Dünyada koronavirusun ən çox yayıldığı ölkələrin adları məlum oldu - SİYAHI
Tarix: 14-04-2020, 08:53 | Çap et
 ABŞ-ın COVID-19-la bağlı hesablamalar aparan Con Hopkins Universiteti dünyanın ayrı-ayrı ölkələrində koronavirus pandemiyası ilə bağlı son statistikanı açıqlayıb.
“Report” universitetin saytına istinadən xəbər verir ki, hazırda dünyada ümumilikdə 1 920 618 koronavirus xəstəsi var. Koronavirusun ilk dəfə aşkarlandığı ötən ilin dekabrından bu günə kimi ümumilikdə 119 687 nəfər bu virusdan dünyasını dəyişib.
Bəs COVID-19-un ayrı-ayrı ölkələr üzrə yayılması, insan itkiləri ilə bağlı vəziyyət necədir?
Hazırda koronavirusa ən çox yoluxma Amerika Birləşmiş Ştatlarında qeydə alınıb. Bu ölkədə 582 607 COVD-19 infeksiyası daşıyıcısı var. ABŞ-da 23 628 nəfər pandemiyanın qurbanı olub. ABŞ hər iki göstərici üzrə dünyada birinci yerdədir.
Siyahıda ikinci yerdə 170 099 yoluxma halı ilə İspaniya qərarlaşıb. Bu ölkədə həkimlər 17 756 nəfəri virusun pəncəsindən xilas edə bilməyiblər.
İtaliyada da vəziyyət ürək açan deyil. COVID-19 infeksiyasına 159 516 yoluxmanın təsdiqləndiyi bu ölkədə 20 465 nəfər virusdan ölüb.
Siyahıda dördüncü yerdə qərarlaşan Fransada 137 877 nəfər virus daşıyıcısı hesab edilir. Bu ölkədə 14 986 nəfər pandemiyadan vəfat edib.
Almaniya həmin sırada 130 072 virus xəstəsi ilə beşinci yerdədir. Avropanın bu ölkəsində 3 194 nəfər COVID-19-dan dünyasını dəyişib.
Son bir neçə ayda 89 571 nəfərə virusa yoluxma diaqnozunun qoyulduğu Böyük Britaniya ölüm hallarının sayına görə Almaniyanı üstələyib - 11 347 itki.
Bir zamanlar koronavirus epidemiyasının episentri sayılan Çinin ümumilikdə 83 302 vətəndaşı virusa yoluxub, 3 345 nəfər ölüb.
Qeyd edək ki, virusa yoluxma hallarının ən çox olduğu ölkələrin siyahısında İranın (73 303 yoluxma, 4 585 ölüm), Türkiyənin (61 049 yoluxma və 1 296 ölüm), nisbətən aşağı göstəricilərlə Belçikanın, Niderlandın, İsveçin, Kanadanın, Braziliyanın, Rusiyanın, Portuqaliyanın və digər ölkələrin də adları var.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Evimizdəki gözəgörünməz “qatil” – Qorxunc faktlar açıqlandı
Bu gün, 07:02 |
|
|
|
| • “Minlərlə ortaq söz fars və ermənilərin bir xalq olduğunu göstərir” – İranlı konsul
Bu gün, 06:58 |
|
|
|
| • Natavan Əmirova və plastik cərrahiyyə pərdəsi arxasında gizlənən qanunsuzluqlar – SƏNƏDLƏR NƏ DEYİR?
Bu gün, 06:52 |
|
|
|
| • Bölgələrdə torpaq almaq sərfəlidirmi? - AKTUAL
Bu gün, 06:34 |
|
|
|
| • “Bir nəfərin 20-30 evi var” - FAKT BUDUR!
Bu gün, 06:32 |
|
|
|
| • “Bu hər sənətkara nəsib olmur, ömrümü gülüşlə, tamaşaçı alqışı ilə yaşamaq istəyirəm” - Xalq artistindən kövrək ETİRAF
Bu gün, 06:31 |
|
|
|
| • TRIPP: Sülhə aparan yol, yoxsa yeni gərginlik mənbəyi? - ARAŞDIRMA
Bu gün, 06:28 |
|
|
|
| • İran və Oman Hörmüz boğazından gəmilərin keçidi üzrə marşrutu razılaşdırıb - Press TV
Bu gün, 06:26 |
|
|
|
| • "Azərbaycandakı şərait Türkiyədə yoxdur"
Bu gün, 06:23 |
|
|
|
| • Bu günkü iməclikdə Bakının 556 küçəsi yuyuldu - FOTO
Dünən, 17:09 |
|
|
|
| • Bakıda evlərin qiyməti ilə bağlı son durum – Vəziyyət dəyişə bilər
Dünən, 14:03 |
|
|
|
| • "Akvaparkda uşağın ölümü ilə bağlı araşdırma aparılır" - Emin Ağalarovdan açıqlama (FOTO)
Dünən, 13:59 |
|
|
|
| • “Ermənistanı hələ də müttəfiq hesab edirik” - KTMT Baş katibi
Dünən, 13:51 |
|
|
|
| • Alim Qasımov 70 yaşın bir addımlığında: - “Ölməsəm qalsam nəsə edəcəklər, geriyə baxan yaşım çoxdan keçib”
Dünən, 13:43 |
|
|
|
| • Politoloqdan İran səfirinə sərt CAVAB
Dünən, 13:41 |
|
|
|
| • Putin vacib açıqlamalar verəcək - Müharibə dayanır?
