Aİ Gürcüstanda siyasi dialoqun aparılması üçün vasitəçi təyin edib
Tarix: 9-03-2021, 08:59 |
Çap et
Avropa İttifaqı (Aİ) Şurası Prezidenti Şarl Mişel Kristian Danielsonu Gürcüstanda Aİ-nin dəstəklədiyi siyasi dialoq üçün vasitəçi təyin edib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə ittifaqın rəsmi internet saytında məlumat yerləşdirilib.
Qeyd olunub ki, Ali nümayəndə Cozef Borrell ilə razılaşdıraraq Aİ Şurası prezidenti Şarl Mişel tərəfindən şəxsi nümayəndə statusu verilmiş K.Danielson Gürcüstanda yaranmış gərgin siyasi vəziyyətin aradan qaldırılması məqsədi ilə siyasi tərəflər arasında yenilənmiş dialoqa vasitəçilik edəcək.
Bildirilib ki, K.Danielson yaxın günlərdə Gürcüstana yola düşəcək və bu istiqamətdə Aİ-nin Gürcüstandakı səfiri Karl Hartsel ilə yaxından işləyəcək.