksə, biz niyə bunun üçün ödəniş edirik?" - ETİRAZ VAR!
Bu gün, 01:19 |
|
|
|
| • Azərbaycanın S-400 zenit-raket kompleksinə ehtiyacı varmı? - AÇIQLAMA
Dünən, 18:05 |
|
|
|
| • Azərbaycan sərhədindən Türkiyəyədək magistral yolun beynəlxalq yükdaşımalar üçün açılması üzrə iş aparılır - Paşinyan
Dünən, 18:03 |
|
|
|
| • Erməni generallar barədə fərmanlar verildi - KİV
Dünən, 17:00 |
|
|
|
| • Namizəd Səfərovun cinayət işi üzrə məhkəmədə ittiham aktı elan olunub
Dünən, 16:57 |
|
|
|
| • Milli Məclisdə YENİ TƏYİNAT: Spikerə köməkçi təyin edildi - FOTO
Dünən, 16:55 |
|
|
|
| • Məhərrəmlikdə toy etmək olarmı? – Elşad Miri
Dünən, 16:50 |
|
|
|
| • ABŞ NATO-ya hamıdan çox pul xərcləyir, amma heç bir fayda əldə etmir - Tramp
Dünən, 16:43 |
|
|
|
| • AAYDA-ya məxsus bu yol istismar idarələri ləğv olunduğunu elan etdi - SİYAHI
Dünən, 16:39 |
|
|
|
| • Bakı-Naxçıvan-Bakı avtobus reysləri nə vaxt bərpa olunacaq? - GƏLİŞMƏ
Dünən, 16:37 |
|
|
|
| • Sənədləri saxtalaşdırdığına görə «qara siyahı»ya düşən “Kon-Lay Project” MMC... – YENİDƏN TƏŞKİL EDİLİR
Dünən, 16:33 |
|
|
|
| • Azərbaycanda eyni sahədə çalışan 10 ŞİRKƏT LƏĞV EDİLDİ - TƏFƏRRÜAT
Dünən, 16:33 |
|
|
|
| • Azərbaycanda 3,5 milyona yeni film çəkilir
Dünən, 16:28 |
|
|
|
| • 35 min manatlıq həkim, yalnız morqda işləyə bilər – REPLİKA
Dünən, 16:26 |
|
|
|
| • Bu klinika təzminat ödəyəcək - Burun düzəldəndə gözü zədələyib
Dünən, 16:21 |
|
|
|
| • Brüsselin Bakı kursu dəyişir: - “Əməkdaşlıq artıq təkcə qaz ixracı ilə məhdudlaşmır”
Dünən, 16:13 |
|
|
|
| • Ucuz neft Azərbaycana problem yaradacaq? - AKTUAL
Dünən, 14:01 |
|
|
|
| • "UNESCO-ya məktubu və müraciəti şəxsən mən göndərmişəm" - AÇIQLAMA
Dünən, 13:55 |
|
|
|
| • Mən Sərkisyanın Putinlə görüşdə etdiyi kimi etməyəcəm - Paşinyan
Dünən, 13:50 |
|
|
|
| • Özümü Paşinyansız düşünə bilmirəm – Simonyandan ETİRAF
Dünən, 13:49 |
|
|
|
| • İrəvan Moskva ilə dialoqu və Aİ-yə inteqrasiya kursunu davam etdirəcək - Paşinyan
Dünən, 13:45 |
|
|
|
| • Ermənistanın Aİ-yə ixracının təxminən 80 %-i rüsumsuz olacaq - Fon der Lyayen
Dünən, 13:42 |
|
|
|
| • Bakıda yenilənməsi nəzərdə tutulan 177 eskalatorun sifarişi verilib, istehsal başlayıb - BŞİH
Dünən, 13:11 |
|
|
|
| • Vətəndaşlara saxta diaqnoz və analizlər yazılıb - TƏBİB araşdırır
Dünən, 13:07 |
|
|
|
| • “Kapital Bank”a yeni Baş maliyyə inzibatçısı təyin edilib - BUNDAN SONRA...
Dünən, 13:04 |
|
|
|
| • Spiker seçilə bilməyən Simonyan deputat mandatından imtina etdi - “Heç prezident də olmaq istəmirəm”
Dünən, 13:02 |
|
|
|
| • “SOCAR-da işləyən vəzifəli şəxslərə rüşvət verəcəm” dedi və... - TƏFƏRRÜAT
Dünən, 13:01 |
|
|
|
| • Rusiya Xerson vilayətinə zərbə endirib, ölən və yaralananlar var
Dünən, 12:59 |
|
|
|
| • Bu şirkət ancaq Elm və Təhsil Nazirliyinin tenderlərini udur: 4 ildə 44 milyon manat... - İcazə verin, şübhələnək...
Dünən, 12:57 |
|
|
|
| • Paşinyan Putindən qorxaraq geri çəkildi: - İrəvandan Moskvaya BÖYÜK JEST
Dünən, 12:53 |
|
|
|
| • Səidə Bəkirqızı Sevinc Hüseynovanı məhkəməyə verdi
Dünən, 12:50 |
|
|
|
| • Putin Paşinyanın telefonunu niyə götürmədi? - NƏ BAŞ VERİR?
Dünən, 12:47 |
|
|
|
| • 2029-cu ildən Aİ ilə viza rejiminin liberallaşdırılmasına ümid edirik - Paşinyan
Dünən, 12:46 |
|
|
|
| • Mədəniyyət Nazirliyi bir ədəd kitabı 3781 manata çap etdirəcək - BU NƏDİ BELƏ?
Dünən, 12:01 |
|
|
|
| • İsrail Müctəba Xameneini ölümə məhkum edib - Tehran BMT-yə şikayət etdi
Dünən, 11:59 |
|
|
|
| • "Bəlkə o mənim son pulum idi... belə məsuliyyətsizlik olar?.." - ETİRAZ
Dünən, 11:57 |
|
|
|
| • ASTANA NƏ EDƏCƏK? - İNCƏLƏMƏ
Dünən, 11:49 |
|
|
|
| • Ukrayna azərbaycanlı iş adamının zavodunu vurdu - FOTO
Dünən, 11:45 |
|
|
|
| • "Arzum" ləqəbli bloqer məhkəmə zalından həbs edilib - QƏRAR
Dünən, 11:30 |
|
|
|
| • Çatışmazlıqların acı dadı: - yanacaq böhranı Kremlin imperiya miflərini məhv edir
Dünən, 11:27 |
|
|
|
| • Erməni separatçıları hansı üzlə bəraət istəyirlər? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:20 |
|
|
|
|