Komediyadan KRİMİNALA DOĞRU: .....                     “İrəvan Moskvadan qopa bilməz” .....                     Hər 5 nəfərdən birində xərçəng tapılacaq: .....                     Evdə olmadıqları vaxtlarda MTK əməkdaşları həyətlərə daxil olur, ağacları kəsir, hasarları dağıdır... .....                     Bakıda ər arvadını güllələyərək öldürdü .....                     Paşinyanın “demokratiya” modeli: .....                     Qraf Şulenburq və Azərbaycan Cümhuriyyəti: .....                     Şamlar sönəcək, diplomatik tostlar unudulacaq... .....                     Bakıda rusca filmlər kinoteatrları başına aldı .....                     Emin Ağalarovun təsisçi olduğu 56 şirkətin ümumi gəliri 6,7 milyard rubl olub .....                     Son 5 ildə ictimai hamamlarda xərclənən pullar 5 milyondan 8,3 milyona yüksəlib .....                     Ruslan Abdullayev müşavir təyin olundu .....                     Vətəndaşları dolandıranlara .....                     Süni intellekt üçün internet “Bakcell”dən .....                     "Gəl çıx qarşıma, Ayaz Salayev, görüm nə edəcəksən?!" .....                     Abşeronda 25 yaşlı oğlandan anasına amansız cinayət: “Hərəkətlərini xatırladım, öldürmək istədim” .....                     Sərdar Cəlaloğlu Rusiyanın Bakıda “casus yuvasını” belə tapıb .....                     Yeni həkimlərin hamısı niyə qadındır? .....                     Rəhim Qazıyevə İranda “ayətullah” rütbəsi veriləcəkmiş? .....                     AZAL sərnişin daşımalarını 5% artırıb .....                     Şirqulaminin QUYRUĞU... .....                     Naxçıvanın gələcəyi TƏHLÜKƏDƏ... .....                     İşdən çıxarılan müəllim Prezidentdən kömək istədi: .....                     SOCAR İtaliya şirkəti ilə Anlaşma Memorandumu imzalayıb .....                     Paşinyan Bayramovun açıqlamasına müsbət reaksiya verdi .....                     "Atamın aldığı oyuncaqları hələ də saxlayıram" .....                     “Çoban Bulağı” mənimdir, Mövlam Şıxəliyev əlimdən almışdı .....                     Vardanyanın arvadı Bakıya gəlməyə hazırlaşır .....                     “Rosko” məhsullarının MƏNŞƏYİ HARDANDIR? .....                     Ceyhun Cəlilov deyir ki, İŞIQLARI SÖNDÜRÜN... .....                     Paşinyan iyulun sonuna qədər məzuniyyətə çıxır .....                     "Rusiya təhdidləri NATO-nu daha da birləşdirdi" .....                     İran niyə İlham Əliyev və Ərdoğanı “şəxsən” gözləyirmiş? .....                     Böyük Britaniya Azərbaycanın “Zəngəzur” gəmisini sanksiya altından çıxarıb .....                     Pezeşkiyandan ermənicə təşəkkürnamə .....                     Qusarda alternativ su mənbəyi tikilir .....                     Trampın geosiyasi auditi və: .....                     “Qurtuluş” yenidən açılır: Ceyhun Salmanov görünüşü ilə diqqət çəkdi .....                     "Söyüş və qarğış silməkdən yorulmuşam" .....                     Elm və Təhsil Nazirliyi bu şirkətə daha 1,8 milyon manat ödəyəcək .....                 

"DÜŞMƏNƏ MÜNASİBƏTİ İSRAİLDƏN ÖYRƏNMƏLİYİK"
Tarix: 3-03-2012, 14:22 | Çap et
"DÜŞMƏNƏ MÜNASİBƏTİ İSRAİLDƏN ÖYRƏNMƏLİYİK"

“DİALOQ TƏKLİFİ GÜCLÜ OLANDAN GƏLMƏLİDİR”

Gündəmdə olan məsələlərlə bağlı Modern.az-ın suallarını Ədalət Partiyasının sədr müavini, hüquqşünas Etimad İsmayılov cavablandırır.

