Vətəndaş Karcher-dən şikayətləndi: .....                     Xalq artistinin kürəkəni məhkəməyə üz tutdu: 700 min manatlıq dələduzluq iddiası var .....                     MTK-ların hökmranlığına nə vaxt son qoyulacaq? .....                     Evləri yandı, qəzalı binaya sığındılar: “Uşağı işə aparıram ki, ilan vurmasın” .....                     Tanınmış aktyorda ağır xəstəlik aşkarlanıb: .....                     Davam edən Rusiya təxribatı: .....                     300 min azərbaycanlı Ermənistana kömək edə bilər .....                     “Gürcüstan Rusiya ilə saziş imzalayacaq .....                     Son 15 ildə SOCAR-da işçilərin sayı 34,3 min nəfər azalıb .....                     “Zəyəm Texnologiyalar Parkı” yarım ili zərərlə başa vurub .....                     SOCAR-dan ETSN-ə TRANSFER... .....                     Nazir onu özünə köməkçi təyin etdi .....                     Babək Hüseynov SOCAR-ın vitse-prezidenti vəzifəsindən azad olunub... YA YOX? .....                     Mərkəzi Asiyanın 4 ölkəsində eyni vaxtda elektrik kəsintisi baş verib .....                     Məktəb alış-verişi edənlərə xəbərdarlıq: .....                     Azərbaycan “Zəngəzur dəhlizi” müqabilində İrəvana nə verəcək? .....                     Elçin Quliyevə müavin təyin edildi .....                     SOCAR-da bir işçiyə düşən orta aylıq əməkhaqqı 60 min manat olub .....                     “Ali İmran” MMC Təsərrüfat Birliyinə 5 min ədəd 72%-lik sabun satacaq .....                     Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar .....                     Yeddi ayda metro ilə 129 milyon sərnişin daşınıb .....                     Lavrovdan Türkiyəyə etiraz: .....                     DTX, DMX və FHN-in avtomobilləri satışa çıxarılır .....                     Azərbaycanlı mütəxəssis BYD-də yüksək vəzifəyə təyin olundu .....                     Xandanyan: TRIPP-də başqa ölkələrin təhlükəsizlik strukturlarının mövcudluğu nəzərdə tutulmur .....                     Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı .....                     Bakı və Moskvadan referendum TƏLƏBİ .....                     Naxçıvanda 45 min manatlıq “gözyumma” rüsumu... .....                     “Xezer-Construction”a MİLYONLAR BELƏ ÖTÜRÜLÜR... .....                     Səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var .....                     2025-ci ildə SOCAR-ın gəlirləri 86,3 milyard manat təşkil edib .....                     “Cənnət Park” MTK-nın direktoru Qənbər Fətullayevə cinayət işi açılıb .....                     “Bu aparıcının səviyyəsinə baxır, .....                     İş adamına 1 milyon manat “atan” biznesmenlə bağlı qərar verildi .....                     Gənc aktrisadan QALMAQALLI AÇIQLAMA: .....                     "Qazprom Ermənistan"ın dörd əməkdaşı həbs edilib .....                     Putinin xəbərdarlığına Britaniyadan reaksiya: .....                     Kəramət Böyükçölün “4 milyonluq” obyekti müzakirələrə səbəb oldu .....                     Ermənilər Aristoteli də "oğurladılar": Gülməli “kəşf” .....                     Arxasında nazir imzası dayanan məşhur MAHNILAR .....                 

Yeni “İpək yolu” ssenarisinin ilk primerası – “Ever Given” qəzasının səhnə arxası
Tarix: 29-03-2021, 09:28 | Çap et
Yeni “İpək yolu” ssenarisinin ilk primerası
Misir prezidenti Əbdəl-Fəttah əs-Sisi Süveyş kanalını bloklayan “Ever Given” konteyner gəmisinin yükünün boşaldılması haqqında sərəncam verib.

Ovqat.com “Əl-Ərəbiyyə” telekanalına istinadən xəbər verir ki, artıq bu istiqamətdə işlər başlayıb.

Süveyş kanalı administrasiyasının rəhbəri Usamə Rabiənin sözlərinə görə, ən son çarə kimi həyata keçirilən bu tədbir çox mürəkkəb və zəhmət tələb edən işdir.

"Biz gəmini iki yolla — dartma və dəniz dibini qazma metodlarını ilə yerindən tərpətmək üçün gecə-gündüz çalışdıq. Amma ciddi nəticə əldə etmədik. İndi isə üçüncü ssenari üzrə hazırlaşırıq — gəmidəki yükləri azaltmaq", — deyə o vurğulayıb.

Hazırda kanalın mütəxəssisləri Hollandiyanın “Smit Salvage” şirkətinin ekspertləri ilə birlikdə problemin həlli üçün gəminin hansı həcmdə boşaldılmasının zəruri olduğunu qiymətləndirirlər.

