BAKIDA 14 YAŞLI OĞLANI ÜRƏYİNDƏN VURDULAR
Tarix: 28-11-2013, 11:07 |
Çap et
Bakının Yasamal rayonunda 14 yaşlı oğlan bıçaqlanıb. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Şərifzada küçəsi 1 ünvanında yerləşən Azərbaycan Texniki Universitetinin yataqxanasının qarşısında 1999-cü il təvəllüdlü Qasımov İlkin Səfər oğluna bıçaq xəsarəti yetirib. Döş qəfəsinin sol hissəsində daxilə nüfuz edən ağır xəsarət almış yeniyetmə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İlkin Qasımova bıçaqla xəsarət yetirən şəxsin 1997-cü il təvəllüdlü Səmədov Fərid Şahin oğlu olması müəyyənləşdirilib və o, saxlanılıb.
Qeyd edək ki, hər iki yeniyetmə universitetin yataqxanasında yaşayır və qonşudurlar.