AĞCABƏDİDƏ FERMERLƏR ÜSYANA QALXA BİLƏR
Tarix: 9-12-2013, 10:07 | Çap et
Ağcabədidə qanunlar bir kənara qalıb, icra başçısının qoyduğu qaydalar işləyir. Tia.az xəbər verir ki, İcra Hakimiyyətinin başçısı, əslində özünü qeyri-qanuni şah elan edən Şahin Məmmədov rayona rəhbər təyin ediləndə elə üsuli-idarə forması düşünüb ki, dünyanın bütün huri mələkləri və alimləri gəlsə yəqin ki, bu labirintin sonunu tapa bilməz. Təbii ki, biz də bir çox analoqu olmayan Şahin Məmmədov “icad” və “kəşfləri” barədə araşdırmalar və müxbir təhqiqatları aparmağa çalışdıq. Fəqət, nə illah eləsək də nəticəyə vara bilmədik ki, bilmədik.
Qeyd edək ki, bir xeyli əvvəl dövlət torpaqlarının sahibkarlara icarəyə verilməsi məsələsi qanunla tənzimlənmişdi. İri və xırdabuynuzlu heyvandarlığın, dənli bitkilərin istifadəsi üçün ayrılan dövlət torpaqları bu gün sözün əsl mənasında sahibkarlar üçün cəhənnəm vadisini xatırladır. Çünki hər il əkin dövrü başlayanda və məhsul yığımı qurtaranda Şahin Məmmədovun xəzinəsinə üç min manat pul ödəməlisən. Əks halda icarədarlar həmin torpaqları zorla tərk etmək məcburiyyətində qalırlar. Əgər alver bununla qurtarsa, bəlkə də dərd yarı olardı. Vətəndaşlar ərazilərində suvarma artezian quyuları qazdırmaq üçün Şahin Məmmədovun qeyri-gizli göstərişinə əsasən hər quyu üçün başçıya, enerji istismarı idarəsinin baş “vergi yığanı” Tofiq Ağamirova 1500-2000 manat, suvarma sistemləri idarəsinin müdiri Fəxrəddin Kərimova 500-1000 manat, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsinin müdiri Abbas Süleymanova 300 manat, aparatın kənd təsərrüfatı sahəsinə baxan müavini Leyla xanım Əsgərovaya 300 manat “vergi”, yəni rüşvət verməlisən. Yüzlərlə sahibkarın yoluxduğu bu “xəstəlik” hər il Şahin Məmmədova 2-3 milyon manat qazanc gətirir. Buğda payı, soğan payı və əmlik quzuları bu hesaba qatmırıq.
Artezian quyuları vurulub istifadəyə verilən kimi Şahin Məmmədovun “rüşvət” qıdığı tutmağa başlayır. Çağırır Fəxrəddin Kərimovu və göstəriş verir ki, nə üçün artezianlar dövlətin balansına alınmayıb. Kərimov Fəxrəddin də etmir tənbəllik, minir maşına və üz tutur cəhənnəm vadisinin sahibkarlarının yanına. Şad xəbər gətirdiyini zənn edən icarədarlar tez əlüstü kişiyə bir əmlik quzu kababı bişirirlər. Yeyib-içib qarnını doyuran Kərimov stolun üstündəki çörək qırıntılarından birini götürüb parçalayır və and içir ki, В«bu namərdin əlindən (Ş.Məmmədovun) canım xirtdəyimə yığılıb. 120 min manat faiz içindəyəm. Özümü öldürmək istəyirəm. Ya artezian balansa salınmalıdır, ya da enerjinin pulunu ödəməlisinizВ».
“Balans” əməliyyatı Şahin Məmmədova çox böyük gəlir gətirir. Tutaq ki, 50 artezian quyusunu “balansa” saldırmaq istəyən başçı su təsərrüfatı nazirliyi ilə qarşılıqlı razılaşma əldə edərək 30-40 min manata başa gələn artezianları dövlətin balansına saldırır ki, dövlət büdcəsindən ayrılan milyon manatlarla vəsaiti nazirliklə mənimsəsinlər. 120 min manat faiz borcu olan Fəxrəddin Kərimovun yalan danışdığı üçün, yalandan tez-tez and içdiyi üçün çörək qənim olub və ağır xəstədir. 700-ə yaxın artezian quyusunun suyundan istifadə edən vətəndaşlardan hər ay haqq yığan, xarab artezianları onların şəxsi vəsaiti ilə təmir etdirən F.Kərimovun borcu nədən olsun axı?
