“Onlayn qumar İŞİ” prosesində YENİ İFADƏLƏR .....                     Sürücü həmişə eyni adam olurdu .....                     Valideynlərin məsuliyyətsiz hərəkətlərinin ağırlığı uşaqların üzərinə düşməməlidir .....                     Kişi elektrik enerjisinə görə şikayətçi olan xadiməni döydü .....                     Azərbaycan UEFA seçmələrində SSRİ məkanında BİRİNCİDİR .....                     Hikmət Babaoğlunun bu statusu tənqid olundu .....                     Məktəbli formalarının qiymətləri narahatlıq yaratdı .....                     Amerikanın “ikiqat zərbəsi” Tehranı sındıra bilməyəcək .....                     Moskva, Peterburq olmayacaq .....                     İrəvandan etnik ermənilərə vətəndaşlıq xəbərdarlığı: .....                     Yeni yaradılmış “Cib Kapital İnvestisiya Şirkəti” kapitalından .....                     Vətəndaş Karcher-dən şikayətləndi: .....                     Xalq artistinin kürəkəni məhkəməyə üz tutdu: 700 min manatlıq dələduzluq iddiası var .....                     MTK-ların hökmranlığına nə vaxt son qoyulacaq? .....                     Evləri yandı, qəzalı binaya sığındılar: “Uşağı işə aparıram ki, ilan vurmasın” .....                     Tanınmış aktyorda ağır xəstəlik aşkarlanıb: .....                     Davam edən Rusiya təxribatı: .....                     300 min azərbaycanlı Ermənistana kömək edə bilər .....                     “Gürcüstan Rusiya ilə saziş imzalayacaq .....                     Son 15 ildə SOCAR-da işçilərin sayı 34,3 min nəfər azalıb .....                     “Zəyəm Texnologiyalar Parkı” yarım ili zərərlə başa vurub .....                     SOCAR-dan ETSN-ə TRANSFER... .....                     Nazir onu özünə köməkçi təyin etdi .....                     Babək Hüseynov SOCAR-ın vitse-prezidenti vəzifəsindən azad olunub... YA YOX? .....                     Mərkəzi Asiyanın 4 ölkəsində eyni vaxtda elektrik kəsintisi baş verib .....                     Məktəb alış-verişi edənlərə xəbərdarlıq: .....                     Azərbaycan “Zəngəzur dəhlizi” müqabilində İrəvana nə verəcək? .....                     Elçin Quliyevə müavin təyin edildi .....                     SOCAR-da bir işçiyə düşən orta aylıq əməkhaqqı 60 min manat olub .....                     “Ali İmran” MMC Təsərrüfat Birliyinə 5 min ədəd 72%-lik sabun satacaq .....                     Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar .....                     Yeddi ayda metro ilə 129 milyon sərnişin daşınıb .....                     Lavrovdan Türkiyəyə etiraz: .....                     DTX, DMX və FHN-in avtomobilləri satışa çıxarılır .....                     Azərbaycanlı mütəxəssis BYD-də yüksək vəzifəyə təyin olundu .....                     Xandanyan: TRIPP-də başqa ölkələrin təhlükəsizlik strukturlarının mövcudluğu nəzərdə tutulmur .....                     Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı .....                     Bakı və Moskvadan referendum TƏLƏBİ .....                     Naxçıvanda 45 min manatlıq “gözyumma” rüsumu... .....                     “Xezer-Construction”a MİLYONLAR BELƏ ÖTÜRÜLÜR... .....                 

“ABŞ Türkiyədən hərbi uğurlarının intiqamını alır” - TƏHLİL
Tarix: 24-12-2020, 08:23 | Çap et
“ABŞ Türkiyədən hərbi uğurlarının intiqamını alır”
Amerika Birləşmiş Ştatları, Rusiyadan “S-400” zenit raket kompleksləri almasını əsas gətirərək, Türkiyəyə qarşı sanksiya paketi hazırlayıb. Türkiyə Müdafiə Sənayesi Nazirliyinin rəsmilərinin də sanksiya siyahısında yer alacağı qeyd olunub.

ABŞ dövlət katibi Mayk Pompeo sanksiyanın “Amerikanın Sanksiyalarla Düşmənləri ilə Mübarizə Qanunu”nun 231-ci maddəsi çərçivəsində olduğunu bildirib: “Türkiyənin “S-400” sistemləri almasının ABŞ-ın hərbi texnologiyası və heyəti üçün təhlükə yaradacağını, həmçinin Rusiya Müdafiə Sənayesinin ciddi şəkildə inkişaf edəcəyini, bununla da Rusiyanın Türkiyə Silahlı Qüvvələri və müdafiə sənayesinə daxil olacağını düşünürük”.