- Etimad bəy, əvvəlcə Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı Bakıda və İstanbulda keçirilən aksiyalara münasibətinizi öyrənmək istərdik. Birində təmsil olunduğunuz partiya, digərində özünüz iştirak edirdiniz...

- Bu tədbirləri gecikmiş hesab edirəm. Çünki çoxdan görməli olduğumuz işləri yenə də ənənəvi olaraq hansısa konyukturaya uyğun şəkildə etdik. Amma gec də olsa vətənpərvərlik ruhunu cəmiyyətdə alovlandıran, iqtidarın və müxalifətin milli məsələlərdə vahid mövqedən çıxış etməsini göstərən bu hadisə təqdirəlayiq hesab olunmalıdır. İşğal olunmuş torpaqların hər bir kəndi bu və ya digər şəkildə Xocalı faciəsini yaşayıb. Şəxsən mən Xocalı soyqırımını ümumən işğal edilmiş ərazilərimizdəki insanlara qarşı həyata keçirilən təcavüzün simvolu hesab edirəm. Həm də mən kəsilmiş başın saçlarını ağlamağın tərəfdarı deyiləm. Biz İsrail dövlətindən düşmənlərə olan münasibəti örnək götürməliyik. Mövcud olduğu yerindən, tutduğu ictimai siyasi pillədən asılı olmayaraq İsrail xalqının düşməni cəzalandırılır.

- 26 fevralda çağdaş siyasi tariximizdə ilk dəfə olaraq hakimiyyət və müxalifət düşərgəsi eyni vaxtda, eyni məkanda ümumxalq toplantısında birgə yürüdülər. Bu zərif məqamın inkişaf etdirilərək Azərbaycanda iqtidar-müxalifət dialoquna başlanması perspektivini necə görürsünüz? Kim nə etməlidir?

- Ədalət Partiyası iqtidar-müxalifət münasibətlərində hər iki tərəfin mənəviyyat, qanun, əxlaq və ümummilli prinsipləri rəhbər tutmağa daim çağırıb. Taleyüklü məsələlərdə bir-birilərinə potensial müttəfiq gözü ilə baxmağın vacib olduğunu önə çəkib. Hər iki düşərgədə öz varlığını intriqalarda, qarşıdurma yaratmaqda göstərən irtica təfəkkür sahibləri olduğu kimi işıqlı, pozitiv yaradıcılıq qabiliyyəti olan insanlar da vard. Bu tip insanların iqtidarda və ya müxalifətdə olmasından asılı olmayaraq dövlətimizin, cəmiyyətimizin indiki durumunda birgə fəaliyyəti xüsusən önəm daşıyır. Dialoq təklifi güclü olandan gəlməlidir. İqtidar əlində dövlət resursları olduğuna görə, zatən güclüdür. Amma hakimiyyətin daxilində mövcud olan dar düşüncəli, qəlbiqara insanların mövcudluğu cəmiyyətin pozitiv qüvvələrinin bir araya gəlməsinə ciddi əngəldir. Ümidvaram ki, dövlətçilik təfəkkürü, dərin məsuliyyət hissi olan adamlar nəticədə inşallah qələbə qazanacaq.

- Xocalı soyqırımı ilə bağlı İstanbulda keçirilən konfransdakı çıxışınızda Qarabağın işğaldan azad edilməsi ilə bağlı, ənənəvi yanaşmadan fərqlənən bir sıra tezislər irəli sürdünüz. Fikirlərinizi təkrarlaya bilərsinizmi oxucularımız üçün?

