Ukrayna Ermənistandan gələnlərə məhdudiyyət tətbiq etdi
Tarix: 19-12-2020, 08:34 |
Çap et
Ermənistanın adı Ukraynanın Səhiyyə Nazirliyinin "qırmızı" siyahısına salınıb.
“Report” xəbər verir ki, bu barədə “News.am”a Ermənistanın Ukraynadakı səfirliyinin mətbuat xidmətində bildiriblər.
"Ötən həftə Ukraynada koronavirusun yayılması göstəricisi üzrə dinamika Ermənistandan yuxarı idi. Ermənistandan Ukraynaya gələn bütün sərnişinlər koronavirusla bağlı mənfi test nəticəsinə malik olmalı və ya Ukraynada 14 günlük özünü təcridetmə rejimindən keçməlidir. Özünü təcridetmə rejimindən çıxmaq üçün Ukraynada da test vermək olar", - xəbərdə qeyd edilir.
Qeyd edək ki, bu, Ukraynanın Ermənistandan gələnlərə tətbiq etdiyi ilk məhdudiyyət deyil. Rəsmi Kiyev daha əvvəllər də Ermənistandan bu ölkəyə üz tutanlar arasında koronavirusa yoluxma hallarının çox olduğunu əsas gətirərək, müsbət koronavirus testi və ya 14 günlük özünü təcridetmə rejimi tətbiq edib.
Ermənistanda koronavirusa yoluxanların ümumi sayı 152 mini ötüb. Ölkədə pandemiyadan ölənlərin sayı isə 2 596-ya çatıb. Hazırda Ermənistanda 17 796 aktiv koronavirus xəstəsi var.