Pompeo vurğulayıb ki, Türkiyənin NATO vasitəsi ilə müdaifə sistemləri ehtiyacını ödəyə biləcəyi halda, müafiə sənayesini “S-400”-lərlə təmin etməsi haqqında verdiyi qərar, Türkiyənin qlobal “F-35” hücum təyyarələri əməkdaşlığının dayandırılması və layihənin yubanmasına səbəb olub.

Türkiyə Xarici İşlər Nazirliyi isə ABŞ-ın sanksiya qərarını tənqid edib: “Türkiyənin müdafiə sənayesini “S-400” raket sistemləri ilə tədarük etməyə sövq edən şərtləri hamı yaxşı bilir. Hətta, Prezident Tramp belə, bir neçə dəfə Türkiyənin bu mövzuda haqlı olduğunu deyib”.

Baş verənləri AYNA-ya şərh edən türkiyəli politoloq, Türkiyə Bəyaz Hərəkat Dərnəyinin sədr müavini Erdem Eren sanksiyaların Türkiyəyə mesaj olduğunu bildirib: “ABŞ bugünlərdə qalmaqallı bir qərara imza atıb. Amerika Türkiyənin Rusiyadan “S-400” almasını əsas göstərərək, Türkiyəyə sanksiya tətbiq etmək qərarına gəlib. Sanksiyalar müdafiə sənayesi sistemini fərdi şəkildə hədəfə alsa da, əslində Türkiyəyə müdafiə sənayesi vasitəsi ilə mesajlar verir. Əvvəlcə, Türkiyənin “S-400” havadan müdafiə sistemi alma prosesinə toxunmaq lazımdır. Türkiyə vaxtı ilə, xüsusən də Suriya və İraq mərkəzli təhdidlərdən qorunmaq üçün havadan müdafiə sistemi almaq istəmiş, bunun üçün də ABŞ-a müraciət edərək “Patriot” sistemlerini almaq istədiyini bildirmişdi. Həmçinin, bu istiqamətdə Çinlə də bəzi müzakirələr aparılmışdı. Amma ABŞ Türkiyənin ehtiyacını qarşılamayaraq, “Patriot” sistemlərini satmağı rədd etmiş, Türkiyə də bu ehtiyacını Rusiyadan “S-400” sistemleri alaraq qarşılamışdı. ABŞ-ın NATO üzvü kimi müttəfiq saydığı Türkiyəyə havadan müdafiə sistemləri satmamağı nə qədər riyakar bir addımdırsa, Türkiyənin müdafiə ehtiyacını qarşıladığı üçün sankisyaya məruz qalması da bir o qədər ikiüzlü davranışdır”.

“ABŞ Prezidenti Donald Trampın “S-400” mövzusunda Türkiyəyə qarşı tətbiq edilən sanksiyaları sona qədər yubatmağa çalışması həqiqətdir. Lakin yeni Prezident Co Baydenin Türkiyə və Rusiya ilə bağlı ziddiyyətli fikirləri də hər kəsə məlumdur. Trampdan fərqli olaraq yeni rəhbərliyin Rusiyaya qarşı fərqli mövqe sərgiləyəcəyi və Rusiyanı mühasirə edəcək siyasi xətt aparacağı da təxmin edilir. Bu sanksiya, eyni zamanda Türkiyəyə də Rusiya ilə gələcəkdəki münasibətlərinə “qərar ver” xəbərdalığı anlamına gəlir. Son olaraq, Türkiyəyə qarşı ən böyük mesaj Türkiyə müdafiə sənayesi ilə bağlıdır. Türkiyə 2002-ci ildən bu günə qədər müdafiə sənayesində çox ciddi irəliləyişlər əldə edib. Buna nümunə olaraq müdafiə sənayesindəki daxili səviyyənin 20 faizdən 70 faizə yüksəlməsini, layihə sayının 62-dən 700-ə çatmasını, müdafiə sənayesindəki layihələrə ayrılan büdcənin 5.5 milyard dollardan 60 milyard dollara çatmasını, müdafiə sənayesi ilə bağlı şirkətlərin sayının 56-dan 1500-ə, sektor dövriyyəsinin 1 milyard dollardan 10.8 milyard dollara çatmasını, müdafiə və aviasiya ixracatının isə 248 milyon dollardan 3 milyard dollara çatmasını göstərə bilərik. Bu irəliləyişin təbii ki, böyük mahiyyəti var”, - deyə Eren vurğulayıb.