- Bilirik ki, BMT Təhlükəsizlik Şurasının, işğal olunmuş ərazilərdən işğalçı ordunun dərhal və qeyri-şərtsiz çıxması ilə bağlı 4 qətnaməsi var. Ancaq 2009-cu ildə BMT Baş Assambleyasında Azərbaycanın ərazi bütövlüyü məsələsi səsverməyə çıxarılarkən, ATƏT-in Minsk qrupuna həmsədrlik edən hər üç dövlət - ABŞ, Rusiya və Fransa bu qərarın qəbulunun əleyhinə çıxıblar. İndi həmin qərarın əleyhinə olan qüvvələrdən Minsk qrupu çərçivəsində nə isə gözləmək cahillikdir. Onlar sadəcə, vaxtı udmaq, və baş qatmaqla məşğuldurlar. Biz onu da nəzərə almalıyıq ki, dünyada dinlərarası və millətlərarası savaş mövcuddur. Bu qüvvələr istəyir ki, müsəlman və türk olan Azərbaycanın hesabına xristian ermənini gücləndisin. Eyni zamanda Minsk qrupunun ortaya atdığı Madrid prinsipləri Azərbaycan üçün qəbulolunmazdır. Azərbaycan çoxmillətli dövlətdir. Ermənilərə yüksək status verəcəyiksə, həmin statusu ölkəmizdə toplu halda yaşayan, dini dinimizdən olan etnik qruplara verməməyimiz qeyri-mümkün olacaq. Nəzərə alaq ki, bundan qonşu dövlətlər və Azərbaycanı istəməyən qüvvələr məharətlə istifadə edəcək. Qarabağ məsələsinin həlli üçün Naxçıvan MR-nın statusu ləğv olunmalıdır. Çünki Azərbaycan konstitusiyaya görə unitar dövlətdir və unitar dövlət olaraq da qalmalıdır. Biz dərhal ATƏT-in süründürməçilik siyasətini əldə əsas tutub Minsk qrupunun bütün təkliflərindən imtina etməli və BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin icrası üçün hərəkətə keçməliyik. Və bu, hegemon dövlətlərin Türkiyəyə hazırkı ehtiyacı fonunda baş verməlidir.

- Bu arada Fransa Konstitusiya Şurası “Soyqırımı inkara görə cəza” qanunu ləğv etdi. Sizcə, bu Türkiyə və Azərbaycanın təpkiləri qarğısında geriçəkilmə idi, yoxsa, Fransanın öz demokratik ənənlərinə sahib çıxması?

- Sadaladığınız səbəblərin mövcudluğu ilə yanaşı, bu həm də Yaxın Şərqdə cərəyan edən gərginliklə bağlıdır. Siyasətin, xüsusilə də dövlət siyasətinin görünən və görünməyən tərəfləri var. Fransada qəbul olunmuş bu qərar yalnız Parisin yox, digər paytaxtların da birgə məhsuludur. Sadəcə olaraq Fransa üzərindən gerçəkləşməsinə can atılıb. Zənnimcə, Türkiyənin rəsmi və xüsusən də görünməyən təpkiləri ilə üzləşəndən sonra müvəqqəti olaraq, xüsusilə qeyd edirəm, müvəqqəti olaraq Türkiyənin timsalında müsəlman və türk toplumunun üzərindəki təhlükələr hələlik dondurulub. Bu Türkiyəyə gərginlik yaşayan Yaxın Şərqdə ehtiyacdan irəli gəlir. Bu təhdidlərin arxasında heç də В«məzlum erməni xalqının haqlarının müdafiəsiВ» dayanmır. Bu müsəlman dövlətləri üçün örnək ola biləcək Türkiyənin zəiflədilməsi və Avrasiya məkanında mövcud ola biləcək türk dövlətlər birliyinin əngəllənməsini hədəfə alıb.

- Sabah Rusiyada prezident seçkisi keçiriləcək. Rusiya ictimai-siyasi mühitinə bələd olan şəxs kimi nə gözləyirsiniz bu seçkidən?