Bununla yanaşı, kanal administrasiyasının rəhbəri vurğulayıb ki, ötən günlərlə müqayisədə konteyner yükünün vəziyyətinin yaxşılaşması müşahidə olunur. Gəmi dörd metr hərəkət edə bilib. Qurtarma çalışmalarında hazırda 14 dartı gəmisi işləyir. Onlardan ikisi — “Alp Guard” və “Carlo Magno” qəza baş verən gündən hadisə yerinə göndərilib. İndiyədək “Ever Given”in burun hissəsini bir qədər yerindən tərpətmək mümkün olub. Bu, gəminin zəminə oturduğu ərazidə 20 min tondan çox torpağın çıxarılmasından sonra baş verib.

Panama bayrağı altında hərəkət edən “Ever Given” konteyner gəmisi martın 23-də Süveyş kanalının cənubunda suyun dibinə oturub. Hadisənin güclü külək nəticəsində yaşandığı təxmin edilsə də, qəsdən törədilmiş təxribat ehtimalı da istisna deyil.

Gəminin göyərtəsində Çindən Niderlandın Rotterdam limanına göndərilən 20 mindən çox ağır konteyner var. “Ever Given” dünyanın ən böyük konteyner gəmilərindən biridir: uzunluğu 400 m, eni 59 m-ə çatır.

Süveyş kanalının ümumi uzunluğu 163,3 km, dərinliyi 20 m, eni 450 m-dir. 400 metrlik gəminin yana çevrilməsi nəticəsində 450 metr enə malik olan Süveyş kanalı, demək olar ki, tamamilə kəsilib. Kanal 240 min tona qədər yük daşıyan gəmiləri Aralıq dənizindən Qırmızı dənizə (və ya əksinə) keçirmək qabiliyyətinə malikdir. “Ever Given” gəmisi qəzaya uğradığı zaman maksimum həddə yaxın - 220 min ton yük daşıyırmış.

Gəminin dünya dəniz ticarətinin mühüm keçid nöqtələrindən birini bağlaması qlobal iqtisadiyyata ciddi zərər vurur və bu prosesin uzanması qalıcı təsirlər yarada bilər. Süveyş kanalının bağlanması ticarət gəmilərini bütün Afrika qitəsinin ətrafını dövr edərək Hind okeanından Avropaya yük daşımaq məcburiyyətində buraxır ki, bu da olduqca uzun və riskli marşrut deməkdir.

Qəza xüsusilə Avropa ölkələrinin enerji resursları ilə təchizatında ciddi problemlərə yol açır. Avropanın neft və qaz tədarükünün hardasa yarısının Süveyş kanalından keçdiyini nəzərə alsaq, hadisədən ən çox “qoca qitənin” zərər görəcəyini anlaya bilərik. Hesablamalara görə, kanalının 1 gün bağlı qalması qlobal iqtisadiyyata 6-10 milyard dollar arasında zərər vurur.

Gəminin boşaldıb yüngülləşdirdikdən sonra kənara çəkilməsi də başqa risklər doğurur. Əvvəla, Süveyş kanalının administrasiyasının dediyi kimi, bu xilasetmə çalışmalarını xeyli uzada bilər. İkincisi isə, gəminin yüngülləşməsi onun kənara dartılması anında devrilməsi ilə nəticələnə bilər. Bu da problemin daha da böyüməsi anlamına gəlir.

Kanalın uzun zaman işləməməsi isə Avropanı rus qazından asılı vəziyyətə saldığı kimi, dünya neftinin 40%-ni çıxaran Yaxın Şərq ölkələrini də Çin bazarını qazanmaq uğrunda yarışa təhrik edir. Bu da nəticə etibarilə, həm Çinin enerji qaynaqlarına əlçatımlığını artırır, həm də Rusiyanı Avropanın enerji təchizatında ən mühüm tərəfdaşa çevirir. Sözügedən qəzanın ABŞ və bəzi Qərb ölkələrinin geopolitik mübarizədə hədəf taxtasına çevirərək təbii müttəfiq olmağa sürüklədikləri Rusiya ilə Çinin işinə yaradığı açıqdır.

Süveyş kanalının bağlanması qlobal ticari əlaqələrdə tarixi İpək yolunun kəsilməsinin ilk dövrlərində ortaya çıxan şəraitlə ilə faktiki eyni durumu yaradır. Xatırladaq ki, İstanbulun türklər tərəfindən fəthindən sonra alternativ yollar axtaran Avropa ölkələri gəmi daşımaçılığına önəm vermiş və Afrika qitəsinin ətrafından fırlanaraq Uzaq Şərq ölkələri ilə ticari əlaqələri davam etdirmişlər. Yeri gəlmişkən, “Ever Given” qəzası zamanı bir çox gəmilərin Afrika qitəsi ətrafında dolaşmaq marşrutunu seçdikləri barədə məlumatlar gəlməkdədir. Həmin marşrut xeyli uzun və təhlükəli olduğundan Qərb dünyası 15-ci əsrdən başlayaraq daha qısa yollar axtarışına başlamış və bu təşəbbüslərin böyüməsi yeni ərazilərin kəşfi və istismarı ilə nəticələnmişdi. Daha sonra Süveyş kanalının açılması ilə ən qısa və ucuz marşrut kəşf olunmuşdu.

Hazırda həmin qısa marşrutun müvəqqəti olaraq bağlanması dünyanı yenidən 15-ci – 16-cı əsrlərdəki marşrut xətlərinə qaytarır və Süveyş kanalının etibarlılığına ümidi azaldır. Nəzərə alsaq ki, öz dünya ağalığını dənizlərə nəzarət hegemoniyası üzərində quran ABŞ-ın bu strategiyasına qarşı Çin quru İpək yolu layihələri ilə çıxmağa çalışır, “Ever Given” gəmisinin Süveyş kanalına saplanmasını yeni ticari münasibətlərin ilkin primerası da adlandırmaq olar.

Məqalə dərcə hazırlandığı zaman Süveyş kanalından gələn son dəqiqə xəbərləri qlobal iqtisadiyyatın böyük bir böhranı atlatdığı ümidlərini artırır. Məlumata görə, “Ever Given” saplandığı dayazlıqdan artıq çıxarılıb. “Bloomberg” xəbər agentliyi “Inchcape Shipping” dəniz gəmiçiliyinə istinadən xəbər verir ki, xilasetmə qrupları Süveyş Kanalında sıxışan Ever Given konteyner gəmisinin hərəkətini qismən bərpa ediblər.

ABŞ-n “The Wall Street Journal” nəşri də Süveyş kanalı administrasiyasının rəhbəri Usama Rabiaya istinadən konteyner gəmisinin dayazlıqdan yalnız qismən çıxarıldığını, yedək gəmilərinin onun axınını düzəltməyə çalışdığını bildirir. "Bu yaxşı xəbərdir. Amma problem hələ bitmədik, sadəcə gəmi hərəkət etdi”,-Rabia nəşrə açıqlamasında belə deyib.

Şənbə gününə qədər Süveyş kanalında 320-dən çox gəminin yığıldığı və nəticədə Fransanın ən böyük nəqliyyat şirkəti “CMA CGM Group” Afrika ətrafı marşrutu üzrə Asiyaya gəmilər göndərdiyi bildirilir. Bazar gününə qədər Süveyş kanalının girişindəki tıxac 65 kilometr məsafəyə qədər uzanırmış.