O, Türkiyə müdafiə sənayesinin xarici asılılığının yüksək dərəcədə azaldığını əlavə edib: “Türkiyə bu istiqamətdə illərlə ABŞ və İsraildən böyük ölçüdə asılı olduğu halda, bu gün öz silahlarını istehsal edir. ABŞ və İsrail Türkiyə kimi bir bazarı itirmək nöqtəsinə gəlib deyə, Türkiyə artıq Rusiya kimi NATO üzvü olmayan ölkələrdən də silah tədarükü etməyə balşayıb. Bu isə Türkiyənin müdafiə sənayesində müstəql olması deməkdir”.

“Digər tərəfdən, Türkiyə müdafiə sənayesində sadəcə istehsal və ixrac etmək prosesi həyata keçirilmir, Türkiyə həm də xarici siyasətdə, xüsusən də meydanda böhranları lehinə çevirməyə başlayıb. Xüsusən də pilotsuz uçuş aparatlarının (PUA) uğurlu olması bütün dünyada dillərə dastan olub və Türkiyənin yeni bir müharibə forması meydana gətirdiyi deyilir. Necə ki, bu formanın uğurlu variantını başda Suriya və Liviya olmaqla, son olaraq Qarabağda görmüşük”, - politoloq bildirib.

“Ona görə də Türkiyənin hərbi baxımdan planlara uyğun hərəkət edən yox, plan quran və mövcud planları alt-üst edən dövlət halına gəlməsi, her şeydən əvvəl ABŞ və İsraili narahat edir. ABŞ-ın sanksiyaları Türkiyənin meydanda əldə etdiyi uğurların sadəcə kiçik bir intiqamıdır. Nəticə etibarı ilə, sanksiyaların zamanla hansı nöqətəyə çatacağını bir az da Türkiyənin xarci siyasətdəki müstəqil davranışları və Türkiyə-Amerika müansibətlərinin forması müəyyən edəcək. Türkiyə heç vaxt müdafiə sənayesində əldə etdiyi uğurlardan imtina etməyəcək. Lakin türk-rus münasibətlərinin gələcəkdəki forması ilə yeni sanksiyaların müəyyən ediləcəyini demək olar. Lakin buna rəğmən, Türkiyə heç vaxt sanksiya qorxusuyla hərəkət edən dövlət olmayıb və olmayacaq. Türkiyə üçün hər şeydən önəmli olan beynəlxalq maraqlardır və belə olmağa da davam edəcek”, - deyə müsahibimiz fikrini yekunlaşdırıb.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Onlayn qumar İŞİ” prosesində YENİ İFADƏLƏR - Dəstəyə 26 yaşlı Elmidar İsmayılzadə başçılıq edib
Dünən, 18:08
Sürücü həmişə eyni adam olurdu - Siqaret qaçaqmalçısının İŞİ
Dünən, 18:07
Valideynlərin məsuliyyətsiz hərəkətlərinin ağırlığı uşaqların üzərinə düşməməlidir - AÇIQLAMA
Dünən, 18:02
Kişi elektrik enerjisinə görə şikayətçi olan xadiməni döydü - TƏFƏRRÜAT
Dünən, 17:59
Azərbaycan UEFA seçmələrində SSRİ məkanında BİRİNCİDİR - SİYAHI
Dünən, 17:50
Hikmət Babaoğlunun bu statusu tənqid olundu - FOTO
Dünən, 17:45
Məktəbli formalarının qiymətləri narahatlıq yaratdı – Bir uşaq üçün 90-120 manat…
Dünən, 17:41
Amerikanın “ikiqat zərbəsi” Tehranı sındıra bilməyəcək - Bloomberg
Dünən, 17:37
Moskva, Peterburq olmayacaq - Dugindən qorxunc proqnoz
Dünən, 17:33
İrəvandan etnik ermənilərə vətəndaşlıq xəbərdarlığı: - Qaydalar dəyişir
Dünən, 17:30
Yeni yaradılmış “Cib Kapital İnvestisiya Şirkəti” kapitalından 310 min manat geri götürdü
Dünən, 17:24
Vətəndaş Karcher-dən şikayətləndi: - “Tozsoranı təmir etmədilər”
Dünən, 17:11
Xalq artistinin kürəkəni məhkəməyə üz tutdu: 700 min manatlıq dələduzluq iddiası var - TƏFƏRRÜAT
Dünən, 17:02
MTK-ların hökmranlığına nə vaxt son qoyulacaq? - Su, işıq, qaz, təmirə başlamağa görə 5 min
Dünən, 16:58