- Əvvəllər dediyim kimi yenə də təkrarlayıram rusiyalıların böyük əksəriyyəti Putini yenidən lider seçəcək. Və biz imperiya düşüncəli, ağıllı, yürütdüyü siyasətdə davamlı, hədəflərə çatmaqdan ötrü heç nədən çəkinməyən qüvvənin mövcudluğunu nəzərə almalıyıq. Amma çəkinməməliyik. Sadəcə, önlərinə çıxara biləcək kadr potensialımız olmalıdır.

- Qubada baş verən olaylarla bağlı nə düşünürsüz?

- Bu hadisənin səbəbələrini ciddi araşdırılmağa ehtiyacı var. Zahirən bəlli olan səbəblər analiz üçün yetərli deyil. Amma bu yenə də yuxarıda vurğuladığım kimi, qeyri-peşəkarlığın, dar düşüncələrin, hakimiyyətdə zora güvənən bəzi qüvvələrin uğursuzluğudur. Xüsusilə daxili siyasətə cavab verən qüvvələrin.

Modern.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Komediyadan KRİMİNALA DOĞRU: - Dünya kinosundan “kopya”, yoxsa?
Bu gün, 17:40
“İrəvan Moskvadan qopa bilməz” - Politoloq
Bu gün, 17:37
Hər 5 nəfərdən birində xərçəng tapılacaq: - Onkoloq SOS deyir
Bu gün, 17:35
Evdə olmadıqları vaxtlarda MTK əməkdaşları həyətlərə daxil olur, ağacları kəsir, hasarları dağıdır... - BAKIDA QOÇU PEYDA OLUB...
Bu gün, 17:24
Bakıda ər arvadını güllələyərək öldürdü - TƏFƏRRÜAT
Bu gün, 17:15
Paşinyanın “demokratiya” modeli: - Ermənistanda avtoritar idarəçilik və Qərbin ikili standartı
Bu gün, 17:10
Qraf Şulenburq və Azərbaycan Cümhuriyyəti: - Bakı nefti uğrunda gizli savaş...
Bu gün, 17:08
Şamlar sönəcək, diplomatik tostlar unudulacaq... – Cənubi Qafqazda yeni dövr
Bu gün, 17:02
Bakıda rusca filmlər kinoteatrları başına aldı - "...bu, qətiyyən doğru deyil"
Bu gün, 17:01
Emin Ağalarovun təsisçi olduğu 56 şirkətin ümumi gəliri 6,7 milyard rubl olub - SİYAHI
Bu gün, 16:56
Son 5 ildə ictimai hamamlarda xərclənən pullar 5 milyondan 8,3 milyona yüksəlib - RƏSMİ
Bu gün, 16:53
Ruslan Abdullayev müşavir təyin olundu - ƏMR
Bu gün, 16:49
Vətəndaşları dolandıranlara HÖKM OXUNDU
Bu gün, 16:47
Süni intellekt üçün internet “Bakcell”dən - DİQQƏT
Bu gün, 16:45
"Gəl çıx qarşıma, Ayaz Salayev, görüm nə edəcəksən?!" – Rus dili qalmaqalı böyüyür
Bu gün, 16:42
Abşeronda 25 yaşlı oğlandan anasına amansız cinayət: “Hərəkətlərini xatırladım, öldürmək istədim” - TƏFƏRRÜAT
Bu gün, 16:38
Sərdar Cəlaloğlu Rusiyanın Bakıda “casus yuvasını” belə tapıb – Özü açıqladı
Bu gün, 16:35
Yeni həkimlərin hamısı niyə qadındır? – Müzakirələrə səbəb olan paylaşım
Bu gün, 15:59
Rəhim Qazıyevə İranda “ayətullah” rütbəsi veriləcəkmiş? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 15:52
AZAL sərnişin daşımalarını 5% artırıb - FOTO
Bu gün, 15:47
