Nazirlik 12 illik təhsilə keçidlə bağlı yayılan məlumatlara aydınlıq gətirib .....                     Sürücünü beysbol dəyənəkləri ilə döyən şəxslərin məhkəməsi keçirilib .....                     Londonda Mahmudovlarla bağlı yeni pul qalmaqalı .....                     Məhkəmə Hüquq Şurası məhkəmələrin şəbəkə cinayətinə son qoymaq istəmir .....                     Yəhudi dindarların Bakıya toplaşmaq səbəbi .....                     İcra başçısı qanunsuz qəssabxanalara `KRIŞALIQ` EDİR... .....                     "Bağımda istirahətdəyəm, mənə toxunanları Allaha tapşırıram" .....                     Qazaxda taxıl biçini başa çatıb .....                     Daşdan-qayadan səs çıxır: sürpriz deputat Qaya Məmmədovdan yox... .....                     Bir milyondan çox mülki iddia üzrə bəraət almış sahibkarla bağlı .....                     Trampla Putin ANLAŞMA YOLUNDA... .....                     Yeni nazir təyinatı gözləntisi: kim daha şanslıdır? .....                     "Bunların gördüyü iş xidmət bundan artıq olmayacaq ki..." .....                     “Çınqıl Servis” ASC səhmdarlarının .....                     ABŞ Trampın rəhbərliyi ilə Türk blokunu gücləndirir .....                     400 minlik toyu ilə gündəm olan məmur qızı həmin ərini həbs elətdirmək istəyir .....                     Qida Təhlükəsizliyi Agentliyi REAL TV-yə 48 min ödəyəcək .....                     Qafqaza sülh Amerika saatı ilə gəlir .....                     Regionlarda otellərin qiyməti niyə bahadır? .....                     Gəncədə 10 manatla audit şirkəti quruldu .....                     Sülh sazişinə dair niyyət protokolunun imzalanmasını istisna etmirəm .....                     Putin və Trampın telefon danışıqları dost mühitində baş tutub .....                     "O, təkcə Azərbaycan üçün deyil, Türkiyə üçün də önəmli bir şəxsiyyət idi" .....                     Biz də deyirik ki, vurduğu təyyarəyə görə üzr istəyər... .....                     Əmrullayevin təhsilə olan EŞQİ .....                     Araz Paşayev kimi aldadır? .....                     “Rusiya Azərbaycana qarşı təxribatları dayandırmayacaq” .....                     'Rusiya heç vaxt Cənubi Qafqazda sülh və sabitliyin yaradılmasının tərəfdarı olmayıb" .....                     İran Azərbaycana qarşı “bulud müharibəsi”nə başladı .....                     "JEK"lər vətəndaşın cibinə girir: Qanunsuz ödənişlər hara gedir? .....                     "Boşanan qadının həyat tərzi monitorinq edilməlidir" .....                     Deputatın işçisi vətəndaşı boğmaq istədi .....                     Vaşinqtonda həlledici diplomatiya: sülh sazişi razılaşdırılıb .....                     Rusiya iflas etdi: Qafqazda yeni geosiyasi reallıq .....                     Azərbaycan Prezidentini və Ermənistanın Baş nazirini sabah Ağ Evdə tarixi Sülh Sammiti üçün qəbul etməyi səbirsizliklə gözləyirəm .....                     Tanınmış həkimə Laçında vəzifə verildi .....                     "Təmir gedən yollarda təhlükəsizlik sıfırdır" .....                     Tovuzda daha bir dəhşət: azyaşlı qıza zorakılıq .....                     Görüşün 8 avqusta təyin olunması təsadüf deyil! .....                     ABŞ-Azərbaycan əməkdaşlığı strateji tərəfdaşlığa doğru irəliləyir .....                 

Rus-türk ittifaqı pozularsa: Dünyanı nə gözləyir? - TƏHLİL
Tarix: 19-01-2021, 11:07 | Çap et
Rus-türk ittifaqı pozularsa: Dünyanı nə gözləyir?
Prezident seçilən Cozef Baydenin inauqurasiyasından sonra ABŞ-ın xarici siyasətində yeni dönəm başlayır.