Dünən, 13:37 |
|
|
|
| • TRIPP layihəsinə İran təhdidləri və: - Tehran ən pis nəticə ilə üzləşəcək...
Dünən, 13:31 |
|
|
|
| • Azərbaycanda 7 ay ərzində internetə 383 milyon manat xərclənib
Dünən, 13:29 |
|
|
|
| • Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir - ABŞ Dövlət Departamenti
Dünən, 13:24 |
|
|
|
| • Hacı Məhərrəm Novruzov və onun “Qəmlosu” Şahlar Hüseynov... - İLGİNC İDDİALAR
Dünən, 13:09 |
|
|
|
| • Unun qiyməti artır: çörək bahalaşacaqmı? - AKTUAL
Dünən, 12:55 |
|
|
|
| • Azərbaycanlı müğənni küçədə döyüldü - FOTO
Dünən, 12:51 |
|
|
|
| • “Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI
Dünən, 12:50 |
|
|
|
| • Lənkəranda “YAZAR” Ədəbi Məclisi yaradıldı - FOTO
Dünən, 12:39 |
|
|
|
| • Laçında benzin satınalması: Niyə məhz bir mənbə metodu seçilib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:28 |
|
|
|
| • Xaçmazda DƏHŞƏT: Bir gündə iki ata oğlunu BIÇAQLADI - TƏFƏRRÜAT
Dünən, 12:24 |
|
|
|
| • Qobustanda 376 min manatlıq “sirli” müqavilə... - Rəsmi dərcdən aylar öncə başlayan xidmət...
Dünən, 12:19 |
|
|
|
| • Bakı şəhəri bu gün bir daha yuyuldu - FOTO
Dünən, 12:09 |
|
|
|
| • “Şah İsmayıl Xətai ilə bağlı filmimi onlar dayandırdı, Fazil Mustafaya etiraz etdim, gülümsəyib dedi ki..” - Xalq artistindən ETİRAZ
Dünən, 11:44 |
|
|
|
| • Paşinyan iki mühüm fiquru niyə dəyişdi? – “Görüşlərim və təlimatlarım olacaq...”
Dünən, 11:35 |
|
|
|
| • "Qarabağ" "Tvente" ilə macərası nə ilə bitəcək? - ARAŞDIRMA
Dünən, 11:31 |
|
|
|
| • Zubir “Qarabağ”dan getdi: - yeni klubu…
Dünən, 11:20 |
|
|
|
| • Gürcüstanın Baş naziri Samtsxe-Cavaxetiyaya yeni qubernator təyin etdi
Dünən, 11:11 |
|
|
|
| • Kompleks Qazma İşləri Trestində NÖVBƏTİ ÖZBAŞINALIQ - İşçilərə VAXT QOYULDU...
Dünən, 10:52 |
|
|
|
| • "Sərvətinin bircə faizini Kəlbəcərlilərə verib troll komandası yaradıb..." - Cavid Qurbanova SUALLAR VAR...
Dünən, 10:42 |
|
|
|
| • “Zəlzələ öldürmür, kağız binalar öldürür!” - Seysmoloq Ənvər Əliyev
Dünən, 10:26 |
|
|
|
| • Şah İsmayıl Xətai “fırtınası” və ya deputatın tarixi yenidən yazmaq cəhdi - AXI NİYƏ?
Dünən, 10:20 |
|
|
|
| • “Sabah” UEFA seçmələrində 181 klub arasında 17-ci olub - SİYAHI
Dünən, 10:17 |
|
|
|
| • İrəvan Rusiya ermənilərinin Ermənistan vətəndaşlığı alması qaydasına yenidən baxmağa hazırlaşır - GƏLİŞMƏ
Dünən, 10:01 |
|
|
|
| • "Azər müəllim, mən sizə neyləmişdim?" - imtahandan "kəsilən" xadimə "AzəriQaz" şefindən soruşur...
Dünən, 08:51 |
|
|
|
| • Kərki BU TARİXDƏ Naxçıvana qaytarılır – İLGİNC gəlişmə
Dünən, 08:24 |
|
|
|
| • Moskva müqavilənin şərtlərinə əməl etmir - Magyar
Dünən, 08:22 |
|
|
|
| • Payızda bu məhsullar bahalaşa bilər - BELƏ HARA GEDİRİK?
Dünən, 08:18 |
|
|
|
| • Hərbçimiz hospitalda vəfat etdi - Şəhidin qardaşıdır
Dünən, 08:16 |
|
|
|
| • NASA amerikalı astronavtların Aya enişinə hazırlaşır - KİV
Dünən, 08:00 |
|
|
|
| • "Fortuna SL Project" MMC-nin vergi borcu 1 milyonu keçdi - FOTO
Dünən, 07:58 |
|
|
|
| • Abituriyentlərə seçim təzyiqi: Valideynlər diqqətli olsunlar, yoxsa... - AKTUAL
Dünən, 07:56 |
|
|
|
| • Qarabağda ordumuza qarşı gizli əməliyyatlar, Ağdərədə qətllər – erməni “Kandaz” yenidən hakim qarşısında
Dünən, 07:54 |
|
|
|
| • Elman Paşayevin oğlunun da ittiham olunduğu cinayət işinin yeni təfərrüatları məlum olub - 8 nəfər təqsirləndirilir
Dünən, 07:52 |
|
|
|
| • Rusiyanın cənubunu bloklamışıq - Zelenski
Dünən, 07:50 |
|
|
|
|