Məlumatlı mənbə Tia.az-a “rayondakı abadlıq işlərinə sərf olunan pulların da В«sirriВ» var” deyib Tutaq ki, Sərvərin (ad şərtidir) bir ticarət məğazası var. Həmin mağazanın önündəki səki başdan-başa üzlük daşla döşənməli, mağazaya üzlük vurulmalı, rəng seçimi Şahinin zövqünə uyğun olmalıdır. Vay, o günə ki, mağaza qonşu mağazadan azca kiçik olsun. O dəqiqə onun damı sökülüb “Dimdik” şəklinə salınmalıdır və qonşu mağazanın damı ilə bərabər səviyyədə vurulmalıdır. Yoxsa? Bax, Allah o gündən saxlasın.
Yol qırağında əkilən yaşıllıqlar isə rayon ərazisində fəaliyyət göstərən məktəb müəllimlərinin maaşından yığılan pula alınır. Hər həftənin şəbnə günü müəllimin əlində dəryaz, süpürgə, yaba və s. görsəniz qətiyyət təəccüblənməyin. Onları görənlər o dəqiqə qımışırlar ki, baxın, Şahin qanqal biçənləri gəlir. Ot yolan, alaq vuran, yol süpürən müəllimləri görəndə istər-istəməz hər şeyə nifrət edirsən ki, ilahi bu ziyalı ordusunu bu kökə hansı ehtiyac salıb?
Bəzən qadın müəllimlərə süpürgə verib şəhərin mərkəzi küçələrini süpürtdürürlər. Alkaş və ya qanmaz bir gənc avtomobillə onların yanından keçəndə əlindəki siqareti atır yerə və deyir ”Xanım, bunu da təmizlə”.
Bu Ağcabədi haqqında bildiyimiz və gördüyümüzlərin çox az bir hissəsidir. Həngamə isə hələ qabaqdadır.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Türkiyəsiz Avropa, Qafqazsız İttifaq? – Ankaranın üzvlüyünün gizli geosiyasi hesabları
Bu gün, 17:51 |
|
|
|
| • İran müharibənin ağır nəticələrini açıqlayıb: - İdxal-ixrac 35% azalıb, Tehran geri çəkilmir
Bu gün, 17:32 |
|
|
|
| • İdarə rəisi işdən azad edildi - FOTO
Bu gün, 17:27 |
|
|
|
| • “Yaşa dolmuşam, toylara getmirəm, gənc xanəndələr yanımda oxumağa utanırlar, tay-tuş deyiləm”
Bu gün, 17:24 |
|
|
|
| • "Rusiyanın əlində Azərbaycan qarşı ciddi təzyiq alətləri olmadığı üçün bir isterika yaşayırlar" - RƏY
Bu gün, 17:16 |
|
|
|
| • Yasamal İcra Hakimiyyətindən qəribə alış-veriş... - DETALLAR
Bu gün, 17:05 |
|
|
|
| • Tələbələrə kirayə ev tələsi: Dələduzların bu hiyləsinə aldanmayın! - “İndi pul göndər, yoxsa ev gedəcək”
Bu gün, 17:02 |
|
|
|
| • II Qaregin Armavirdə yox İrəvanda mühakimə olunacaq - Ermənistan mediası
Bu gün, 17:01 |
|
|
|
| • Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir – bu dəyişiklik kimlərə təsir edəcək?
Bu gün, 16:56 |
|
|
|
| • Əməkdar jurnalist Bakıda çayxanaların azalmasına ETİRAZ ETDİ
Bu gün, 16:39 |
|
|
|
| • "Tenderlər kralının" Azərbaycandan çıxışına QADAĞA - TƏFƏRRÜAT
Bu gün, 16:27 |
|
|
|
| • “Barselona” bu tarixdə Bakıya gələcək - Cədvəl
Bu gün, 16:24 |
|
|
|
| • Bakı-Naxçıvan reysləri hava şəraitinə görə təxirə salındı - DİQQƏT!
Bu gün, 16:03 |
|
|
|
| • Vaşinqtonun və Tehranın hədələrinin Azərbaycana aidiyyatı varmı? - AKTUAL
Bu gün, 16:02 |
|
|
|
| • "Sabah"ın püşkü ilə bağlı statistika: - "Mançester Siti" və "Real Madrid"i geridə qoydu
Bu gün, 13:09 |
|
|
|
| • Məleykə Abbaszadə DİM-dən gedir: Onu Rüfət Əzizov əvəzləyəcək - İDDİA
Bu gün, 12:53 |
|
|
|
| • Kərəm Mustafayev şəhid qızının toyuna gedə bilmədi - Hədiyyə göndərdi (FOTO)
Bu gün, 12:44 |
|
|
|
| • Nikol Paşinyandan yeni təyinat - "Armenpress"
Bu gün, 12:40 |
|
|
|
| • Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi
Bu gün, 12:37 |
|
|
|
| • Moskvaya vacib sual: niyə Azərbaycanın müstəqilliyi "rusofobiya" adlanır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:29 |
|
|
|
| • Gəncədə ürək əməliyyatı olunan qadın öldü
Bu gün, 12:26 |
|
|
|
| • Gürcüstanda İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 12:21 |
|
|
|
| • Putin yeni “Volqa”nı şəxsən sınaqdan keçirdi
Bu gün, 12:18 |
|
|
|
| • “Dayım Tamaranın uşaqlarını öz övladları kimi böyütdü, amma bu gün məzarı üstünə getmirlər” - İslam Rzayevin qohumundan ETİRAZ
Bu gün, 12:13 |
|
|
|
| • Ermənilərlə... bundan sonra nə edək?
Bu gün, 12:05 |
|
|
|
| • ŞOK: Adil Vəliyevin işçiləri aldıqları rüşvəti GERİ QAYTARDILAR... QƏBZ YAZDILAR... - BU NƏDİ BELƏ?
Bu gün, 11:56 |
|
|
|
| • Bura təhsil ocağıdır, YOXSA BAZAR? - İLGİNC İDDİALAR
Bu gün, 11:46 |
|
|
|
| • Rusiyada həbs edilən avtoritetin sensasion səs yazısı - 5 MİLYON VERMƏLİSƏN!
Bu gün, 11:33 |
|
|
|
| • Buğda bahalaşdı: - Çörəyin qiyməti ilə bağlı VACİB AÇIQLAMA
Bu gün, 11:18 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb
Bu gün, 11:11 |
|
|
|
| • "Qarabağ"a... CAN QURBAN!
Bu gün, 11:10 |
|
|
|
| • Fransadan növbəti anti-Azərbaycan addım - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:02 |
|
|
|
| • "20 il pensiya verib... indi deyir, sağlamsan, sağlamamsa, işlə təmin elə!" - MÜRACİƏT
Bu gün, 10:47 |
|
|
|
| • Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrılıb - FOTO
Bu gün, 10:36 |
|
|
|
| • “Yaşıl keçid” üçün karbon vergisi: beynəlxalq təcrübədən Azərbaycan üçün çıxan dərslər - ARAŞDIRMA
Bu gün, 10:30 |
|
|
|
| • Niyazi Bayramov Gəncəyə QƏNİM KƏSİLİB - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:33 |
|
|
|
| • Özündən sonra həyat yoldaşı da işdən çıxarıldı - ƏMR
Bu gün, 09:28 |
|
|
|
| • Ermənistan Azərbaycandan elektrik enerjisi ala bilərmi? - AÇIQLAMA
Bu gün, 09:19 |
|
|
|
| • Jurnalist TƏBİB şefinə müraciət etdi - NARAZILIQ VAR...
Bu gün, 09:13 |
|
|
|
| • Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldıra bilərik – Pezeşkian belə deyir...
Bu gün, 09:07 |
|
|
|
| • “Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır - Sahib Süleymanov çətin durumda
Bu gün, 09:05 |
|
|
|
| • Kəndlərin boşalmasının qarşısını almaq qeyri-mümkündür - İqtisadçıdan XƏBƏRDARLIQ
Bu gün, 09:03 |
|
|
|
| • Təhsil haqqını artıran universitetlər:
Bu gün, 09:01 |
|
|
|
| • Ermənistan MN-də “cadugər ovu” - Generallar yola salınır
Bu gün, 08:58 |
|
|
|
| • Dövlət Agentliyi "Diri baba" türbəsinin bərpasını 10 manatlıq mənzil şirkətinə həvalə etdi — 427 minlik tender
Bu gün, 08:55 |
|
|
|
| • ABŞ İranla müharibə zamanı geri çağırdığı diplomatlarını Yaxın Şərqə qaytarmağa başlayıb
Bu gün, 08:50 |
|
|
|
| • Möhtəkirlər ətin qiymətini yenidən qaldırdı - Rəsmi qurumlar isə SEYR EDİR...
Bu gün, 08:49 |
|
|
|
| • Xəzərdə “15 mil” məsələsi Tehranı ayağa qaldırdı: Zəngəzur dəhlizinə təhlükə - NƏ BAŞ VERİR?
Bu gün, 08:46 |
|
|
|
| • Rusiya reaktiv mühərrikli dronlarla hücum edir - İqnat
Bu gün, 08:44 |
|
|
|
| • Azərbaycanda un bahalaşa bilər – XƏBƏRDARLIQ
Bu gün, 08:42 |
|
|
|
|