Heydər Oğuz,
Ovqat.com








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vətəndaş Karcher-dən şikayətləndi: - “Tozsoranı təmir etmədilər”
Bu gün, 17:11
Xalq artistinin kürəkəni məhkəməyə üz tutdu: 700 min manatlıq dələduzluq iddiası var - TƏFƏRRÜAT
Bu gün, 17:02
MTK-ların hökmranlığına nə vaxt son qoyulacaq? - Su, işıq, qaz, təmirə başlamağa görə 5 min
Bu gün, 16:58
Evləri yandı, qəzalı binaya sığındılar: “Uşağı işə aparıram ki, ilan vurmasın” – VİDEO
Bu gün, 16:52
Tanınmış aktyorda ağır xəstəlik aşkarlanıb: - “10 il əvvəl də başımdakı şişdən əməliyyat olunmuşdum”
Bu gün, 16:49
Davam edən Rusiya təxribatı: - Avropada müharibə artıq başlayıb
Bu gün, 16:46
300 min azərbaycanlı Ermənistana kömək edə bilər – Paşinyan bunu bilmir
Bu gün, 16:43
“Gürcüstan Rusiya ilə saziş imzalayacaq - Abxaziya və Sxinvalidən imtina edəcək”
Bu gün, 16:42
Son 15 ildə SOCAR-da işçilərin sayı 34,3 min nəfər azalıb – İllər üzrə rəqəmlər
Bu gün, 16:36
“Zəyəm Texnologiyalar Parkı” yarım ili zərərlə başa vurub - HESABAT
Bu gün, 16:35
SOCAR-dan ETSN-ə TRANSFER... - BUNDAN SONRA...
Bu gün, 16:31
Nazir onu özünə köməkçi təyin etdi - ƏMR
Bu gün, 16:27
Babək Hüseynov SOCAR-ın vitse-prezidenti vəzifəsindən azad olunub... YA YOX? - ADI SİYAHIDA GEDİR...
Bu gün, 16:18
Mərkəzi Asiyanın 4 ölkəsində eyni vaxtda elektrik kəsintisi baş verib
Bu gün, 16:12
Məktəb alış-verişi edənlərə xəbərdarlıq: -Bunu sentyabra saxlamayın
Bu gün, 16:05
Azərbaycan “Zəngəzur dəhlizi” müqabilində İrəvana nə verəcək? - AKTUAL
Bu gün, 15:15
Elçin Quliyevə müavin təyin edildi - FOTO
Bu gün, 15:05
SOCAR-da bir işçiyə düşən orta aylıq əməkhaqqı 60 min manat olub - İLGİNC
Bu gün, 14:55
“Ali İmran” MMC Təsərrüfat Birliyinə 5 min ədəd 72%-lik sabun satacaq
Bu gün, 14:52
Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar - MƏQALƏ
Bu gün, 14:44
Yeddi ayda metro ilə 129 milyon sərnişin daşınıb - DETALLAR
Bu gün, 13:16
Lavrovdan Türkiyəyə etiraz: - Susurlar, bu haqda bir kəlmə də demirlər
Bu gün, 13:13
DTX, DMX və FHN-in avtomobilləri satışa çıxarılır – Ən bahalısı 18 min manatdır
Bu gün, 13:10
Azərbaycanlı mütəxəssis BYD-də yüksək vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Bu gün, 13:03
Xandanyan: TRIPP-də başqa ölkələrin təhlükəsizlik strukturlarının mövcudluğu nəzərdə tutulmur
Bu gün, 12:59
Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı - Foto
Bu gün, 12:50
Bakı və Moskvadan referendum TƏLƏBİ – Paşinyanın TƏK seçimi
Bu gün, 12:49
Naxçıvanda 45 min manatlıq “gözyumma” rüsumu... - İTTİHAM VAR...
Bu gün, 12:45
“Xezer-Construction”a MİLYONLAR BELƏ ÖTÜRÜLÜR... - İcazə verin, şübhələnək...
Bu gün, 12:35
Səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:27
2025-ci ildə SOCAR-ın gəlirləri 86,3 milyard manat təşkil edib - DETALLAR
Bu gün, 12:21
“Cənnət Park” MTK-nın direktoru Qənbər Fətullayevə cinayət işi açılıb - QƏRAR
Bu gün, 12:18
“Bu aparıcının səviyyəsinə baxır, efirə elə adamları çıxarıb reklam edirdilər ki...”
Bu gün, 12:11
İş adamına 1 milyon manat “atan” biznesmenlə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 12:01
Gənc aktrisadan QALMAQALLI AÇIQLAMA: - “Ağzına gələni danış, olacaqsan məşhur”
Bu gün, 11:58
"Qazprom Ermənistan"ın dörd əməkdaşı həbs edilib
Bu gün, 11:52
Putinin xəbərdarlığına Britaniyadan reaksiya: - Qarşısını ala bilməyəcəyik
Bu gün, 11:51
Kəramət Böyükçölün “4 milyonluq” obyekti müzakirələrə səbəb oldu – AÇIQLAMA
Bu gün, 11:37
Ermənilər Aristoteli də "oğurladılar": Gülməli “kəşf” - Tarixi fantastika üzrə Nobel mükafatı olsaydı...
Bu gün, 11:35
Arxasında nazir imzası dayanan məşhur MAHNILAR - SİYAHI
Bu gün, 11:29
Rusiyada qadınlar qan puluna yerikləyir - ARAŞDIRMA
Bu gün, 11:17
İrəvandan Kiyevə artan müəmmalı zənglər - NƏ BAŞ VERİR?
Bu gün, 11:03
Zəngəzur dəhlizi İran üçün daha KABUS deyil? - AKTUAL
Bu gün, 11:00
Nazirliyin xarici borcu 100 milyon dollardan çoxdur - RƏSMİ
Bu gün, 10:55
Kino Agentliyi "Filming Azerbaijan"ın direktoruna dəbbə pulu ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 10:47
Tehranın Xəzərin 50 faizinə iddia etmək hüququ yoxdur - İranın keçmiş səfiri
Bu gün, 10:43
Özbaşına qalan Nizami rayonunun başçısına VACİB SUAL: - Şirin Mirzəyev 68A və 76A arasında tikiliyə icazə necə verilib?
Bu gün, 10:42
ABŞ-İran müharibəsi nəticəsində dünya 2,6 mlrd. barel neft itirib - SAUDİ ARAMCO
Bu gün, 10:27
Dövlət Sığorta Agentliyinin sabiq vəzifəli şəxsi növbəti dəfə şikayətini geri götürdü - TƏFƏRRÜAT
Bu gün, 10:25
“Sms-lə müğənni seçmək çətindir, yaxşı oxuyan uşaqlar tez çıxırdı...” - Mübariz Tağıyevdən “Yeni ulduz” açıqlaması
Bu gün, 10:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru