Anti-Putin cəbhəsi: İnqilabı kimlər edəcək? - TƏHLİL
Tarix: 2-02-2021, 13:05 | Çap et
 Son günlər Rusiyanın siyasi həyatına xas olmayan siyasi hadisələr baş verir.
Rusiyada baş verən etiraz aksiyaları protest elektoratın fəallığını xeyli artırıb. Fevral ayının 2-də müxalifət lideri Aleksey Navalnının məhkəmə prosesi keçiriləcək.
Məhkəmə Navalnını həbsdə qalması barədə qərar çıxardarsa, ölkədə növbəti etirazlar baş qaldıra bilər. Ancaq aksiyalarda iştirak edənlərin hamısı Navalnının tərəfdarı olmadığı üçün siyasi qüvvələr nisbətini müəyyənləşdirmək çətindir. Çünki etirazçıların bir çoxu sosial tələblərlə mitinq və nümayişlərə qoşulub.
Navalnı ilə bağlı etirazlar isə bu prosesi baş qaldırması stimulverici hadisə olub.
Qeyd edək ki, Rusiyada bir qayda olaraq, solçu qüvvələrin siyasi mövqeyi üstünlük təşkil edib. İndi isə Qərb tərəfindən dəstəklənən liberalların fəallaşdığını görmək olar. Aksiyaların başlanmasından sonra ölkədə siyasi balansın dəyişəcəyi də istisna olunmur. Ancaq proseslər hələ spontan şəkildə baş verdiyindən sosial bazasına görə solçu, yaxud liberal qüvvələrin üstünlük təşkil etdiyini söyləmək çətindir.
Politoloq Elşən Manafovun sözlərinə görə, Rusiyada solçu qüvvələrin tərkibi yekcins deyil. Qərbin dəstəklədiyi liberalların isə hakimiyyəti dəyişmək gücü yoxdur.
“Rusiya Dövlət Dumasında iki solçu partiya var. Bunlar Gennadi Züqanovun rəhbərlik etdiyi Rusiya Federasiyası Kommunist Partiyası və Mironovun liderlik etdiyi Həmrəylik Partiyasıdır. Hər iki partiyanın Rusiyada kifayət qədər seçicisi və nüfuzu var. Bu siyasi təşkilatlar hakim Vahid Rusiya Partiyasından sonra kifayət qədər elektoral bazaya və seçici səsinə malikdir. Kommunist və Həmrəylik partiyaları Navalnıya münasibətdə Vahid Rusiya Partiyası ilə eyni mövqedən çıxış edirlər. Yəni bu partiyaların rəhbərliyi bildirir ki, Navalnı Qərbin xüsusi xidmət orqanlarının nümayəndəsidir. Navalnının məqsədi Rusiyada sabitliyi pozmaq, vətəndaş qarşıdurmasına getmək və nəyin bahasına olur-olsun, Putin iqtidarını hakimiyyətdən kənarlaşdırmaqdır. Qərbdə Putin rejiminin hakimiyyətdən kənarlaşdırılması üçün müxtəlif layihələr olub. Vaxtilə Sovet İttifaqının çökdürülməsi üçün “Qorbi-1” layihəsi hazırlanıb həyata keçirildi. Dmitri Medvedyevin prezidentliyi dövründə “Qorbi-2” layihəsi hazırlanmışdı. Lakin Putinin yenidən hakimiyyətə qayıdışı ilə əlaqədar Rusiyada avtoritarizmi möhkəmləndirdi. Nəticədə, Qərbin planları pozuldu. Bu gün Co Baydenin hakimiyyət başına gəlməsi ilə əlaqədar əslində, ABŞ Rusiyanı özünün birinci düşməni elan edib. Bu mənada, Navalnının qayıdışı ilə Rusiyada çaxnaşmaların və çəkişmələrin başlanması gözlənilən idi. Amma Navalnının ciddi elektoratı yoxdur. Bir həftə ərzində baş verən hadisələr göstərdi ki, küçələrə miyonlarla insan deyil, müxtəlif şəhərlərdə 5-10 min nəfər civarında gənclər çıxdı. Bu aksiyaların baş qaldırmasında sosial problemlər də öz təsirini göstərir. İşsizlik gəncləri küçələrə çıxmağa sövq edir. Navalnının çağırışlarında sosial tələblərdən daha çox Putin iqtidarının korrupsiyaya uğraması ilə bağlı fikirlər daha çoxdur. İstər Züqanovun, istərsə də Mironovun pensiya islahatlarının aparılması, sosial müdafiəyə ehtiyacı olan əhalinin maaşlarının artırılması, gəlirlərin əldə edilməsində qütbləşmənin dərinləşməsi ilə bağlı xüsusilə, kommunistlərin irəli sürdüyü məsələlər Dövlət Dumasında həll oluna bilər. Qərbə bağlı qüvvələr isə Rusiyada sistem müxalifətini təşkil etmir. Rusiyadakı rejim avtoritar olsa da güclüdür. Əgər Putin Belarusda, yəni qonşu ölkədə Qərbin hakimiyyəti dəyişmək planlarının qarşısını ala bildisə, yaxın perspektivdə mən Rusiyada da ABŞ-ın Putini devirmək planlarının baş tutacağaına inanmıram”.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Onlayn qumar İŞİ” prosesində YENİ İFADƏLƏR - Dəstəyə 26 yaşlı Elmidar İsmayılzadə başçılıq edib
Dünən, 18:08 |
|
|
|
| • Sürücü həmişə eyni adam olurdu - Siqaret qaçaqmalçısının İŞİ
Dünən, 18:07 |
|
|
|
| • Valideynlərin məsuliyyətsiz hərəkətlərinin ağırlığı uşaqların üzərinə düşməməlidir - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
| • Kişi elektrik enerjisinə görə şikayətçi olan xadiməni döydü - TƏFƏRRÜAT
Dünən, 17:59 |
|
|
|
| • Azərbaycan UEFA seçmələrində SSRİ məkanında BİRİNCİDİR - SİYAHI
Dünən, 17:50 |
|
|
|
| • Hikmət Babaoğlunun bu statusu tənqid olundu - FOTO
Dünən, 17:45 |
|
|
|
| • Məktəbli formalarının qiymətləri narahatlıq yaratdı – Bir uşaq üçün 90-120 manat…
Dünən, 17:41 |
|
|
|
| • Amerikanın “ikiqat zərbəsi” Tehranı sındıra bilməyəcək - Bloomberg
Dünən, 17:37 |
|
|
|
| • Moskva, Peterburq olmayacaq - Dugindən qorxunc proqnoz
Dünən, 17:33 |
|
|
|
| • İrəvandan etnik ermənilərə vətəndaşlıq xəbərdarlığı: - Qaydalar dəyişir
Dünən, 17:30 |
|
|
|
| • Yeni yaradılmış “Cib Kapital İnvestisiya Şirkəti” kapitalından 310 min manat geri götürdü
Dünən, 17:24 |
|
|
|
| • Vətəndaş Karcher-dən şikayətləndi: - “Tozsoranı təmir etmədilər”
Dünən, 17:11 |
|
|
|
| • Xalq artistinin kürəkəni məhkəməyə üz tutdu: 700 min manatlıq dələduzluq iddiası var - TƏFƏRRÜAT
Dünən, 17:02 |
|
|
|
| • MTK-ların hökmranlığına nə vaxt son qoyulacaq? - Su, işıq, qaz, təmirə başlamağa görə 5 min
Dünən, 16:58 |
|
|
|
| • Evləri yandı, qəzalı binaya sığındılar: “Uşağı işə aparıram ki, ilan vurmasın” – VİDEO
Dünən, 16:52 |
|
|
|
| • Tanınmış aktyorda ağır xəstəlik aşkarlanıb: - “10 il əvvəl də başımdakı şişdən əməliyyat olunmuşdum”
Dünən, 16:49 |
|
|
|
| • Davam edən Rusiya təxribatı: - Avropada müharibə artıq başlayıb
Dünən, 16:46 |
|
|
|
| • 300 min azərbaycanlı Ermənistana kömək edə bilər – Paşinyan bunu bilmir
Dünən, 16:43 |
|
|
|
| • “Gürcüstan Rusiya ilə saziş imzalayacaq - Abxaziya və Sxinvalidən imtina edəcək”
Dünən, 16:42 |
|
|
|
| • Son 15 ildə SOCAR-da işçilərin sayı 34,3 min nəfər azalıb – İllər üzrə rəqəmlər
Dünən, 16:36 |
|
|
|
| • “Zəyəm Texnologiyalar Parkı” yarım ili zərərlə başa vurub - HESABAT
Dünən, 16:35 |
|
|
|
| • SOCAR-dan ETSN-ə TRANSFER... - BUNDAN SONRA...
Dünən, 16:31 |
|
|
|
| • Nazir onu özünə köməkçi təyin etdi - ƏMR
Dünən, 16:27 |
|
|
|
| • Babək Hüseynov SOCAR-ın vitse-prezidenti vəzifəsindən azad olunub... YA YOX? - ADI SİYAHIDA GEDİR...
Dünən, 16:18 |
|
|
|
| • Mərkəzi Asiyanın 4 ölkəsində eyni vaxtda elektrik kəsintisi baş verib
Dünən, 16:12 |
|
|
|
| • Məktəb alış-verişi edənlərə xəbərdarlıq: -Bunu sentyabra saxlamayın
Dünən, 16:05 |
|
|
|
| • Azərbaycan “Zəngəzur dəhlizi” müqabilində İrəvana nə verəcək? - AKTUAL
Dünən, 15:15 |
|
|
|
| • Elçin Quliyevə müavin təyin edildi - FOTO
Dünən, 15:05 |
|
|
|
| • SOCAR-da bir işçiyə düşən orta aylıq əməkhaqqı 60 min manat olub - İLGİNC
Dünən, 14:55 |
|
|
|
| • “Ali İmran” MMC Təsərrüfat Birliyinə 5 min ədəd 72%-lik sabun satacaq
Dünən, 14:52 |
|
|
|
| • Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar - MƏQALƏ
Dünən, 14:44 |
|
|
|
| • Yeddi ayda metro ilə 129 milyon sərnişin daşınıb - DETALLAR
Dünən, 13:16 |
|
|
|
| • Lavrovdan Türkiyəyə etiraz: - Susurlar, bu haqda bir kəlmə də demirlər
Dünən, 13:13 |
|
|
|
| • DTX, DMX və FHN-in avtomobilləri satışa çıxarılır – Ən bahalısı 18 min manatdır
Dünən, 13:10 |
|
|
|
| • Azərbaycanlı mütəxəssis BYD-də yüksək vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Dünən, 13:03 |
|
|
|
| • Xandanyan: TRIPP-də başqa ölkələrin təhlükəsizlik strukturlarının mövcudluğu nəzərdə tutulmur
Dünən, 12:59 |
|
|
|
| • Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı - Foto
Dünən, 12:50 |
|
|
|
| • Bakı və Moskvadan referendum TƏLƏBİ – Paşinyanın TƏK seçimi
Dünən, 12:49 |
|
|
|
| • Naxçıvanda 45 min manatlıq “gözyumma” rüsumu... - İTTİHAM VAR...
Dünən, 12:45 |
|
|
|
| • “Xezer-Construction”a MİLYONLAR BELƏ ÖTÜRÜLÜR... - İcazə verin, şübhələnək...
Dünən, 12:35 |
|
|
|
| • Səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:27 |
|
|
|
| • 2025-ci ildə SOCAR-ın gəlirləri 86,3 milyard manat təşkil edib - DETALLAR
Dünən, 12:21 |
|
|
|
| • “Cənnət Park” MTK-nın direktoru Qənbər Fətullayevə cinayət işi açılıb - QƏRAR
Dünən, 12:18 |
|
|
|
| • “Bu aparıcının səviyyəsinə baxır, efirə elə adamları çıxarıb reklam edirdilər ki...”
Dünən, 12:11 |
|
|
|
| • İş adamına 1 milyon manat “atan” biznesmenlə bağlı qərar verildi - TƏFƏRRÜAT
Dünən, 12:01 |
|
|
|
| • Gənc aktrisadan QALMAQALLI AÇIQLAMA: - “Ağzına gələni danış, olacaqsan məşhur”
Dünən, 11:58 |
|
|
|
| • "Qazprom Ermənistan"ın dörd əməkdaşı həbs edilib
Dünən, 11:52 |
|
|
|
| • Putinin xəbərdarlığına Britaniyadan reaksiya: - Qarşısını ala bilməyəcəyik
Dünən, 11:51 |
|
|
|
| • Kəramət Böyükçölün “4 milyonluq” obyekti müzakirələrə səbəb oldu – AÇIQLAMA
Dünən, 11:37 |
|
|
|
| • Ermənilər Aristoteli də "oğurladılar": Gülməli “kəşf” - Tarixi fantastika üzrə Nobel mükafatı olsaydı...
Dünən, 11:35 |
|
|
|
|