Şirqulaminin QUYRUĞU... - Sərt olub neyniyəcəklər...
Bu gün, 15:43
Naxçıvanın gələcəyi TƏHLÜKƏDƏ... - ƏGƏR VARSA...
Bu gün, 15:38
İşdən çıxarılan müəllim Prezidentdən kömək istədi: - Hüquqlarımın bərpasını istəyirəm
Bu gün, 13:26
SOCAR İtaliya şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Bu gün, 13:22
Paşinyan Bayramovun açıqlamasına müsbət reaksiya verdi - "İlin sonuna qədər..."
Bu gün, 13:18
"Atamın aldığı oyuncaqları hələ də saxlayıram" - Hacıbaba Bağırovun qızı 22 yaşında
Bu gün, 13:07
“Çoban Bulağı” mənimdir, Mövlam Şıxəliyev əlimdən almışdı - MƏHƏMMƏD BALAQADAŞOVLA BAĞLI OLAYIN SƏBƏBİ BƏLLİ OLDU
Bu gün, 13:03
Vardanyanın arvadı Bakıya gəlməyə hazırlaşır - KİV
Bu gün, 12:53
“Rosko” məhsullarının MƏNŞƏYİ HARDANDIR? - Ortada xeyli sual var...
Bu gün, 12:39
Ceyhun Cəlilov deyir ki, İŞIQLARI SÖNDÜRÜN... - Naxçıvanın MƏZƏLİ GÜNLƏRİ...
Bu gün, 12:36
Paşinyan iyulun sonuna qədər məzuniyyətə çıxır
Bu gün, 12:08
"Rusiya təhdidləri NATO-nu daha da birləşdirdi" - ŞƏRH
Bu gün, 12:06
İran niyə İlham Əliyev və Ərdoğanı “şəxsən” gözləyirmiş? - AKTUAL
Bu gün, 12:05
Böyük Britaniya Azərbaycanın “Zəngəzur” gəmisini sanksiya altından çıxarıb - TƏFƏRRÜAT
Bu gün, 12:02
Pezeşkiyandan ermənicə təşəkkürnamə - FOTO
Bu gün, 11:56
Qusarda alternativ su mənbəyi tikilir – Layihənin dəyəri 3.2 milyon manat
Bu gün, 11:52
Trampın geosiyasi auditi və: - NATO-nun yeni reallığı
Bu gün, 11:49
“Qurtuluş” yenidən açılır: Ceyhun Salmanov görünüşü ilə diqqət çəkdi - VİDEO
Bu gün, 11:41
"Söyüş və qarğış silməkdən yorulmuşam" - İlkin Misgərli autizmli uşaqla görüşəcək
Bu gün, 11:36
Elm və Təhsil Nazirliyi bu şirkətə daha 1,8 milyon manat ödəyəcək
Bu gün, 11:33
"Ezamiyyə xərclərimiz hələ də ödənilməyib..." - NARAZILIQ VAR...
Bu gün, 11:24
Türkiyəli sürücülər Naxçıvandan olan sərnişini ÖLÜMÜNƏ DÖYDÜLƏR - BU NƏDİ BELƏ?
Bu gün, 11:18
ABŞ-nin zərbələri nəticəsində iki gün ərzində İranda 14 nəfər ölüb, 78 nəfər yaralanıb
Bu gün, 11:05
Gənc xanıma yüksək vəzifə verildi - ƏMR
Bu gün, 10:59
Elşad Xosedən polisə şikayət olundu - TƏFƏRRÜAT
Bu gün, 10:57
NATO qırıcılarına bu regionda hərbi hədəfləri məhv etməyə icazə verilib - "Reuters"
Bu gün, 10:51
Başçı ilə idarə müdiri yola getmir... - belə deyirlər...
Bu gün, 10:41
BU BİNA ELƏ BİL BOŞDUR: Rayonun nə yiyəsi var, nə də nəzarət edəni... - ÖZBAŞINALIQ...
Bu gün, 10:31
Moskva indi ayılıb: İrəvan Hitlerin planlarını dəstəkləyir - Zaxarova deyir ki...
Bu gün, 10:25
Ermənilər Sinirlioğlunun istefasını tələb edir - QALMAQAL
Bu gün, 10:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru