Rusiya “S-500” zenit-raket sistemlərini 2021-ci ildə silahlanmaya qəbul edəcək
Tarix: 30-12-2020, 08:31 |
Çap et
“Rusiya “S-500” zenit-raket sisteminin sınaqlarını tamamlayaraq 2021-ci ildə silahlanmaya qəbul etməyi planlaşdırır. Bu sıraya “Voronezh-SM” uzaq məsafəli radiolokasiya stansiyası da daxildir”.
APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə nazirinin müavini Aleksey Krivoruçko “Krasnaya Zvezda” qəzetinə müsahibədə bildirib.
Daha əvvəl “S-500”lərin seriyalı tədarükünün başlanmasının 2025-ci ilə planlaşdırıldığını bildirilmişdi.
Qərb mətbuatında sınaqlar zamanı Rusiyanın yeni sisteminin 481.2 km məsafədə bir hədəfi vura bildiyini qeyd edilib ki, bu da mövcud hava müdafiə sistemlərindən 80 km. daha uzaq məsafəyə hesablanıb.
Qeyd edək ki, “Voronezh-SM” adı ilə dövriyyə buraxılacaq qurğu yüksək hədəf aşkarlama dəqiqliyi ilə son nəslin perspektivli bir stansiyasıdır.