TOVUZ SAKİNİ BƏRDƏDƏ QƏZA TÖRƏTDİ
Tarix: 9-02-2012, 12:33 |
Çap et
SÜRÜCÜ ÖLÜB, DAHA İKİ NƏFƏR İSƏ YARALANIB
Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, hadisə fevralın 8-də saat 20.00 radələrində Bərdə rayonunun Boyəhmədli kəndi ərazisində qeydə alınıb.
Tovuz rayon sakini Şükür Məmmədov "VAZ-2107" markalı avtomaşını idarə edərkən onu maneəyə vurub. Nəticədə sürücü aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib, xəsarət almış sərnişinləri Ədalət Əhmədov və Vaqif Vəliyev isə xəstəxanaya yerləşdirilib, vəziyyətləri ağırdır.