Bu baxımdan, Bayden administrasiyasının Türkiyə ilə münasibətləri əsas prioritetlərdən birini təşkil edir. Çünki Baydenin Türkiyə siyasəti həm Yaxın və Orta Şərq, həm Cənubi Qafqaz, eyni zamanda Rusiya ilə münasibətlərə ciddi təsir göstərəcək. Cozef Baydenin vitse-prezident olduğu 2008-2016-cı illərdən fərqli olaraq, Türkiyənin regionda geosiyasi rolu və çəkisi xeyli artıb. Ona görə də Ağ Evin yeni rəhbəri özünün yeni xarici siyasətində Türkiyə amili ilə qarşılaşmalı olacaq. Ancaq ABŞ-Türkiyə münasibətlərinin yeni mərhələdə hansı müstəvidə yer alacağı hələ tan müəyyənləşməyib.

Bu prosesin qarşıdurma şəklində davam edəcəyi, yaxud əksinə, tərəflər arasında yaxınlaşmanın baş verəcəyinə dair kifayət qədər əsaslı arqumentlər gətirilir. Çünki iki ölkə arasında həll olunmamış mübahisəli məsələlər var. Eləcə də, Prezident Baydenin elan etdiyi yeni strateji hədəflərə Türkiyə amilini nəzərə almadan çatmaq mümkün deyil. Bu mənda, ilk növbədə Türkiyəyə yanaşma Bayden administrasiyasının Rusiya ilə bağlı siyasətində açar rolunu oynaya bilər. Artıq 46-cı prezidentin başlıca hədəfinin Rusiyanın beynəlxalq siyasi mövqelərini zəiflətməkdən ibarət olacağı məlumdur. Co Baydenin və Konqresin hər iki palatasında çoxluq təşkil edən Demokratlar Partiyasının Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq edəcəyi gözlənilir. ABŞ-dan gələn məlumatlar, həmçinin siyasi ekspertlərin proqnozları Baydenin prezidentliyə başlamasından sonra xüsusilə, Ukrayna, Belarus istiqamətində və Yaxın Şərqdə Rusiya ilə “soyuq müharibə”nin artacağından xəbər verir.

Rusiyaya qarşı sanksiyaların tətbiqində insan hüquqlarının pozulması mühüm amillərdən birini təşkil edəcək. Hətta Bayden Rusiyanı beynəlxalq pul köçürmə sistemi olan “SWIFT”dən çıxartmağı təklif edir. Lakin Rusiyanın nə qədər zəiflədilməsi ABŞ-Türkiyə münasibətlərinin gləcək perspektivindən asılı olacaq. Son illər Türkiyənin müstəqil xarici siyasət yürütməsi, həmçinin Qərblə münasibətlərdə yaranmış ziddiyyətlər Rusiya üçün geniş geosiyasi manevr imkanları açdı. Bu, özünü həm ABŞ-la, həm də NATO ilə münasibətlərdə açıq şəkildə göstərdi. Türkiyənin Suriya böhranı ilə bağlı Astana format çərçivəsində Rusiya ilə taktiki müttəfiqlik qurması Kremlin Yaxın Şərqdə mövqelərinin güclənməsində və həmin münaqişədə qələbə çalmasına səbəb oldu. Eyni zamanda, rəsmi Ankara ilə NATO rəhbərliyi arasında fikir ayrılığının yaranmasından məharətlə istifadə edən Rusiya alyansın ən güclü üzvlərindən birini öz tərəfinə çəkməyi bacardı. Bu isə Rusiyanın “S-400” zenit raket komplekslərinin Türkiyəyə satılması, yəni NATO məkanına daxil olması ilə nəticələndi.

Son aylar isə bu əməkdaşlığı Cənubi Qafqazda-Dağlıq Qarabağ müharibəsi ətrafında görmək mümkündür. Rusiya ATƏT-in Minsk Qrupundakı həmkarları olan ABŞ və Fransanı prosesdən kənarlaşdıraraq Türkiyənin iştirakı ilə münaqişənin həllində yeni format yaradıb. Bununla da Rusiya ABŞ-da prezident seçkilərində yaranmış aralıq dövrdən istifadə edərək preventiv addımlar atmaqla Cənubi Qafqazda mövqelərini gücləndirib. Bu baxımdan, Türkiyə amili ABŞ-ın təzyiqlərindən yayınmaq üçün Rusiya üçün dayaq rolunu oynayır. Ancaq Ərdoğan hakimiyyətinin dəstəyi hesabına güclənmiş Rusiya artıq Türkiyənin özü üçün problemə çevrilməyə başlayıb.

Ona görə də son zamanlar beynəlxalq müşahidəçilər bu iki ölkəni strateji tərədaşdan daha çox rəqib kimi nəzərdən keçirir. Bu rəqabətin artması özünü Suriyada, Liviyada, Dağlıq Qarabağda, Ukraynada və digər yerlərdə göstərir.

Türkiyə rəhbərliyinin Avropa Birliyi və ABŞ-la yaxınlaşmaq istiqamətində verdiyi mesajlar da məhz Rusiya faktoru ilə bağlıdır. Görünür, Rusiyadan uzaqlaşmağa qərar vermiş Ankara artıq onunla hesablaşmaq istəməyən Kremlə təzyiq vasitələrini işə salmaqla yanaşı, Bayden administrasiyasının da hədəfinə çevrilmək istəmir. Lakin ABŞ-Türkiyə-Rusiya münasibətlərinin gələcək vəziyyəti ilk növbədə, prezident Baydenin məsələyə yanaşmasından asılı olacaq. ABŞ-ın yeni prezidenti Türkiyəyə, əsasən də prezident Ərdoğana rəğbəti olmayan siyasətçi kimi tanınır. Co Bayden Türkiyəyə təzyiqlərin Rusiyanın xeyrinə işləyən və NATO-nu zəiflədən amil olmasının da fərqindədir. Əks halda, o prezident Donald Trampın siyasi səhvlərini təkrarlamış olar. Bayden Rusiyanı geosiayasi güc mərkəzi zəiflətmək üçün Ankara ilə barışığa üstünlük verməlidir. Bu, Rusiyanın həm Yaxın Şərqdə, həm də Cənubi Qafqazda təklənməsinə kömək edə bilər. Türkiyə və Rusiya arasında müşahidə olunan geosiyasi maraqlar toqquşması ABŞ-ın yeni rəhbərliyi üçün əlverişli şərait yaradır. Əgər Bayden Türkiyəyə münasibətdə Barak Obamanın yol verdiyi səhvləri təkrarlasa, Baydenin özünə düşmən hesab etdiyi prezident Putin NATO daxilində yaranmış qarşıdurmadan növbəti dəfə faydalanmağa çalışacaq. ABŞ-ın Türkiyəyə təzyiqləri Moskva ilə yaxınlaşmaq məcburiyyətində qalan Ankara üçün də yaxşı perspektiv vəd etmir. Güclü siyasi oyunçu olan Putin Türkiyənin Qərbdəki müttəfiqlərini itirməsindən istifadə edərək Ankaraya öz siyasi şərtlərini qəbul etdirmək imkanı qazanacaq. Nəticədə, Rusiyanın mövqelərinin Türkiyəni sıxışdırmasını dünyanın başqa bölgələrində olduğu kimi Dağlıq Qarabağda da görmək olar. Digər tərəfdən, Türkiyə ilə yaxınlaşma Co Baydenə NATO-nu gücləndirmək strategiyasını həyata keçirmək üçün lazımdır. ABŞ-ın xarici siyasətində yeni prioritetlərdən biri Transatlantik inteqrasiyanın sürətləndirilməsindən ibarədir. Təbii ki, Türkiyənin iştirakı olmadan bu mümkün deyil.

Ona görə də Prezident Bayden NATO-nun güclənməsi və şərqə doğru genişlənməsi üçün Ərdoğan hakimiyyəti ilə kompromisə nail olmalıdır. Yəni Bayden subyektiv münasibətləri kənara qoyub praqmatik siyasətə üstünlük verəcəyi təqdirdə, Rusiya ilə bağlı planlarını reallaşdırmaq imkanı qazana bilər. Siyasi ekspertlərin fikrincə, Türkiyə-ABŞ münasibətlərinin normal məcraya düşməsi üç məsələnin həllindən asılıdır. Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyaları aşmaqda günahlandırılan “Halkbank”a qarşı davam edən məhkəmə prosesi bu mövzulardan biridir. Yeni rəhbərliyin ABŞ prezidenti Donald Trampdan fərqli olaraq məhkəmə prosesinə təsir göstərməyə çalışmayacağı gözlənilir. Qeyd edilən səbəbdən, “Halkbank”ın barəsində cəza qərarının çıxarılacağı istisna edilmir. İkinci vacib problem “S-400-lər”lə bağlıdir. Tramp administrasiyası, Rusiyadan silah aldığına görə, ABŞ-ın Düşmənlərinə Sanksiyalarla Mübarizə Qanunu (CAATSA) çərçivəsində, 2020-ci il dekabrın 14-də Türkiyəyə sanksiya tətbiq edib. Türkiyə Müdafiə Sənayesi Nazirliyinin rəhbər şəxsləri qadağala məruz qalıb. “S-400” problemi gələcəkdə həll edilməsə, Bayden administrasiyası qanundakı digər sanksiya maddələrini də tətbiq etmək səlahiyyətinə malikdir. Sanksiyaalrın aradan qaldırılmasının əsas şərti isə Türkiyənin “S-400” sistemlərini istifadəsindən və ərazisindən çıxartmaqdan ibarətdir.

Bu məsələnin 20 yanvar tarixindən sonra baş tutacaq Ankara-Vaşinqton dialoqunda gündəmə gəlməsi gözlənilir. ABŞ-ın Türkiyəyə güzəştə gedəcəyi inandırıcı görünmür. Ancaq Türkiyə sanksiyaların ləğvinə nail olmaq üçün raketləri xaricdəki hərbi bazalarından birinə yerləşdirə bilər. Üçüncüsü, 15 İyul çevriliş cəhdinə görə, FETÖ terror təşkilatının lideri, hazırda Pensilvaniya ştatında yaşayan Fəthullah Gülənin ekstradisiyası ilə bağlıdır. Bayden administrasiyasının bu məsələdə Türkiyənin gözləntilərini doğruldacağı gözlənilmir. Regional məsələlərdə ən əhəmiyyətli fikir ayrılığı ABŞ rəhbərliyinin Suriyada YPG terror təşkilatına ə dəstək verməsi ilə bağlı olacaq. “S-400” mübahisəsini ən vacib ikitərəfli problem kimi görən Vaşinqtondan fərqli olaraq, Ankara ABŞ-ın YPG ilə əməkdaşlığını əsas müzakirə olunmalı mövzu hesab edir. Ankaranın mövqeyinə görə, YPG Obamanın prezidentliyi dövründə İŞİD-lə mübarizədə yerli güc tərəfdaşı kimi yaradılıb. Ona görə də Bayden və komandası bu siyasəti gücləndirəcək. Ancaq Bayden administrasiyasının NATO və bölgə üçün əhəmiyyətli bir ölkə olan Türkiyə ilə münasibətləri pozmayacağı, Ankaranın "Yeni bir səhifə açaq" təklifinə müsbət cavab verəcəyi ehtimalı da stünlük təşkil edir. Göründüyü kimi, Co Baydenin Ağ Evə gəlişindən sonra Türkiyə ilə münasibətlərin qaydaya salınması heç də asan olmayacaq.

Buna baxmayaraq, tərəfləri yaxınlaşdıracaq pozitiv səbəblər də az deyil. Prezident Baydenin dövlət katibi postuna təyin etdiyi Antoni Blinken bu baxımdan, əlaqələrin bərpasında mühüm rol oynaya bilər. Çünki Blinken ABŞ istiblişmentində və ümumiyyətlə demokratların düşərgəsində Türkiyəyə ən isti münasibəti ilə tanınan siyasətçilərdən sayılır.