Evləri yandı, qəzalı binaya sığındılar: “Uşağı işə aparıram ki, ilan vurmasın” – VİDEO
Dünən, 16:52
Tanınmış aktyorda ağır xəstəlik aşkarlanıb: - “10 il əvvəl də başımdakı şişdən əməliyyat olunmuşdum”
Dünən, 16:49
Davam edən Rusiya təxribatı: - Avropada müharibə artıq başlayıb
Dünən, 16:46
300 min azərbaycanlı Ermənistana kömək edə bilər – Paşinyan bunu bilmir
Dünən, 16:43
“Gürcüstan Rusiya ilə saziş imzalayacaq - Abxaziya və Sxinvalidən imtina edəcək”
Dünən, 16:42
Son 15 ildə SOCAR-da işçilərin sayı 34,3 min nəfər azalıb – İllər üzrə rəqəmlər
Dünən, 16:36
“Zəyəm Texnologiyalar Parkı” yarım ili zərərlə başa vurub - HESABAT
Dünən, 16:35
SOCAR-dan ETSN-ə TRANSFER... - BUNDAN SONRA...
Dünən, 16:31
Nazir onu özünə köməkçi təyin etdi - ƏMR
Dünən, 16:27
Babək Hüseynov SOCAR-ın vitse-prezidenti vəzifəsindən azad olunub... YA YOX? - ADI SİYAHIDA GEDİR...
Dünən, 16:18
Mərkəzi Asiyanın 4 ölkəsində eyni vaxtda elektrik kəsintisi baş verib
Dünən, 16:12
Məktəb alış-verişi edənlərə xəbərdarlıq: -Bunu sentyabra saxlamayın
Dünən, 16:05
Azərbaycan “Zəngəzur dəhlizi” müqabilində İrəvana nə verəcək? - AKTUAL
Dünən, 15:15
Elçin Quliyevə müavin təyin edildi - FOTO
Dünən, 15:05
SOCAR-da bir işçiyə düşən orta aylıq əməkhaqqı 60 min manat olub - İLGİNC
Dünən, 14:55
“Ali İmran” MMC Təsərrüfat Birliyinə 5 min ədəd 72%-lik sabun satacaq
Dünən, 14:52
Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar - MƏQALƏ
Dünən, 14:44
Yeddi ayda metro ilə 129 milyon sərnişin daşınıb - DETALLAR
Dünən, 13:16
Lavrovdan Türkiyəyə etiraz: - Susurlar, bu haqda bir kəlmə də demirlər
Dünən, 13:13
DTX, DMX və FHN-in avtomobilləri satışa çıxarılır – Ən bahalısı 18 min manatdır
Dünən, 13:10
Azərbaycanlı mütəxəssis BYD-də yüksək vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Dünən, 13:03
Xandanyan: TRIPP-də başqa ölkələrin təhlükəsizlik strukturlarının mövcudluğu nəzərdə tutulmur
Dünən, 12:59
Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı - Foto
Dünən, 12:50
Bakı və Moskvadan referendum TƏLƏBİ – Paşinyanın TƏK seçimi
Dünən, 12:49
Naxçıvanda 45 min manatlıq “gözyumma” rüsumu... - İTTİHAM VAR...
Dünən, 12:45
“Xezer-Construction”a MİLYONLAR BELƏ ÖTÜRÜLÜR... - İcazə verin, şübhələnək...
Dünən, 12:35
Səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:27
2025-ci ildə SOCAR-ın gəlirləri 86,3 milyard manat təşkil edib - DETALLAR
Dünən, 12:21
“Cənnət Park” MTK-nın direktoru Qənbər Fətullayevə cinayət işi açılıb - QƏRAR
Dünən, 12:18
“Bu aparıcının səviyyəsinə baxır, efirə elə adamları çıxarıb reklam edirdilər ki...”
Dünən, 12:11
İş adamına 1 milyon manat “atan” biznesmenlə bağlı qərar verildi - TƏFƏRRÜAT
Dünən, 12:01
Gənc aktrisadan QALMAQALLI AÇIQLAMA: - “Ağzına gələni danış, olacaqsan məşhur”
Dünən, 11:58
"Qazprom Ermənistan"ın dörd əməkdaşı həbs edilib
Dünən, 11:52
Putinin xəbərdarlığına Britaniyadan reaksiya: - Qarşısını ala bilməyəcəyik
Dünən, 11:51
Kəramət Böyükçölün “4 milyonluq” obyekti müzakirələrə səbəb oldu – AÇIQLAMA
Dünən, 11:37
Ermənilər Aristoteli də "oğurladılar": Gülməli “kəşf” - Tarixi fantastika üzrə Nobel mükafatı olsaydı...
Dünən, 11:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru