KEŞMİŞ DEPUTAT BİR İL BÖYRƏKSİZ YAŞAYACAQ
Tarix: 23-03-2012, 16:09 |
Çap et
ZƏLİMXAN YAQUB ƏMƏLİYYAT OLUNUB
Sabiq millət vəkili, Xalq şairi Zəlimxan Yaqub ağır cərrahiyyə əməliyyatına məruz qalıb. Onun hər iki böyrəyini çıxarıblar.
Bu barədə Z.Yaqubun özü Modern.az saytına verdiyi eksklüziv açıqlamasında bildirib.
Almaniyadan Azərbaycana dönən şair hazırda Bakıda öz evindədir:
“Hələ bir il böyrəksiz yaşayacağam. Buna görə də həftədə 3 dəfə dealiz seansına gedirəm. Həkimlər belə məsləhət gördülər. Bir ildən sonra mənə böyrək köçürəcəklər”.