ZİYA MƏMMƏDOV QUBA MİTİNQİNDƏ
Tarix: 1-03-2012, 14:35 |
Çap et
NAZİR QOHUMUNA GÖRƏ QUBALILARDAN ÜZR İSTƏMƏLİ OLDU
Quba rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibovun yandırılan evinin qarşısında etiraz aksiyası davam edir. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, nəqliyyat naziri Ziya Məmmədov, Qubadan seçilən millət vəkili Vahid Əhmədov aksiya iştirakçılarının qarşısında çıxış ediblər.
Z. Məmmədov həmişə qubalılara, onların problemlərinə diqqətlə yanaşıldığını deyib: “Ev yandırmaqla problemi həll etmək olmaz. Mən icra başçısının adından sizdən üzr istəyirəm. Bütün problemlər həllini tapacaq. Bu cür təxribatlara uymaq lazım deyil”.
V. Əhmədov isə bütün saxlanılanların azad ediləcəyini bildirib
Quba rayonunda bu gün keçirilən etiraz aksiyasında 4 nəfərin xəsarət aldığı açıqlanıb. Quba Mərkəzi Rayon Xəstəxanasından APA-nın şimal bürosuna verilən məlumata görə, aksiyada xəsarət alanlardan 3-ü Daxili İşlər Nazirliyinin əməkdaşı – Quba rayon Dərtqov kənd sakini İsrafilov Malik Nağdəli oğlu, Əlibət Qışlaq kənd sakini Adıgözəlov Adıgözəl Nurəddin oğlu və Quba şəhər sakini Məmmədov Fazil Əbil oğlu, biri isə aksiya iştirakçısı - Atuc kənd sakini Sultanov Hikmət Müslüm oğludur.