Blinken ABŞ-da Türkiyəni yaxşı tanıyan şəxslərdən biri olmaqla yanaşı, Obama administrasiyasında çalışarkən, Ankaraya qarşı sanksiyalar təklifinin qatı əleyhinə çıxıb. Məhz belə bir şəxsin ABŞ-ın xarici siyasətinə rəhbərlik etməsi tərəflər arasındakı ziddiyyəti aradan qaldıracaq mühüm amil hesab edilir. Eyni zamanda, prezident Ərdoğanın son günlər Türkiyənin Avropa Birliyinə üzv olması, Gömrük sazişinə yenidən baxılması istiqamətində verdiyi müzakirələrə başlaması ABŞ-ın yeni rəhbərliyi ilə yaxınlaşmağa hesablanmış siyasi gediş kimi dəyərləndirilir. Ancaq bu prosesin reallaşması üçün həm ABŞ-ın, həm də Avropa Birliyinin insan hüquqları ilə bağlı Türkiyədən tələbləri var. Ona görə də rəsmi Ankaranın anlaşmaya nail olmaq üçün, siyasi məhbusların azadlığa buraxılması kimi müəyyən kompromis addımlar atacağı istisna edilmir. Eləcə də Türkiyə artıq öz istehsalı olan raketdən müdafiə sistemlərinin ilkin sınağını keçirib. Yaxın vaxtlarda “S-400” problemi ilə bağlı da Qərblə anlaşmaya nail ola bilər.
Cebhe.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nazirlik 12 illik təhsilə keçidlə bağlı yayılan məlumatlara aydınlıq gətirib - AÇIQLAMA
Bu gün, 10:38
Sürücünü beysbol dəyənəkləri ilə döyən şəxslərin məhkəməsi keçirilib
Bu gün, 10:37
Londonda Mahmudovlarla bağlı yeni pul qalmaqalı - TƏFƏRRÜAT
Bu gün, 10:34
Məhkəmə Hüquq Şurası məhkəmələrin şəbəkə cinayətinə son qoymaq istəmir - AXI NİYƏ?
Bu gün, 10:32
Yəhudi dindarların Bakıya toplaşmaq səbəbi - MƏQSƏD NƏDİR?
Bu gün, 10:25
İcra başçısı qanunsuz qəssabxanalara `KRIŞALIQ` EDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:21
"Bağımda istirahətdəyəm, mənə toxunanları Allaha tapşırıram" - Cahangir Əsgərovdan SƏRT AÇIQLAMA
Bu gün, 10:13
Qazaxda taxıl biçini başa çatıb
Bu gün, 10:00
Daşdan-qayadan səs çıxır: sürpriz deputat Qaya Məmmədovdan yox... - SANKİ QAYA PARÇASIDIR...
Bu gün, 09:59
Bir milyondan çox mülki iddia üzrə bəraət almış sahibkarla bağlı QƏRAR
Bu gün, 09:42
Trampla Putin ANLAŞMA YOLUNDA... - TƏFƏRRÜAT
Bu gün, 09:33
Yeni nazir təyinatı gözləntisi: kim daha şanslıdır? - AKTUAL
Bu gün, 09:20
"Bunların gördüyü iş xidmət bundan artıq olmayacaq ki..." - NARAZILIQ VAR...
Bu gün, 09:10
“Çınqıl Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 09:04
ABŞ Trampın rəhbərliyi ilə Türk blokunu gücləndirir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 08:58
400 minlik toyu ilə gündəm olan məmur qızı həmin ərini həbs elətdirmək istəyir - TƏFƏRRÜAT
Bu gün, 08:55
Qida Təhlükəsizliyi Agentliyi REAL TV-yə 48 min ödəyəcək
Bu gün, 08:50
Qafqaza sülh Amerika saatı ilə gəlir - GƏLİŞMƏ
Bu gün, 08:41
Regionlarda otellərin qiyməti niyə bahadır? - AXI NİYƏ?
Bu gün, 08:39
Gəncədə 10 manatla audit şirkəti quruldu
Bu gün, 08:35
Sülh sazişinə dair niyyət protokolunun imzalanmasını istisna etmirəm - deputat
Bu gün, 08:24
Putin və Trampın telefon danışıqları dost mühitində baş tutub - KİV
Bu gün, 07:02
"O, təkcə Azərbaycan üçün deyil, Türkiyə üçün də önəmli bir şəxsiyyət idi" - ANIM
Bu gün, 06:52
Biz də deyirik ki, vurduğu təyyarəyə görə üzr istəyər... - AYI ADI ÜSTÜNDƏDİR...
Bu gün, 06:50
Əmrullayevin təhsilə olan EŞQİ BUDURMU?
Bu gün, 06:47
Araz Paşayev kimi aldadır? - Direktorların Avropa səfəri ilə bağlı qalmaqal böyüyür
Bu gün, 06:43
“Rusiya Azərbaycana qarşı təxribatları dayandırmayacaq” - ÇÜNKİ...
Bu gün, 06:37
'Rusiya heç vaxt Cənubi Qafqazda sülh və sabitliyin yaradılmasının tərəfdarı olmayıb" - deputat
Bu gün, 06:05
İran Azərbaycana qarşı “bulud müharibəsi”nə başladı - NƏ BAŞ VERİR?
Bu gün, 06:03
"JEK"lər vətəndaşın cibinə girir: Qanunsuz ödənişlər hara gedir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:01
"Boşanan qadının həyat tərzi monitorinq edilməlidir" - Sosioloqdan TƏKLİF
Bu gün, 05:58
Deputatın işçisi vətəndaşı boğmaq istədi - İŞƏ POLİS QARIŞDI
Bu gün, 05:54
Vaşinqtonda həlledici diplomatiya: sülh sazişi razılaşdırılıb - GƏLİŞMƏ
Bu gün, 05:44
Rusiya iflas etdi: Qafqazda yeni geosiyasi reallıq – Ermənistan nə edəcək?
Bu gün, 05:40
Azərbaycan Prezidentini və Ermənistanın Baş nazirini sabah Ağ Evdə tarixi Sülh Sammiti üçün qəbul etməyi səbirsizliklə gözləyirəm - Tramp
Bu gün, 05:36
Tanınmış həkimə Laçında vəzifə verildi - FOTO
Bu gün, 00:06
"Təmir gedən yollarda təhlükəsizlik sıfırdır" - ETİRAZ
Bu gün, 00:00
Tovuzda daha bir dəhşət: azyaşlı qıza zorakılıq – Araşdırma başlandı
Dünən, 23:59
Görüşün 8 avqusta təyin olunması təsadüf deyil! - AÇIQLAMA
Dünən, 23:57
ABŞ-Azərbaycan əməkdaşlığı strateji tərəfdaşlığa doğru irəliləyir - AKTUAL
Dünən, 23:55
Vaşinqtondan Azərbaycan və Ermənistan arasında sülh və Zəngəzur dəhlizi barədə açıqlama - DETALLAR
Dünən, 23:52
ABŞ-la münasibətlərin inkişafı Azərbaycanın diplomatik manevr imkanlarının artıracaq - ŞƏRH
Dünən, 18:04
Rusiyada atışmada ittiham olunan azərbaycanlılar bəraət aldılar - TƏFƏRRÜAT
Dünən, 18:00
Altı medalı olan qazinin əlilliyi niyə kəsilib? - NARAZILIQ VAR...
Dünən, 17:56
Neftçalanın sabiq icra başçısının cinayət işi üzrə bankın qaldırdığı iddia təmin edilib - TƏFƏRRÜAT
Dünən, 17:51
Azərbaycanda bu zavodun ərazisi özəlləşdirildi - 1 milyon manata
Dünən, 17:48
Ermənistanın dövlət borcu 13 milyardı ötüb
Dünən, 17:42
“Yeni Klinika”nın 15-ci mərtəbəsində əlavə təmir işlərinə 265 314 AZN xərclənəcək
Dünən, 17:40
Keşlədə evi sökülən sakinlərə nə ev, nə də pul veriləcək? - AKTUAL
Dünən, 17:32
Saakaşvili Bakıdan gələn xəbərə sevindi – Tamam başqa proses gedir!
Dünən, 17:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru