Zelenski Krımın qaytarılması üçün strategiya hazırlayıb
Tarix: 16-03-2021, 17:42 |
Çap et
Ukrayna prezidenti Vladimir Zelenski Krımın Ukrayna dövlətinin tərkibinə qaytarılması məqsədilə "işğaldan azad etmə və reinteqrasiya strategiyası" hazırlayıb.
Azvision.az xəbər verir ki, bu barədə Zelenski “Twitter” hesabında yazıb.
“Qanunsuz ilhaqdan sonra Ukrayna ilk dəfə yarımadanın işğaldan azad edilməsi və reinteqrasiyası üçün strategiya hazırlayıb. Ukraynanın olanın Ukraynaya qaytarılması üçün dünyanı Krım platforması bazasında birləşdiririk”, - deyə Zelenski bildirib.
O qeyd edib ki, bölgədə 2014-ci ildə keçirlən referendum saxtadır.
Krım platforması sammiti 23 avqustda keçiriləcək. Kiyev həmin konfransda Krımın qaytarılması məsələsini müzakirə etmək niyyətindədir. Ukrayna Türkiyə, Fransa, Böyük Britaniya, Almaniya, Kanada və ABŞ da daxil olmaqla bir sıra ölkələri platformaya qoşulmağa çağırıb.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov 2014-cü ildə Krımın statusu ilə bağlı keçirilən referendumu beynəlxalq hüquq və Ukrayna qanunvericiliyi baxımından tamamilə qanuni adlandırıb.
Krım beynəlxalq aləmdə Ukraynanın ərazisi olaraq tanınır.