ABŞ-ın Bakıdakı səfirinin keçmiş müavini vitse-prezidentin milli təhlükəsizlik müşaviri olacaq
Tarix: 18-01-2021, 08:34 |
Çap et
ABŞ-ın yeni seçilmiş vitse-prezidenti Kamala Harris özünün milli təhlükəsizlik müşavirini müəyyən edib. Virtualaz.org xəbər verir ki, bu vəzifəni təcrübəli diplomat Nensi MakEldouni tutacaq.
Nensi MakEldouni 1958-ci ildə anadan olub, 30 ildən çox ABŞ diplomatik xidmətində qulluq edib. O cümlədən 2001-2004-cü illərdə ABŞ-ın Bakıdakı səfirinin müavini, 2005-2008-ci illərdə Türkiyədəki Birləşmiş Ştatlar missiyasının rəhbərinin müavini olub. Habelə Bolqarıstanda səfir işləyib, 2009-2011-ci illərdə dövlət katibinin Avropa işləri üzrə köməkçisinin müavini vəzifəsini tutub. Nensi MakEldouni daha sonra Xarixi Xidmət İnstitutunun (FSİ) direktoru olub. Bir çox xarici dillərdə, o cümlədən Azərbaycan və türk dillərində bilir.
Nensi MakEldouni Bayden administrasiyasında yüksək vəzifələrə təyin olunan bir neçə keçmiş diplomatdan biridir. Gözlənilir ki, Bayden xarici siyasət komandasını böyük ölçüdə yeniləyəcək. Onun xarici siyasət komandasına Rusiya üzrə ixtisaslaşmış bir çox keçmiş diplomatlar da daxildir. Məsələn, dövlət katibinin keçmiş müavini Viktoriya Nuland yenidən bu vəzifəyə namizəddir.